Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

downloaded from KitabYurdu.org
102 
da  tək  olmamışdısa,  onda  belə  bir  fikir  yaranır  ki,  onun 
sərnişini  olmuş  adam  olduqca  qorxulu  və  təhlükəli  bir 
adamdır. Yoxsa Bayəddin onun adını belə cəhdlə gizlətməz, 
istintaqdan  canını  qurtarmaq  üçün  özünü  öldürməyə  cəhd 
göstərməzdi. 
Müstəntiq 
Zeynalov  bütün  bu  qaranlıq  məqamları 
işıqlandırmalı, tezliklə cinayətkarı tapıb üzə çıxarmalı idi. 
Növbətçi  polis  işçisi  Bayəddini  gətirib  istintaq  otağına  saldı 
və özü geri qayıtdı. 
Bayəddin  iki  gündə  arıqlamış,  üzünün  rəngi  sol¬muş,  bir 
sözlə, tanınmaz hala düşmüşdü. 
Zeynalov ona əyləşmək üçün yer göstərib, siqaret təklif etdi. 
Şöbədə  olduğu  müddətdə  o  dünyanı  görüb  gəlmiş  sürücü 
oturan  kimi  siqareti  damağına  qoyub  acgözlüklə  çəkməyə
başladı.  Ürəyində  sevinirdi  ki,  onu  müstəntiq  Zeynalov 
danışdıracaq. Əmirəliyevlə bir daha üz- üzə gəlməyi qətiyyən 
arzulamırdı.  İki  gecə  idi  ki,  yuxuda  gah  mayorun  qəzəbli 
sifətini  görüb,  «Kim  idi  o»  sualını  eşidir,  gah  da  həmin 
qaniçən,  əclaf  adamın  bıçaq  kimi  kəsən  soyuq  baxışlarını 
görüb,  «Oğlunun  başını  kəsəcəyəm!»  sözlərini  eşidirdi.  Bir 
daha qəti qərara gəlmişdi ki, o gecə sərnişininin kim olduğunu 
dilinə gətirməyəcək: «Onsuz da bunlar o zəhərli ilanı ifşa edib 
tuta bilməyəcəklər. Məni öldürəcəklərsə də, qoy öldürsünlər!» 

Bundan sonra istintaqı mən aparacağam. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
103 
- Zeynalovun səsi onu fikirdən ayırdı. Vəkil dəvət olunmasını 
istəyirsənmi? 

Yox!  -  Bayəddin  etiraz  etdi.  -  Vəkilin  mənə  nə  xeyri 
olacaq ki?.. 

Yaxşı!., sən deyirsən ki, mayın 18-də axşam Mahmudgilə
tək getmisən. Eləmi? Ancaq təsdiq edirlər ki, həmin vaxt sənin 
maşınında  bir  nəfər  kənar  adam  olub.  Sən  niyə  axı,  bunu 
boynuna almaq istəmirsən? Düşünmürsən ki, bununla özünü 
dolaşdınb bataqlığın içinə salırsan? 
Bayəddinin barmaqları arasında tutduğu siqaretin külü stolun 
üstünə töküldü. O biri əli ilə külü təmizləyib, yenə başını aşağı 
dikdi. Müstəntiq yenə də təmkinlə onu yola gətirməyə çalışdı: 

Baxmayaraq ki, burada sənin cinayətlə birdaşa əlaqəndən 
şübhələnirlər,  söz  verirəm,  həmin  adamın  kimliyini  desən, 
səni bu gün evə buraxacam! 

Əgər Cavanşir həmin adamı görübsə, özü desin də! Daha 
məni niyə incidirlər? - Bayəddin başını qaldırmadan dilləndi. 
Zeynalov başını bulayıb gülümsədi: 

Gəl, səninlə səmimi danışaq! Kişi kimi! Cavanşir həmin 
adamın üzünü görməyib. Amma o görüb ki, sənin maşınının 
arxadakı sol qapısı açıq imiş. Kimsə, arxa oturacaqda oturan 
adam  əlini  uzadıb  qapını  örtüb.  Həmin  anda  sən  maşının 
qarşısında imişsən. İndi deməyəcəksən ki, qapını külək örtüb? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
104 
Desən,  mən  də  deyəcəyəm  ki,  həmin  gün  küləkli  hava 
olmayıb.  Hə,  danış,  Bayəddin!  Heç  kimdən  də  qorxub 
çəkinmə! 
Bayəddin çəkib qurtardığı siqaretin kötüyünü külqabıya basıb 
söndürdü.  Başını  qaldırıb  müstəntiqə  baxdı.  Elə  o  saat  da 
baxışlarını  onun  iti  nəzərlərindən  yayındırmağa  çalışıb 
qarşısındakı külqabıya dikdi və beləcə də danışmağa başladı: 
- Mən o adamı tanımıram. 

Deməli  o  gecə  maşınında  sərnişinin  olduğunu  boynuna 
alırsan!? - müstəntiq qalib nəzərlərlə ona baxıb, stulda yerini 
rahatladı: - O necə adam idi? 

Orta yaşlı, başı qabaq tərəfdən keçəlləşmiş, qalın bığlı bir 
kişi  idi.  Dayanacaqdan  bir  qədər  kənarda  məni  saxladı  və
Göydağa  aparmağı  xahiş  etdi.  Mən  onu  heç  vaxt 
görməmişdim. Bura adamına oxşamırdı. Aparıb Mahmudgilin 
darvazasının qarşısında düşürdüm. O saat da yol haqqımı alıb 
geri qayıtdım. 
Bu vaxt otağın qapısı açıldı və Ağamurad başını içəri saldı. 

Gəl  içəri,  Miriyev!  -  Müstəntiq  onu  otağa  dəvət  etdi.  - 
Bayəddin axır ki, ağıllı qərara gəlib. 
Gəl otur, qulaq as! 
Sahə müvəkkili stul çəkib əyləşən kimi Zeynalov yenə üzünü 
Bayəddinə tutdu: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
105 

Heç nə danışmadınız yolda? Bu naməlum adam demədi 
ki, Mahmudun evinə niyə gedir? 

Yox, heç nə danışmadıq... 
Zeynalov bacardığı qədər səbirli olmağa 
çalışdı: 

Bu  bir  qədər  düz  çıxmayır  axı?!  O  adamı  tanımırsan. 
Yolda heç nə danışmamısmız... Bəs niyə indiyə qədər deyirdin 
ki,  kəndə  tək  getmisən?  Belə  çıxır  ki,  sən  həmin  adamı 
tanıyırsan! 

Yox, tanımıram! 

Bəs  tanımadığın  adamı  niyə  gizlədirdin?  Niyə  istintaqa 
yalan ifadə verirdin? 
Bayəddin bir az fikirləşib, axır ki, dilləndi: 

O  məni  hədələdi.  Dedi  ki,  əgər  onu  satsam,  oğlumun 
başını kəsəcək! 

O  haradan  bilirdi  ki,  sənin  oğlun  var?  -  müstəntiq 
Bayəddinə tərəf əyilib onun gözlərinin içinə baxdı. 

Dedi də, nə bilim... Soruşdu, mən özüm dedim ki, oğlum 
var. 

Deməli, oğluna görə satmaq istəmirdin onu? 

Hə... 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
106 

Bəs  oğluna  yazığın  gəlmir  daha?  Axı  artıq  sən  onu 
satdın!? Bax, Miriyev də şahiddir. 
Özünü  itirmiş  sürücü  başını  qaldırıb  heyrətlə  müstəntiqə
baxdı: 

Mən ki, onun kimliyini demədim!? 
Müstəntiq Zeynalov əlini stola vurdu: 

Görürsən, özün etiraf elədin ki, onun kimliyini bilirsən, 
ancaq qorxudan demirsən! 
Artıq söz danışdığını başa düşən Bayəddin baxışlarını endirib, 
başını əlləri arasına aldı: 

Mənim  Mahmudun  öldürülməyində  heç  bir  günahım 
yoxdur!  O  bədbəxt  oğlunu  həmin  gecə  yox,  o  biri  gecə
öldürüblər.  Özünüz  bunu  yaxşı  bilirsiniz!  Daha  mən  heç  nə
danışmayacam! Lap öldürsəniz də, heç nə deməyəcəm! Mən 
oğlumun  canından  bezməmişəm!  Heç  nə  deməyəcəm!  Boş 
yerə məni incidib, təhqir etməsinlər. Yoxsa prokurora şikayət 
edəcəm! 
Müstəntiq  sahə  müvəkkili  ilə  ötəri  baxışıb,  təmkinlə
xəbərdarlıq etdi: 

Bayəddin,  sən  bir  az  da  fikirləş!  Nahaqdan  özünü 
dolaşdınrsan.  O  ki  qaldı  oğluna,  biz  onu  qoruya  bilərik. 
Arxayın ola bilərsən! 
Bayəddin başını yellədi: 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə