39
ES-dən çıxdıqdan sonra (tutmaların aradan qaldırılması,
düşüncənin aydınlaşması) adekvat epilepsiya əleyhinə terapiya təyin
edilməlidir (ehtiyac olduqda nazoqastral zond vasitəsilə).
KONTRASEPSİYA, HAMİLƏLİK VƏ ƏVƏZEDİCİ
HORMONAL TERAPİYA
Hamiləliyin qarşısını alan vasitələrin tətbiqi
Kombinə olunmuş oral kontraseptivlər (KOK)
Qara ciyər fermentlərinin induktorları olan EƏP-lərlə birlikdə
tərkibində ən azı 50 mkq estrogen olan KOK təyin etmək lazımdır.
Qara ciyər fermentlərinin induktorları olan EƏP-lər:
karbamazepin, okskarbamazepin, fenobarbital, fenitoin, primidon,
topiramat.
Hamiləliyin planlaşdırılması
Anada olan epilepsiyanın döl üçün riski
Nəzarət edilməyən tutmaların həm qadının özü üçün, həm də döl
üçün yaratdığı risklə bağlı hamilə qadını məlumatlandırmaq lazımdır
(B).
EƏP-lərin tətbiqinin döl üçün riski
►
Döldə anomaliyanın inkişaf etmə riski orta hesabla təxminən
2%-ə bərabərdir
►
Bir EƏP-nin qəbulu zamanı risk 2-3 dəfə artır
►
Karbamazepin və ya lamotricinə nisbətən valproatların tətbiqi
zamanı anomaliyaların inkişaf etmə riski daha yüksəkdir
►
EƏP-lərlə politerapiya zamanı risk dəfələrlə artır
►
Mümkün olduğu qədər mayalanmanı bir EƏP-nin ən aşağı
effektiv dozada qəbulu fonunda həyata keçirmək lazımdır
Fol turşusu
Bütün epilepsiyalı qadınlara mayalanma dövründən əvvəl
başlayaraq hamiləliyin I trimestrinin sonuna qədər 5 mq/sut dozada
fol turşusu təyin etmək lazımdır (B).
K vitamini
Anaları EƏP qəbul edən bütün yenidoğulmuşlara doğulduqdan
dərhal sonra 1 mq dozada K vitamini (ə/d) təyin etmək lazımdır (C).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
40
Hamiləlik
EƏP qəbulu bir çox hallarda döldə anomaliyalara gətirib çıxara
bilər, ona görə də gestasiyanın 18-ci həftəsində dölün mümkün
inkişaf anomaliyalarının aşkar olunması məqsədilə USM aparılması
tövsiyə edilir.
Hamiləlik zamanı
EƏP-lərin dozası
və qanda
konsentrasiyasının monitorinqi
Hamiləlik zamanı çox vaxt EƏP-lərin qanda konsentrasiyasının
aşağı düşməsi müşahidə edilir. Lakin hamiləlik zamanı EƏP-lərin
dozasını hökmən qaldırmaq tələb olunmur; bu zaman EƏP-nin
dozasını yalnız xəstəliyin klinik gedişindən asılı olaraq korreksiya
etmək lazımdır (B).
Doğuş
Doğuş zamanı və doğuşdan sonrakı dövrdə peroral EƏP-lərin
qəbulunu adi qaydada davam etdirmək lazımdır. EƏP-nin peroral
qəbuluna qarşı dözümsüzlük olduqda, digər daxil etmə üsullarının
tətbiq olunması lazımdır (B).
Doğuş zamanı tutmalar
Doğuş zamanı tutmaları mümkün olduğu qədər tez bir vaxtda
lorazepam və ya diazepamın venadaxili inyeksiyaları vasitəsilə
aradan qaldırmaq lazımdır. Əgər tutmaları aradan qaldırmaq
mümkün olmasa, epileptik statusda olan xəstələrin aparılması ilə
bağlı tövsiyələrə əməl etmək lazımdır (B).
Tutmaların səbəbinin epilepsiya və ya eklampsiya olduğunu
müəyyən etmək mümkün olmadıqda, bunları yerinə yetirmək
göstərişdir: bir dəfəyə 4 qram maqnezium-sulfatın v/d yeridilməsi və
(əgər göstəriş varsa) əlavə olaraq 24 saat ərzində hər bir saat
maqnezium-sulfatın 1 qram dozada v/d yeridilməsi.
Əvəzedici hormonal terapiya
Menopauza dövründə tutmaların patterninin dəyişə bilməsi
haqqında qadınlara xəbərdarlıq etmək lazımdır (B).
Epilepsiyalı qadınlarda əvəzedici hormonal terapiyanın təyin
edilməsi ilə bağlı göstərişlər epilepsiyası olmayan qadınlardakı ilə
eynidir (B).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
41
XÜSUSİ FORMALAR
Uşaqlar və böyüklərdə ən çox rast gəlinən epileptik sindromlar
Yenidoğulmuşların xoşxassəli qeyri-ailəvi tutmaları
Etiologiya: güman edilir ki, xəstəliyin inkişafında aparıcı rol
onurğa beyni mayesində sink defisitinə məxsusdur. Lakin bu nəzəri
müddəa statistik cəhətdən etibarlı tədqiqatlarla öz təsdiqini
tapmamışdır.
Başlandığı yaş dövrü, rast gəlmə tezliyi: yenidoğulmuşların
xoşxassəli qeyri-ailəvi tutmaları (YXQT) və ya başqa deyimlə
“beşinci gün tutmaları” yenidoğulmuşlarda nisbi yaxşı vəziyyət
fonunda postnatal həyatın 3-7-ci günü (ən çox 5-ci sutka) meydana
çıxır. Onlar yenidoğulma dövründə əmələ gələn bütün tutmaların 2-
7%-ni təşkil edirlər.
Klinik mənzərə: gövdə, üz və ətrafların ayrı-ayrı hissələrinin
əzələlərinin asinxron klonik yığılmalarından ibarət olan yayılmış
multifokal klonik tutmalar. Multifokal klonik paroksizmləri
fərqləndirən cəhət – onların miqrasiya edici xüsusiyyətidir, bu zaman
klonik yığılma həddən artıq yüksək sürətlə bədənin bir hissəsindən
digər hissəsinə keçir. Uşağın şüurunda adətən pozulma olmur. Tonik
neonatal tutmaların olmaması – beşinci gün tutmalarının digər
epileptik ensefalopatiyalardan fərqli xüsusiyyətidir. Sianozla
müşayiət edilən paroksizmal apnoe dövrlərinin mövcudluğu onlar
üçün tipik vəziyyətdir. Tutmaların davam etmə müddəti, adətən 1
sutkadan artıq olmur.
Nevroloji müayinədə, adətən nə tutmaların başlamasından əvvəl,
nə də onların kəsilməsindən sonra pozuntular aşkar edilmir. Bəzi
müəlliflər tutmaların dayanmasından sonra yuxululuq, nisbi əzələ
hipotoniyası dövrünün olmasını qeyd edirlər.
EEQ meyarları: tutmalararası dövrdə “növbələşən teta-aktivlik”
patterni meydana çıxır, o özünü kəskin dalğalarla qeyri-müntəzəm
şəkildə növbələşən diffuz areaktiv teta-aktivliklə büruzə verir. Həm
oyaqlıq, həm də yuxu zamanı qeyd olunur. Tutma EEQ-sində pik-
dalğa və ya ritmik yavaş-dalğa aktivliyi müşahidə olunur, həmin
aktivlik başlanğıcda unilateral, daha sonra isə yayılmış ola bilər və
rolandik bölgədə ən çox ifadə olunur.
Neyrovizualizasiya: spesifik dəyişikliklər olmur.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.