Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

downloaded from KitabYurdu.org
150 
çıxan  adamı  bu  saat  vurub  öldürəcək.  Qonaqlara  ağızucu 
salam verib, birbaş Mehdixan kişiyə yaxınlaşdı. Ev sahibinin 
göstərdiyi stulda oturmaq istəməyib: 

Sağ ol. Sözümü deyib gedirəm! - dedi. - Mən başa düşə
bilmirəm  ki,  bu  necə  kənddir?  Elə  bil  yiyəsi  yoxdur, 
dərəbəylikdir! 

Nə  olub,  ay  Əhliman?  -  Mehdixan  kişi  sualedici
baxışlarını onun üzünə dikdi. 

Daha  nə  olacaq?  Bu  gecə  tövləmə  oğru  girib!  Cəftəni 
yerindən çıxarıb, bir kök quzunu apanb. 

Nə danışırsan? - İcra nümayəndəsi təəccübləndi. 
Ancaq  Qasımlı,  deyəsən,  ondan  da  çox  təəccüblənmişdi. 
Əhlimana tərəf əyilib: 

Quzunu apanblar? - deyə soruşdu. 

Hə! - Əhliman ona tərəf çevrildi. - Bir halqa qapıya, bir 
halqa da çərçivəyə vurub qıfılı həmin halqalara keçirmişdim. 
Ling  ilə  halqaların  birini  yerindən  qoparıb.  Mənə  sataşan 
indiyə qədər olmamışdı. Özü də belə! 

İşə düşmədik? - Mehdixan kişi dilxor oldu. - İşin birindən 
qurtarmamış,  o  birinə  düşürük.  Qoyun  oğrusu,  narkoman, 
qatil, nə istəsən var bu xarabada!.. 

Mən başa düşə bilmirəm, bu necə adamdır? - Əhliman əl-
qolunu  ölçə-ölçə  deyinməyə  başladı.  -  Qurd  ürəyi  yeyib  elə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
151 
bil. O hündürlükdə hasarı aşasan, evin düz qabağından keçib, 
həyətin  ayağında  tövləni  yarasan!  Sonra  da  elə  ağır  quzunu 
götürüb aparasan! Bu, ancaq təcrübəli oğruların işi ola bilər! 

Niyə it saxlamırsınız həyətdə? - Nemət maraqlandı. 

Ay başına dönüm, heç yatanda yuxuma da girməzdi ki, 
kimsə mənə sataşmaq fikrinə düşə bilər. 

Bu  sataşmaq  deyil  ki?..  Sadəcə,  oğurluqdur!  -  Nemət 
təskinlik vermək istədi. 

Mənim üçün sataşmaqdır! - Əhliman əlini sinəsinə vurub, 
yenə icra nümayəndəsinə üz tutdu. - Xahiş edirəm, ağsaqqal, 
çalış ki, tezliklə tapılsın bu adam! 

Əyləş, bizimlə çay iç, Əhliman! - Ev sahibi əli ilə bir də
stulu göstərdi. 

Yox, getməliyəm, çox sağ ol! Bu gün o rəhmətliyin yasını 
yola verməliyik. 

Onda get, arxayın ol. Ağamurada deyərəm, axtarar. 
Əhliman  həyətdən  çıxdı.  Onun  arxasınca  baxan  ev  sahibi 
hirslə əlini dizinə çırpdı: 
- Bu bir həftədə sakit bir günümüz olmadı, ay kişilər, belə dərd 
olar?  A  köpək  oğlu,  acsan,  gəl  de  ki,  acam,  ölürəm,  daha 
oğurluq niyə eləyirsən?! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
152 
Qasımlı bir söz demədən astaca başını buladı. Bilmirdi bu işə
qəzəblənsin, yoxsa gülsün... 
Elməddin  samovarı  qaynadıb  arvadını  səslədi.  Nuridə  aşağı 
düşüb çay dəmlədi. Mahir də ayılmışdı. Tənbəl-tənbəl həyətə
düşüb əl- üzünü yudu. Nuridənin verdiyi dəsmalla qurulanıb 
süfrənin arxasında oturdu. Salam vermək, deyəsən, yadından 
çıxmışdı. Yuxulu gözləri ilə qarşısındakıları süzürdü. 

Sabahın xeyir, Mahir müəllim! - Nemət dostuna sataşdı. 

Hə,  bağışlayın,  sabahınız  xeyir!  -  deyə  Mahir  üzünü 
Nemətə yox, ev sahibinə tutdu. - Axşam çox yediyimə görə, 
narahat yatmışam, ona görə gec ayıldım. 

Canın sağ olsun! - Mehdixan kişi bunu deyib əlini çörəyə
uzatdı. 
O birilər də ona baxıb, əllərini çörəyə uzatdılar. Süfrədə təzə
sağılmış  camış  südündən  tutmuş,  beçə  balına  qədər,  səhər 
yeməyi  süfrəsini  zənginləşdirə  bilən  hər  şey  var  idi.  Səhər 
yeməyi sakit və şən keçdi. Heç kəs qanqaraldıcı hadisələrdən 
söhbət salmadı. 
Səhər  yeməyini  təzəcə  qurtarmışdılar  ki,  darvazanın 
qabağında bir maşın dayandı. 

Allah  xeyir  eləsin!  -  deyə  ev  sahibi  gözünü  darvazaya 
dikdi.  Maşının  qapıları  bərk  çırpıldı.  Elə  o  saat  da  darvaza 
açıldı  və  sahə  müvəkkili  iki  gənc  polis  əməkdaşı  ilə  həyətə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
153 
daxil  oldular.  Polis  işçilərindən  birinin  çiynindən  avtomat 
asılmışdı.  O  birini  isə  qonaqlar  artıq  tanıyırdılar.  Şöbəyə
məxsus UAZ-ı sürürdü. 
İcra  nümayəndəsi  qalxıb  gələnlərlə  görüşdü  və  onları  stol 
arxasına dəvət etdi. Ağamurad stol arxasında əyləşənləri ciddi 
nəzərlərlə  süzüb  sonra  Mehdixan  kişiyə  baxdı  və  səsini  bir 
qədər alçaltdı: 

Ağayan aparmağa gəlmişik! 
Mehdixan kişi bir söz deməyib, təəccüblə başını yellədi. Sonra 
birdən yadına düşmüş kimi, Miriyevi kənara çəkib dedi: 

Bu  gün  qardaşının  dəfninin  yeddinci  günüdür.  Üçünə
gələ  bilməyənlər  də  bu  gün  gələcək.  Bəlkə  gözləyib,  sabah 
aparaydınız?.. 

Yox,  ağsaqqal,  -  Miriyev  başını  buladı.  -  Sənin  sözün 
mənim üçün qanundur, ancaq bizi rəis özü göndərib! Ağayar 
hökmən bu gün getməlidir! 

Nə  deyirəm?..  -  İcra  nümayəndəsi  çiyinlərini  çəkdi.  - 
Onda keçin əyləşin, bir stəkan çay için! 
Sonra Mehdixan kişi Əhlimanın tövləsindəki oğurluq barədə
sahə müvəkkilinə xəbər verdi. 

Elə bircə quzu apanblar? - Ağamurad təəccüblə soruşdu. 

Hə, ən kökünü seçib aparıblar... 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
154 
Ağamurad özü ilə gətirdiyi polis 
əməkdaşlarına işarə etdi: 

İcazə verin, bunlar burada gözləsinlər, mən bir az kəndi 
gəzib gələcəyəm. 
O bunu deyib həyətdən çıxdı. Ev sahibi polis işçilərini süfrəyə
dəvət edib, onlar üçün çay gətiz¬dirdi. 
Bu zaman Ağamurad küçələri gəzə-gəzə gəlib Əhlimangilin 
küçəsinə çıxdı. Küçədə qurulmuş yasxanaya haradansa əlavə
stullar daşıyırdılar. Əhliman rəhbərlik edir, üç-dörd yeniyetmə
oğlan  isə  işləyirdi.  Sahə  müvəkkili  Əhlimanı  yanma  çağınb 
onunla  həyətə  girdi.  Bir  daha  hadisənin  necə  olduğu  ilə
maraqlandı. Aşağı enib tövləyə baxdılar. Ağamurad diqqətlə
tövləyə,  onun  qapısına,  çıxarılmış  halqalara  göz  gəzdirdi. 
Sonra yenə geriyə qayıdıb, yasxananm yanma gəldilər. 
Miriyev Əhlimana: 

Sən işinlə məşğul ol! - deyib Mahmudun həyətinə girdi. 
Ağayar  xörək  bişirmək  üçün  müvəqqəti  qurulmuş  açıq
mətbəxdə iki qadınla söhbət edirdi. Onlardan biri, başına qara 
yaylıq örtmüş kədərli qadın, yəqin ki, bacısı idi. 
Miriyev ucadan: 

Allah ehsanınızı qəbul eləsin! - dedi. 
Sonra Ağayarla görüşüb, birlikdə həyətdə 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə