Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

downloaded from KitabYurdu.org
146 
Hamının şirin yuxuda olduğu bir vaxtda, kəndin küçəsində tək 
bir adam nəzərə çarpırdı. O da ay işığında təsadüfən yuxusu 
ərşə  çəkilmiş  bir  kimsənin  gözünə  görünməmək  üçün, 
küçədəki  elektrik  dirəyinə  söykənib  səmaya  baxırdı.  Ay 
işığına qərq olmuş səmada yalnız üç qara bulud topası üzürdü. 
Onlardan birinin Aya çatıb, onun işığını öz qara gövdəsində
udmağına az qalmışdı. 
Naməlum  adam  da  elə  bunu  gözləyirdi.  Axır  ki,  qara  bulud 
Aya  çatıb  onun  qabağını  kəsdi  və  bütün  kənd,  birdən-birə, 
qorxunc bir zülmətə qərq oldu. Naməlum adam həmin dəqiqə
hərəkətə  gəlib  küçə  ilə  addımlamağa  başladı.  Qaranlıqda 
nəyəsə toxunub yıxılmamaq üçün ehtiyatla irəliləyirdi. Yalnız 
bəzi evlərin pəncərəsindən küçəyə zəif işıq düşürdü. O, bir də
Əhlimanın darvazası qarşısında dayandı. 
Küçədə  qurulmuş  yasxananın  çox  kədərli  görkəmi  var  idi. 
Əhlimanın  darvazası  içəridən  bağlı  idi.  Naməlum  adam  iki 
metr  hündürlüyündə  olan  hasara  yaxınlaşdı.  Çevrilib  arxaya 
baxanda  nə  gördüsə,  yerindəcə  donub  qaldı.  Rəhmətlik 
Mahmudun pəncərəsi küçəyə 
baxan otağında zəif işıq yanırdı. Bu elektrik lampasının işığı 
deyildi.  Çox  güman  ki,  otaqda  neft  lampası  yandırılmışdı. 
Lampa  pəncərənin  aşağı  hissəsini  daha  çox  işıqlandırırdı. 
Kürəyini  Əhlimanın  hasanna  söykəmiş  naməlum  adamın 
üzündə kiçik tər damcıları göründü. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
147 

Lənət şeytana! Bu ola bilməz!.. 
Mahmudun ağzı üstə sərilmiş meyiti 
gözlərinin  qabağına  gəldi.  Hətta  döşəməyə  yayılmış  qan 
gölməçəsi də... 

Bəlkə... 
Naməlum  adam  birdən  aldandığını  başa  düşüb  hirslə  yerə
tüpürdü.  Mahmudun  otağında  heç  bir  işıq  yanmırmış. 
Əhlimanın  ikinci  mərtəbəyə  qalxan  pilləkəninin  başında 
yanan 
elektrik  lampasının  işığı  pəncərəyə  düşdüyü  üçün  belə
görünürmüş. 
O, vaxt itirmədən çevrilib pişik cəldliyi ilə hasarın üstündən 
aşdı. Həyətə düşüb bir neçə saniyə yerində dayandı. Ətrafda 
tam sakitlik hökm sürürdü. Ehtiyatla evin böyründən sovuşub 
arxaya  keçdi  və  həyətin  aşağısına  doğru  irəlilədi.  Tövləyə
çatanda bir daha ətrafa boylanıb qapıya yaxınlaşdı. Tövlənin 
qapısından iri bir qıfıl asılmışdı. 
Artıq,  oğurluğa  gəldiyinə  heç  bir  şübhə  qalmayan  bu  adam 
dodağının  altında  söyüş  söyüb  tövlənin  ətrafına  hərlənməyə
başladı. Nəhayət, əlində dəmir ling yenidən qapıya yaxınlaşdı. 
Lingi  qıfılı  özündə  saxlayan  halqalardan  birinə  keçirib,  onu 
yerindən  çıxartdı  və  qapını  açıb  içəri  daxil  oldu.  Tövlədə
iyirmiyə yaxın qoyun-quzu və tək bir inək var idi. Naməlum 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
148 
adam cibində gətirdiyi kiçik elektrik fənərini çıxarıb yandırdı. 
Qoyunlar  ürküb  tövlənin  bir  tərəfinə  sıxlaşdılar.  Onlar  yad 
adamı  tam  görməsələr  də,  işığa  tərəf  dəli  kimi  baxırdılar. 
Gözləri  az  qalırdı  ki,  hədəqəsindən  çıxsın.  Adam  fənərin 
işığını  aşağı  saldı.  Tövlənin  döşəməsinə  yastı  çay  daşlan 
döşənmişdi.  Aşağı  əyilib  qəribə  yerişlə  qoyunlara  tərəf 
getməyə  başladı.  Sol  əlini  bir  neçə  dəfə  döşəmə  daşlannm 
arasındakı  palçığa  vurduğu  üçün  əli  torpağa  və  peyinə
bulaşmışdı. Qoyunlara çatanda onlar cəld sıçrayıb bu adamın 
sağ-solundan atıldılar və inəyin bağlandığı küncə toplaşdılar. 
Onlar elə sıxlaşmışdılar ki, sanki bir-birinin içinə keçmişdilər. 
Naməlum adam yenə də yanoturmuş vəziyyətdə, yavaş-yavaş 
onlara  tərəf  getdi.  Bilərəkdən  işığı  onların  üstünə  yox, 
döşəməyə  salırdı.  Nəhayət  onlara  çatmağa  az  qalmış  işığı 
qoyunların  üzünə  saldı  və  bir  kök  quzunu  gözaltı  elədi. 
İşıqdan  bir  az  da  qorxuya  düşmüş  qoyunların  ürəkləri 
partlamaq dərəcəsinə gəlirdi. Onlar bir də sıçrayıb tövlənin o 
biri  başına  qaçmaq  istəyəndə  adam  cəld  atılıb  quzunun 
yunundan  yapışdı.  Quzu  çapalasa  da  onun  qüvvətli  əlindən 
çıxa bilmədi. 
Naməlum adam quzunu tövlədən çıxarıb qapını örtdü və onu 
qucağına alıb sürətlə evin 
yanından keçdi. Darvazaya çatıb cəld cəftəni çəkdi və qapını 
açıb küçəyə çıxdı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
149 
... Ay hələ də onu qoynuna almış qara buludun əlindən qurtara 
bilməmişdi.  Kəndin  üstündə  hakimiyyət  hələ  də  zülmət 
qaranlığın  əlində  idi.  Ancaq  buludun  Ayı  azadlığa 
buraxmağına lap az qalmışdı. Bir azdan Ay yenə öz əsrarəngiz 
işığını  kəndin  üstünə  səpəcəkdi.  Bunu  başa  düşən  adam 
kəndin 
küçəsi 
ilə, 
qollarını  yelləyə-yelləyə  sürətlə
addımlayırdı... 
Kişilər  yenə  həyətdəki  stolun  arxasında  toplaşmışdılar.  Ev 
sahibi  Qanbay  Qasımlıya  kəndin  qışı  haqqında  danışırdı. 
Ancaq polkovnik ona diqqətlə qulaq asa bilmirdi. Gecə rahat 
yatmasına baxmayaraq, nədənsə narahat görünürdü. Elməddin 
kənarda samovara od atır, Nuridə süfrəyə qab-qacaq daşıyırdı. 
Qonaqlar  üçün  kənddəki  axırıncı  səhər  yeməyinə  hazırlıq 
görülürdü. Nemət stoldan bir qədər aralı oturub, oğlu İlhamla 
söhbət edirdi. Atasının bu gün Bakıya qayıdacağını bilən uşaq 
ondan  əl  çəkmirdi.  Elə  yuxudan  da  ona  görə  tez  durmuşdu. 
Təkcə Mahir gözə dəymirdi. Mehdixan kişi söhbətini qurtarıb 
Elməddinə baxdı: 

Mahir durmayıb hələ? 

Yox! Gedim oyadım? - Elməddin evə çıxmaq istədi. 

Lazım  deyil!  Nə  vaxt  istəsə,  o  vaxt  qalxar.  Sən  tapşır, 
Qanbay müəllimə çay versinlər. 
Bu vaxt darvaza açıldı və Əhliman həyətə daxil oldu. Elə qaş-
qabaqlı  və  həyəcanlı  vəziyyətdə  idi  ki,  deyərdin,  qabağına 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə