Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

downloaded from KitabYurdu.org
93 

Ağayara yazığım gəlir, vallah! Hər dəfə o evə, o həyətə
baxanda yanıb töküləcək. Ata əvəzi idi Mahmud onun üçün. 
Böyük qardaş idi. 

Eh, ay Məsmə xala, - Qənirə başını buladı. - Guya özün 
bilmirsən,  hər  qardaş  da  qardaşlıq  eləmir  axı?!  Ağayar  onu 
necə  çox  istəyirdi,  mən  bilirəm.  Ancaq  Mahmud,  bir  söz 
demirəm ha, Allah ona rəhmət eləsin, qardaşlıq eləmirdi axı... 

Yenə həyəti deyirsən? - Məsmə arvad ona məzəmmətlə
baxdı. 

Hə, lap həyəti deyirəm! - Qənirə birdən səsini alçaltdı. - 
Öz  aramızda  qalsın,  Ağayar  həmin  gün,  günortadan  bir  az 
sonra qardaşının yanma getmişdi. Yalvanb ki, ay qardaş, nə
olar,  həyətin  yarısını  kəs  ver.  Mən  də  qardaşınam  axı  gəlim 
ağaclara  qulluq  edim.  Meyvəsindən  satım  dolanım.  Razı 
olmayıb. Bu da hirslənib gəlmişdi. Allah haqqı, hirsindən az 
qalırdı ürəyi partlasın. Onun qarasına deyinirdi. İndi də onu 
ürəyinə vurur ki, niyə qardaşımın qanını qaraltmışam. Deyir, 
torpaqdır  da,  vermirdi,  verməyəydi,  təki  canı  sağ  olaydı. 
Görürsən də, Allahın işini?! Bilmək olmur ki, sabah başına nə
gələcək. Adam  gərək bu gününü də fikirləşə. İndi bax, yenə
Ağayar qədər ona canı yanan yoxdur. Deyir onun qatili tapılan 
kimi, nə yolla olur olsun, öldürəcəm onu! 
- Deyirsən, höcətləşmişdi qardaşı ilə? - Məsmə arvad maraqla 
Qənirənin üzünə baxdı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
94 

Hə  də!..  Bir  az.  Ağayan  tanımırsan?  Hirslənir,  ağzına 
gələni deyir, hirsi soyuyan kimi də peşman olur. 

Ondan sonra daha görməyib ki Mahmudu? 

Yox, görməyib. 

Axşam öldürüblər deyir yazığı. Ağayar yanında olsaydı, 
kim cəsarət edib ona əl qaldırardı? - Məsmə arvad öz sualına 
özü cavab verdi: - Heç kim! 

Hə,  axşam  Ağayar  evdə  idi.  Dərəçaydan  Mirsahib 
gəlmişdi.  Yeyib-içdilər.  O  gedəndən  sonra  Ağayar  yatağına 
girib yatdı. 

Nə əcəb gəlmişdi Mirsahib? 

Elə-belə, həmişə gəlmir? 
Bu vaxt bir uşaq həyət qapısından Qənirəni səslədi: 

Qənirə xala, Ağayar dayı dedi ki, gəlsin! 

Yaxşı,  gəlirəm!  -  Qənirə  uşağa  cavab  verib,  üzünü 
qonşusuna  tutdu:  -  Mən  gedim,  görək  neyləyirik?!  Sən  də
gedirsən, Məsmə xala? 

Sən get, Ağayar gözləyir. İbrahim də oradadır. Mən bir 
azdan gəlib nə lazımdı kömək edəcəm. 
Qənirə Məsmə arvadı yola salıb evə girdi. Onun heç ağlına da 
gəlmədi ki, ən yaxşı sirdaşı olan Məsmə arvadı onun yanma 
polis  sahə  müvəkkili  Miriyevin  xahişi  ilə  İbrahim  kişi 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
95 
göndərib. Bu xahişi Ağamurad da öz başından etməmişdi. Ona 
bu barədə mayor Telman Əmirəliyev göstəriş vermişdi. 
Ağamurad Mehdixan kişinin həyətində səhər yeməyini yeyib
çaymı içəndən sonra, qalxıb kəndin mərkəzində yerləşən icra 
nümayəndəliyinə  getdilər.  Mirsahib  idarənin  qarşısındakı 
skamyada  oturmuşdu.  Ayağa  qalxıb,  Ağayarın  evində  bir 
süfrə  arxasında  oturub  çörək  kəsdiyi  Ağamurada  ərkyana  əl 
uzatdı. Sahə müvəkkili onun salamını çox soyuq aldı. Sadəcə: 
- Gəlmisən? - deməklə kifayətləndi. 
Bir  az  pərt  olan  Mirsahib  kənara  çəkildi.  İcra  nümayəndəsi 
kabinetini  açıb  Ağamuradı  içəri  dəvət  etdi.  Ağamurad 
kabinetə girib stolun arxasında əyləşdi. Portfelindən kağız və
qələm  çıxarıb  Mirsahibi  otağa  çağırdı.  Mirsahib  keçib 
göstərilən  yerdə  -  divar  boyu  düzülmüş  stulların  birində
oturdu.  Miriyev  onun  ordları  batmış  tüklü  üzünü,  çirkli 
köynəyinin  açıq  yaxasından  görünən  tüklü  sinəsini,  iri 
sümüklü  arıq  bədənini  bir  qədər  mənalı  baxışlarla  süzüb 
birbaşa mətləbə keçdi: 

Mirsahib, ayın 19-da, axşam buraya gəlmisən? 

Bəli,  gəlmişəm!  -  Mirsahib  başı  ilə  də  təsdiq  etdi.  - 
Ağayargilə  gəlmişəm.  Gəldim,  oturub  bir  az  söhbət  elədik, 
yedik-içdik, 
çıxıb 
getdim. 
Nədir,  yoxsa 
məndən 
şübhələnirsiniz? Mən axmaq deyiləm, Ağamurad! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
96 

Saat  neçədə  çıxmışdın  Dərəçaydan?  -  polis  sahə
müvəkkili onun sözlərini qulaqardına vurub sual verdi: 

Saat səkkiz olardı... 

Bəs buraya saat neçədə çatmısan? Yəni Ağayargilə! 

Nə bilim? Mən saatla hərəkət eləmirəm ki?! 

Bu nə sözdür? - Miriyev səsini qaldırdı. 

Ağamurad, öz aramızdı, elə danışırsan, adamın gülməyi 
gəlir.  Mən  hər  addım  atanda  saata  baxmıram  ki,  görək  bu 
addımı saat neçədə atdım? 

Ancaq mən sənə deyərəm! Sən saat 9-da olmusan burada. 
Səni görən olub. De görək, necə 
olub ki, iyirmi dəqiqəlik meşə yolunu bir saata gəlmisən? 
Mirsahib bir anlıq duruxdu. Bu hal nə sahə müvəkkilinin, nə
də Mehdixan kişinin gözündən qaçmadı. 

Mən yavaş-yavaş gəlmişəm. - nəhayət, deməyə söz tapdı. 
-  Üstəlik,  Göydağa  az  qalmış,  ikinci  talada  oturub 
dincəlmişəm. 

Yarım saat? - Ağamurad istehza ilə güldü. 

Lap yanm saat! - Mirsahib bir qədər sərt cavab verdi. 

Mirsahib, gəl yalanı qoy kənara. Sən Mahmudun evində
olmusan. Səni hətta onun evində görən olub. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
97 

Məni onun evində necə görə  bilərlər? Kim görüb, gəlib 
üzümə desin! 

Sübut  elə  ki,  onun  evində  olmamısan!  Yarım  saat  vaxtı 
harada olduğunu de və sübut elə! 
Mirsahib rişxəndlə başını buladı: 

Uşaq  kimi  danışma!  Qanuna  görə,  nəyisə  sübut  etmək 
mənim  borcum  deyil.  Sən  sübut  elə  ki,  mən  onun  evində
olmuşam. 

Mənə qanun öyrədirsən? - Miriyev sərt dilləndi. 

Ağamurad,  özün  bilirsən  ki,  iki  dəfə  yatıb-  çıxmışam. 
Məni aldadıb, dolaşdıra bilməzsiniz. Gedin, cinayətkan başqa 
yerdə axtarın! 
Sahə müvəkkili kağız və qələmi yenidən portfelə qoydu. 

Çıx çölə! Ancaq buralarda ol, uzağa getmə! 

Mən  yas  mərasiminə  getmək  istəyirəm.  -  Mirsahib 
qapının ağzında geri dönüb bildirdi. 

Yaxşı, get! 
Mirsahib  çıxandan  sonra,  sahə  müvəkkili  nümayəndəliyin 
telefonu ilə rayon polis şöbəsinə zəng vurdu. Kənddə cəmi iki 
yerdə telefon var idi. Biri nümayəndəlikdə, biri də Mehdixan 
kişinin öz evində. Kənd rayon mərkəzindən uzaq olduğu üçün 
burada mobil telefonla danışmaq mümkün deyildi. Ona görə 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə