Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

downloaded from KitabYurdu.org
107 

Mən kəndə heç kəsi aparmamışam! 
Zeynalov əlini stola vurub ayağa qalxdı: 

Qurtardıq! Sən öz işini bir az da xarablaşdırdın, əzizim! 
Sonra  o,  Bayəddini  yenidən  kameraya  aparmaq  barədə
göstəriş verdi. 
Mayor  Telman  Əmirəliyev  kabinetində  oturub  qarşısındakı 
Əhlimana qanlı-qanlı baxırdı. Mahmudun qətlə yetirilməsi ilə
bağlı  cinayət  işinin  ibtidai  istintaq  mərhələsinə  keçməsi, 
özünün  qismən  bu  prosesdən  uzaqlaşdırılması  qanını  bərk 
qaraltmışdı. İndi o, daha çox, itkin düşmüş qadının axtarışı ilə
məşğul  olmalı  idi.  O  bu  qadını  nəyin  bahasına  olursa  olsun 
tapacaqdı.  Məsələ  heç  də  bunda  deyildi.  Əmirəliyev  özünü 
təhqir olunmuş kimi hiss edirdi. O, bütün vaxtını və bacarığını 
naməlum qatilin axtarışına sərf etməli olduğu halda, ərindən 
küsüb evdən çıxmış bir qadının axtarışı ilə məşğul olmalı idi. 
Mayor qarşısında oturmuş Əhlimanı bir daha kinli baxışlarla 
süzüb dilləndi: 

Arvadının  şəklini  gətir  ver!  Bir  də,  Bakıdakı  qaynının 
ünvanını!  Düzdür,  xəbər  gəlib  ki,  arvadın  orada  yoxdur, 
ancaq, hər halda, yoxlayacağıq. 

Şəklini  gətirmişəm.  -  Əhliman  cibindən  Səfayənin 
fotosunu  çıxanb  stolun  üstünə  qoydu.  -  Ancaq  qaynımın 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
108 
ünvanını  dəqiq  bilmirəm.  Oraya  gedib-gəlməmişəm. 
Atasıgildən alarsınız! 

Vay sənin evin yıxılsın! - bölmə rəisi əsəblərini cilovlaya 
bilmədi.  -  İşə  düşmüşük  də!  Bu  boyda  cinayət  qalıb 
açılmamış, Əmirəliyev isə sənin arvadını axtarmalıdır! Allah 
bilir, indi harada öz kefindədi. 

Telman  müəllim!  -  Əhliman  dodaqlarını  gəmirdi.  - 
Kənddə də mənimlə kobud danışdın, dinmədim. Mənimlə belə
danışma!  Elə  bilmə  səni  arvad  doğub,  bizi  inək!  Mən  də
kişiyəm! O ki qaldı cinayətin açılmağına, sizə kömək elədim, 
başqa neyləməliydim ki? Tapın da!.. 

Tapacağıq!  Sənə  hesabat  verməli  deyiləm  o  barədə!  - 
Əmirəliyev az qaldı əlini Əhlimanın gözünə soxsun. - Kişisən, 
get öz arvadını axtar! Daha durub bizim üstümüzə yüyürmə! 

Burada  işləməsəydin,  mən  gəlib  sənin  qapını 
döyməyəcəkdim ki, Telman müəllim, dur get mənim arvadımı 
axtar.  İşiniz  budur!  Sonrası  da,  mən  şəxsən  sənə  müraciət 
etməmişəm. Rəisin göstərişini yerinə yetirirsən! 

Dur, get! - mayor əli ilə qapını göstərdi. - Arvadını gətirib 
kənddə sənə təhvil verəcəm. Əlbəttə, əgər sağdırsa. Yox, əgər 
özünə qəsd eləyibsə, cavab verməli olacaqsan! 

Məni  qorxutma!  -  Əhliman ayağa qalxdı.  -  Mən  heç nə
üçün cavab verməli olmayacağam. Çünki burada mənim heç 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
109 
bir  günahım  yoxdur!  Günahkar  idimsə,  gəlib  sizə  şikayət 
edəydi. 

Get! Get! - Əmir əliyev daha ona qulaq asmaq istəmədi. 
Əhliman qapını açıb, otaqdan çıxdı. Mayor ayağa qalxıb əsəbi 
halda  gəzişməyə  başladı.  Səfayənin  axtarışını,  onsuz  da, 
Rəfailə  tapşırmışdı.  Onu  daha  çox  Mahmudun  qatilinin 
tapılması maraqlandırırdı. İş istintaqa verilsə də 
o, təhqiqatı davam etdirir, qatili şəxsən özü tapmağa çalışırdı. 
Təhqiqat  zamanı  Əmirəliyevi  maraqlandıran  məsələlərdən 
biri bu olmuşdu ki, hadisə baş verən gün mərhum, nədənsə, 
günortadan  sonra  işləməmiş,  hətta  özünə  şam  yeməyi  də
hazırlamamışdı.  Təcrübəli  əməliyyat  işçisinin  fikrincə, 
Mahmud  həmin  gün  günortadan  sonra,  ölümünə  qədərki 
müddətdə  həyəcanlı  və  əsəbi  vəziyyətdə  olmuşdu.  Turşuya 
qoyulmuş xiyarla araq içməsi də bunu sübut edirdi. Ağayarın 
həmin gün saat 3-lə 4 arasında qardaşının yanında olmasını və
ondan  həyətin  yarısını  tələb  etməsini  biləndən  sonra 
Mahmudun  keçirdiyi  əsəbi  anlann  səbəbi  mayora  aydın 
olmuşdu. 
Ancaq bu, eyni zamanda, onu göstərirdi ki, qətldə Ağayardan, 
Mirsahibdən şübhələnməyinə dəyərdi. 
Şübhələr  öz  yerində...  Dəqiq  sübutlarla  tapılmalıydı  ki, 
Mahmudun  həyatına  qəsd  edən  vəhşi  xislətli  adam  kim 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
110 
olmuşdu!  Həmin  qanlı  gecədə  hansı  caninin  kölgəsi 
Mahmudun otağının pəncərəsinə düşmüşdü? 
Kapitan  Vəliyevin  kabinetə  daxil  olması  Əmirəliyevi 
fikrindən ayırdı. Rəfail bildirdi ki, bir cavan oğlan əlamətləri 
Səfayəyə uyğun gələn qadını şəhərin kənarındakı gölün beş-
on addımlığında görüb. 
- Bu necə olub? - bölmə rəisi soyuq şəkildə soruşdu. 
Onun  Rəfaildən  xoşu  gəlmirdi.  Rayona  beş-  altı  ay  əvvəl 
gəlmiş kapitanın qadın düşkünü olduğu və bəzi şübhəli işlərə
baş  qoşduğu  barədə  məlumatı  var  idi.  Ancaq  Rəfailin 
zirəkliyinə və bacarığına da söz ola bilməzdi. Elə bu oğlanın 
özünü də o arayıb-axtarıb tapmışdı. 

Oğlan balıq tutub göldən uzaqlaşanda bu qadınla üz-üzə
gəlib. Qadın gölə tərəf gedirmiş... 

Deyirsən, əlamətləri uyğun gəlir? 

Bəli!  Sarışın  qadın  olub.  Həm  də  onun  çox  qəmgin  və
fikirli olmağı da oğlanın nəzərindən qaçmayıb. 

Təcili olaraq, həmin oğlanı buraya gətir! - mayor göstəriş 
verdi. 

Gətirmişəm.  Aşağıda  gözləyir.  -  Vəliyev  bunu  deyib 
otaqdan çıxdı və bir dəqiqə sonra 20 yaşlannda bir oğlanla geri 
qayıtdı. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə