Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

downloaded from KitabYurdu.org
74 
idi. Danışmağı da ki... Heç qulaq asmasan yaxşıdır! Mahmud 
onu qardaşına könülsüz almışdı. Görəndə ki, qardaşı bu anq, 
yöndəmsiz  qızın  dərdindən  dəli-  divanədi,  elçi  getməkdən 
başqa əlacı qalmamışdı. 
Əhlimanın da Qənirədən xoşu gəlmirdi. Nə qadın kimi, nə də
insan kimi. Mahmudla bu evdə yaşadıqları vaxt Əhlimangilə
gəlib-gedirdi.  Özündən  iyirmi  yaş  böyük  Əhlimanla 
danışanda az qalırdı kişinin qucağına atılsın. Ancaq Əhliman 
ona baş qoşmurdu. Yenə bir əməlli- başlı bədən quruluşu-zadı 
olsaydı, dərd yan idi. 
Bədənində  yalnız  sifəti  babat  idi  ki,  elə  Ağayann  da  ağlını 
çaşdıran o olmuşdu. 
Qənirə öz ədalı yerişi ilə, burula-burula ərinə yaxınlaşdı: 

Ağayar, usta tapıb bu hamamın yarımçığını çəkdirərsən! 
Ağayar başını qaldırıb tikiliyə baxdı və yenə öz işi ilə məşğul 
olmağa başladı: 

O sonranm işidir, hələ bir dayan görüm! 

Öz evimizi satıb buraya köçərik. Əhliman kimi qonşu heç 
yanda tapılmaz! - Qənirə bunu deyib Əhliman tərəfə gözlərini 
süzdürdü. 
Əhliman ona çəp-çəp baxıb başını buladı: «Bəli də, dərdimiz 
olmayacaq bundan sonra! Gör 
kimin yurdunda kim gəlib qalacaq. Sarsaq qızı sarsaq!» 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
75 
Qalxıb  həyətdən  çıxdı.  Küçədə  yasxanaya  ötəri  nəzər  salıb 
işləyən cavanlara bəzi göstərişlər verdi və öz həyətinə keçdi. 
Pilləkəndə oturmuş Təhminəyə: 
- Çıx süfrə hazırla! - dedi və həyətdəki əl-üz yuyanda əllərini 
yuyub  pilləkənlə  ağır-ağır  qalxmağa  başladı.  Pilləkənin 
başında nə düşündüsə, dönüb qonşu evin pəncərəsinə baxdı. 
O  pəncərəyə  ki,  iki  gün  əvvəl  gecə  vaxtı  həmin  pəncərəyə
düşən kölgədən bütün rayon camaatı danışırdı. Xeyli müddət 
gözlərini  pəncərədən  çəkə  bilmədi.  Sanki  gündüzün-günorta 
çağında da pəncərədə həmin kölgə görünürdü... 
Bayəddin bir saata yaxın idi ki, kamerada oturub dərin fikrə
getmişdi.  «Məni  nəyə  görə  buraya  gətirdilər?  -  deyə
düşünürdü. - Bəlkə dünən Telman müəllim mənə inanmayıb?! 
İnanmamışdısa,  bəs  onda  niyə  məni  buraxdı?  Görəsən,  kim 
satıb məni? Mən meşə yolunun başında dayananda Cavanşir 
maşınla  yanımdan  keçdi.  Bəlkə  o  satıb?!  Əlbəttə,  Cavanşir 
satıb!  Başqa  kim  görüb  ki,  məni?  Ancaq  Cavanşir  mənim 
sərnişinimi  görmüşdümü?  Əgər  görüb  xəbər  veribsə,  dünən 
Əmirəliyev niyə inandı mənə?» 
-  Yox!  -  Bayəddin  başını  əlləri  arasına  aldı.  -  Mən  o  gecə
kəndə kimi apardığımı deyə bilmərəm! Deyə bilmərəm! 
O qorxunc təhdid yenə qulaqlarında səslənməyə başladı: 
«01a  bilsin,  səni  tutub  soruşacaqlar  ki,  kəndə  kimi 
aparmısan?..  Əgər  boynuna  alsan,  məndən  incimə.  Özünə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
76 
əlim çatmasa, oğlunun başını cücə başı kimi üzəcəm! Özün də
əlimdən qurtara bilməyəcəksən!» 
Bayəddin  o  əclafın  sözlərinə  inanırdı.  Bilirdi  ki,  o  bunu  edə
bilər. 
«Qansızın biridir, ondan hər şey gözləmək olar. Ancaq... Yəni 
doğrudan, Mahmudu o öldürüb? Başqa kim ola bilər ki? Bəs 
axı  nəyə  görə  ?  Hə?  Yaxşı  bəs  o?..  Ay  Allah,  sənə  qurban 
olum, bu dəhşətli bəladan xilas elə məni! O bir oğlumu da sənə
tapşırıram!  Bu  işdən  salamat  qurtara  bilsəm,  qurban  kəsib 
camaata paylayacam!» 
Ətrafına boylanıb, soyuq beton divarlara tamaşa etdi. O, özü 
də başa düşürdü ki, bərk qorxur. Az qala öz-özü ilə danışırdı: 
-  Kaş  ki,  döyməyəydilər  məni.  Bir  şey  uydurub  deyərəm. 
Ancaq yəqin ki, döyəcəklər! Bu nə oyundu mən düşdüm, ay 
Allah?! 
Cinayət-axtarış  bölməsinin  rəisi  nahar  fasiləsindən  qayıdan 
kimi kameraya salınmış sürücünü onun kabinetinə gətirdilər. 
Əmirəliyev qəzəblə Bayəddinin üzünə baxdı: 

Ə, küçük, mənə nömrə gəlirsən?! Bəs deyirdin, kəndə tək 
getmisən o gecə? 
Bayəddin  qorxudan  udqunmağa  başladı:  «Yəni  bilirlər  kimi 
aparmışam kəndə? Yəni Cavanşir görübmüş onu? Mən indi bu 
qansız oğlu qansıza nə cavab verim? » 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
77 

Eşitmirsən?! - mayor səsini qaldırdı: - Ay heyvan, o gün 
səni görən olub! Meşə yolunun başında dayanmısan. Maşının 
xarab  olubmuş.  Sən  onu  düzəldəndə  həmin  sərnişinin  də
maşında oturubmuş. Görürsən, hər şey mənə məlumdur! Sən 
o adamın kimliyini niyə gizlədirsən, bax bu mənə aydın deyil! 
Stolun üstünə ağ vərəq və qələm qoydu: 
- Gəl, əyləş! Kəndə həmin gecə kimi aparmısan, nə görmüsən, 
nə eşitmisən, hamısını yerli yataqlı yaz! 
Bayəddin göstərilən stulda oturdu. Nə edəcəyini bilməyərək, 
qələmi əlinə aldı. Beynini sürətlə işlətməyə başladı. «Cavanşir 
onu görübmü? Cavanşir onu görə bilərdimi?» 
Cavanşirin maşınının onun yanından keçdiyi anı dəqiqliyi ilə
xatırlamağa çalışdı: 
«Mən  motorla məşğul idim. Cavanşirin  maşını bərabərimizə
çatanda,  əlimi  saxlayıb  bir  anlıq  ona  baxdım.  O  da  mənə
baxdı. Həmin vaxt bircə saniyə imkan ola bilərdi ki, o mənim 
maşınımın arxa oturacağına baxsın. Deyəsən, baxdı da! Ancaq 
onu görə bildimi? Baxsaydı, əlbəttə görə bilərdi... 
Ancaq  əgər  məni  əvvəldən  Cavanşir  satmışdısa,  niyə
gördüyünü deməmişdi? Niyə Əmirəliyev dünən mənə inandı? 
Yox, belə çıxır ki, o məni sınayır.» 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
78 
Ramal  gözlərinin  qabağına  gəldi:  «Ata,  mənə  tapança  al!» 
Özündən  asılı  olmayaraq,  kövrəldi.  «Yox!  Mən  o  adamın 
adını deyə bilmərəm!» 
- Mən kəndə tək getmişəm, rəis! Allaha... 
Qəfil  yerindən  sıçrayan  mayor  onu  necə  vurdusa,  stulqanşıq 
döşəməyə  aşdı.  Peysəri  zərblə  divara  dəydi.  Otaq  başına 
fırlandı.  Əmirəliyev  onun  yaxasından  yapışıb  qaldırdı  və
başqa  stulda  otuzdurdu.  Yaxasını  əlindən  buraxmadan 
gözlərinin içinə baxdı: 
-  Sən  məni  barmağına  dolayırsan?!  İt  oğlu  it!  Bilmirsən  ki, 
mənə  də  Əmirəliyev  deyərlər?  Bilmirsən  ki,  sənin  ciyərini 
çıxarıb ağzına verərəm?! 
Ağzından axan qanı yavaş-yavaş çənəsinə süzülən Bayəddin 
bölmə rəisinin sözlərini güclə eşidirdi. Beynində başqa sözlər 
daha  inadla,  daha  qüvvətlə  taqqıldayırdı:  «Oğlunun  başını 
cücə  başı  kimi  kəsəcəm!  Oğlunun  başını  kəsəcəm!..  Başını 
kəsəcəm!..» 
... Əmirəliyev daha yorulmuşdu. Gördü ki, indi Bayəddindən 
söz  qoparmaq  mümkün  deyil.  Belə  getsə,  əlində  ölə  bilərdi. 
Növbətçi polisi 
çağınb onu müvəqqəti saxlama kamerasına aparmağı əmr etdi. 
Kapitan  Rafael  Vəliyev  artıq  Sabiri  dindirmişdi.  Göydağ 
camaatının əsas sürücüsü hesab olunan, hər gün müştərilərini 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə