Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

downloaded from KitabYurdu.org
164 
Əhlimanı qabağa vermək belə vəziyyətdə heç yada düşməzdi. 
Nəhayət  otağa  çatan  kimi  Əhliman  özü  ilə  gətirdiyi  bıçaqla 
Mahmudun kürəyindən zərbə endirib. 
Bu  danışdıqlarımı  mən  artıq  dünən  dəqiqləşdirmişdim. 
Mülahizələrimin  düzgünlüyünə  yüz  faiz  əmin  olmaq  üçün 
dostumuz  kapitan  Talıbovdan  xahiş  etdim  ki,  əgər  razıdırsa, 
gecə Əhlimanın tövləsinə girib, döşəməyə baxsın və öyrənsin 
görək,  orada  yeni  qazıntı  əlaməti  varmı?  Talıbov  yanm  saat 
bundan əvvəl heyva ağacının altında mənə bildirdi ki, tövlədə
doğrudan da bu yaxınlarda qazıntı işi aparılıb. 

Deməli, bu gecə Əhlimanın tövləsinə girən Mahir olub? 
-  Mehdixan  kişi  bilmirdi  ki,  bu  danışılanlara  inansın,  yoxsa 
yox. 

İcazə verin, mən özüm danışım. - Mahir söhbətə qarışdı. 
-  Axşam  heyva  ağacının  yanında  söhbət  edəndə  Qanbay 
müəllim mənə dedi ki, Əhlimanın tövləsinə baxmaq lazımdır. 
Dəqiq  deməsə  də,  başa  düşdüm  ki,  polkovnik  qadının  orada 
basdırıldığından şübhələnir. Dedi ancaq elə etmək lazımdır ki, 
bundan  heç  kəs  duyuq  düşməsin.  Mən  razılaşdım.  Gecə
hamınız  yatandan  sonra  yerimdən  qalxıb,  oraya  getdim. 
Tövləyə  çatanda  gördüm  ki,  qapıda  qıfıl  var.  Geri  qayıtmaq 
istəmədim. Qanbay müəllimin xahişini yerinə yetirməliydim. 
Linglə  halqanı  çıxarıb  tövləyə  girdim.  Diqqətlə  baxanda 
gördüm  ki,  döşəmənin  orta  hissəsində,  iki  metr  uzunluqda 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
165 
yerdə,  döşənmiş  daşların  arasında  peyindən  başqa,  təzə
qazılmış qara torpaq da var. Başa düşdüm ki, orada doğrudan 
da  qazıntı  olub.  Sonra  fikirləşdim  ki,  beləcə  geri  qayıtsam, 
Əhliman halqanın qoparıldığını görüb duyuq düşər və meyitin 
yerini dəyişər. Ona görə də yaxşı bir quzunu seçib götürdüm. 
Onu  buraya  gətirəcəkdim.  Ancaq  özümü  yormamaq  üçün 
keçib Mahmudun tövləsinə saldım və evə qayıtdım... - Birdən 
üzünü Qasımlıya çevirdi. - Qanbay müəllim, yəni doğrudan, 
mən düz eləməmişəm? 

Bilmirəm... - Qasımlı güclə seziləcək tərzdə gülümsədi. - 
Ömrümdə  ilk  dəfədir  ki,  aydın  bir  hadisəyə  qiymət  verə
bilmirəm. Əslində günah məndədir ki, sizi oraya göndərdim. 
Mən həmişə öz mülahizələrimə inanmışam və gərək bu dəfə
də  inanaydım.  Tövləni  yoxlatdırmamış  hökm  verəydim  ki, 
orada meyit basdırılıb. 

Hər  halda,  bu  mənim  həyatımda  etdiyim  ilk  oğurluq 
olduğu üçün çox ağır cəza verməzlər. 
- Mahir gizlicə Nemətə göz vurdu. 
-  Yox,  bir  dəfə  də  bir  qızın  çantasını  oğurlamısan,  -deyə
Nemət dilləndi. 
Mahir əlini yelləyib ayağa qalxdı. Stoldan uzaqlaşıb həyətin 
aşağısına  doğru  getdi.  Tövlənin  qabağında  gəzişən  Alabaşı 
çağırıb onunla oynamağa başladı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
166 
İcra  nümayəndəsi  əllərini  çənəsinə  söykəyib  fikrə  getmişdi. 
Qaşlan elə düyünlənmişdi ki, elə bil bir daha açılmayacaqdı. 
«İnsan  nə  qədər  hiyləgər  olarmış,  İlahi!  -  deyə  Əhlimanın 
barəsində düşünürdü. - Gözlərimin içinə baxa- baxa məni necə
aldadırdı  bu  ilan.  Mən  də  elə  bilirdim  ki,  adam  tanıyıram. 
Bilməzdim ki, bu dərəcədə maskalana bilərmiş insan... Yox, 
Qanbay müəllim burada olmasaydı, heç vaxt 
açılmayacaqdı bu işin üstü. Heç vaxt! Ancaq bu da qurd imiş. 
Nemət  danışırdı  bunun  haqqında,  amma  mən  belə  təsəvvür 
etmirdim...» 
Başını qaldırıb qarşısındakı adamı qibtə hissi ilə süzdü: 

Siz böyük iş gördünüz. Bütün kənd camaatının adından 
sizə  «Sağ  ol»  deyirəm.  İndi  polis  şöbəsinə  zəng  vurub 
məlumat  verəcəm.  Yəqin  ki,  axşamüstü  gələrlər.  O  vaxta 
qədər Mahmudun yasına gələnlər də dağılışar. Orada indi işə
rəhbərliyi  Əhliman  köpək  oğlu  özü  eləyir.  Həm  də  onlar 
gələnə kimi sizi rahat yola salaram. 

Özünüz necə məsləhət bilirsinizsə, elə də edin! - Qasımlı 
ayağa qalxdı. - Biz nahar edən kimi çıxacağıq! 
Mehdixan kişi də ayağa qalxıb rayon mərkəzinə zəng vurmaq 
üçün evə çıxdı. Şöbəni çətinliklə ala bildi. Telefon, nədənsə, 
yaxşı  işləmirdi.  Dəstəkdə  xırıltı  var  idi.  Onu  rəislə
calaşdırmağı xahiş etdi. Xəlilova Əhlimanın tövləsində meyit 
olduğundan şübhələndiyini bildirdi və dəstəyi yerinə qoydu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
167 
İndi  nə  etmək  lazım  olduğunu  polis  rəisi  özü  müəyyən 
edəcəkdi. 
Naharın  vaxtı  idi.  Qadınlar  əl-ayağa  düşüb,  süfrəni 
düzəldirdilər. Bu, əziz qonaqlar üçün açılan axınncı süfrə idi. 
Onlar  nahardan  sonra  Bakıya  yola  düşməliydilər.  Elməddin 
doğradığı  quzu  ətinin  duzunu,  istiotunu  vurub  hazır 
qoymuşdu.  Yandırdığı  tonqalın  közə  düşməyini  gözləyirdi. 
Kişilər stolun arxasında oturub söhbət edirdilər. 

Adamın heç inanmağı gəlmir, Vallah! - Ev sahibi söhbəti 
yenə  onun  üçün  qaranlıq  qalmış  cinayətin  üstünə  gətirdi.  -
Yazıq qadın hansı günahın sahibi imiş ki, bu insafsızın oğlu 
onu öldürüb?! Bədbəxtin iki balası yetim qaldı... 

Yəqin ki, hər şey aydın olacaq! - Qasımlı dedi. 

Məni dəhşətə gətirən bilirsiniz nədir? - Nemət dilləndi. - 
Əhlimanın ilan kimi soyuqqanlı olmağı. Mən and içə bilərəm 
ki,  o,  burada  arvadının  yoxa  çıxmasından  danışanda 
gözlərində zərrə qədər də olsun, həyəcandan, 
qorxudan  əsər  yox  idi.  Adam  deyil  o,  robotdur.  Onun  ürəyi 
yoxdur! 
Mahirin yadına nə düşdüsə, cəld Qasımlıya tərəf çevrildi. 

Qanbay müəllim, siz demədiniz axı necə oldu ki, bu cür 
ustalıqla cildə girmiş adamdan şübhələndiniz? 
Qasımlı başını yırğalayıb sözə başladı: 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə