Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   43

downloaded from KitabYurdu.org
178 
alınmazsa,  hər  yerdə  səliqə-sahman  hökm  sürürdü. 
Birmərtəbəli, kürsülü evin tinində əkilmiş sarmaşıq gül kolu 
qıvrıla-qıvrıla  dama  qalxmış,  evin  şifer  damının  lap  başına 
çataraq,  oradan  üzü  aşağı  sallanmışdı.  Çəhrayı  rəngli  gözəl 
güllər  evin  dam  örtüyünə  xüsusi  yaraşıq  verirdi.  Gül  kolu 
təkcə  yaraşığına  görə  yox,  gözəl  ətrinə  görə  də  Qasımlının 
xoşuna gəlmişdi. Bu ətir o qədər tünd və aydın idi ki, küçədən 
keçənləri də özünə cəlb edə bilərdi. 
Gənc bir qadın evdən çıxdı. Qəmgin ala gözləri, sanki bu saat 
ağlayacağından xəbər verən kövrək dodaqları olan bu qadın 
Bayəddinin  həyat  yoldaşı  Çinarə  idi.  Əyninə  geydiyi  yaşıl 
rəngli, sadə ev xalatı onsuz da qəşəng olan görünüşünə əlavə
bir  məhrəmlik  gətirirdi.  O,  tanımadığı  adamı  həyətdə  görüb 
təəccübləndi: 

Kimi istəyirsən, ay qardaş? 
Qasımlı nəzərlərini sarmaşıq gülündən çəkib Çinarəyə baxdı: 

Bayəddinin dostuyam. Gəldim, sizə baş çəkim... 

Allah köməyiniz olsun! 
Çinarə  Qasımlımn  iti  nəzərləri  qarşısında  baxışlarını 
yayındırmağa  çalışdı.  Görkəmindən  rayon  adamına 
oxşamayan, son dərəcə qətiyyətli görünməyinə baxmayaraq, 
onunla  səmimi  və  mehriban  danışan  bu  şəxs  ilk  baxışdan 
Çinarədə xoş təsir oyatmışdı. O, ərinin belə bir dostu 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
179 
olduğunu  bilmirdi.  Sanki,  qəlbinin  hər  yerinə  ümid 
qığılcımları səpələndi. 
Ramal  gəlib  anasının  ayaqlarını  qucaqladı.  Qorxurmuş  kimi 
sifətini  xalata  söykəyib,  Qasımlıdan  gizlətdi.  Sonra  çevrilib 
oğrun-oğrun yad qonağa baxmağa başladı. Əyninə boz şalvar, 
göy  zolaqlı  köynək,  köynəyin  üstündən  göy  rəngli  nazik 
idman  gödəkcəsi  geymiş  bu  adam  nədənsə  ona  çox  doğma 
göründü. 

Sən kimsən? - deyə mehribanlıqla soruşdu. 

Atanın dostudur, - anası Qasımlının əvəzinə dilləndi. 

Əmisən?  -  uşaq  anasının  qıçlarını  buraxıb  sevincək 
soruşdu. 
-
Hə, əmiyəm... 
-
Atam niyə gəlmir bəs? 
-
Gələcək... Sabah gələcək! 
-
Sən də gələcəksən? 
-
Gələcəm... 
-
Mənim üçün nə alacaqsan? 
-
Nə alım? 
-
Tapança! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
180 
Qasımlı cavab verməyə imkan tapmadı. Darvaza zərblə açıldı 
və gözləri az qala hədəqəsindən çıxmağa hazır olan Əhliman 
həyətə daxil oldu. Qasımlmı görüb bircə anlığa duruxdu. Onu 
harada  gördüyünü  xatırlamağa  çalışdı  və  tez  də  tapdı.  Bu, 
Mehdixan  kişigildə  gördüyü  qonaqlardan  biri  idi.  Nemətin 
dostu... 
Fikirləşməyə  vaxtı  yox  idi.  Sağ  əlində  tutduğu,  poladdan 
düzəlmiş  uzun  tiyəli  bıçağı  yuxarı  qaldırıb  birbaş  evin 
qapısına tərəf getdi. Ona dəhşətli nəzərlərlə baxıb yerlərində
donmuş Çinarənin və altı yaşlı uşağın üstünə!.. 
Polkovnik yan yolda onun qabağına keçib əlini qaldırdı: 

Dayan! 
O  bunu  o  qədər  sakit  və  təmkinli  səslə  dedi  ki,  Əhliman  bu 
səsin son dərəcə sakitliyindən üşürgələndi və dayandı. 

Bıçağı sal aşağı! - Qasımlı hökm etdi. 

Çəkil qarşımdan! - Əhliman bıçağın dəstəyini bərk-bərk 
sıxıb  onu  bir  az  da  yuxarı  qaldırdı.  -  Mən  satqınlığı 
bağışlamıram! 
Əhlimanın heç ağlına da gəlmirdi ki, cinayətinin sirrini açan, 
həmin bu, qarşısında dayanmış adamdır. 
-  Səni  Bayəddin  satmayıb.  Ver  mənə  bıçağı!  -  Həyatının  on 
beş  ilindən  çoxu  Rusiyanın  cinayət  aləmində  hər  cür  qatı 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
181 
cinayətkarlarla,  qəddar  manyaklarla  mübarizədə  keçmiş 
polkovnik bir daha sakit şəkildə tələb etdi. 
Əhliman  onun  qırpılmayan  gözlərinə,  bircə  əzələsi  də
tərpənməyən qətiyyətli sifətinə baxıb az qalırdı dəli olsun. 
«Bu  adam  niyə  bu  dərəcədə  sakitdir?!  Axı  mən  onu  bu  saat 
vura  bilərəm?!  Bax,  bıçaq  mənim  əlimdə,  onun  sinəsindən 
ikicə qanş məsafədədir. Bıçağı dəstəyinə qədər onun ürəyinə
saplamağıma bircə saniyə lazımdır. O mənə nə edə bilər ki? 
Əlbəttə,  heç  nə!  Mən  ondan  güclüyəm,  ondan  hündürəm. 
Silah da mənim əlimdədir. Bəs o, niyə belə arxaymdır? Onun 
gözlərində, lap iynə ucu boyda olsun, qorxu əlaməti yoxdur. 
Əksinə, istehza var bu baxışlarda. Həm də özünə arxayınlıq. 
Yəni, zərbədən yayınıb, bıçağı əlimdən ala bilər? Yox! Bəlkə
artıq məni haradansa nişan alıblar? Lənət sənə kor şeytan! Bu 
niyə  belə  sakit  baxır?  Bunu  da  vuracağam!  Cəhənnəmə  ki! 
Mənin üçün daha heç nəyin fərqi yoxdur. Vurum, yoxsa...» 
- Çəkil qabağımdan, yazıqsan! 
Əhliman  bunu  dedisə  də,  hiss  edirdi  ki,  qətiyyəti  azalıb. 
Dəhşətli an hökm sürürdü. Nə 
Çinarənin,  nə  də  Ramalın  danışmağa  heyi  yox  idi.  Ananın 
qorxudan  gözləri  geniş  açılmış,  sifəti  ağappaq  ağarmışdı. 
Uşağın isə həyəcandan ağzı açıq qalmışdı. 
- Ver bıçağı, dedim sənə! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
182 
Qasımlı bu dəfə elə hökmlə əmr etdi və gözlərində elə soyuq 
qığılcımlar oynadı ki, əlində bıçaq tutmuş adama bu şəkildə
hökmü ancaq əlində avtomat silah tutmuş adam verə bilərdi. 
Ancaq  Qasımlının  başqa  heç  bir  əlacı  yox  idi.  O,  nəyin 
bahasına olursa-olsun qalib gəlməliydi və ... qalib gəldi! 
Əhliman  əlini  yavaş-yavaş  aşağı  endirdi.  Polkovnik  bundan 
istifadə edərək, əlini uzadıb 
onun boşalmış əlindən bıçağı aldı. Sanki hipnoz olmuş qatil 
dayanıb nifrətlə Qasımlıya baxırdı. 
Elə bu vaxt darvazanın düz qabağında basılmış əyləcin kəskin 
səsi  eşidildi.  Dayanmış  maşının  qapıları  bərk  çırpıldı.  Bunu 
eşidən kimi, sürətlə çevrilib darvazaya tərəf qaçan Əhliman, 
qapını açıb həyətə girən mayor Əmirəliyevlə üz- üzə gəldi. O, 
həmin anda mayoru yolundan kənarlaşdırıb, həyətdən çıxmaq 
istədi.  Hətta  Əmirəliyevi  itələdi  də!  Cinayət-axtarış 
bölməsinin rəisi buna bəndmiş kimi, onun çənəsinə yumruqla 
güclü  zərbə  vurdu.  Həmin  an  tutaşdılar.  Möhkəm  bədənli, 
kifayət  qədər  güclü  olan  mayor  tezliklə  üstün  gəldi  və
Əhlimanı döşəməyə yıxdı. 
Bu zaman gənc bir polis işçisi də həyətə girdi. Əvvəlcə bıçağı 
əlində tutmuş Qasımlıya, sonra isə dizini Əhlimanın sinəsinə
qoymuş  mayora  nəzər  salıb  yerində  dayandı.  Qasımlı 
yaxınlaşıb bıçağı ona uzatdı. Polis əməkdaşı təəccüblə bıçağı 
alıb yenə Əmirəliyevə baxdı. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə