Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

downloaded from KitabYurdu.org
137 
Mirsahib heç nə anlaya bilmirdi. Buna şübhə yox idi ki, gizli 
tala  aşkar  edilmişdi.  Ancaq  bunu  kim  etmiş  olar,  görəsən? 
Bilirdi  ki,  Ağayar  onu  satmaz.  O,  elə  oğlan  deyildi...  «Bəs 
onda niyə məndən yapışıb bu əzazil köpək oğlu? Özü də elə
yapışıb  ki,  boynuma  almasam  dediyini  edəcək  mənə.  Bəlkə
deyim təkcə özüm əkmişəm?...» 
Uzun çək-çevirdən sonra Mirsahib meşədə hind çətənəsi əkib, 
ona  qulluq  etməsi  barədə  izahata  qol  çəkdi.  Ancaq  onu 
kiminlə birlikdə yetişdirdiyini boynuna almadı. 
Əmirəliyev  onu  yenidən  kameraya  göndərdi:  -  Get,  yaxşı-
yaxşı  fikirləş,  yoldaşının  adını  desən,  işini  bir  az 
yüngülləşdirərsən! 
Polis  əməkdaşı  Mirsahibi  aparandan  sonra  Əhlimanın 
gəldiyini xəbər verdilər. Mayor onu çox könülsüz qəbul etdi. 
Bu tərəfdən də Səfayənin axtarışında heç bir yenilik əldə edə
bilməmişdilər.  İndilərdə  şəhərin  kənarındakı  göldə  axtarış 
aparılmalı idi. 
Əhliman kabinetə girib salam verdi: 

Eşitdim, qaynım atasıgilə gəlib. Mən də durub gəldim ki, 
ondan  bir  xəbər  öyrənim.  Sonra  dedim,  sizə  də  baş  çəkim, 
görək təzə nə xəbər var... 

Nə deyir qaynın? - Əmirəliyev özünü soyuq aparırdı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
138 

O,  bacısını  görməyib...  -  Əhliman  belə  cavab  verdi  və
Allahyarla ciddi mübahisə 
etdikləri,  Zəlimxan  kişinin  araya  girməyə  məcbur  olması 
barədə heç nə demədi. 

Bizdə  də  təzə  xəbər  yoxdur.  -  mayor  darıxırmış  kimi 
qalstukunu boşaldıb pəncərəyə baxdı. - Göldə axtarış aparılır. 
Nəticəsini  gözləyirik.  Çünki  ehtimalımıza  görə,  arvadın 
intihar edib. Onu da deyim ki, ehtimalımız təsdiq olunsa, sənin 
üçün yaxşı olmayacaq. 

Bilmək olar nə üçün? - Əhliman kinayə ilə soruşdu. 

Ona görə ki, onu bu işə sən vadar etmisən! 

Əgər  doğrudan  da  o  intihar  edibsə,  onu  mən  yox,  öz 
doğmaca  atası  vadar  etmiş  sayılır.  Bunun  üçün  o  cavab 
verməlidir! 

Əhliman! - mayor yenə əlini qalstukuna apardı. - Səni and 
verirəm balalarının canına, çıx get! Bir xəbər olanda özümüz 
sənə bildirərik! 
Əhliman daha bir  söz deməyib kabineti tərk  etdi. Bir azdan 
sonra qanı bərk qaralmış Əmirəliyev də otaqdan çıxıb dəhlizin 
o  biri  başındakı  istintaq  otağında  Bayəddini  danışdıran 
müstəntiqin  yanma  getdi.  Zeynalov  sürücünün  növbəti 
dindirilməsini yekunlaşdırmaq üzrə idi. 
Otağa girən mayorun dilxor olduğunu başa düşüb: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
139 

Nə xəbər var? - deyə soruşdu. 

Mirsahibi  danışdırdım.  Kanapilanı  əkməsini  boynuna 
aldı.  Ancaq  yoldaşının  adını  demir.  Guya  təkbaşına  əkib. 
Onsuz da bilirəm ki, o, Ağayarla əlbirdir. Mahmudun qardaşı 
ilə.  Gözləyirəm  ki,  özü  desin.  Bəs  bu  nə  deyir?  -  başı  ilə
büzüşüb oturmuş Bayəddini göstərdi. 

Bu yenə köhnə havanı çalır. 
Əmirəliyev Bayəddinə tərs-tərs baxdı: 

Ay bədbəxt, niyə özünə yazığın gəlmir? 
Bayəddin dinmədi. Mayor içəri girəndən 
qıçları  əsməyə  başlamışdı.  Müstəntiq  Zeynalov  düyməni 
basıb onu müvəqqəti saxlama kamerasına qaytarmaq barədə
göstəriş verdi. 
Bölmə  rəisi  müstəntiqlə  bir  qədər  söhbət  edib  öz  kabinetinə
qayıtdı.  Telefonun  dəstəyini  götürüb  Mirsahibi  yenidən 
yanma  gətirməyi  tapşırdı.  Onu  gətirib  kabinetə  salaraq  geri 
qayıtdılar. Əmirəliyev üzünü yarım saat ərzində 
xeyli yazıqlaşmış bu adama tutub sərt şəkildə dilləndi: 

Axırıncı dəfə soruşuram, həmin narkotik bitkini kiminlə
əkmişən?  Onsuz  da  özüm  bilirəm.  Məni  aldada 
bilməyəcəksən! 
Mirsahib artıq aşağıda nə isə düşünmüşdü: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
140 

Başına  dönüm,  Telman  müəllim,  Ağayarla  əkmişəm. 
Məni də o yoldan çıxartdı. 

Səni  ha?!  -  mayor  istehza  ilə  güldü.  -  O  ki  sənin  oğlun 
yaşındadır?! 

Ağlım yoxdur da mənim. Bir qələtdir eləmişəm... 

Özü də bilirsən nə boyda qələt eləmisən? Adam öldürmək 
bundan  yüngül  işdi,  -  mayor  əlini  hirslə  stola  vurdu.  -  Sən 
milləti bədbəxt eləmək istəyirsən, biqeyrət oğlu, biqeyrət! 
Mirsahib söyüşü çox rahatlıqla qəbul edib boynunu burdu: 

Görün  neyləyirsiniz,  Telman  müəllim,  bir  çarə  eləyin, 
balalanm var... 

Yox  əşi?!  -  Əmirəliyev  onu  dolamağa  başladı.  -  Heç 
bilirsən  nə  danışırsan?  Bilirsən  kim  aşkar  edib  sizin 
plantasiyanı?  Bakıdan  gəlmiş  jurnalistlər!  Rəis,  prokuror, 
ümumiyyətlə,  hamının  xəbəri  var  bu  işdən.  Nazirliyə  də
məlumat vermişik. 

Bəs indi nə olacaq? - Mirsahib bir az da yazıqlaşdı. 

Deyim də, necə olacaq. İbtidai istintaq qurtaran kimi işi 
verəcəyik  məhkəməyə.  Məhkəmə  də  234-cü  maddə  ilə  sizi 
azadlıqdan məhrum edəcək. Nə az, nə çox, yeddi il! 

Biz ki, satmaq üçün əkməmişik?! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
141 

Kəs  səsini!  -  Əmirəliyev  əlini  yellədi.  -  Mənim  üçün 
qanun  bilən  olub!  Siz  çəkəni  olsaydınız  indiyəcən  bilərdik. 
Rahat qazanc yeri tapmaq istəmisiniz özünüzə! Sizi daha heç 
kim xilas edə bilməz! Hələ bu işin bir tərəfidir. Nə qədər gec 
deyil, Mahmudu öldürməyini də boynuna al! 

Vallah,  mən  adam  öldürməmişəm!  -  Mirsahib  birdən 
uşaq  kimi  ağlamağa  başladı.  -  Mənə  niyə  inanmırsınız, 
Telman  müəllim?!  Mən  orada  iki  dəfə  olmuşam.  Bir  də
düşmək istəmirəm o cəhənnəmə!... 

Allaha and içmə, səni görən olub! Hövsələmizlə az oyna 
bizim. De görüm onu niyə öldürmüsən? Bu işdə də Ağayarla 
əlbir  olmusanmı?  Bəlkə  o  yazığın  ev-eşiyinə,  mal-  qarasma 
sahib olmaq üçün eləmisiniz bunu?! 
Əmirəliyev az qalırdı ki, tutub Mirsahibi boğsun: 

Get, fikirləş! Sabaha kimi vaxt verirəm. Hər şeyi boynuna 
almalısan! 
Mirsahib  heç  nə  demədən  onu  aparmağa  gəlmiş  polis 
leytenantının qabağına düşdü. 
Elə  bu  vaxt  telefon  zəng  çaldı.  Zəng  vuran  kapitan  Rəfail 
Vəliyev idi. Onun da səsində yorğunluq hiss olunurdu: 
- Rəis, göldəki axtarış ehtimalımızı doğrultmadı. Burada heç 
bir meyit-filan yoxdur... 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə