Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

downloaded from KitabYurdu.org
129 

Gördüm ki, anamla ikimiz bir çaym kənanndayıq. Çaya 
güclü  sel  gəlmişdi.  Anam,  birdən,  çaya  düşüb  boğulmağa 
başladı.  Əllərini  qaldırıb  kömək  istəyirdi.  Mən  də  sahillə
qaçırdım.  Ancaq  ona  heç  cür  kömək  edə  bilmirdim.  Anam 
birdən «Cavid!» deyə qışqırıb suya batdı. Mən o saat yuxudan 
ayıldım. Sonra daha yata bilmədim... 
Süfrə  arxasına  kədərli  bir  sakitlik  çökdü.  Deyəsən,  hamının 
uşağa  yazığı  gəlmişdi.  Yaranmış  üzücü  sükutu  Ağamurad 
pozdu: 

Deməli, yadına sala bilmirsən ki, maşın gələn kimi yola 
düşdü, yoxsa bir az dayandı? 
Cavid susub başını aşağı dikdi. 

Bacın da eşidib maşının səsini? 

Yox, o ayılmamışdı... 
Sorğu-sual yekunlaşdı. Miriyev 
dindirilmədən çox da razı qalmamışdı. Qiyas müəllimlə Cavid 
çıxıb  getdilər.  Mehdixan  kişi  Ağamuradla  başqa  mövzuda 
söhbətə başlayanda o birilər ayağa qalxdı. 
Qanbay Qasımlı təklif etdi ki, çıxıb kəndin kənarında bir qədər 
gəzsinlər.  Mahir,  Nemət  və  Elməddin  onun  təklifi  ilə
razılaşdılar  və  dördü  də  birlikdə  həyətdən  çıxdı.  Kəndin 
küçələrindən  tələsmədən  keçib  Mahmudun  evinin  qabağına 
çatdılar.  Mərhumun  darvazası  bağlı  idi.  Əhlimanın  həyət 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
130 
qapısı yanında, küçənin kənarında, Cavid qurumuş nazik ağac 
budaqlarını  doğrayır,  Təhminə  isə  doğranmış  budaqları 
qucağına  alıb  həyətə  aparırdı.  Həyətdən  qalxan  tüstü,  əsən 
mehin təsiri ilə səpələnib küçəyə yayılırdı. Uşaqlar, deyəsən, 
çörək bişirmək üçün təndir salmışdılar. 
Gəzintiyə  çıxanlar  kəndin  kənarına  çatdılar.  Seyrək 
kolluqların arasından keçən cığırla düşüb keçən dəfəki gəzinti 
zamanı  Ağayarla  görüşdükləri  talada  dayandılar.  Tamamilə
aydın görünən Dərəçaya tamaşa etməyə başladılar. Elməddin 
əlini irəli uzadıb, kəndi üç tərəfdən 
əhatə edən sıx meşələr haqqında danışırdı. Mahir hərdən onun 
sözünü kəsib suallar verirdi. 
-  Gəlin  bu  cığırla  axıra  qədər  gedək!  -  deyə  Qasımlı  birdən 
xahiş etdi və özü qabağa keçdi. 
Onun  arxasınca  düşənlər  ağıllarına  da  gətirmirdilər  ki, 
polkovnik  ayağının  altındakı  cığıra  və  onun  yan-yörəsinə
diqqətlə  göz  qoyur.  Kənd  adamlan  burada  tez-tez  qoyun 
otardığı  üçün  seyrək  və  alçaq  otlar  qoyun  dırnaqlan  altında 
sürtülüb getmişdi. Ona görə də Dərəçaya gedən əsas cığırdan 
ayrılan qolu müəyyən etmək o qədər də asan deyildi. 
Nəhayət,  gəlib  o  biri  talaya  çıxdılar.  Burada  kollar  daha 
hündür  və  daha  sıx  idi.  Bəzi  yerlər,  hətta  cəngəlliyə
bənzəyirdi. Talanı ötüb gəldikləri cığırla aşağı düşsəydilər, bir 
qədərdən sonra açıq düzənliyə çıxacaqdılar ki, ondan o yana 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
131 
Dərəçay  başlanırdı.  Lakin  Qasımlı  sola  dönüb  talanın  içi  ilə
getdi və sıx kolluqların arasında görünməz oldu. 

Nə  axtarırsınız,  Qanbay  müəllim?  -  Mahir  ucadan 
soruşdu. 
Polkovnikə  çatanda  gördülər  ki,  o,  kiçik  bir  talada  dayanıb 
ətrafına boylanır. 

Gözəl  yerdir,  deyilmi?  -  deyə  ona  maraqla  baxan 
yoldaşlarından soruşdu. 

Gözəl  yerdir!  -  Mahir  cavab  verdi.  -  Ancaq  biz  burada 
özümüzdən  və  ətrafımızdakı  kollardan  başqa  heç  nə
görmürük. 

Onda,  arxamca  gəlin!  Ancaq  xahiş  edirəm,  sakitliyi 
gözləyin! 
Qasımlı yenə qabağa düşüb kollann arası ilə getdi. Bir azdan 
yol  qurtardığı  üçün  dayanmağa  məcbur  oldu.  Buradan  sıx 
kolluq başlanırdı. 

Niyə sakit olmalıyıq? - Mahir dözməyib soruşdu. 
Diqqətlə yerə baxan Qasımlı dinmədi. Bir də ətrafına boylanıb 
meşənin içərilərinə doğru irəliləməyə başladı. Bu dəfə o, rahat 
cığırla getmir, sıx budaqlan əli ilə aralayıb özünə yol açırdı. 
Bu qayda ilə 5-6 metr getmişdi ki, dayandı. Onun qarşısını əl 
ilə  üst-üstə  qoyulmuş  bir  neçə  quru  kol  kəsmişdi.  Qasımlı 
Elməddindən xahiş etdi ki, bu qurumuş kollan götürüb kənara 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
132 
atsın.  Elməddin  onun  dediyi  kimi  etdi  və  bu  zaman  həmin 
kolların yerində təzə bir cığır açıldı. Qasımlı qabağa keçdi. O 
birilər  də  onun  arxasınca  qapı  kimi  açılmış  yerdən  keçib 
maraqlı  mənzərənin  şahidi  oldular:  Burada  süni  bir  tala 
yaradılmış  və  həmin  talada  hansısa  bir  bitki  becərilmişdi. 
Onlar  bir  metrdən  bir  qədər  hündür,  Nemətin  indiyə  qədər 
görmədiyi bitkilər idi. O, təəccüblə qarşısındakı plantasiyaya 
baxıb: 

Bu nə bitkisidir? - deyə Qasımlıdan soruşdu. 

Buna  hind  çətənəsi  deyirlər,  -  deyə  Qasımlı  məlumat 
verdi: 

Narkotik bitkidir. Marixuana bundan hazırlanır. 

Burada  çətənə  əkilməsi  haradan  ağlınıza  gəldi?  - 
Elməddin təəccüblə sual verdi. 

Mən,  haradasa  buralarda  bu  bitkinin  əkildiyini  hələ
mayın 19-da bilirdim. Hətta kim tərəfindən əkildiyini də! 

Axı  necə?  -  Nemət  mənzil  qonşusunun  yüksək 
qabiliyyətinə çoxdan bələd olsa da, eşitdiyinə inana bilmirdi. 

Həmin  gün  o  oğlan,  yəni  Ağayar  bizimlə  əl  tutub 
görüşdü. Mən onun əlindən gələn qoxunu dərhal tanıdım. Bu 
qoxunu  mən  yüzlərlə  başqa  qoxunun  içindən  ayıra  bilərəm. 
Onun  əlləri  toza-  torpağa  bulaşmışdı.  Mən  başa  düşdüm  ki, 
Ağayar  burada  kanapila  əkib  və  tez-tez  ona  qulluq  edir.  - 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə