Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   43

downloaded from KitabYurdu.org
187 

Yaxşı,  ağlama!  -  dedim.  -  Bu  saat  maşını  düzəldərəm, 
yola düşərik. 
Başını maşının qapısına söykəyib xeyli ağladı. Sonra sakitcə
girib maşında, öz yerində oturdu və qapını örtdü. Bir neçə dəfə
əlimdəki işi yekunlaşdırıb maşını işə salmağa çalışdımsa da, 
alınmadı.  Nəhayət,  çox  gec  başa  düşdüm  ki,  karbüratorda 
günah yox imiş. Benzin nasosunun 
içinə nə isə düşübmüş. Onu açıb təmizlədim və yerinə qoyub 
maşını işə saldım. 
Gözləyirdim  ki,  qadın  da  mənim  kimi  sevinəcək.  Ancaq  o, 
heykəl kimi arxada oturub dinmir, elə hey nəyinsə barəsində
düşünürdü. 
-  Darıxma  bacım,  bu  saat  çatacağıq!  -  dedim  və  maşına 
bacardığım qədər sürət verdim. 
Nəhayət, gedib kəndə çatdıq. Həmin vaxt saat neçə olduğunu 
dəqiq  deyə  bilmərəm,  ancaq  onu  xatırlayıram  ki,  bütün 
evlərdə  işıqlar  söndürülmüşdü.  Tək-tək  həyətlərdə  gecə
lampaları yanırdı. Maşını Əhlimanın darvazasının qarşısında 
saxladım.  Özünü  itirmiş  qadın  dəstəyin  yerini  heç  cür  tapa 
bilmədiyinə  görə,  düşüb  qapını  açdım.  Qadın  maşından 
düşərək  içəridən  bağlanmış  darvazanı  itələdi.  Deyəsən,  yol 
haqqı  barədə  danışmağı  da  unutmuşdu.  Darvaza  açıldı  və
Əhliman qapıda göründü. O, qəribə nəzərlərlə mənə baxırdı. 
Qadın həyətə girdi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
188 
Doğrusunu  deyim  ki,  mən  özümü  tamamilə  itirmişdim. 
Başımla  Əhlimana  salam  verdim.  O,  salamımı  almadan 
darvazanı örtdü. Mən maşını döndərib geriyə qayıtdım. 
Səhər  maşını  işə  salıb,  dayanacağa  getmək  üçün  həyətdən 
çıxdım. Bir az kənarda Əhliman əl işarəsilə maşını saxlatdırdı. 
İçəri girib qapını örtdü və buz kimi soyuq baxışlarla gözlərimə
baxdı: 

Canına  yazığın  gəlirsə,  de  görüm,  bu  gecə  meşədə
neyləmisiniz? 
Onun  gözlərindəki  ifadədən  ölümün  nə  qədər  yaxında 
olduğunu başa düşüb hər şeyi unutdum. 

Əhliman,  sən  nə  danışırsan?  -  dedim.  -  O  mənim 
bacımdır! 

Düzünü de, oğraş! - əlini uzadıb yaxamdan yapışdı. 

Vallah,  heç  onun  üzünə  də  əməlli  baxmamışam.  -  deyə
özümü  xilas  etmək  üçün  sürətlə  danışmağa  başladım.  - 
Karbürator  xarab  olmuşdu.  Onu  düzəldənə  qədər  gecəyə
düşdük. O bir oğlumun canına and olsun ki, düz deyirəm... 

Bir oğlun var? - deyə yaxamı buraxıb sakit səslə soruşdu. 

Hə...  -  dedim.  -  Altı  yaşında.  Allah  səninkiləri  də
saxlasın. 

Mənimkilərlə  işin  yoxdu.  -  dedi.  -  Ancaq  əgər  mənim 
arvadımı  bu  gecə  kəndə  gətirməyini,  ya  ümumiyyətlə  onu 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
189 
gördüyünü bir yerdə ağzından qaçırsan, oğlunun başını cücə
başı kimi üzəcəyəm. Eşitdin? 

Hə... - dedim. - Eşitdim... 

Ola bilsin ki, səni tutub bu gecə kəndə kimi aparmağını 
soruşacaqlar. Bax ha, mən dediyimi eləyən adamam! Harada 
gizlətsən də tapıb kəsəcəm başını oğlunun! 
O  bunu  deyib  maşından  düşdü.  Mən  onun  arxasınca  baxıb 
uzun  müddət  özümə  gələ  bilmədim.  Onunla  əsgərlikdə  olan 
qardaşımın danışdıqlarından bilirdim ki, onun əlindən hər cür 
alçaq iş gələ bilər. O gecə, demək olar ki, qorxulu fikirlərin 
əlindən yata bilmədim. 
Səhəri  gün  dayanacaqda  sürücülərdən  eşitdim  ki,  Göydağlı 
Mahmudu  gecə  ikən  evində  öldürüblər.  Bir  şey  anlaya 
bilməsəm də, Əhlimandan şübhələndim. Sonra qərara gəldim 
ki, əgər məni tutub o gecə kəndə nə üçün getdiyimi soruşsalar, 
Mahmudgilə  getdiyimi  deyim.  Çünki  onun  tək  yaşadığını 
bilirdim və düşünürdüm ki, mənim yalanımı üzə çıxaran şahid 
olmayacaq...» 
... Prokuror elə həmin axşam Bayəddini maşını ilə birlikdə evə
buraxdırdı.  Onun  evə  qayıtmağı  kiçik  ailədə  əsl  bayrama 
çevrildi. Ramalın isə sevincinin qədərini təsəvvür etmək belə
mümkün deyildi. Sevimli atası evə qayıtmışdı. Özü də tapança 
ilə. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
190 
Gecədən  xeyli  keçmiş,  oğlunu  birtəhər  yatızdıran  Çinarə
yenidən stolun arxasında əri ilə üzbəüz oturanda, onun adını 
öyrənə bilmədiyi dostunun gəlişi haqqında danışdı. Bayəddin 
istəkli  arvadını  və  canından  artıq  sevdiyi  oğlunu  ölümdən 
xilas edən  adamın  kim  olduğunu  anlaya  bilmədi.  Gözlərinin 
dolduğunu  arvadından  gizlətmək  üçün  üzünü  yana  çevirib 
astadan dilləndi: 
- Orada çox yalvarmışdım Allaha! Yəqin, o göndərib həmin 
adamı... 
Əhlimanı  da  prokuror  özü  danışdırdı.  Ancaq  bu  dəfə
istintaqda müstəntiq Zeynalov və polis şöbəsinin rəisi Xəlilov 
da  iştirak  edirdi.  Əhlimanın  etdiyi  cinayətləri  boynuna 
almaqdan  başqa  çarəsi  qalmamışdı.  Odur  ki,  hər  şeyi,  necə
olmuşdusa, eləcə də danışmağı qərara aldı: 
«Mayın  18-də,  səhər  tezdən  qoyunları  sürüyə  qoşub  geri 
qayıdanda  Səfayəni  evdə  görmədim.  Əvvəlcə,  su  gətirmək 
üçün  bulağa  getdiyini  düşündüm.  Sonra  gördüm  ki,  səhəng 
evdədir. Vaxt keçdikcə şübhələnməyə başladım. Nəhayət başa 
düşdüm ki, bir gün əvvəl onu söydüyüm və vurduğum üçün 
evdən gedib. Günorta Sabir şəhərdən qayıdanda gedib ondan 
soruşdum  və  ağlıma  gələn  fikir  təsdiq  olundu.  Fikirləşib 
qərara  gəldim  ki,  dalınca  getməyəcəm.  Qoy  bir-iki  gün 
atasının evində qalıb düşünsün. Bilirdim ki, axırda atası özü 
gətirib barışıq yaradacaq. Ancaq hərdən onu da arzu edirdim 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə