43
artıq müddət ərzində formal əmək sektoru üzrə işçilərin icbari
sığortaya cəlb edilmə göstəriciləri istənilən səviyyədə deyildir.
İcbari sığorta müqaviləsi yalnız həyat sığortası üçün lisenziyayası
olan və bu qanunla əhatə olunan icbari sığorta növü üzrə fəaliyyətin
həyata keçirilməsinə sığorta nəzarəti orqanının verdiyi icazəyə malik
olan sığortaçı tərəfindən bağlanıla bilər.
Ölkə üzrə sığortaya cəlb olunan işçilərin kəmiyyət göstəriciləri
hər rüb üzrə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti
tərəfindən ümumiləşdirilir və iqtisadi fəaliyyət növləri üzrə
qruplaşdırılır.
7.3. Qeyri Formal əmək sektoru üzrə vəziyyətin ümumi təhlili
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında
Qanununun 3.1.1. maddəsinə əsasən icbari sığorta olunanlar “hüquqi
şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış
əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək
funksiyalarını yerinə yetirən şəxslər” dir. Bu da o deməkdir ki, qeyri
formal əmək sektorunun iştirakçılarının hamısı istehsalatda bədbəxt
hadisə və peşə xəstəliklərindən sığortalanmırlar. Yuxarıda göstərilən
rəqəmlərə nəzər salsaq onda icbari sığorta olunmadan kənarda qalan
və faktiki əmək fəaliyyəti həyata keçirən işçilərin sayının çox böyük
olmasını müəyyən etmək olar.
Biz yuxarıda formal əmək sektorunda sığorta olunanların
göstəriciləri ilə tanış olduq. Burada illər üzrə artım tendensiyası olsa
da əhatəlilik təmin olunmamışdır.
Qeyri formal əmək sektorunda isə vəziyyət daha mürəkkəbdir.
Əmək münasibətlərinin rəsmiləşdirilmədiyi halda işçinin icbari sığorta
olunması mümkün deyildir. Bununla belə işəgötürənin işçini icbari
sığortaya cəlb etməməyi (icbari sığorta etməməyi) onu məsuliyyətdən
azad etmir. Yuxarıda göstərildiyi kimi işəgötürən hətta faktiki əmək
münasibətində olduğu işçi qarşısında onun sağlamlığına vurduğu
zərərə görə tam maddi məsuliyyət daşıyır.
44
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında
Qanununun 7.3. maddəsinə görə “Bu Qanunla sığorta etdirmək
vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya
icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə
müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə
bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun
olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu
Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır”.
Lakin, əmək müqaviləsi bağlanmadan muzdlu işə cəlb edilən,
həmçinin qeyri-rəsmi qaydada əmək haqqı alan şəxslə bağlı bədbəxt
hadisə və ya peşə xəstəliyi halı baş verdikdə bir neçə ciddi problem
ortaya çıxır. Bunlar:
● Belə hal mövcuddursa deməli işçi icbari sığorta olunmamışdır
və maddi məsuliyyət işəgötürənin üzərinə düşür;
● Rəsmi əmək münasibətləri olmadığı üçün işəgötürənlər işçi ilə
əmək münasibətində olmadıqlarını bildirir və könüllü olaraq hər hansı
maddi ödənişlər həyata keçirmək istəmirlər;
● Məhkəməyə müraciət edərkən sağlamlığına zərər dəyən şəxs
(və ya onun vərəsələri) bir neçə halı sübut etməlidir. Əvvəla o həmin
müəssisədə işləməsini, yəni faktiki olaraq əmək münasibətlərində
olmasını, daha sonra əmək haqqının miqdarını və ümumiyyətlə
hadisənin və ya xəstəliyin həmin iş yeri ilə bağlı olmasını.
Göründüyü kimi kifayət qədər mürəkkəb proseslərdən keçmək
tələb olunur. Məhkəmə praktikasına nəzər saldıqda nadir hallarda
məsələ sağlamlığına zərər dəyən şəxsin və ya onun vərəsələrinin
xeyrinə həll olunur.
Hətta bu prosesləri uğurla başa çatdırdıqda, yəni məhkəmə zərərin
əvəzinin ödənilməsi ilə bağlı işəgötürən üzərində vəzifə qoyduqda belə
bir çox hallarda zərər çəkən şəxs və ya onun vərəsələri bu vəsaiti ala
bilmirlər. Bunun da əsas səbəbi belə müəssisələrin bir qayda olaraq
müvəqqəti (Məsələn bir bina tikmək üçün yaradılmış MMC)
yaradılması, iflas və ya süni iflas vəziyyətdə olması zərərin əvəzinin
ödənilməsinə imkan vermir.
Ölkə praktikasında belə hallar geniş yayılmışdır.
45
7.4. Dövlət və ictimai nəzarətin effektivliyinin artırılmasına
yönələn tədbirlər
Son illərdə iş yerlərində əməyin mühafizəsi və əmək
qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin keyfiyyətinin
artması müşahidə olunur. Yoxlamaların kəmiyyət göstəricilərinin
azalması fonunda keyfiyyət gəstəriciləri artmaqdadır. Nəzarəti həyata
keçirən vəzifəli şəxslərin bilik və bacarıqlarının artırılması, yoxlama
nəzarət avadanlıqlarının müasirləşdirilməsi effektivliyin artırılmasında
daha çox rol oynayır. Dövlət nəzarətini həyata keçirən vəzifəli
şəxslərin potensialının artırılması ilə yanaşı həmkarlar ittifaqlrının
ictimai nəzarəti həyata keçirən əmək müfəttişlərinin də bilik və
bacarıqlarının artırılması üçün Beynəlxalq Əmək Təşkilatı tarəfindən
təlimlərin təşkili mübət rol oynamışdır.
Bununla belə yoxlamaların həyata keçirilməsində yaranan
çətinliklər dövlət nəzarətinin effektivliyini aşağı salır. Belə ki,
Azərbaycan Respublikasi Beynəlxalq Əmək Təşkilatının 81 saylı
konvensiyasına tərafdar çıxmasına baxmayaraq əmək müfəttişlərinin
səlahiyyətlərinə dair müddəalar düzgün tətbiq olunmur. Dövlət Əmək
Müfəttişliyi iş yerlərində yoxlamaları digər dövlət orqanlarının iştirakı
ilə həyata keçirir (Yoxlama barədə Ədliyyə Nazirliyində əvvəlcədən
reyestrə daxil edilir).
Nazirlər Kabinеtinin 06. 03. 2004- cü il tariхli 38 nömrəli
Qərarı ilə «İş yеrlərinin attеstasiyası» qaydaları təsdiq оlunmuşdur.
Lakin bu qaydaların praktikada tətbiq оlunması оlduqca qüsurludur.
Nəticədə istеhsalatda bədbəхt hadisələrin və pеşə хəstəliklərinin
dinamikası artmaqdadır.
Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan
Respublikası Qanununu tələblərinə müvafiq olaraq iş yerlərində peşə
xəstəliklərinin qarşısının alınmasına nəzarəti dövlət sanitariya nəzarəti
orqanları həyata keçirir. Bu nəzarətin təmin olunması ilə bağlı
normativ hüquqi bazanın olmasına baxmayaraq, onların tətbiqi
praktikasında ciddi problemlər vardır.
7.5.Əməyin Mühafizəsinin idarə olunma sistemi
Əməyin mühafizəsi sisteminin idarə olunması sahəsində
əvvəllərdə mövcüd olan sistem daha çox baş verən hadisələrin qeydə
Dostları ilə paylaş: |