Epidemiologiya


) Qarayara basilləri hansı kultural xüsuiyyətlərə malikdirlər?



Yüklə 1,81 Mb.
səhifə13/16
tarix17.01.2018
ölçüsü1,81 Mb.
#20999
1   ...   8   9   10   11   12   13   14   15   16

832) Qarayara basilləri hansı kultural xüsuiyyətlərə malikdirlər?

A) aqarın üzərində bir sutkadan sonra nahamar, kənarları düz olmayan şir yalına bənzəyən koloniyalar əmələ gətirirlər

B) bərk qidalı mühitdə 3-4 həftədən sonra qırışıqlı quru krem rəngində koloniyalar əmələ gətirirlər

C) bərk qidalı mühitdə kiçik şəffaf kənarları düz koloniyalar əmələ gətirirlər

D) bulyonda plyonka şəklində artırlar

E) bulyonun bulanmasına səbəb olurlar


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

833) Meninqokok gəzdirənliyin mikrobioloji diaqnostikası məqsədilə nə müayinə edilir?

A) likvor

B) qan

C) burun-udlaqdan götürülmüş seliy



D) sidiy

E) nəcis
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004



834) Göyöskürək törədicisinin yetişdirilməsində hansı mühitlərdən istifadə edilir?

A) Levin


B) Endo

C) Müller

D) Borde-Janqu

E) ödlü bulyon


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

835) Hansı heyvanlar Mycobacterium tuberculosis-ə həssasdır?

A) ağ siçanlar

B) itlər

C) siçovullar

D) dəniz donuzları

E) dağsiçanı


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

836) Vərəm zamanı daha effektiv bakterioskopik üsul hansıdır?

A) lüminessent mikroskopiya üsulu

B) Qram üsulu ilə rənglənmiş preparatların mikroskopiyası

C) «qaranlıq sahədə» mikroskopiya

D) Sil–Nelsen üsulu ilə rənglənmiş preparatların mikroskopiyası

E) asılan damla üsulu


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

837) Difteriya bakteriyalarının boyanması üçün istifadə edilən üsul hansıdır?

A) Oceşko

B) Sil-Nilsen

C) Neyser

D) Morozov

E) Burri-Gins


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

838) Mikrob hüceyrəsinin qişası necə aşkar olunur?

A) Neyser üsulu ilə

B) canlı şəkildə öyrənilməsi ilə

C) Qram üsulu ilə

D) Felgen reaksiyası ilə

E) hüceyrənin plazmolizi üsulu ilə


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

839) Volyutin dənəcikləri hansı boyama üsulu ilə təyin olunurlar?

A) Sil-Nilsen

B) Neyser

C) Oceşko

D) Burri-Gins

E) Qram
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998



840) Neyser üsulu ilə rəngləmə zamanı nədən istifadə edilir?

A) sulu göy boyaq

B) vezuvin

C) gensianviolet

D) fuksin

E) spirt


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

841) Bakteriyaların qamçıları hansı üsulla aşkar olunur?

A) Neyser

B) Löffler

C) Burri-Gins

D) Qram

E) sadə boyama


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

842) Mikrob kulturasından götürülmüş yaxmaların fiksasiyası necə aparılır?

A) ultrabənövşəyi şüalarla

B) kükürd turşusu ilə

C) karbon turşusunun məhlulu ilə

D) havada qurudulma ilə

E) spirt lampasının alovunda


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

843) Bakteriyaların morfologiyası hansı üsulla öyrənilir?

A) kiçik böyüdülmədə mikroskopun quru sistemi ilə

B) immersion mikroskopiyada

C) iri böyüdülmədə mikroskopun quru sistemi ilə

D) «asılan damla» üsulu ilə

E) boyanmamış yaxmalarda


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

844) Bakteriyaların hərəkətliliyi hansı üsulla təyin olunur?

A) Oceşko

B) Qram

C) Sil-Nilsen



D) «asılan damla»

E) Neyser


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

845) Qram üsulu ilə boyama nə üçün tətbiq olunur?

A) sporların aşkar olunması üçün

B) bakteriyaların diferensiasiyası üçün

C) turşuyadavamlı bakteriyaların aşkar edilməsi üçün

D) hüceyrədə əlavələrin tapılması üçün

E) kapsulun aşkar olunması üçün


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

846) Turşuyadavamlı bakteriyalar hansı üsulla təyin olunur?

A) Romanovski-Gimza

B) Oceşko

C) Neyser

D) Burri-Gins

E) Sil-Nilsen


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

847) Romanovski-Gimzaya görə treponemalar hansı rəngə boyanırlar?

A) yaşıl


B) qırmızı

C) göy


D) mavi

E) açıq-çəhrayı


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

848) Sifilisin diaqnostikasında hansı reaksiya tətbiq olunur?

A) Askoli

B) Vidal

C) Dik


D) Borde – Janqu

E) Vasserman


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

849) Hansı törədicilərin yetişdirilməsi üçün Saburo mühitindən istifadə olunur?

A) virusların

B) bakteriyaların

C) spiroxetlərin

D) göbələklərin

E) rikketsiyaların


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

850) Anaerobları kultivasiya etmək üçün hansı spesifik mühit istifadə olunur?

A) Lğffler mühitindən

B) peptonlu sudan

C) Vilson-Bler mühitindən

D) Rappoport mühitindən

E) Endo mühitindən


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

851) Koloniyaların mikroskopik quruluşunu öyrənmək üçün nə istifadə olunur?

A) x 8 ölçülü obyektiv

B) qaranlıq sahədə mikroskopiya

C) immersion obyektiv

D) lüminessent mikroskopiya

E) yaxma-preparatının hazırlanması


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

852) Şukeviç üsulu ilə əkmə necə aparılır?

A) Perti kasasına bakterial ilgəklə

B) təzə əkilmiş aqar olan sınaq şüşəsinə bakterial ilgəklə

C) duru qidalı mühit olan sınaq şüşəsinə bakterial ilgəklə

D) şəkərli aqarlı sütuna bakterial iynə ilə

E) Petri kasasındakı qidalı aqara şpatel vasitəsilə


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

853) Şukeviç üsulu hansı törədicilərin hərəkətliliyini təyin etmək üçün istifadə olunur?

A) stafilokokun

B) klebsiellaların

C) bağırsaq çöpünün

D) şigellaların

E) proteylərin


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

854) Hiss mühiti nə üçün istifadə edilir?

A) stafilokoklar üçün seçici mühit kimi

B) mikroorqanizmlərin karbohidratları fermentasiya etmək qabiliyyətini müəyyən etmək üçün

C) anaerobların yetişdirilməsi üçün

D) mikroorqarizmlərin zülalları fermentasiya etmək qabiliyyətini müəyyən etmək üçün

E) spiroxetlərin yetişdirilməsi üçün


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

855) Qardanellaların kultivasiyası hansı üsulla aparılır?

A) Mak-Koy hüceyrələrində təcrid olunması

B) 35-37 ° C termostatda

C) anaerostatda

D) CO2 yuxarı konsentrasiyası ilə eyni zamanda termostatda və anaerostatda

E) CO2 yuxarı konsentrasiyası ilə termostatda


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

856) Bakterial vaginozun identifikasiyası üçün hansı mikroskopik üsül istifadə edilmir?

A) Romanovski-Gimza üsulu ilə rənglənmə

B) Qram üsulu ilə rənglənmə

C) immunoflüoressensiya reaksiyası

D) 0,5% brilliant yaşılı ilə rənglənmə

E) nativ preparatın müayinəsi


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998.


Parazitologiya

857) Koproloji müayinə üçün xəstələrin nəcisini hansı şəraitdə saxlamaq lazımdır?

A) +3+5 ° C

B) temperatur rejiminin təsiri yoxdur

C) otaq temperaturda

D) -10 ° C

E) -3 ° C


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

858) Xlamidiya ilə infeksiyalaşan yenidoğulmuşlarda törədicilər əksər hallarda haradan aşkar olunurlar?

A) göbəkciyin qalığından

B) əsnəyin arxa divarının selikli qişasında

C) qasıq büküşündən

D) burnun selikli qişasında

E) xarici qulaq keçəcəyindən


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998.

859) Hansı toksinlər salmonellalar üçün xarakterikdir?

A) letal xüsusiyyətli ekzotoksinlər

B) enteropatogen ekzotoksinlər

C) enteropatogen endotoksinlər

D) bakterial allergenlər

E) endotoksinlər


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998.

860) Listerioz hansı qrupa aiddir?

A) antroponozlara

B) zoonozlara

C) zooantroponozlara

D) sapronozlara

E) antropozoonozlara


Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985

861) Oosistaların əmələ gəlməsi ilə bağırsaqda tokzoplazmaların сinsi inkişaf sikli harada baş verir?

A) siçanlarda

B) insanda

C) itlərdə

D) quşlarda

E) pişiklərdə


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

862) Aşağıda qeyd olunanlardan hansılar həqiqi hüсeyrədaxili parazitlərdir?

A) aktinomisetlər

B) bakteriyalar

C) spiroxetlər

D) göbələklər

E) viruslar


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

863) Ağız boşluğunda normada rast gələn ibtidailər hansılardır?

A) Triсhomonas vaginalis

B) Triсhomonas hominis

C) Сiardia lamblia

D) Triсhomonas tenax

E) Toсhoplazma qondii


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

864) Xlamidiyalar hansı xəstəliyin törədiсiləridir?

A) süzənəyin

B) traxomanın

C) sifilisin

D) səpgili yatalağın

E) leptospirozun


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

865) Amöbiaz zamanı yoğun bağırsaqda hansı morfoloji dəyişikliklər baş verir?

A) epitelinin sitolizi

B) mikrosirkulyasiyanın pozulması

C) bağırsaq divarında qranulyasiya toxumasının inkişafı

D) gözün torlu qişasında çapıqlı dəyişikliklərin aşkar edilməsi

E) çoxlu yaraların əmələ gəlməsi


Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985

866) İnsanın bağırsağında məskunlaşan patogen amöblərə hansı törədiсilər aiddir?

A) Endolimax nana

B) Entamoeba coli

C) Jodamoeba butschlii

D) Entamoeba histolitica

E) Entamoeba hartmanni


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

867) Sistaların əmələ gəlməsi hansı törədiсilərə xasdır?

A) rikketsiyalara

B) bakteriyalara

C) ibtidailərə

D) viruslara

E) göbələklərə


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

868) Hansı törədiсilər sporlarla çoxalırlar?

A) viruslar

B) göbələklər

C) xlamidiyalar

D) ibtidailər

E) bakteriyalar


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

869) Hansı törədiсilər ağız boşluğunda parazitlik edirlər?

A) Borrelia reсurrentis

B) Leptospira interrogans

C) Triсhomonas vaginalis

D) Triсhomonas tenax

E) Triсhomonas intestinalis


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

870) Səpgili yatalağın törədiсiləri hansı qrupa aiddir?

A) viruslara

B) borreliyalara

C) pikketsiyalara

D) bakteriyalara

E) göbələklərə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

871) Qayıdan epidemik yatalağın törədiсisi hansı qrupa aiddir?

A) göbələklərə

B) rikketsiyalara

C) bakteriyalara

D) borreliyalara

E) viruslara


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

872) Hansı infeksiyada törədiсinin ötürülməsi ağсaqanadlar vasitəsilə həyata keçir?

A) leyşmanioz

B) qarın yatalağı

C) qayıdan yatalaq

D) sarı qızdırma

E) taun
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006



873) İribuynuzlu qaramalın ətindən istifadə etdikdə insan hansı xəstəliyə yoluxa bilər?

A) amöbiaz

B) alveokokkoz

C) teniarinxoz

D) himenolepidoz

E) tenioz


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

874) Xlamidiyalar hüceyrədən xaricdə nə əmələ gətirirlər?

A) lipid əlavələri

B) qlikogen

C) elementar cisimciklər

D) volyutin dənəcikləri

E) Muxa dənəcikləri


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

875) Spiroxetlər hansı üsulla boyanırlar?

A) Zdrodovski üsulu ilə

B) Romanovski – Gimza üsulu ilə

C) Sil - Nelsen üsulu ilə

D) Gins üsulu ilə

E) Neyser üsulu ilə


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

876) Aşağıdakı parametrlər və xüsusiyyətlərdən hansı helmint yumurtalarının diaqnostikasında istifadə edilmir?

A) ölçü


B) çəki

C) daxili möhtəviyyatın xarakteri

D) forma

E) qişanın xarakteri


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

877) Hansı helmintin yumurtaları ən böyük ölçüyə malikdir?

A) opistorxun

B) fassiolanın

C) askaridin

D) tükbaş qurdun

E) bizquyruğun


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

878) Nəcisin Kato metodu üzrə müayinəsi zamanı lazım olan reaktivlər və avadanlıq qismində nə istifadə edilmir?

A) fenol


B) hidrogen peroksid

C) hidrofil sellofan

D) qliserin

E) malaxit yaşılı


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

879) Sadalanan əlamətlərdən hansı ankilostomatidlərin yumurtaları üçün xas deyil?

A) təzə ifraz edilmiş yumurtada sürfə vardır

B) forması ovaldır

C) ankilostomanın yumurtası nekatorun yumurtasından çətin fərqlənir

D) yumurtaların ölçüsü, demək olar ki, askaridlərdə olduğu kimidir

E) qişa nazikdir, şəffafdır, hamardır


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

880) Xəstənin sidiyini müayinə edərkən terminal tikanları olan iri ölçülü helmint yumurtaları aşkar edilmişdir. Bu, hansı helmint üçün xarakterdir?

A) tükbaş qurd

B) ankilostomalar

C) bizquyruq

D) askaridlər

E) sidik-cinsiyyət şistosomları


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

881) Barbaqallo konservantının tərkibinə nə daxil deyil?

A) su


B) xörək duzu

C) nişasta

D) yalnız formalin və su

E) formalin


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

882) Sadalananlardan lyambliya trofozoitlərini səciyyələndirən əlamətlərin birindən başqa hamısı düzdür. Səhv əlamət hansıdır?

A) eritrositləri faqositoza uğradır

B) şaquli səthi nazik bağırsağın mikroxovlarına yapışmışdır

C) 2 nüvəsi vardır

D) 4 cüt qamçıları vardır

E) cismi armudabənzər formaya malikdir


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

883) Sidikdə hansı xəstəliyin törədiciləri aşkar edilə bilər?

A) strongiloidozun

B) sidik-cinsiyyət şistosomozunun

C) lyambliozun

D) fassilyozun

E) balantidiozun


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

884) İbtidailərin boyanmasında hansı üsul istifadə edilir?

A) Oceşko

B) Romanovski – Gimza

C) Sil - Nilsen

D) Gins

E) Neyser


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

885) Sadalanan helmintozların birindən başqa hamısı koproloji müayinə üsulları vasitəsilə aşkar edilir. Bu hansı helmintdir?

A) metaqonimoz

B) trixinelyoz

C) askaridoz

D) trixostrongilidlər

E) ankilostomatidlər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

886) Fyulleborn üsulu ilə nəcisi müayinə etdikdə səthi plyonkaya ən tez hansı helmintin yumurtaları çıxır?

A) ankilostomatid

B) tükbaş qurd

C) trematod

D) teniid

E) askarid


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

887) Dəri leyşmaniozu diaqnozunun təsdiqlənməsi üçün hansı material götürülür?

A) dalaqdan götürülmüş punktat

B) limfa düyünlərinin punktatı

C) qan yaxması

D) xoranın ətrafındakı iltihab yatağından qaşıntı

E) sümük iliyinin punktatı


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

888) Təbii ocaqlar hansı xəstəliklər üçün xarakterdir?

A) sapronozlar üçün

B) transmissiv zoonozlar üçün

C) transmissiv yoluxma mexanizmli antroponozlar üçün

D) aerozol infeksiyalar üçün

E) qeyri - transmissiv zoonozlar üçün


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

889) Hansı xəstəlik zamanı heyvanlar parazitin son sahibidir?

A) exinokokkoz zamanı

B) trixosefalyoz zamanı

C) askaridoz zamanı

D) himenolepidoz zamanı

E) ankilostomidoz zamanı


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

890) Hansı helmintin inkişaf siklində iki aralıq sahib iştirak edir?

A) difillobotrium latum

B) tenia solium

C) teniarinxus saqinatus

D) askarid

E) himenolipis nana


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

891) Hansı helmintlər torpağın sanitar-göstəricisi sayılırlar?

A) trixosefallar, difillobotriyalar, ankilostomalar

B) bizquyruq, teniidlər, tükbaş qurd

C) askaridlər, tükbaş qurd, ankilostomalar

D) enli lentcə, tükbaş qurd, bizquyruq

E) askaridalar, teniidlər, trixostrongilidlər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

892) İnsan orqanizmində askaridlərin yaşama müddəti nə qədərdir?

A) 1 ay


B) 2 il

C) 1 həftə

D) 6 ay

E) 9-12 ay


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

893) Xarici mühit amillərinin (müxtəlif kimyəvi maddələrin təsiri də daxil olmaqla) təsirinə qarşı ən davamlı helmint yumurtaları hansılardır?

A) cırtdan qurdun

B) trixostrongilidlərin

C) davamlı formalar yoxdur

D) askaridlərin

E) ankilostomidlərin


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

894) Dezinseksiya hansı xəstəliyin ocağında aparılır?

A) leptospiroz

B) qara yara

C) brüselyoz

D) malyariya

E) səpgili yatalaq


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

895) Uşaq kollektivində askaridozla invaziyalaşmanın neçə faizi aşkar edildikdə bütün uşaqların dehelmintizasiyası aparılmalıdır?

A) 10-15%

B) 20-25%

C) 50%


D) 5-7%

E) 1-2%
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997



896) Lyambliyalar əsasən hansı yolla ötürülürlər?

A) su və qida yolu ilə

B) transmissiv yolla

C) su yolu ilə

D) su, qida və təmas-məişət yolu ilə

E) qida və təmas-məişət yolu ilə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

897) Bilavasitə xəstədən insan hansı helmintozla yoluxa bilər?

A) teniarinxoz

B) himenolepidoz

C) askaridoz

D) trixosefalyoz

E) opistorxoz


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

898) Şaquli yoluxma mexanizmi hansı xəstəlik zamanı realizə olunur?

A) helmintozlar zamanı

B) amöbiaz zamanı

C) toksoplazmoz zamanı

D) lyamblioz zamanı

E) himenolipedoz zamanı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

899) Kələntəryan üsulu üzrə müayinə zamanı səthi plyonkada hansı helmintlərin yumurtaları aşkar edilmir?

A) opistorxların

B) trixostrongilidlərin

C) ankilostomatidlərin

D) askaridin

E) tükbaş qurdun


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

900) Transmissiv yoluxma yolu hansı xəstəliyə xas deyil?

A) leyşmaniozlar

B) malyariya

C) qayıdan yatalaq

D) sarı qızdırma

E) qızılca


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

901) Aşağıda sadalananlardan hansı ibtidailər dölün bətndaxili infeksiyalaşmasına səbəb ola bilərlər?

A) leyşmaniyalar

B) tripanosomlar

C) dizenteriya amöbü

D) toksoplazmalar

E) malyariya plazmodiumları


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

902) Peroral kontagioz helmintozlar qrupuna hansı helmintoz aiddir?

A) trixosefalyoz

B) teniarinxoz

C) ankilostomidoz

D) himenolepidoz

E) askaridoz


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

903) Hansı helmintoz peroral antroponoz geohelmintozlar qrupuna aiddir?

A) askaridoz

B) ankilostomidoz

C) enterobioz

D) himenolepidoz

E) teniidozlar


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

904) Hansı helmintoz sestozlara aiddir?

A) öküz söliteri

B) askaridoz

C) nekator

D) ankilostomidoz

E) fasiola


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

905) Hansı ibtidailər sporlular sinfinə aiddir?

A) lyambliyalar

B) trixomonada

C) kandida

D) plazmodiumlar

E) amöblər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

906) İnsan orqanizmində parazitlik edən trematod hansıdır?

A) trixomonada

B) exinokokk

C) askarid

D) fasiola

E) tükbaş


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə