Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

downloaded from KitabYurdu.org
84 
söyüş söyüb yoluna davam etdi. İkinci tala Göydağ kəndinə
çataçatda  idi.  Bu  taladan  sonra  gələn  kolluqların  arası  ilə
azacıq gedəndən sonra kəndə daxil olurdun. 
Ağamurad, kəndə çatan kimi, bir də saatına baxdı. O, iki kənd 
arasındakı  yolu  iyirmi  dəqiqəyə  gəlmişdi.  Mirsahibin  isə  öz 
evindən çıxması ilə Göydağın küçələrində görünməsi arasında 
bir  saat  vaxt  keçmişdi.  Belə  çıxır  ki,  Mirsahib  yolüstü 
Mahmudgilə girib, hətta orada 30-40 dəqiqə qala bilərdi. 
Mirsahib  45  yaşında,  hündür,  anq,  günəşdən  qapqara 
qaralmış,  səliqəsiz  görkəmli  bir  adam  idi.  Oğurluq  və
xuliqanlıq üstündə iki dəfə azadlıqdan məhrum edilmişdi. İndi 
də gah mal-qara otarır, gah odun satır, ümumiyyətlə birtəhər 
ailəsini  saxlayırdı.  Kəndlərində  çox  az  adamla  oturub-
dururdu.  Daha  çox  özündən  iyirmi  yaş  kiçik  Ağayarla 
yoldaşlıq  edirdi.  Mahmud  bununla  əlaqədar  bir  neçə  dəfə
qardaşını  danlamışdı.  Demişdi  ki,  yoldaşlıq  edirsən,  tay-
tuşunla et. Ancaq Ağayar onu eşitməmişdi. 
Ağamurad  gəzintisini  bitirib,  çay  içmək  üçün  Mehdixan 
kişinin evinə gəldi. Həyətdəki stolda yenə süfrə açılmışdı. Ev 
sahibi, Qanbay Qasımlı, Mahir, Nemət əyləşib səhər yeməyi 
ilə  məşğul  idilər.  Sahə  müvəkkili  həyətə  girən  kimi  ucadan 
səsləndi: 
- Gəlmək olar, ağsaqqal? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
85 

Gəl görək, ay Ağamurad, xoş gəlmisən! - Ev sahibi ayağa 
qalxıb ona oturmaq üçün yer göstərdi. 
Agamurad  əyləşən  kimi,  onun  üçün  çay  gətirdilər.  Sahə
müvəkkili  yağı,  pendiri  qabağına  çəkib  iştahayla  yeməyə
başladı. Qasımlı çayını içib stulunu bir qədər geriyə çəkdi və
siqaret yandırdı. 

Qonaqlannla heç tanış etmədin, ağsaqqal!? - Miriyev ev 
sahibinə baxdı. 
Mehdixan kişi əlini əvvəlcə Nemətə uzatdı: 

Neməti,  yəqin  ki,  görmüsən,  kürəkənimdi.  Bunlar  da 
onun iş yoldaşlarıdır. Müxbirdirlər. 
Qasımlı  Nemətdən  xahiş  etmişdi  ki,  onun  kimliyini  kənddə
heç kəsə deməsinlər. O, burada olacağı bir həftə müddəti sakit 
istirahət etmək istəyirdi. Nemət, söz yox ki, Qasımlı ilə Mahiri 
qayınatasının  ailəsinə  düzgün  təqdim  etmişdi.  Ancaq  eyni 
zamanda,  o  da  xahiş  etmişdi  ki,  maraqlananlara  dostlarını 
jurnalist kimi tanıtsınlar. 

Vəziyyət nə yerdədir, Ağamurad? İşlər necə gedir? - ev 
sahibi Miriyevin yeməyə ara verdiyini görüb soruşdu. 
Sahə müvəkkili çayından bir qurtum içib danışmağa başladı: 

Srağagün meyiti ekspertizaya apardım axı?! Onu yanblar. 
Həkimin  fikrinə  görə,  hadisə  gecə  saat  ıo  radələrində  olub. 
Bıçaq düz üç 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
86 
santimetr ürəyə işləyib. Mərhum bu zərbədən dərhal ölüb. 
Burada  söhbətini  kəsib,  Nemətlə  Mahirə  nəzər  saldı.  Ona 
diqqətlə  qulaq  asdıqlarını  görüb  daha  da  həvəslə  danışmağa 
başladı.  Ancaq  bu  zaman,  yaxşı  ki,  polkovnikin  istehza  ilə
gülümsədiyini görmədi. 
-  Mahmud  günortadan  sonra  heç  nə  yeməyib.  Azacıq  duzlu 
xiyardan başqa. Arağı da özü içibmiş. Əmirəliyev öyrənib ki, 
mərhum axşam yeməyini saat 8-lə 9 arasında yeyirmiş. Yəqin, 
çağırılmamış  qonaq  həmin  radələrdə  gəldiyi  üçün  özünə
yemək  hazırlamaq  imkanı olmayıb.  Ancaq,  bu  duzlu  xiyarla 
araq məsələsi bir az qaranlıqdır. 

Deməli,  hələ  kələfin  ucu  tapılmayıb?  -  Mehdixan  kişi 
dilxor halda soruşdu. 

Ucu, deyəsən, tapılıb. - Miriyev xüsusi əda ilə dilləndi. - 
Kələf  özü  çox  dolaşıq  olmasa  yaxşıdır.  Bayəddini  tutublar 
axı!?... 

Bilirəm... - Mehdixan kişi başını tərpətdi. - Nə deyir o? 

Əmirəliyevə çatdırıblar ki, onun maşını 18-i axşamüstü, 
meşə yoluna girən yerdə, üzü kəndə tərəf dayanıbmış. Həmin 
adam  da  öz  maşını  ilə  gəlirmiş.  Görüb  ki,  maşın  dayanıb. 
Bayəddin  isə  kapotu  açıb  maşınla  əlləşir.  Bu  vaxt  maşının 
arxadakı qapılarının biri açıq imiş. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
87 
Sonra  birdən  qapı  örtülüb.  Ancaq  həmin  adam  maşına 
yaxınlaşanda, içinə baxsa da heç kimi 
görməyib.  İndi  Bayəddin  sərnişininin  olduğunu  boynuna 
almaq  istəmir.  Axşam  kamerada  özünü  boğmaq  istəyirmiş. 
Qoymayıblar. - Miriyev birdən yanındakı qonaqların jurnalist 
olduğunu xatırlayıb, sözünü dəyişdi: - Ümumiyyətlə, yaman 
şübhəli işdir... 

Əhlimanın  arvadından  bir  xəbər  öyrənə  bilmişən?  - 
Mehdixan kişi də söhbəti dəyişməyi məqsədəuyğun saydı. 

O  işlə  kapitan  Vəliyev  məşğuldur.  Deməli,  bu  qadın 
əvvəl  atasıgilə  gedib.  Atası  ona  geri  qayıtmağı  məsləhət 
görəndən  sonra  acıq  edib  oradan  çıxıb.  Keçmiş  rəfiqəsinin 
evinə  gedib.  O  da  bunu  evində  saxlamaq  istəməyib.  Oradan 
çıxandan sonra haraya getdiyi məlum deyil. 

Ay zalımın qızı! - Mehdixan kişi hirslə əlini dizinə vurdu. 
- Evini, uşaqlarını atıb nə düşmüsən bu qapılara? 
Mahir söhbətə qarışıb Ağamurada sual verdi: 

Deməli,  Mahmudun  ölümündə  Bayəddinin  naməlum 
sərnişinindən şübhələnirlər? 

Hə,  əlbəttə!  Ancaq...  -  Miriyev  sözünə  ara  verib  üzünü 
Mehdixan kişiyə tutdu. - Ağsaqqal, deyəsən kələfin əsl ucunu 
tapmışam.  Dərəçayda  Mirsahib  var  ha,  bax  o,  Mahmud 
öldürülən  axşam  burada  olub.  Ağayargilə  gedirmiş.  Mən 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə