Əlyazması hüququnda kamal asadpour mahmod oğlu TƏLİMİn səMƏRƏSİNİn yüKSƏLDİLMƏSİNDƏ MÜASİr pedaqoji texnologiyalardan iSTİfadəNİN İmkanlari və yollari e lmi rəhbər


Muasir telhmb, pedaqoji texnologiyanm problemli, foal, inki§afetdirici, oyun metodlarmdan da genis. istifada olunur



Yüklə 188,26 Kb.
səhifə10/12
tarix19.03.2022
ölçüsü188,26 Kb.
#84594
1   ...   4   5   6   7   8   9   10   11   12
Azərbaycan respublikasi təhsİl nazirlİyi

Muasir telhmb, pedaqoji texnologiyanm problemli, foal, inki§afetdirici, oyun metodlarmdan da genis. istifada olunur.

Tslimin ssmorsliliyin artinlmasmda telim vasitebri do miihum shsmiyyot kssb

edir. Əslində, bu vasitələr öyrədənin öyrətmə, öyrənənin öyrənmə prosesində istifadə etdiyi texnologiyalardır. Metod "işi necə görməli? Vasitə isə "işi nə ilə görməli?" suallarına verilən cavabdır. Pedaqoji texnologiyalar ildən-ilə dəyişir və təkmilləşir. Bıı prosesdə texnikanın inkişafı və pedaqogikanın artan tələbatı təsir göstərir. Son illərdə tədris televiziyası, məşqetdirici və nəzarəti həyata keçirən qurğular, maqnita- fon yazıları, səs və təsviri canlandıran qurğular, rəngli tədris filmləri, diapozilivlər, kodoskoplar, geniş formatlı transparantlar, kompüter texnikası, videomaqnitafonlar, radio, qrammafon, epifilmlər və s. bu kimi təlini vasitələri yaranmış və get-gedə inki­şaf etmiş və təkmilləşmişdir. Ədəbiyyatlarda təlim vasitələrinin məzmunca bir-birini tamamlayan, aralarında heç bir sədd olmayan iki növü - maddi və ideal növləri gös­tərilir.

Maddi vasitələr əsasən maraq və diqqəti oyatmağa, yaddaşı cilalamağa, yeni biliklər qazanmağa, ideal vasitələr isə öyrədilən materialı başa düşməyə, məntiqi dü­şüncəni, nitq mədəniyyətini inkişaf etdirməyə, başqa sözlə, İntellektual inkişafa xidmət edirlər. Müasir dövrdə ümumtəhsil məktəblərində daha çox akustik, vizual və audiovizual vasitələrə üstünlük verilir. Xüsusən əyaniliyin intensivliyini artıran kino­nun imkanlarından geniş istifadə olunur. Kino bütün hadisələr sistemini sinifdə, şa­girdlərin gözləri önündə canlandırmağa imkan verən ən qüvvəli, ən ecazkar vasitə­lərdən biri olaraq bütün fənlərin dərindən mənimsənilməsinə geniş şərait yaradır, təlim-tərbiyəni üzvi sıırotdə əlaqələndirir, həm də şagirdləri yüksək oxlaqi ruhda tərbiyə edir. 1964-cü ildən məktəblərimizə əyani təlimə daha intensiv və effektiv təkan verən yeni bir texnologiya - televiziya daxil edilmişdir. Respublika televiziya­sına uyğun olaraq məktəblərdə dərs cədvəllərinin, müəyyən olunmuş təlimin əyaniliyi təmin olunmuşdur. Pedaqoji prosesdə bu yeni tədris televiziya verilişlərinin texnolo­giyasını pedaqoji, psixoloji, sosioloji, tibbi, metodik, iqtisadi və s. aspektləri dəqiq öyrənilmişdir. Müəllim göstərilən ənənəvi vasitələrdən istifadə edib şagirdlərə çatdır­dığı və ya çatdıra bilmədiklərini informasiyanın müasir interaktiv video, audio-video texniki sisteminin geniş imkanları vasitəsilə daha asan və sadə yolla çatdıra bilir. İndiki təhsil sistemində müasir pedaqoji texnologiyaların aşağıdakı vasitələrindən geniş istifadə olunur, buraya: kompüter, televizor, radio, proyektor, audio-videoqur- ğular, maqnitofon, hesablama maşını, lent, çap işləri, printer, dublikat çıxarmaq üçün apparat (rezoqraf), surət çıxarma aparatı (kseroks), skaner, kamera, multimediya, KD-ROM, optik disk BQS (Biliyin Qaytarılması Sistemi) və s. daxildir. Kompüter texnologiyası müasir ləlim texnologiyaları içərisində, şübhəsiz, ən yüksək reytinqə malikdir. Buna səbəb onların geniş şagird kütləsi üçün aydın, maraqlı, əyləncəli və istifadəsinin sadə olmasıdır.

Kompüterlərdən istifadə etməklə tez bir zamanda məktəblilərə mövzuya aid əyani bilik və məlumatlar, nəzarət tapşırıqları, çalışmalar verilir. Kompüter proq­ramları dərslərdə parçalar, hissələr, fraqmentlər şəklində, bütöv mövzuların, bölmə- lərin, kursların öyrənilməsi zamanı tətbiq oluna bilər.

Müasir təlim sistemində ənənəvi vasitələrdən istifadə olunması istisna olun­mur. Lakin bunlarla yanaşı, pedaqoji texnologiyalara əsaslanan təlim sistemində aşağıdakı səciyyəvi təlim vasitələrindən istifadəyə daha çox üstünlük verilir.


  • tədris kitabları, kağız və elektron dərsliklər, tədris-metodik vasitələr, məlumat kitabçaları,

  • tel tədris metodik vəsaitləri,

  • öyrədən kompüter sistemi,

  • ekspert öyrətmə sistemlərindən təlim vasitələri,

  • gerçək viıtual əsaslı təlim vasitələri,

  • audio-video texniki vasitələri.

Müasir təlimdə elektron tədris kitablarından istifadə etmək də faydalıdır. Belə ki, əvvəla, onlar kompüterin yaddaşında kip saxlanıla bilirdər, ikincisi, onlara cəld dəyişiklik etmək və elektron poçta ilə onları uzaq məsafələrə ötürmək imkanına malikdirlər. Bu prosesdə öyrədici kompüterin imkanları daha genişdir. Təhsildə bu proqramdan təhsil vasitəsi kimi istifadə Ötən əsrin yetmişinci illərin əvvəllərindən başlanılmışdır. Öyrədici kompüterdən təlimin müxtəlif sahələrində istifadə olunur.

Təlim sistemində istifadə olunan məsləhətlər də böyük əhəmiyyət kəsb edir. O, "consultatio" latın sözündən götürülmüşdür. Mənaca müşavirə, müzakirə deməkdir. Məsləhətlər tədris planma daxil olan fənlər üzrə şagirdlərin müstəqil işlərinə məq­sədyönlü istiqamət vermək üçün təşkil olunur. O, fərdi və qrup şəklində aparılır.

Təlim sistemində, əsasən yeni İnformasiya kommunikasiya texnologiyaları: telefon, elektron poçta, video və telekoııferensiya tətbiq olunur.

Ənənəvi təhsildə məsləhətlər əsasən imtahan qabağı aparılır. Müasir təlim sistemində onların keçirilmə vaxtı yoxdur. Şagird il boyu maraqlandığı məsələlər üzrə müəllimə müraciət edə bilir.

Məsləhətlərin təşkili formaları müxtəlifdir. Onlardan ən geniş yayılanı yazılı və sual-cavab formasıdır.

Ənənəvi təhsil sistemində olduğu kimi, texnologiyalara əsaslanan təlim for­malarından biri də laborator məşğələsidir. Laborator sözü latın sözüdür. O, mənaca əmək, iş görmək, səy göstərmək deməkdir. Laborator iş formasının ifadəsi kimi işlə­dilən "praktikum" yunanca "praktikas" sözündən götürülmüşdür. Mənası fəaliyyət, təcrübə deməkdir. Praktikum əsasən iki məqsəd güdür:

1. Şagirdləri elmi idrakla bağlı bu və ya digər bacarıq və vərdişlərlə silahlan­dırır;

2. Bütövlükdə tədris kursunun tətbiqinə, yəni peşə hazırlığının tətbiqi tərəfinin reallaşdınlmasına xidmət edir.

Laborator işi şagirdlərdə müşahidəçilik, diqqətlilik, təşəbbüskarlıq, müstəqillik vərdiş və bacarıqlarını inkişaf etdirmək baxımından təlimin digər formaları ilə müqa­yisədə son dərəcədə əhəmiyyətlidir. Onun qarşısında: öyrənilən elmin nəzəri müddəa­larını təcrübədə yoxlamaq; veni təlim texnologiyalarından istifadə etmək bacarığı qazanmaq; qazanılmış nəzəri bilikləri tədris-idrak vəzifələrinin yerinə yetirilməsinə istiqamətləndirmək.; nəzəriyyə ilə təcrübənin, təhsildə gerçək həyatın vəhdətliyini təmin etmək və s. vəzi fələr durur.

Tədris təyinatlı bu proqram vasitələri ənənəvi tədris-tərbiyə prosesində, öyrədilonin şəxsiyyətinin inkişafı, təhsil prosesinin səmərələləşdirilməsi və s. məqsəd üçün nəzərdə tutulmuşdur. Bir çox müəlliflər onu təhsil təyinatlı proqram vasitələri |TfPV) də adlandırırlar. O, tədris fəaliyyətinin müxtəlif sahələrinin həyata keçiri İmə-




Yüklə 188,26 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə