Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

downloaded from KitabYurdu.org
120 
fikri yox idi və ola da bilməzdi. Bu mümkün deyildi... Həmin 
hədələyici  cümlə  yenə  qulaqlanna  dolub,  beyninə  işləməyə
başladı: «Oğlunun başını cücə başı kimi üzəcəyəm!» 
Kim bilməsə də Bayəddin bilirdi ki, o bunu edə bilər. O əclaf 
Bayəddinin  böyük  qardaşı  Novruzla  Rusiyada,  əsgəri 
xidmətdə, eyni bir hərbi hissədə olmuşdu. Novruz danışmışdı 
ki,  həmin  adam  yoldaşlarına,  xüsusilə  də  əsgərliyə  yeni 
gələnlərə  olmazın  zülmlər  eləyirdi.  İnsaf  deyilən  bir  şeydən 
əsər-əlamət yox imiş onda. Əsgərlərdən heç biri cəsarət edib 
onun əməlləri barədə komandirlərə məlumat verə bilmirmiş. 
Novruzun  deməyinə  görə,  bu  qansız  bir  dəfə  əsgərliyə  yeni 
gəlmiş  bir  oğlanı  çox  möhkəm  döyür.  Əsgərlərin  gözü 
qabağında  oğlanı  o  qədər  vurur  ki,  yazıq  hosbitala  düşür. 
Komandirlər  nə  qədər  soruşsa  da,  o  özü  qorxudan  kimin 
tərəfindən döyüldüyünü demir. Ancaq, şahidlərdən kimsə bu 
əclafın adını komandirlərə verir. Bu əclaf da 4-5 sutka cəza ilə
canını  qurtarır.  O,  elə  düşünürmüş  ki,  onu  döydüyü  oğlan 
satıb. Həmin oğlan hosbitaldan qayıdan 
kimi  onu  tutub  başına  hər  cür  təhqiramiz  oyunlar  gətirir.  O 
bədbəxt  yenə  bunu  komandirə  bildirmir  və  valideynlərinə
yalvar-yaxar eləyib özünü başqa hərbi hissəyə keçirtdirir... 
Bayəddin qardaşına qulaq asanda hiss edirdi ki, üstündən neçə
illər  keçməsinə  baxmayaraq,  Novruz  həmin  adamın  adını 
nifrət və qorxuqanşıq həyəcanla çəkir. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
121 
...  Uzun  və  əzablı  gecə  yaxınlaşırdı.  Vaxt  keçdikcə
Bayəddinin ürəyi daha sürətlə döyünməyə başlayırdı. O, hər 
dəqiqə kameranın dəmir qapısının açılmağını gözləyirdi. 
Gecədən  xeyli  keçsə  də,  Çinarə  uşağı  yatızdıra  bilmirdi. 
Ramal yataqdan başını qaldırıb elə hey suallar verirdi: 

Bəs atam nə vaxt gələcək? 

İndi harada yatacaq? Maşında? 

Mənim üçün tapança alacaq? 

Hə!  -  anası  onun  başını  sığalladı.  -  Sənin  üçün  tapança 
almağa gedib. 

Bəs  niyə  tez  alıb  qayıtmır?  Ayazın  atası  elə  evimizin 
yanındakı mağazadan almışdı. 

Yəqin burada tapmayıb, gedib ki, Bakıdan alsın. 
Ramal, deyəsən bu yalana inanmışdı. Bir müddət heç bir sual 
vermədi.  Sanki  gözləri  yol  çəkirdi.  Sonra  birdən  kiçik 
dodaqları  səyriməyə  başladı.  Böyrü  üstə  çevrilib  yorğanla 
üzünü örtdü. Çinarə nəsə başa düşüb, yorğanı onun üzündən 
çəkdi. Əyilib baxanda uşağın yanaqlarında iki damla göz yaşı 
gördü. 

Nədir, Ramal, sənə nə oldu? - deyə soruşdu. 
Ramal  əvvəlcə  dinmədi.  Anası  sualını  təkrar  edəndən  sonra 
burnunu çəkə-çəkə ağlamağa başladı: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
122 

Mən daha tapança istəmirəm. Atam gəlsin evə!... 

Gələcək,  oğlum,  gələcək!  Ağlama!  -  Çinarə  ah  çəkib 
onun göz yaşlarını  əli  ilə sildi.  Sonra ayağa qalxıb  mətbəxə
keçdi. 
O, ərinin tutulmağından heç nə anlaya bilmirdi. Bayəddinin nə
günahı var axı? - deyə hər gün, hər saat özünə sual verirdi. Söz 
gəzirdi ki, Göydağda bir cavan adamı, gecə vaxtı, öz evində
bıçaqlayıb  öldürüblər.  Onu  da  danışırdılar  ki,  həmin  vaxt 
öldürülənin pəncərəsində naməlum adamın kölgəsi görünüb. 
Bəs axı, bunların Bayəddinə nə dəxli var? O ki adam öldürən 
deyil!? 
Çinarənin  yadına  mayın  18-də  Bayəddinin  evə  çox  gec 
qayıtmağı  düşdü.  Yaman  fikirli  görünürdü  onda...  Çinarə
haradan gəldiyini soruşdusa da, bir cavab vermədi. Görəsən o 
gecə haradan gəlirmiş o?.. 
İki gün idi ki, qohum-əqrəba gəlib-gedir, Çinarəyə təskinlik 
verirdilər.  Daha  çox  Novruz  gəlirdi.  Ancaq  heç  biri  də  heç 
nəylə kömək edə bilmirdi. Onları polis şöbəsinə yaxın 
buraxmırdılar. Eləcə, bir neçə saat şöbənin qarşısında dayanıb 
geri  qayıdırdılar.  Vəziyyət  onların  düşündüyündən  də  ciddi 
idi... 
Səhəri gün yenə də Mehdixan kişinin qonaqları səhər yeməyi 
yemək üçün həyətdə süfrə başına toplaşmışdılar. Kənddə bir 
neçə günlük istirahət öz təsirini göstərmişdi. Qonaqlar gümrah 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
123 
görünürdülər.  Qanbay  Qasımlı  özü  də,  daha,  tez-tez 
xoşagəlməz başağnlarmdan üz- gözünü turşutmurdu. Qonağı 
olduğu evin ailəsi də, yeni tanışı Mahir Talıbov da ürəyincə
idi.  Kəndin  təmiz  havası,  əsəblərini  dincəldən  sakitliyi  onu 
həmişə  içində  olduğu  qorxulu  cinayət  hadisələri  haqqında 
düşüncələrdən  bir  qədər  uzaqlaşdırmış,  daxilində  olan  əsl 
insani  hislər  daha  çox  qabarmağa  başlamışdı.  İstefada  olan 
polis polkovniki indi təbiət gözəlliklərindən də doyunca zövq 
almağa başlamışdı. 
Ancaq kaş belə sakit və gözəl kənddə baş vermiş bu cinayət 
hadisəsi  olmayaydı.  Düzdür,  şəxsən  Qanbay  Qasımlı  bu 
hadisəyə  xüsusi  əhəmiyyət  vermək  istəmirdi.  O,  bu  kəndə
istirahətə gəlmişdi və baş vermiş sirli qətlin ona dəxli yox idi. 
Lakin,  necə  olmasa,  bu  faciəli  hadisə  qonağı  olduğu  ailənin 
əhval-ruhiyyəsinə  öz  təsirini  göstərmişdi.  Bu  isə  istirahətin 
daha şən və mənalı keçməsinə mane olurdu. 
Mehdixan  kişi  səhər  yeməyi  əsnasında  yenə  həmin  cinayət 
hadisəsindən söhbət açmışdı: 
-  Bircə  bu  işin  üstünü  aça  bilsəydilər?!  Bilirsiz  belə  işlərin 
mənə nə qədər dəxli var? Kənddə baş verən ən xırda iş üçün 
icra  nümayəndəsi  cavab  verməli  olur.  Nə  üçün  vaxtında 
məlumat  verməmisən?  Nə  üçün  cinayətin  qarşısını  almaq 
üçün  tədbir  görməmisən?  Belə-belə  suallar  adamın  başını 
ağrıdır.  Mənim  də  rayonda  azdan-çoxdan  hörmətim  var. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə