Epidemiologiya


) Hansı törədicilər turşuyadavamlı bakteriyalara aiddir?



Yüklə 1,81 Mb.
səhifə11/16
tarix17.01.2018
ölçüsü1,81 Mb.
#20999
1   ...   8   9   10   11   12   13   14   15   16

691) Hansı törədicilər turşuyadavamlı bakteriyalara aiddir?

A) bağırsaq çöpü

B) vərəm çöpü

C) qonokoklar

D) difteriya çöpü

E) meninqokoklar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

692) Sadə üsulla boyamaya hansı aid deyildir?

A) fuksinlə

B) gensianvioletlə

C) Qram üsulu ilə

D) vezuvinlə

E) metilen abısı ilə


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

693) Hansı törədiсilər kapsul əmələ gətirən bakteriyalara aiddir?

A) qarayara çöpləri

B) dizenteriya çöpləri

C) difteriya çöpləri

D) qarın yatalağı çöpləri

E) bağırsaq çöpləri


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

694) Bakteriyaların hərəkətliliyi hansı üsulla təyin olunur?

A) Qram


B) «əzilmiş damla»

C) Oceşko

D) Romanovski- Gimza

E) Neyser


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

695) Hansı xüsuiyyət streptokoklar üçün xarakterdir?

A) yaxma-preparatda salxımvari yerləşmə

B) yaxma-preparatda zəncir şəklində yerləşmə

C) qamçıların olması

D) turşuya davamlılıq

E) sporəmələgətirmə


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

696) Basillər üçün sporların rolu nədən ibarətdir?

A) rezerv qida maddələrinin toplanması

B) çoxalma

C) əlverişsiz şəraitdə növün saxlanması

D) makroorqanizmə düşdükdə müdafiə reaksiyası

E) hüceyrənin degenerasiya əlaməti


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

697) Bakteriyaların turşuyadavamlılığı nəyin olmasından asılıdır?

A) ribosomun

B) sitoplazmatik membranın

C) kapsulun

D) nuklein turşusunun

E) lipidlərin yüksək miqdarının


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

698) Hansı törədicilər sporəmələgətirən mikroorqanizmlərə aiddir?

A) klostridiyalar

B) sarsinlər

C) bakteriyalar

D) qonokoklar

E) meninqokoklar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

699) Hansı törədiсilər spor əmələ gətirirlər?

A) tetanus

B) sifilis

C) qarın yatalağı

D) difteriya

E) vəba
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983



700) Aşağıdakı əlamətlərdən hansı patogen bassillərdə vardır?

A) qrammənfi boyanma

B) volyutin dənəcikləri

C) Babeş – Neqri cisimcikləri

D) sporlar

E) kürəşəkilli forma


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

701) Spiroxetlər hansı xəstəliyin törədiсiləridir?

A) furunkulyozun

B) kandidozun

C) vərəmin

D) toksoplazmozun

E) leptospirozun


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

702) Spor əmələ gətirməyən bakteriyalar aşağıda sadalanan hansı xəstəliyi törədirlər?

A) dizenteriya

B) qarayara

C) qazlı qanqrena

D) botulizm

E) tetanus


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

703) Hansı törədici hərəkətli bakteriyalara aiddir?

A) vərəm çöpü

B) dizenteriya çöpü

C) qarın yatalağı çöpü

D) stafilokoklar

E) streptokoklar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

704) Sadə boyama üsulları nəyə imkan verir?

A) formanı öyrənməyə

B) qişanı aşkar etməyə

C) hərəkətliliyi öyrənməyə

D) sporları boyamağa

E) kapsulanı boyamağa


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

705) Hüсeyrə divarından tamamilə məhrum olmuş bakteriyalar necə adlanır?

A) stafilokoklar

B) aktinomisetlər

C) spiroxetlər

D) göbələklər

E) protoplastlar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

706) Sporların rezistentliyi nə ilə əlaqəlidir?

A) kifayət qədər rütubətin olması ilə

B) suyun miqdarının artması ilə

C) kalsiumun miqdarının azalması ilə

D) əlverişli qidalanma mühitinin olması ilə

E) diaminpimelin turşusunun miqdarı ilə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

707) Endospor əmələ gətirən saplı göbələyin adı necədir?

A) aspergilla

B) penisillum

C) trixofitiya

D) maya

E) mukor


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

708) Hansı törədiсi mayayabənzər göbələklərə aiddir?

A) mukor


B) maya

C) penisillum

D) candida albicans

E) aspergilla


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

709) Kandida cinsindən olan mayayabənzər göbələklərin hansı xüsusiyyəti vardır?

A) yalançı mitseliyalara malikdirlər

B) ekzosporlar vasitəsilə çoxalırlar

C) nüvəsi yoxdur

D) çoxhüceyrəli mikroorqanizmlərdir

E) qişası yoxdur


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

710) Hansı törədicilər ekzospor əmələ gətirən göbələklərə aiddir?

A) mukor


B) askomisetlər

C) candida albicans

D) penisillum

E) maya
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998



711) Hansı bakteriyalar peritrixlərə aiddir?

A) bağırsaq çöpü

B) vəba vibrionu

C) difteriya çöpü

D) göy-yaşıl süd çöpü

E) dizenteriya çöpü


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

712) Hansı törədici monotrixlərə aiddir?

A) vəba vibrionu

B) Spirilla volutans

C) qarın yatalağı çöpü

D) bağırsaq çöpü

E) spirillalar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

713) Hansı bakteriyaların əyilmiş formaları vardır?

A) streptokokların

B) mikoplazmaların

C) xlamidiyaların

D) spirillaların

E) klostridiyaların


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

714) Hansı törədici yalnız insan orqanizmində kapsul əmələ gətirən mikroblara aiddir?

A) Fridlender çöpü

B) bağırsaq çöpü

C) rinoskleroma çöpü

D) qarayara çöpü

E) özena çöpü


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

715) Hansı törədici insan orqanizmində və qidalı mühitdə kapsul əmələ gətirən mikroblara aiddir?

A) qarayara çöpü

B) pnevmokok

C) dizenteriya çöpü

D) özena (klebsiella) çöpü

E) vərəm çöpü


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

716) Qrammüsbət bakteriyaların peptidoqlikanı hansı xüsusiyyətə malikdir?

A) bir qatlıdır

B) lipoproteidlərdən ibarətdir

C) teyxoy turşuları ilə əlaqəlidir

D) teyxoy turşuları ilə əlaqəli deyildir

E) mozaik quruluşa, malik xarici membranla örtülmüşdür


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

717) Qrammənfi bakteriyaların peptidoqlikanı hansı xüsusiyyətə malikdir?

A) peptid körpüsü vasitəsilə əlaqələnir

B) teyxoy turşuları ilə əlaqəlidir

C) teyxoy turşuları ilə əlaqəli deyildir

D) əlavələri vardır

E) çoxqatlıdır


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

718) L-formalı bakteriyalar üçün hansı struktur vacibdir?

A) volyutin dənəcikləri

B) sitoplazmatik membran

C) qamçılar

D) kapsul

E) hüceyrə divarı


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

719) Hüceyrə divarından qismən məhrum olan bakteriyalar necə adlanır?

A) sferoplastlar

B) göbələklər

C) spiroxetlər

D) protoplastlar

E) mikoplazmalar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

720) L-formalı bakteriyalar hansı formaya malikdirlər?

A) əyilmiş

B) iyşəkilli

C) dairəvi

D) spiralşəkilli

E) çöpşəkilli


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

721) Ştam nədir?

A) qidalı mühitdə becərilən eyni bir növün mikrob fərdləridir

B) müxtəlif hüceyrələrin nəslidir

C) bir fərddən alınan mikrob kulturasıdır

D) müəyyən infeksiya mənbəyindən ayırd edilən mikrob kulturasıdır

E) qidalı mühitdə becərilən müxtəlif növün mikrob fərdləridir


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

722) Prokariotlar hansı xüsusiyyətə malikdir?

A) formalaşmış nüvə vardır

B) ikiyə bölünmə yoxdur

C) Holci kompleksi vardır

D) mitoz yoxdur

E) mitoxondiriyalar vardır


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

723) Bakteriyaların klonları nədir?

A) müəyyən infeksiya mənbəyindən ayırd edilən mikrob kulturasıdır

B) qidalı mühitdə becərilən eyni bir növün mikrob fərdləridir

C) bir fərddən alınan mikrob kulturasıdır

D) müxtəlif hüceyrələrin nəslidir

E) müxtəlif infeksiya mənbəyindən alınan kulturadır


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

724) Bakteriyaların kapsulunu nə təşkil edir?

A) polisaxaridlər

B) fosfolipidlər

C) nuklein turşuları

D) lipoproteinlər

E) qlikoproteinlər


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

725) Hansı törədici spirillalara aiddir?

A) vəba vibrionu

B) sifilisin törədicisi

C) leptospirozun törədicisi

D) qayıdan yatalağın törədicisi

E) Sodoku xəstəliyinin törədicisi


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

726) Sitoplazmatik membranın tərkibində nə vardır?

A) peptidoqlikan

B) karbon turşusu

C) nuklein turşuları

D) fosfolipidlər

E) lipopolisaxaridlər


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

727) Hüceyrə divarının əsasını nə təşkil edir?

A) vitaminlər

B) DNT

C) karbon turşusu



D) sitoplazmatik membran

E) peptidoqlikan


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

728) Prokariotların nukleoidləri hansı xüsusiyyətə malikdir?

A) nüvə membranı yoxdur

B) plazmid tərkiblidir

C) tərkibində DNT yoxdur

D) tərkibində zülal – histonlar vardır

E) nüvəsi var


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

729) Bakteriyaların irsiyyətinin xromosomdankənar amilləri hansılardır?

A) volyutin dənəcikləri

B) plazmidlər

C) mezosomlar

D) sporlar

E) qlikogen


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

730) Hansı törədicilərdə sporlar mərkəzdə yerləşir?

A) qarayara

B) tetanus

C) difteriya

D) qazlı qanqrena

E) botulizm


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

731) Hansı törədicilərdə sporlar uclarda (terminal) yerləşir?

A) qarayara

B) qazlı qanqrena

C) listerioz

D) tetanus

E) botulizm


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

732) Hansı törədicilərdə sporlar subterminal yerləşir?

A) botulizm

B) vəba

C) qarayara



D) tetanus

E) qarın yatalağı


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

733) Hansı törədici patogen spiroxetlərə aiddir?

A) aktinomisetlər

B) pnevmokok

C) salmonella

D) bağırsaq çöpü

E) treponema


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

734) Sifilisin törədicisi hansı cinsə aiddir?

A) Staphylococcus

B) Salmonella

C) Treponema

D) Esherichia

E) Streptococcus


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

735) Hansı materiallar tindalizasiya üsulu ilə sterilizə edilir?

A) şüşə qablar

B) sarğı materialı, yataq dəsti

C) cərrahi alətlər, əşya və örtük şüşələri

D) boksların, əməliyyat otaqlarının havası

E) qan zərdabı, vitaminlər


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

736) Mexaniki sterilizasiya necə aparılır?

A) membran filtrlərdən süzməklə

B) kimyəvi birləşmələrlə

C) ultrabənövşəyi şüalarla

D) odla közərtməklə

E) yüksək temperaturla


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

737) Şəkərtərkibli qidalı mühitlər necə sterilizasiya edilir?

A) axar buxarla

B) pasterizasiya ilə

C) ultrabənövşəyi şüalarla

D) odla közərtməklə

E) quru isti hava ilə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

738) Müxtəlif karbon mənbələrini mənimsəmə qabiliyyətinə görə mikroorqarizmlər hansı qruplara bölünürlər?

A) prototroflara və auksotroflara

B) saprofitlərə və parazitlərə

C) aeroblara və anaeroblara

D) autotroflara və heterotroflara

E) fototroflara və xemotroflara


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

739) Bakteriofaqlar üçün hansı xüsusiyyət səciyyəvidir?

A) ikiyə bölünmə ilə çoxalma

B) bakteriyaların hüceyrələrində çoxalma

C) insan üçün patogenlik

D) anaerob tipli tənəffüs

E) qidalı mühitlərdə böyümə və çoxalma


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

740) Sadalanan bakteriyalardan hansılar obliqat aeroblardır?

A) bakteroidlər

B) göyöskürək çöpləri

C) bağırsaq çöpləri

D) klebsiellalar

E) stafilokoklar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

741) Sadalanan bakteriyalardan hansılar obliqat anaeroblardır?

A) bağırsaq çöpləri

B) bakteroidlər

C) göyöskürək çöpləri

D) klebsiellalar

E) stafilokoklar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

742) Obliqat anaeroblara molekulyar oksigenin toksiki təsiri hansı maddənin toplanması ilə bağlıdır?

A) hidrogen peroksidin

B) karbon qazının

C) qıcqırmanın son məhsullarının

D) piruvatın

E) qliseraldehidrofosfatın


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

743) Hansı bakteriyalar mikroaerofillərə aiddir?

A) bağırsaq çöpləri

B) vəba vibrionu

C) brüsellalar

D) difteriya çöpləri

E) salmonellalar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

744) Sadalanan bakteriyalardan hansı in vitro şəraitində böyüməyə qabil deyildir?

A) qonokok

B) meninqokok

C) cüzam mikobakteriyası

D) tulyaremiya törədicisi

E) vərəm mikobakteriyası


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

745) Hansı antibiotiklər hüceyrə divarının sintezini ləngidir?

A) sefalosporinlər

B) tetrasiklin qrupu

C) aminqlikozidlər

D) polien antibiotikləri

E) polimiksin


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

746) Eritromitsin və oleandomitsin aşağıda sadalanan antibiotiklərin hansı qrupuna aiddir?

A) beta-laktam antibiotikləri

B) polien antibiotikləri

C) makrolidlər

D) tetrasiklinlər

E) rifampisinlər


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

747) Basilllərin sporları nə zaman məhv olur?

A) bakteriofaqın təsiri zamanı

B) tindalizasiya zamanı

C) avtoklavlaşdırma zamanı

D) pasterizasiya zamanı

E) uzun müddətli qurudulma zamanı


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

748) Bakteriyaların kultural xüsusiyyətləri dedikdə nə başa düşülür?

A) infeksiya törətmək qabiliyyəti

B) karbohidratları və zülalları parçalamaq qabiliyyəti

C) qidalı mühitlərdə böyümənin tipi və xarakteri

D) forması, quruluşu, hüceyrənin quruluşu

E) boyanma xüsusiyyəti


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

749) Lizogen konversiya hansı amillərin təsiri altında bakteriyaların xüsusiyyətlərinin dəyişilməsidir?

A) orta bakteriofaqın

B) virulent bakteriofaqın

C) antibiotiklərin

D) fiziki amillərin

E) kimyəvi maddələrin


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

750) Koli-indeks nədir?

A) tərkibində 1 bağırsaq çöpü olan suyun minimal miqdarı

B) 1 ml suda olan enterobakteriyaların miqdarı

C) 10 litr suda olan bağırsaq çöplərinin miqdarı

D) tərkibində 3 bağırsaq çöpü olan suyun maksimal miqdarı

E) 1 litr suda olan bağırsaq çöplərinin miqdarı


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

751) Enterobakteriyalara görə müayinə zamanı nəcis nümunəsi əkməyə qədər harada saxlanılmalıdır?

A) sorucu şkafda

B) adi şəraitdə

C) termostatda

D) otaq temperaturunda

E) soyuducuda


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

752) Difteriyaya görə müayinə zamanı 10 nəfərdən material götürdükdə nə qədər tampon sifariş vermək lazımdır?

A) 1 tampon

B) 5 tampon

C) 20 tampon

D) 40 tampon

E) 10 tampon


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

753) Salmonella typhi populyasiyasının heterogenliyi hansı xüsusiyyətlərlə təzahür olunur?

A) kolisinlər hasil etmək qabiliyyəti

B) antigen

C) biokimyəvi

D) patogenliyi

E) virulentliyi


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

754) S.typhi ilə törədicigəzdirmənin aşkar edilməsi üçün hansı müayinədən istifadə olunur?

A) Vidal reaksiyası vasitəsilə qan zərdabının müayinəsi

B) qanın bakterioloji müayinəsi

C) dəri-allergik sınağı

D) onurğa beyni mayesinin bakterioloji müayinəsi

E) sisteinlə birgə aqqlütinasiya reaksiyası vasitəsilə aparılan qan zərdabının müayinəsi


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

755) Hansı əlamət «hospital ştamları» üçün xarakterikdir?

A) dəri-allergik sınağı

B) faqlara qarşı davamlılıq

C) yüksək kontagiozluq

D) müxtəlif qidalı mühitlərdə böyümə imkanı

E) antibiotiklərə qarşı rezistentlik


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

756) Difteriyada epidemik prosesin inkişaf etməsində atoksigen difteriya korinobakteriyalarının əhəmiyyəti nə ilə müəyyən olunur?

A) difteriya ilə xəstələnmənin yaranması və yayılması imkanı ilə

B) infeksiya mənbəyinin sayının artması ilə

C) xəstələrin sayı ilə

D) difteriya korinobakteriyalarının toksigen xüsusiyyət qazanmaq imkanı ilə

E) əhalidə tipospesifik antimikrob immunitetin yaradılması ilə


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

757) Difteriya hadisəsi baş verdikdə hansı tədbirlər vacibdir?

A) ağır və orta-ağır xəstələrin hospitalizasiya edilməsi, yüngül klinik gedişdə isə – evdə izolyasiya edilməsi

B) biokimyəvi müayinə metodlarının aparılması

C) klinik formadan asılı olmayaraq xəstənin mütləq hospitalizasiya edilməsi

D) spesifik immunitetin yaradılması məqsədilə difteriya anatoksinin təcili yeridilməsi

E) hospitalizasiyaya qədər antitoksik zərdabın təcili yeridilməsi


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

758) Difteriyaya qarşı peyvənd edilmiş şəxsdə törədicigəzdirmə hansı səbəb üzündən baş verir?

A) peyvənddən xeyli müddət keçməsi ilə əlaqədar olaraq immunitetin azalması (olmaması)

B) difteriyanın müəyyən variantına qarşı mikrobəleyhinə immunitetin olmaması

C) mikrobəleyhinə immunitet olmadığı halda antitoksik immunitetin yaranması

D) antitoksik immunitet yaratmaq qabiliyyətinə malik olmamaq (refrakterlik)

E) infeksiya mənbəyinin sayının artması ilə


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

759) Hal-hazırda hansı törədicilər irinli-iltihabi xəstəliklərin etiologiyasında üstünlük təşkil edirlər?

A) plazmodiumlar

B) qram-müsbət koklar

C) qram-mənfi aerob bakteriyalar

D) anaerob bakteriyalar

E) göbələklər


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

760) E.coli-nin hansı ştamı «Səyahətçilərin diareyası»nın törədicələrinə aiddir?

A) enteropatogen

B) enterohemorragik

C) enterovirulent

D) enterotoksigen

E) enteroinvaziv


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

761) E.coli serovarının O 157:H7 ştamları ilə törədilən eşerixioz zamanı törədici çox vaxt hansı amillərlə ötürülür?

A) su ilə

B) ət məhsulları ilə

C) tərəvəzlə

D) yumurta ilə

E) un məmulatları ilə


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

762) E.coli-nin enterotoksigen ştamları ilə törədilən eşerixioz harada qeydə alınır?

A) bütün iqlim zonalarında

B) endemik xəstəlik kimi

C) əsasən tropik və subtropik regionlarda

D) əsasən hospital infeksiyası kimi

E) mülayim iqlimi olan regionlarda


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

763) E.coli-nin enteropatogen ştamları ilə törədilən eşerixiozla ən yüksək yoluxma riski kimlər arasında qeyd olunur?

A) 1-14 yaşda olan uşaqlarda

B) 20-40 yaşlılarda

C) 1 yaşa qədər uşaqlarda

D) məktəbəqədər uşaq müəssisələrinə gedən uşaqlarda

E) böyüklərdə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə