Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

downloaded from KitabYurdu.org
116 
qayıdandan sonra öldürmüşdü. Bəs onda, Mirsahib göstərilən 
yanm  saat  müddətində  harada  olmuşdu?  Onun  Göydağa 
qalxan  cığırda,  ikinci  talada  oturub  dincəlməsi  Zeynalovun 
ağlına batmırdı. 
Bütün  bunlan  düşünən  müstəntiq  belə  bir  mülahizəyə  gəlib 
çıxmışdı: Mirsahib Dərəçaydan gələndə Mahmudgilə girir və
yarım  saat orada olur. Sonra oradan çıxıb Ağayargilə  gedir. 
Bu  zaman  onu  küçədə  görürlər.  O,  Ağayargildən  çıxandan 
sonra yenə Mahmudgilə gəlir. Artıq onda qaranlıq düşübmüş. 
Mirsahib  Mahmudun  evinə  girib  onu  öldürür  və  vaxt 
itirmədən çıxıb Dərəçaya gedir. Onun Ağayargildən çıxandan 
sonra  qonşu  kəndə  -  öz  evinə  getdiyi  zaman  müddəti 
Əmirəliyev tərəfindən araşdırılmışdı və burada vaxt itkisi yox 
idi. 
Müstəntiq  Zeynalov  bu  mülahizənin  üzərində  möhkəm 
dayanmaq  və  bunu  Mirsahibə  sübut  etmək  fikrində  idi. 
Mirsahib Mahmudu nə üçün öldürmüşdü? Bu sualın cavabsız 
qalması  bir  yana  dursun,  müstəntiqi  ən  çox  narahat  edən, 
əsəbiləşdirən o idi ki, Bayəddinin açıq-aşkar 
şübhəli sərnişini ilə Mirsahib arasında eynilik və ya hər hansı 
əlaqə yaratmaq mümkün olmurdu. 
Bayəddinin  sərnişini  rayon  mərkəzindən  gecə  gəlmişdi. 
Mirsahib  isə,  özünün  dediyinə  görə,  həmin  gün  səhərdən 
axşama  kimi  meşədə  olmuşdu.  Onun  meşəyə  getmək  üçün 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
117 
balta  götürüb  evdən  çıxdığını  arvadı  və  oğlu  təsdiq  edirdi. 
Meşəyə gedib-gəldiyini isə görən olmamışdı. Onun həmin gün 
kəndin hər hansı maşını ilə şəhərə getdiyini də deyən yox idi. 
Bir  də  lap  tutaq  ki,  Bayəddinin  sərnişini  Mirsahib  olmuşdu. 
Ancaq Mahmud mayın 18-də yox, 19- da öldürülmüşdü. Bəs 
onda Mirsahib o gecə Mahmudgilə niyə gəlmişdi? 
Nəhayət,  Zeynalov  bu  nəticəyə  gəlmək  üzrə  idi  ki,  bu  işdə
daha mürəkkəb cəhətlər var. Mahmudu Mirsahib öldürübsə də
bu cinayətdə müxtəlif adamların əli və marağı olub. Şəhərdən 
gələn  adam  o  gecə  Mahmudla,  yalnız,  hansısa  ciddi  söhbət 
aparmalı imiş. Həmin söhbətin nəticəsində Mahmud öldürülə
bilərdi. 
Müstəntiq  bütün  bunları  düşünsə  də  ümidini  Mirsahibin 
dindirilməsinə  bağlamışdı.  Mayor  Əmirəliyev  də  istintaqda 
iştirak  edəcəkdi.  Onlar  kabinetdə  oturub  Mirsahibi 
gözləyirdilər. Nəhayət, onu gətirib içəri saldılar. 
Əmirəliyev  onun  uzun  və  yöndəmsiz  bədənini  istehza  ilə
süzüb söz atdı: 

Eşitdim, dünən kənddə Miriyevə qanun dərsi keçmisən? 
Halın indi necədir? Danışacaqsan, ya yox? 
Mirsahib dinmədi. 

Danış  görək,  həmin  yarım  saat  müddətində  harada 
olmusan? - Zeynalov istintaqa başladı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
118 

Mən demişəm axı?! Talada oturub dincəlmişəm. 

Ə,  qanmaz  oğlu  qanmaz,  bizi  nə  hesab  eləyirsən?  -
Əmirəliyev əlini havada yellədi. - İyirmi dəqiqəlik yolda yanm 
saat dincəlirlər? 

İnanın mənə! - Mirsahib yalvarmağa başladı. - Mən adam 
öldürməmişəm. O hadisədən mənim xəbərim yoxdur! 

Ağayargilə niyə getmişdin? - sualı yenə Zeynalov verdi. 

Bu  birinci  dəfə  deyildi  ki?  Həmişə  onun  evinə  gedib-
gəlmişəm. 

Sənin onunla nə dostluğun ola bilər? Demək olar, oğlun 
yaşındadı. 

Nə deyim, xasiyyətimiz tutub... 

Sürücü Bayəddini tanıyırsan? - müstəntiq qəfil soruşdu. 

Niyə  tanımıram?...  Kəndlərə  adam  aparıb-  gətirməklə
çörəyini qazanır. 
Müstəntiq  Mirsahibə  daha  bir  neçə  sual  verdisə  də,  mövcud 
olan zülmət qaranlığa iynə ucu boyda işıq sala bilən bir cavab 
eşitmədi. 
Artıq onda belə bir fikir yaranırdı ki, Mirsahib, doğrudan da, 
Göydağa gələndə cığırın kənarında yarım saat oturub dincəlib. 
Ağayann  evindən  çıxandan  sonra  isə  Mahmudun  evinə
girməyi  tamamilə  mümkün  idi.  Axı  pəncərədə  də  onun 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
119 
bədəninə uyğun kölgə görünmüşdü. Təəssüf ki, o həmin evdə
olduğunu sübut edə biləcək bir iz qoymamışdı. 
Əmirəliyev  Mirsahibə  elə  baxırdı  ki,  elə  bil  onu  bu  saat 
parçalayacaq.  O,  hiss  edirdi  ki,  Mirsahib  nəyisə  onlardan 
gizlədir.  Ancaq  nəyi?  Bu,  mayora  aydın  olmasa  da,  hələlik 
susur, heç bir sual vermirdi. 
Mirsahibi  yenidən  kameraya  göndərdilər.  Onu  bu  dəfə
Bayəddinlə eyni yerə saldılar ki,  
Ancaq Bayəddinin heç kəslə danışmağa həvəsi yox idi. Gecə
keçəndən  sonra,  yəqin  ki,  yenə  həmin  yekəpər  leytenant 
kameraya gələcəkdi və bunu düşünəndə, Bayəddin doğrudan 
da ölüb canını bu dünyadan qurtarmaq istəyirdi. Onsuz da o, 
həyatından razı deyildi. Sınıq-salxaq maşını ilə gündəlik çörək 
pulunu güclə qazanırdı. Onu bu dünyaya bağlayan, yaşamağa 
məcbur edən yeganə varlıq oğlu Ramal idi. 
- Bax, tapança yadından çıxmasın ha!.. 
Bu  oğlunun  dilindən  eşitdiyi  axırıncı  sözlər  idi.  Birdən-birə
onun üçün elə darıxdı ki, az qaldı  
yalquzaq  canavar  kimi  ulasın.  Ramal  üçün  aldığı  oyuncaq 
tapançanın  hələ  də  maşında  qaldığı  yadına  düşəndə  isə
gözlərindən əməlli-başlı yaş gəldi. 
Yenə  də  gəlib  həmin  bəd  gecədə  sərnişininin  kim  olduğunu 
soruşacaqlar. Bayəddinin isə o adamın adını dilinə gətirmək 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə