Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   43

downloaded from KitabYurdu.org
183 
Mayor  yerə  yıxdığı  caninin  sinəsindən  qalxıb  onu  bütün 
qüvvəsi  ilə  təpikləməyə  başladı.  Əhliman  isə  onu  iyrənc 
söyüşlərlə söyür, əlləri ilə bədənini qorumağa çalışırdı. 
Darvazaya  tərəf  addımlayan Qanbay  Qasımlı  çevrilib  onlara 
baxdı.  Əmirəliyev  neçə  gündən  bəri  çəkdiyi  əziyyətlərin, 
Əhlimanın ona qaytardığı kobud və özündən razı cavablarının 
heyfini çıxır, getdikcə bir az da qızışırdı. 
Qasımlı  başını  qaldıranda  gözü  yenə  də  damda  qıvrılan 
sarmaşığa  sataşdı.  «Necə  də  gözəldir!  -  deyə  düşündü.  - 
Düşünərək  belə  bir  gözəlliyi  yaratmaq  olmazdı.  Görəsən, 
bunun  toxumundan  apanb  həyətdə  əksəm,  balkonuma 
çıxar?...» 
Sonuncu dəfə, heyrətindən hələ də özünə gəlməmiş Çinarə ilə
oğluna  nəzər  yetirib  həyətdən  çıxdı.  Bu  zaman  arxadan 
Əhlimanın naləsini eşitdi: 
- Ay Allah, öldüm! 
Cibindən  siqaret  çıxarıb  yandırdı.  Darvazanın  önündə
dayanmış  polis  maşınının  yanından  ötüb  bir  qədər  kənarda 
saxladığı  Volqaya  yaxınlaşdı.  Təmkinlə  qapını  açıb  maşına 
əyləşdi və onu işə saldı. Döngəni burulub əsas yola çıxdı və
bundan sonra sürəti artırdı. Kənddə onu gözləyirdilər. Yığışıb 
Balaya getmək lazım idi. 
Həmin gün axşam rayonun prokuroru Bayəddini öz kabinetinə
gətizdirdi. Əhlimanın həbs olunduğunu sürücü ilk dəfə onun 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
184 
dilindən  eşitdi.  Prokurorun  səmimiyyətinə  inanan  və  onun 
sözlərinə  görə  Əhlimanın  bir  də  heç  vaxt  bu  dünyada  azad 
insan  kimi  gəzə  bilməyəcəyinə  əmin  olan  Bayəddin  həmin 
axşam bunlan danışdı: 
«Mayın  18-də,  axşamüstü,  şəhərin  gölə  baxan  kənarında 
emalatxanası  olan  tanış  karbürator  ustasının  yanına 
getmişdim.  Son  günlər  məni  tez-tez  sərnişinlərin  yanında 
üzüqara edən karbüratoru ona göstərmək istəyirdim. Usta işini 
qurtaranda  saat,  təxminən,  səkkiz  olardı.  Maşına  minib  evə
getmək istəyirdim ki, bir qadın mənə yaxınlaşdı. 
- Qardaş, məni Göydağa apararsan? - dedi. 
Bu  qadını  birinci  dəfə  idi  ki,  görürdüm.  Əvvəlcə,  istədim 
razılaşmayım. Yorğun idim. 
Həm  də  tək  qadınla  axşam  vaxtı  uzaq  yola  çıxmaq 
istəməzdim.  Rayon  yeridir,  mən  də  həmişə  söz-söhbətdən 
qorxmuşam. Amma həmin gün qazancım az olmuşdu. Əlimə
düşən bir-iki manat pulu da ustaya vermişdim. Qadın özü də
çox  abırlı,  təmiz  qadına  oxşayırdı.  Odur  ki,  bir  az  fikirləşib 
razılaşdım.  Arxa  qapını  açıb  onu  maşına  dəvət  etdim  və
Göydağa yola düşdük. 
Şəhərdən çıxana kimi küçələrə göz gəzdirirdim. Arzu edirdim 
ki,  o  tərəflərə  gedən  bir  adama  rast gəlim  və  onu  da  maşına 
götürüm. Ancaq heç bir tanış sifətə rast gəlmədim. Küçələrdə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
185 
adamlar seyrəlmişdi. Havanın qaralmağına bir saatdan da az 
vaxt qalırdı. Şəhərdən çıxan kimi sürəti artırdım. 
Meşə  yoluna  çataçatda  maşın  zəhrimar  birdən-birə  dayandı. 
Yenə  karbüratordan  şübhələndim  və  düşüb  onu  sökərək 
üzərində  qurdalanmağa  başladım.  Belə  işlərdə  bir  elə  də
səriştəm yoxdur. Odur ki, əlimdən gələni edib, üstəlik Allaha 
yalvanrdım  ki,  tanış,  təcrübəli  sürücülərdən  birini  bizə
yetirsin. 
Bu vaxt gördüm ki, Cavanşirin maşını şəhərdən gəlir. Çoxdan 
olmuş  söz-söhbətə  görə  onunla  danışmırdıq.  Həm  də  onun 
maşın  barədə  bildiyi  mənimkindən  də  az  idi.  Buna 
baxmayaraq, küsülü olmasaydıq, onu saxlayıb bədbəxt qadını 
kəndlərinə aparmağı xahiş edərdim. Onun daha mənə pulu da 
lazım  deyildi.  Təki  düşdüyüm  narahatçılıqdan  qurtara 
biləydim. 
Cavanşir  yanımızdan  ötüb  keçdi.  Daha  başqa  maşının 
gələcəyinə  ümidim  də  yox  idi.  Bütün  qüvvəmi  toplayıb 
karbüratorla əlləşməyə başladım. 
Artıq 
hava 
qaralmışdı. 
Kiçik 
elektrik 
lampasını 
akkumulyatora  qoşub,  onun  işığında  işləyirdim.  Bu  vaxta 
qədər səsini çıxarmayan qadın maşından düşüb yanıma gəldi. 
Mən onun necə həyəcan keçirdiyini açıq-aşkar duyurdum. 

Qardaş, əgər düzəlmirsə, mən piyada gedim - dedi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
186 
Əlimi  saxlayıb  ona  baxdım.  Hələ  mənim  yanımda  ətraf 
qaranlığa necə qorxa-qorxa baxdığını görürdüm. 

Nə danışırsan, bacı? - dedim. - Guya bilmirsən, qabaqda 
iki yerdə köç var?! 
Qadın mənim nə demək istədiyimi başa düşdü. Qabaqda iki 
yerdə, düz yolun kənannda qoyun sürüləri var idi. Bu sürüləri 
azman qoyun itləri qoruyurdu. Belə bir vaxtda o itlərin əlinə
yad  adam  düşsəydi,  onu  parça-parça  edə  bilərdilər. 
Bədbəxtçilikdən belə köçün birini də arxada qoyub gəlmişdik. 
Yəni şəhər tərəfə də piyada getmək qorxulu idi. Özü də elə bir 
qadın üçün! Görünüşündən açıq hiss olunurdu ki, çöl- bayır 
görməyib. Hətta şəhərli qızma daha çox oxşayırdı. 

Kimin yoldaşısan? - deyə ondan soruşdum. 

Əhlimanın... - dedi və elə bil başıma qaynar su tökdülər. 
Mən  onun  necə  əzazil,  necə  qansız  bir  adam  olduğunu 
bilirdim. Qadını maşına götürməyimə həddindən artıq peşman 
olmuşdum. Ancaq 
neyləmək  olardı?  Maşını  düzəldib  onu  kəndə  aparmalıydım. 
Gecəni  meşədə  keçirmək  daha  pis  nəticə  verərdi.  Az  qaldı 
acığımı onun üstünə tökəm: 

Bir az ertə çıxa bilməzdin yola?! 
Qadın heç nə demədi. Arxaya çevrildi və 
birdən ağlamağa başladı. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə