Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

downloaded from KitabYurdu.org
111 
Bölmə  rəisi  oğlanı  sorğu-suala  tutandan  sonra  Əhlimanın 
verdiyi fotoşəkli ona göstərdi: 

Yaxşı bax, bu idi həmin qadın? 
Oğlan şəklə diqqətlə baxıb mayora qaytardı: 
-
Bəli, bu idi! 
-
Nə vaxt görmüsən onu? 
-
Mayın 18-i idi. Axşamüstü saat 7 ilə 8 arasında. 
Mayor  Əmirəliyev  oğlanı  azad  edib  Rəfailə  baxdı.  Kapitan 
Vəliyev bu baxışın mənasını çox gözəl başa düşürdü. Odur ki, 
söhbəti uzatmadan onu maraqlandıran əsas sualı verdi: 

Meyit indiyə qədər şişib suyun üzünə çıxmazdımı? 
Əmirəliyev fikirli halda başını buladı: 

Gölün altında axın var. Meyit axına düşsə, gedib beton 
bəndin ayağındakı dəmir tora ilişə bilər... 

Axı bu qadın hansı səbəbə görə intihar edib? - Vəliyev 
çiyinlərini çəkdi. 

Adam bezəndə hər şey edər! Nə ata-anası, nə də rəfiqəsi 
onu bir gecə qonaq saxlamaq istəməyib. - Əmirəliyev ayağa 
qalxdı.  -  Çıxaq!  Rəisin  yanma  getməliyəm.  Gölü  axtarmaq 
lazımdır! 
Kabinetdən çıxdılar. Mayor birbaş şöbə rəisinin yanma gedib 
məsələni danışdı. Xəlilov telefonu götürüb prokuroru da işdən 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
112 
agah etdi. Prokuror elə həmin gün Bakıya zəng vurub gölün 
dibində axtarış aparmaq üçün adam dəvət etdi. 
Sabirin  UAZ-ı  meşə  yoluna  girmişdi.  Kələ-  kötür  yollarla 
kəndə  doğru  irəliləyirdi.  Maşında  beş-altı  sərnişin  var  idi. 
Əhliman qabaqda, sürücünün yanında oturub, dərin fikrə qərq 
olmuşdu.  Polis  şöbəsində  mayor  Əmirəliyevlə  mübahisəsi 
beynindən  çıxmırdı.  Onun  gözlərindəki  qəzəb  və  kin  də
Əhlimanın  nəzərindən  qaçmamışdı.  «Belə  adamlarla  elə
mənim  kimi  danışmaq  lazımdır!  -  deyə  fikirləşdi.  -  Yoxsa 
acizliyini  ki,  gördü,  qanın  getdi.  O,  elə  bilir  ki,  nə  istəsə, 
danışa bilər, nə istəsə eləyə 
bilər.  Yox,  Telman  müəllim,  özünü  güclü  hesab  edirsənsə, 
qarşmdakım özündən də güclü hesab elə!» 

Səfayədən  bir  xəbər  çıxmadı  ki,  ay  Əhliman  qardaş?  - 
arxa oturacaqda oturmuş bir qadın qəfil soruşdu. 

Yox! - xəyaldan ayrılan Əhliman əsəbi cavab verdi. 
O,  arvadının  evdən  getməsi  barədə  kiminsə  danışmasından 
əsəbiləşirdi.  Heç  ayırmaq  olmurdu  ki,  bu  suallann  hansı 
səmimi verilir, hansı eyhamla? Kənddə müxtəlif cür söhbətlər 
gəzirdi.  Danışanların  çoxu  Səfayənin  evdən  getməsində
Əhlimanı günahlandırırdı. «Sərtdir, 
acıdildir.  -  deyirdilər.  -  onun  xasiyyətinə  heç  bir  qadın 
dözməz!» 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
113 
Əhliman Səfayə haqqında düşünəndə qanı bir az da qaraldı. 
Bu düşüncələrdə peşmançılıq da var idi, ittiham da! 
«Axı  o,  niyə  belə  elədi?  Niyə  mənə  heç  nə  deməmiş  evdən 
çıxıb getdi? Getmişdisə, heç olmasa atasıgildə qalaydı. Atası 
onu  sürüyüb  çıxartmayacaqdı  ki,  evdən?!  Niyə  belə
düşüncəsiz, belə axmaq iş tutdu o? Niyə?!» 
O  qədər  dərin  xəyala  getmişdi  ki,  köhnə  maşının  yolun 
çuxurlarında atılıb-düşməsi də onu xəyallardan ayıra bilmirdi. 
Maşın kəndə yaxınlaşırdı... 
Bu vaxt Cavidlə Təhminə həyətdə analan barədə danışırdılar. 
Yazıq  uşaqların  ondan  ötəri  burunlarının  ucu  göynəyirdi. 
Cavid  anasının  evdən  getməsinə  görə  atasından  möhkəm 
incisə  də,  bunu  Təhminənin  yanında  dilinə  gətirmirdi. 
Düşünürdü  ki,  anası  tezliklə  qayıdıb  gələcək  və  həyat  yenə
əvvəlki kimi davam edəcək. 
O gecəki qorxulu yuxusunu heç cür unuda bilmirdi. O gündən 
sonra  hər  gecə  ona  bənzər  yuxu  görürdü.  Hər  dəfə  anası 
dalğalı suların qoynunda batıb gedirdi. Hər gecə kömək üçün 
yenə Cavidi səsləyirdi. 
Yəni,  doğrudanmı  anası  qayıtmaya  bilərdi?..  Yox,  o 
qayıtmalıydı!  Kaş  tez  qayıdaydı.  Cavid  daha  onu  dərd 
çəkməyə,  əziyyət  çəkməyə  qoymayacaqdı.  Atasına  da 
yalvaracaqdı  ki,  anasını  incitməsin.  Onun  işlərinin  bir  azını 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
114 
Təhminəyə  tapşıracaqdı.  Qoy  o  da  işləsin,  anasının  işi 
yüngülləşsin. 
Anası  evdən  çıxandan  sonra  dərsə  də  getməmişdilər.  Eləcə
həyətdə girlənir, küçəyə çıxıb baxır, yenə həyətə qayıdırdılar. 
Ancaq  atalarının  qorxusundan  həyətdə-bacada  bəzi  vacib 
işləri görürdülər. 
Cavid  tez-tez,  gizlicə,  çıxıb  anasının  paltarlarına  baxırdı. 
Onlardan  gələn  ətri  dünyanın  ən  gözəl  ətri  kimi  qoxulayıb 
ciyərlərinə  çəkirdi.  Neçə  dəfə  göz  yaşlan  ilə  islatmışdı  bu 
paltarları... 

Atam anamı gətirəcək bu gün? - Təhminə neçənci dəfə
idi ki, soruşurdu bunu. 

Bilmirəm! Mən haradan bilim? - Cavid bu dəfə bacısına 
acıqlı cavab verdi. - Tapsa gətirəcək! 

Getsin dayıma desin, dayım da Bakıda axtarsın onu. 

Axtaracaqlar!  Sən  çıx  evə,  kartof  soy,  yemək  hazırla, 
atam bu saat gəlib yemək istəyəcək! 

Sən də get, tövləni təmizlə! Atam gəlib hirslənəcək. 

Sənin tövlə ilə işin yoxdur! 
Təhminə pilləkəndə oturmuşdu. Heç ayağa qalxmaq istəmirdi. 

Eşitmirsən? - qardaşı səsini qaldırdı. 
Qız kövrəldi: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
115 

Mənim heç yemək hazırlamağa həvəsim yoxdur. Anamı 
istəyirəm... 

Dur ayağa görüm!  - Cavid ona acıqlandı. - Get, yemək 
hazırla! 
Sonra özü də tövləni təmizləməyə getdi. Çalovu götürüb içəri 
girdi. Boş tövləyə baxıb, köksünü ötürdü. Onun da iş görməyə
həvəsi  yox  idi.  Anasının  xəyalı  gözlərinin  qarşısından 
çəkilmirdi. Çalovu tövlənin divarına söykədi və birdən əlləri 
ilə üzünü tutub hönkürtüylə ağlamağa başladı... 
Mirsahib  sahə  müvəkkili  tərəfindən  tutulub  polis  şöbəsinə
gətiriləndən sonra müstəntiq Zeynalov və mayor Əmirəliyev 
onun  haqqında  və  mayın  18-də  haralarda  olması  barədə
məlumatlar toplamışdılar. 
Mirsahib  mayın  19-da,  Mahmud  öldürülən  ərəfədə  kəndin 
küçəsində görünmüşdü. Bu zaman o, boynuna almadığı yarım 
saat vaxt itkisi ilə Ağayargilə gedirmiş. Müstəntiq Zeynalov 
onun  həmin  yarım  saat  müddətində  Mahmudgilə  girib,  onu 
öldürməsini qəbul etməyə hazır idi. Ancaq məsələ burasında 
idi ki, həmin vaxt hava qaralmamışdı və Əhlimanın pəncərədə
gördüyü, Mirsahibə xeyli dərəcədə uyğun gələn məşum kölgə
onda  görünə  bilməzdi.  Əhliman  özü  də  pəncərədəki  kölgəni 
hava  qaralandan  sonra,  saat  ıo  radələrində  gördüyünü  qeyd 
etmişdi. Tibb eksperti də qətlin həmin radələrdə baş verdiyini 
göstərirdi. Belə çıxırdı ki, Mirsahib Mahmudu Ağayargildən 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə