46
alınması və kompensasiya sisteminin təşkilinə yönəlmişdir.
İstehsalatda baş verən bədbəxt hadisə və peşə xəstəliklərinin qarşısının
alınması və profilaktikası sahəsində uzun müddət ciddi işlər həyata
keçirilməmişdir. İş yerlərində əməyin mühafizəsi xidmətlərinin
fəaliyyəti zəifləmiş, yeni yaranan müəssisələrin bir çoxunda
ümuiyyətlə belə xidmətlər nəzərdə tutulmamışdır. Son illərdə
istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına yönələn bir sıra
tədbirlər həyata keçirilməkdədir. Bu yalniz iş yerlərində yoxlamaların
aparılması ilə kifayətlənmir, həmçinin nəzarəti həyata keçirən vəzifəli
şəxslərin-əmək müfəttişlərini potensialının artırılmasına və texniki
təchizatın müasir standartlar əsasında təşkilidir. Bununla belə
istehsalatda peşə xəstəliklərinin qarşısının alınmasına yönələn tədbirlər
qənaətbəxş deyildir. Səhiyyə Nazirliyinin cavabdeh müvafiq qurumları
iş yerlərində insan sağlamlığına zərər vuran Fiziki, Kimyəvi, Bioloji
və Psixofizioloji faktorların müəyyən edilməsi və profilaktikası
sahəsində hər hansı ciddi işlər həyata keçirmir. Ümümiyyətlə əməyin
mühafizəsi sahəsində dövlət nəzarətinin vahid təsisatda olmamasının
mənfi fəsadları vardır. Hazırda Dövlət Əmək Müfəttişliyi Xidməti
müfəttişləri iş yerlərində sağlamlığa zərər vuran faktorları müəyyən
etmək üçün müasir avadanlıqlarla təchiz olunmuşdur. Bununla belə
səhiyyə orqanları ilə koordinasiyanın olması və səhiyyə təsisatlarının
peşə xəstəliklərinin qarşısının alınmasına yönələn fəalyyətinin yox
dərəcəsində olması istehsalat risklərini artırır. Müasir dünya
praktikasında həm texniki təhliükəsizlik, həm də peşə xəstəlikləri
hallarının profilaktikası və qeydə alınması vahid struktur tərəfindən
həyata keçirilir ki, bu da əmək müfəttişlyi xidmətləridir.
İstehsal sahələrində risklərin azaldılması sahəsində dövlət siyasəti
nəzarət və preventiv tədbirlərinin vahid və ixtisaslaşmış qurumda
cəmləşməsinə yönəlməlidir.
7.6.İstehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinə şərait
yaradan əsas səbəblər
Konsepsiyada nəzərdə tutulan Dövlət Proqramının hazırlanması
zamanı iş yerlərində əməyin mühafizəsinin təşkilinin vəziyyəti
öyrənilməli, əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərini
47
tənzimləyən qanunvericilik təhlil edilməlidir. Həyata keçirdiyimiz
monitorinqlərin nəticəsi olaraq iş yerlərində əməyin mühafizəsi, o
cümlədən texniki təhlükəsizliyin təmin olunması ilə bağlı problemləri
doğuran əsas səbəblər aşağıdakılardır:
İstehsalatın qeyri-qənaətbəxş təşkili;
Texnoloji proseslərin pozulması;
İşçilərin əməyin mühafizəsi tələblərini yerinə yetirmək üçün
hazırlanmaması və ya qeyri-qənaətbəxş hazırlanması;
İşçilərin istifadə etdikləri əmək vasitələri ilə düzgün davran-
maq vərdişlərinin və biliklərinin olmaması;
İşçilərin texniki təhlükəsizlik qaydalarına əməl etməməsi,
əmək intizamını pozması;
İş icraçılarının, sex rəislərinin, briqadirlərin və s. istehsalat
prosesində işçilərə bilavasitə rəhbərlik edənlərin səhlənkarlığı və təc-
rübəsizliyi;
Ölkədə Əməyin mühafizəsinin təşkili üzrə kommersiya yönlü
xidmət sahələrinin təşəkkül tapmaması;
7.7. Peşə xəstəlikləri ilə bağlı əsas səbəblər
İş yerlərində zəruri sanitar gigienik şəraitin olmaması;
İşçilərin tibbi yoxlanışdan keçirilməməsi (zəruri iş yerlərində);
Hava axınından mühafizənin olmaması;
İşçilərin zəruri qoruyucu vasitələrlə təchiz edilməməsi;
İşçilərin soyuq və isti havа şəraitində xüsusi geyim vasitələri
ilə təchiz edilməməsi;
İstifadə olunan avadanlıqların texniki standartlara cavab
verməməsi və s.
Peşə xəstəliklərinin ucotu və profilaktikası sahəsində səhiyyə
orqanlarının fəaliyyətsizliyi;
48
8. MƏŞĞULLUĞUN TƏMİN OLUNMASINDA TƏHSİLİN
ROLU
8.1.Yüksək ixtisaslı kadrların hazırlanması
Ölkə iqtisadiyyatının dinamik inkişafı əmək bazarının ixtisaslı
kadrlara olan ehtiyaclarını artırmışdır. İşçi qüvvəsinin kifayət qədər
olmasına baxmayaraq iqtisadiyyatın bir çox sahələrində müasir
tələblərə cavab verən yüksək ixtisaslı kadrların çatışmamazlığı hiss
olunur. Ölkənin ali məktəbləri müasir tələblərə tam cavab verə biləcək
kadrlar hazırlamağa hazır deyildir. Bu baxımdan Azərbaycan 2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilir ki, “Ali təhsil
müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq
texnoparklar yaradılacaqdır. Ali təhsil müəssisələrinin ölkənin sosial-
iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis
yetişdirməsinə və onların təhsil tədqiqat-innovasiya mərkəzlərinə
çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaqdır”
27
.
Ali təhsil siteminin yenidən qurulması təbii ki, gələcəkdə ölkə
daxilində yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verəcəkdir.
Lakin hazırda bu proses davam etməkdədir. Əmək bazarının hazırkı
tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 saylı Sərəncamı ilə
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın məqsədi
“Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi
sistemin
formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından
ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi,
Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil
almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın
aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi
prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin
27
Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.Mənbə:
http://www.president.az/files/future_az.pdf