Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

downloaded from KitabYurdu.org
133 
Qasımlı  sözünə  ara  verib  ətrafa  boylandı.  -  Gəlin  belə
şərtləşək ki, biz heç kəsin adını çəkməyəcəyik. Sadəcə olaraq, 
burada hind çətənəsi əkildiyini atanıza bildiririk. Guya biz bu 
plantasiyaya  təsadüfən  rast  gəlmişik.  Çünki  bu  iş  nə  vaxtsa, 
polis  tərəfindən  aşkar  olunsa,  atanız  üçün  yaxşı  hal  hesab 
olunmayacaq. Bitkini kimin əkməsini isə polis çox az vaxtda 
müəyyənləşdirəcək. 

Necə  müəyyənləşdirəcək?  -  Elməddin  maraqlandı.  -  Bu 
ərazini nəzarət altına almaqla? 
Qasımlı taladan çıxıb Elməddinə quru kolları əvvəlki kimi öz 
yerinə qoymağı tapşırdı və izah etdi: 

Bu  saat  polis  şöbəsində  Mirsahibi  incidirlər  ki, 
Dərəçaydan  Göydağa  qədər  olan  iyirmi  dəqiqəlik  yolu  nə
üçün bir saata getdiyini izah etsin. Bu da həmin sualın cavabı! 
Mirsahiblə  Ağayar  çətənəni  birlikdə  əkiblər.  Onlar  imkan 
tapdıqca,  tez-tez  buraya  baş  çəkib  bitkiyə  qulluq  edir, 
məhsulun 
yetişməsini 
gözləyirlər. 
Biz 
Ağayarla 
görüşdüyümüz gün o, yəqin ki, seyrəltmə ilə məşğul olubmuş. 
Sıx  topalardan  bir  neçəsini  yolub  atdığı  üçün  əlində
kanapilanın  xarakterik  qoxusu  qalmışdı.  Mirsahib  də  həmin 
gün  axşamüstü  burada  yubanıbmış.  Aydın  məsələdir  ki,  o 
bunu müstəntiqə deyə bilməzdi. Yəqin, yaxşı bilirsiniz ki, bu 
bitkini əkib becərmək, xüsusilə də satış məqsədilə olarsa, necə
ağır cinayət hesab olunur. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
134 
Qulaq  asanların  hər  üçü  deməyə  söz  tapmır,  pərəstişlə
təcrübəli xəfiyyəyə baxırdılar. 
Polkovnik sözünü bitirib buradan uzaqlaşmağı məsləhət gördü 
və onlar talanı keçib cığırla üzü yuxarı qalxmağa başladılar. 
...  Miriyevhələ  də  çıxıb  getməmişdi.  Həyətdə  oturub 
Mehdixan kişi ilə söhbət edirdi. Elməddin atasını kənara çəkib 
tapıntıları  barədə  ona  bildirdi.  Təəccüblənmiş  icra 
nümayəndəsi, öz növbəsində, məsələni Ağamurada açdı. Sahə
müvəkkili  dərhal  gedib  həmin  yerə  baxmaq  istədi.  Ancaq 
Mehdixan kişi məsləhət görmədi: 
-  Kim  əkibsə,  duyuq  sala  bilərik.  Hamısını  məhv  edib  izi 
itirərlər. Mütləq rəisə demək lazımdır. 
Məsləhət  Ağamuradm  ürəyindən  olmasa  da,  etiraz  edə
bilmədi.  İcra  nümayəndəsi  polis  şöbəsinə  zəng  vurub  birbaş 
Xəlilovun  özünə  məlumat  verdi.  Bildirdi  ki,  onun  qonaqları 
meşədə gəzərkən narkotik bitki əkilmiş sahə aşkar ediblər. 
Sahə  müvəkkilinin  qanı  qaralmışdı:  Axı  necə  olmuşdu  ki, 
onun  bu  işdən  xəbəri  olmamışdı?..  Kənddəki  inanılmış 
adamlarının qarasına deyindi: «Kordurlar elə bil köpək uşağı! 
Vaxtında aşkar edib mənə bildirsəydilər, ya özüm ifşa edib ad 
qazanardım, ya da...» 
İcra nümayəndəsinin zəngindən saat yarım keçmiş Əmirəliyev 
başda  olmaqla,  dörd  polis  işçisi  kəndə  gəldi.  Mehdixan  kişi 
Elməddini  onlara  bələdçi  verdi.  Meşədə  əkilmiş  36  ədəd 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
135 
çətənə  kolu  kötüyündən  çıxarılıb  götürüldü.  Bu  barədə  akt 
tərtib  edildi  və  Elməddinlə  Qiyas  müəllim  həmin  akta  şahid 
kimi imza etdilər. 
Mayor  Əmirəliyev  Mehdixan  kişiyə  heç  nə  deməsə  də, 
çətənənin kim tərəfindən əkildiyini o saat başa düşmüşdü. O, 
şübhə etmirdi ki, bunu edən Mirsahiblə Ağayardır. Ancaq o, 
Ağayarın adını Mirsahibin dilindən eşitmək istəyirdi. 
Əməliyyat-axtarış  bölməsinin  rəisi,  mayor  Əmirəliyev 
meşədən tapılıb götürülmüş narkotik bitki ilə əlaqədar lazımi 
orqanlara məlumat verib, bəzi qeydiyyat işlərini qurtardıqdan 
sonra Mirsahibi kabinetə gətirməyi tapşırdı. Hər 
şeydən xəbərsiz olan Mirsahib içəri girib təklif olunan stulda 
oturdu. 
Mayor bacardığı qədər səbirli olmağa çalışırdısa da, alınmırdı. 
Bütün  rayon  bilirdi  ki,  o,  narkotiklərin  satışı  ilə  məşğul 
olanlara nifrət edir. Həmişə deyirdi ki, kişi pul qazananda kişi 
kimi qazanar,  əclaf kimi yox. Bölmə rəisi belələrini  millətin 
bir  nömrəli  düşməni  sayır  və  deyirdi  ki,  bunlan  azadlıqdan 
məhrum etmək yox, güllələmək lazımdır! 
Prokurorun danlağından sonra çalışırdı ki, dindirdiyi adamla 
sakit danışsın. Elə indi də buna cəhd göstərdi: 
-  Hə,  qəhrəman,  deyirsən  talada  yarım  saat  oturub 
dincəlmisən? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
136 

Dedim də, rəis! - Mirsahib əllərini oynatdı. - Eyni sualı 
adama neçə dəfə verərlər? 

Lap min dəfə verərlər. Lazım gəlsə, adamın lap gözünü 
də çıxararlar! 
Əmirəliyev  bunu  deməklə  ürəyini  soyuda  bilmədi.  Hər  şeyi 
unudub  ayağa  qalxdı  və  Mirsahibə  var  qüvvəsi  ilə  bir  sillə
çəkdi: 

Əbləh oğlu əbləh! Əmirəliyevi ələ salırsan sən?! 
Mirsahib əli ilə partlamış dodağının qanını silib mayora baxdı: 

Niyə vurursan, Telman müəllim, mən neyləmişəm? 

Zəhrimar  eləmisən,  çor  eləmisən!  Adə,  deməli  sən 
narkotik  satışı  ilə  məşğulsan,  hə?  -  mayor  onun  yaxasından 
yapışıb  ayağa  qaldırdı.  -  Meşədə  əməlli-başlı  plantasiya 
salmısan ki?! Sən öləsən sənə şampan şüşəsi vurduracam! 
Mirsahib  deməyə  söz  axtarır,  gözaltı  yaxasından  yapışmış 
qüvvətli ələ baxırdı. 

Mən elə şeylə məşğul olmamışam, Telman müəllim! 

Ə, bura bax! - mayor onu bir az da yuxarı qaldırıb stula 
çırpdı.  -  Məni  hövsələdən  çıxartma!  İzahatını  yaz!  Necə
əkmişən, kiminlə əkmişən, hamısını göstər. Sənin yarım saat 
dincəlməyin məlum oldu! Ancaq geri qayıdanda Mahmudu da 
sən öldürmüsən! Ya düzünü boynuna almalısan, ya da belini 
sındıracam sənin! 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə