Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

downloaded from KitabYurdu.org
79 
şəhərə apanb, günorta geri qaytaran Sabir əməliyyat işçisinə
bunları söyləmişdi: 
- Mən, hər səhər kəndin kənarında maşınımla dayanıb rayon 
mərkəzinə getmək istəyənləri gözləyirəm. Mayın 18-də dörd-
beş sərnişinim var idi. Səfayə də səhər tezdən həmin yerə gəlib 
çıxdı.  Mən  onu  da  şəhərə  gətirdim.  Birinci  dəfə  idi  ki,  o, 
mənim  maşınıma  tək  minirdi.  Ona  görə  də  günorta  kəndə
qayıdıb-  qayıtmayacağını  soruşdum.  Çünki  mən  geri 
qayıdanda  bazarın  qarşısında  dayanıb  müştərilərimi 
gözləyirəm. Bilmək istəyirdim ki, Səfayəni də gözləməliyəm, 
yoxsa  yox?  Cavab  verdi  ki,  yox,  atamgildə  qalacam.  Dedim 
ki, onda sabah qayıtsan, günortaya yaxın bazarın qabağına gəl. 
Ancaq nə o gün, nə də ondan sonra mən onu görmədim. Səhəri 
gün Əhliman özü mənimlə şəhərə gəlib, yenə mənimlə kəndə
qayıtdı. 
Rafael başqa UAZ sürücülərini, bazarda və dayanacaqda bəzi 
adamları da danışdırmışdı. Səfayədən soraq verən yox idi. 
Nəhayət, Səfayə ilə on il bir sinifdə oxumuş Rəhiləni axtarıb 
tapmışdı. Bu, kəsilmiş qara 
saçları  çiyninə  güclə  çatan,  boy-buxunlu,  ağbəniz  bir  qadın 
idi. Xəstəxanada tibb bacısı işləyirmiş. 
Rafael  onun  ünvanını  öyrənən  kimi  birbaş  evinə  gəlmişdi. 
Rəhilənin əri işdə idi. Evdə ancaq özü və bir də iki kiçik yaşlı 
uşağı  var  idi.  Gənc  kapitanın  nə  üçün  gəldiyini  biləndə, 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
80 
əvvəlcə  Səfayə  üçün  bərk  narahatlıq  göstərdi.  Özünü  ələ
alandan  sonra  Rafaeli  evə  dəvət  edib,  oturmaq  üçün  stul 
göstərdi və onun sualına cavab olaraq danışmağa başladı: 
- Mayın 18-də Səfayə nahardan bir az sonra buraya gəldi. O 
gün gecə növbəsində olduğum üçün evdə idim. Onu çoxdandı 
görmürdüm. Mehriban qarşıladım. Oturub çay içə-içə məktəb 
illərindən danışdıq. Səfayə bizim sinifdə ən ağıllı, 
ən tərbiyəli bir qız idi. Özü də həmişə dərs əlaçısı olmuşdu. 
Hiss  edirdim  ki,  ona  nəsə  olub.  Söhbətdə  yaxşı  iştirak  edə
bilmirdi.  Nəhayət,  ondan  şəhərə  gəlişinin  məqsədini 
soruşdum.  Ağlamağa  başladı.  Dedi  ki,  daha  dözə  bilmir. 
Evdən  birdəfəlik  baş  götürüb  çıxıb.  Sözündən  belə  başa 
düşdüm ki, onun Əhlimanla bir evdə yaşaması mümkün deyil. 
Mənim  yanımda  bir  az  qalıb,  şəhərdə  özünə  iş  tapmaq 
istəyirdi... 
-  Ərindən  nə  kimi  narazılıq  edirdi?  -  Vəliyev  onun  sözünü 
kəsdi. 
Rəhilə gəlib yanında dayanmış qızının başını sığallayıb: 

Get qardaşınla o biri otaqda oyna! - dedi və yenə üzünü 
ona  diqqət  kəsilmiş  kapitana  tutdu:  -  Əslində  o,  ərindən  o 
qədər  də  narazılıq  etmirdi.  Necə  deyim?..  Deyirdi  ki,  mən 
Əhlimanın istədiyi kimi ola bilmirəm. 

Necə yəni? - Rafael gözlərini qıydı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
81 

Yəni  ki,  əri  bir  az,  necə  deyim,  çılğın  adamdır.  Bu 
bədbəxt isə çox sakit təbiətlidir. Utancaqdır. Qaradinməzdir. 
Daha nə deyim?... Elə bil heç bu zəmanənin adamı deyil. 

Sizcə, o, ərini sevir? 

Məncə, hə... - Rəhilə fikrə getdi: - Bəlkə də yox! Səfayə
elə söz danışan deyil, ancaq mənə elə gəlir ki, hər halda onun 
öz ərinə yazığı gəlirdi. 

Sözlərinizdən belə başa düşürəm ki, Səfayənin əks cinsə
qarşı münasibəti zəifdir. Düzdür? 

Yox,  niyə  ki?  -  Rəhilə  gözlərini  süzdürdü.  -  Biz 
qadınlarda  o  münasibət  heç  vaxt  zəif  olmur.  Amma  baxır 
vəziyyətə... 

Ancaq siz ondan kəskin fərqlənirsiniz. - Rafael divanda 
oturmuş qadının budlarının açıqda qalan hissəsinə göz yetirdi. 
- Necə rəfiqə olmusunuz, baş açmıram. 

Mən necəyəm ki? - Rəhilə güldü. 

İstiqanlısımz. Həm də çox gözəlsiniz! 

Çox  sağ  olun!  -  Rəhilə  utancaq  gülümsədi.  Rəfailin 
yadına düşdü ki, Əmirəliyev onu 
şöbədə gözləyir. 

Hə, söhbətinizi davam etdirin. Sonra nə oldu? 
Ev sahibəsi bir az ciddiləşdi: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
82 

Mən  ona  nəsihət  verdim.  Dedim  ki,  düz  eləmirsən. 
Uşaqların  var.  Özü  də  gül  kimi  uşaqlardır.  Onları  balaca 
vaxtlarında  görmüşəm.  Hə...  çox  nəsihət  verdim.  Bir  bacı 
kimi.  Ancaq o  mənimlə  razılaşmadı.  Küsüb  qapını  çırpdı  və
çıxıb getdi. Mən onu saxlaya bilmədim. 
-
Saat neçədə çıxdı sizdən? 
-
Necə deyim?.. Saat yeddi olardı. 
-
Hansı səmtə getdiyini gördünüzmü? 
-
Gördüm. Darvazadan arxasınca baxdım. 
Rəhilə rəfiqəsinin getdiyi səmti göstərdi: 

Bu küçə ilə o tərəfə getdi. 
Rafael  daha  bir  neçə  sual  verib  evdən  çıxdı.  Polis  şöbəsinə
getmək  üçün  taksi  saxladı.  Maşına  minən  kimi  mayor 
Əmirəliyevə verəcəyi raportu düşünməyə başladı. 
Rəhilənin  göstərdiyi  küçə  nə  bazara,  nə  dayanacağa,  nə  də
Səfayənin atasıgilə aparıb çıxarmırdı. Bu küçə ilə gedən adam 
bir azdan, şəhərin əks kənarına çıxmalı idi. Orada isə köhnə
şəhər  qəbiristanlığı,  qəbiristanlıqdan  o  tərəfdə  isə  iri  bir  göl 
var idi... 
Sahə  müvəkkili  Ağamurad  Miriyev  səhər  tezdən  Göydağ 
kəndinə  gəldi.  Onun  kəndə  gəlməsindən  icra  hakimiyyəti 
nümayəndəsinin də xəbəri yox idi. Səhərin ala-toranlığında 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
83 
Ağamuradı  kəndin  küçələrində  görənlər  o  qədər  də
təəccüblənmirdilər.  Çünki  baş  leytenantın  hərdən  belə  işləri 
olurdu.  Artıq  o  bir  neçə  adamla  söhbət  etməyə  də  imkan 
tapmışdı.  Adamlarından  biri  xəlvətcə  ona  çatdırmışdı  ki, 
Mahmud  öldürülən  axşam  dərəçaylı  Mirsahib  buraya 
gəlibmiş.  Onu  saat  doqquz  radələrində,  havanın  təzəcə
qaralmağa başladığı vaxt kəndin küçəsində görmüşdülər. O, 
Mahmudgilin küçəsindən keçib gəlirmiş... 
Ağamurad tənbəllik etməyib, Dərəçaya yollandı. Mahmudun 
açıq  darvazasının  qabağından  keçəndə  həyətə  boylandı. 
Həyətdə  tək-tək  adam  görünürdü.  Günorta  veriləcək  ehsana 
hazırlıq görülürdü. Miriyev orada ləngimədi. Kənddən çıxaraq 
meşə  cığırına  düşdü  və  bir  azdan  Dərəçaya  yetişdi. 
Maraqlanıb öyrəndi ki, Mirsahib həmin axşam evdən saat 8- 
də  çıxıb,  Göydağa  -Ağayargilə  gedəcəyini  deyib.  Mirsahib 
evdə  olmadığı  üçün  arvadına  tapşırdı  ki,  evə  qayıdan  kimi, 
sahə müvəkkilinin onu Göydağda gözlədiyini desin. 
Geri  qayıdanda  Miriyev  hər  ehtimala  qarşı  saata  baxdı  və
tələsmədən  meşə  yolu  ilə  qalxmağa  başladı.  Meşə  cığırı  iki 
talanın  içindən  keçirdi.  Birinci  talada  qabağına  yekə  bir 
dovşan  çıxdı. Cəld  tapançasını  çıxarıb,  ondan  qorxub  qaçan 
dovşana dalbadal iki güllə atdı. Ancaq gec idi. Dovşan artıq 
kolların  arasında  görünməz  olmuşdu.  Ağamurad  onun 
qarasına yağlı bir 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə