Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   43

downloaded from KitabYurdu.org
168 

Doğrusu, bilmirəm, necə olub ki, bu Əmirəliyevin ağlına 
gəlməyib... 

Nə? - Mahir səbrini basa bilməyib sual verdi. 

Mən Mahmudun evində olanda... 
Maşın siqnalının səsi polkovnikin sözünü 
ağzında  qoydu.  Mehdixan  kişi  cəld  qalxıb  qapıya  çıxdı. 
Küçədə  üç  maşın  dayanmışdı.  Ağ  rəngli  «Niva»  və  qapılan 
üzərində «Polis» sözü yazılmış iki UAZ. 
İcra  nümayəndəsi  «Nə  tez  çatdırdılar  özlərini?..»  deyə
düşünüb  «Niva»ya  yaxınlaşdı.  Arxa  oturacaqda  yanaşı 
əyləşmiş rayon prokuroru və polis şöbəsinin rəisi ilə görüşdü. 
Polkovnik-leytenant Xəlilov: 

Keç  əyləş!  -  deyə  sürücünün  sağındakı  boş  oturacağı 
göstərdi. 

Bəlkə əvvəlcə düşüb qonağım olasınız?.. 

Yox! - Prokuror cavab verdi. Vaxtımız azdır. 
Mehdixan kişi: 

Onda bir dəqiqə gözləyin! - deyib həyətə girdi. Qonaqlara 
görə  pərt  olmuşdu.  Şöbəyə  zəng  vurmaqda  tələsdiyi  üçün 
özünü danlayırdı. Məsələni qonaqlara anlatdı. 

Biz də gəlib baxmaq istəyirik! - deyə Nemət cəld dilləndi. 
Mahirlə Elməddin də onun fikrinə şərik oldu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
169 

Özünüz bilərsiniz! - deyib Mehdixan kişi həyətdən çıxdı. 
Maşınlar hərəkətə gəldilər. Mahirgil həyətdən çıxanda, dönüb 
Qasımlıya baxdılar. 

Getmək  istəyirsiniz,  gedin!  -  Qasımlı  stulda  yerini 
rahatlayıb siqaret yandırdı. - Mən burada qalacam. 
- Onda mən də qalıram. - deyə Elməddin geri qayıtdı. 
Mahirlə Nemət həyətdən çıxıb Əhlimangilə tərəf getdilər. 
Yas  mərasimində  çaşqınlıq  hökm  sürürdü.  Ağayar  tutulub 
aparıldığı  üçün  mərasimin  ağsaqqalı  Əhliman,  bir  də
Mahmudun bacısının əri hesab olunurdu ki, onu da çoxları heç 
tanımırdı. Yasa gələnlərin əksəriyyəti bilmirdi ki, başsağlığını 
kimə versin... 
Maşınlar  gəlib  yasxananm  yanında  dayandılar.  Kapitan 
Vəliyev başda olmaqla beş nəfər silahlı polis əməkdaşı, tibb 
eksperti  və  videooperator  maşınlardan  düşüb  Əhlimanın 
həyətinə  girdilər.  «Niva»dakılar  da  maşından  çıxdılar. 
Müstəntiq  Zeynalovla  mayor  Əmirəliyev,  nəyə  görəsə
gəlməmişdilər. 
Yasa  gələnlərin  çoxu  yasxananm  içində  idi.  Amma  küçədə
dayananlar  da  az  deyildi.  Onlardan  biri  qaçıb  Mahmudun 
həyətinə  girdi  və  orada  xörəyin  yasxanaya  daşınmasına 
nəzarət edən Əhlimana yaxınlaşdı: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
170 

Əhliman,  üç  maşın  dolusu  polis  gəlib.  Sənin  həyətinə
girdilər... 
-
Nə danışırsan? - Əhliman karıxmış soruşdu. 
-
Hə! Rəislə prokuror da gəliblər. 
-
Sən get oraya, gəlirəm! 
Əhliman  dodaqlarını  gəmirib,  qəfəsə  düşmüş  canavar  kimi 
ətrafına boylandı. Ani olaraq nə edəcəyini düşünməyə başladı. 
Birdən  fikrini  qətiləşdirib  əks  tərəfə  yüyürdü.  Alçaq  çəpəri 
aşıb qonşu həyətə keçdi və sıra ilə əkilmiş qarğıdalı ləklərinin 
arasında gözdən itdi. 
Mehdixan  kişi  yasxananm  içinə  göz  gəzdirib  Əhlimanı 
görmədi və Mahmudun həyətinə girdi. Oradakılar Əhlimanın 
qaçıb çəpəri aşdığını ona çatdırdılar. 
Xəlilov bundan xəbər tutan kimi: 
-  Heç  yana  qaça  bilməz!  -  deyib  silahlı  polis  əməkdaşlarına 
Əhlimanı axtarmaq göstərişi verdi. Sonra Əhlimanın həyətinə
girdilər.  Cavidlə  Təhminə  pilləkənin  yanında  dayanıb 
matdım- 
matdım onlara baxırdılar. Deyəsən, baş verən hadisədən heç 
nə anlaya bilmirdilər. 
Prokuror icra nümayəndəsinə san dönüb uşaqlan göstərdi: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
171 
-  Bunları  həyətdən  apann!  Qoy  meyit  çıxanlanda  onu 
görməsinlər... 
Mehdixan  kişi  küçəyə  çıxıb  Əhlimana  qohumluğu  çatan  bir 
kişini çağırdı və tapşırdı ki, uşaqlan götürüb öz evinə aparsın. 
Həyətə qayıdanda prokuror bir də xahiş etdi ki, iki nəfər orta 
yaşlı  adam  tapıb  gətirsin.  Onlar  həm  tövlənin  döşəməsini 
söküb meyiti çıxarmalı, həm də hal şahidi kimi tərtib ediləcək 
protokola imza etməli idilər. 
Hər  şey  hazır  olandan  sonra  birlikdə  tövləyə  tərəf  getdilər. 
Tövlənin içi alaqaranlıq idi. Videooperator çəkiliş üçün özünə
münasib  yer  seçib  kameranı  işə  saldı.  Mehdixan  kişinin 
gətirdiyi  adamlar  polis  rəisinin  göstərişi  ilə  ling  götürüb 
göstərilən  yerdə  döşənmiş  daşları  sökdülər.  Daha  sonra 
əllərinə bel alıb torpağı ehtiyatla qazmağa başladılar. 
Qanbay  Qasımlı  həyətdə,  kabab  üçün  qalanmış  tonqalın 
yanında, stulda oturub, sönməkdə olan tonqala baxır, əlindəki 
şişlə  kösövləri  qurdalayırdı.  Elməddin  isə  ondan  bir  qədər 
kənarda bardaş qurub doğranmış ət tikələrini şişə çəkirdi. Heç 
biri  danışmırdı.  İkisi  də  başa  düşürdü  ki,  qonaqlann  yola 
salınma mərasimi şən keçməyəcək və bu mümkün də deyildi. 
Kəndin o biri başında, Əhlimanın həyətində bu saat dəhşətli 
anlar  yaşanırdı.  Qadınlar  da  nahar  süfrəsini  könülsüz 
hazırlayırdılar. Sanki hamının üstünə su ələnmişdi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
172 
Darvaza  açıldı  və  bir  nəfər  həyətə  daxil  oldu.  Bu,  kəndin 
sürücüsü Sabir idi. Elməddini görüb ucadan dilləndi: 

Mehdixan əmi haradadı? 

Əhlimangilin həyətindədi. Nə olub? 
Sabir həyəcanla danışmağa başladı: 

Evin  qabağında  maşını  yuyub  təmizləyirdim.  Birdən 
Əhliman  gəlib  maşının  açarını  istədi.  Vermək  istəmədiyimə
görə  üstümə  bıçaq  çəkdi.  Açan  alıb  maşına  oturdu  və  sürüb 
getdi. 

Haraya getdi? - Elməddin başını itirmiş halda sual verdi. 
Sabirin baş verənlərdən xəbəri yox idi. Ona görə də bu hadisə
ona qəribə gəlirdi. 

Bilmirəm. Mənə bu barədə heç nə demədi... 

Sürücü Bayəddinin evi haradadır? - Qasımlı birdən ayağa 
qalxıb Sabirdən soruşdu. 
Sabir tanımadığı bu adama heyrətlə baxdı: 

Şəhərə  girən  kimi  birinci  tindən  sağa  dönüb  gedirsən, 
solda  üçüncü,  ya  dördüncü  evdir.  Damından  sarmaşıq  gülü 
sallanıb. 
Küçədən görünür. 
Qasımlı üzünü Elməddinə tutdu: 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə