Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə49/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   45   46   47   48   49   50   51   52   ...   145

Musiqi terminl

əri 


180 

Dirijor ans

amblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin 

edir, 


əsərin ideya məzmununu, üslubunu və  bədii məqsədini idarə  etdiyi 

kollektiv

ə çatdırmağa çalışır. 

 

Disharmoniya 

(yun. dis – 

inkar önşəkilçisi + harmonia – ahəngdar, həmsaz) 

– qeyri – ah

əngdar, mütənasibliyin pozulması, ahəngsiz səslənmə. 

 

Diskant 

(lat. discantus; dis – 

ayırma + cantus – oxuma) 

– yüks


ək uşaq səsi; həcmi birinci oktavanın sol səsinə kimidir. 

 

Dissonans 

(fr. dissonance; lat. dissono – ah

əngsizlik) 

– bir – birin

ə uyğun olmayan səslərin birləşməsi. Belə səs birləşməsi kəskin, 

qıcıqlandırıcı eşidilir. 

D. intervallara böyük v

ə kiçik sekunda, septima və nona, artırılmış kvarta və 

əksildilmiş kvinta intervalları aiddir. 

D. akkordlara böyük v

ə kiçik üçsəsliklərdən başqa bütün digər akkordlar aid 

edilir. D. musiqid

ə  güclü ifadə  vasitəsi hesab olunur; musiqidə  gərginlik, 

iztirab, h

əyəcan və s. bu kimi əhvali – ruhiyyə yaradır. 

 

Divertisment 

(fr. divertissement - 

əyləncə, şənlik) 

– 1. XVIII 

əsrdə müxtəlif xarakterli pyeslərdən ibarət silsilə. 

2. 


Əyləncə xarakterli ayrı – ayrı instrumental pyeslər. 

3. Müxt


əlif rəqslərdən təşkil olunmuş süita. 

4. R


əngarəng məzmunlu estrada konserti. 

 

Diyez 

(yunan. diesis – yüks

əltmək) 

– s


əsi yarımton yüksəltmək işarəsi; notun qarşısında və ya açarda göstərilir

notun  adın  dan  sonra  deyilir:  do-diyez, fa diyez və  s.  Notların  hərfi 




Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

181 


işarələnməsində is hecası ilə qeyd olunur: dis – re-diyez, gis – sol-diyez və 

s. 


Bax: Alterasiya,Tonallıq. 

 

Dodekafoniya 

(yun. dodeka – on iki, phone – s

əs) 


– müasir b

əstəkarlıq texnikasının bir növüdür. 

Dodekafoniya  üslubunda  yazılmış  əsərin melodik dilinin əsasını  müxtəlif 

yüks


əklikdə  yerləşən 12 səsin müəyyən  ardıcıllığı  –  “seriya” təşkil  edir. 

Seriyaya t

əkrar  olunmamaq  şərtilə  xromatik səssırasının  bütün  tonları 

daxildir. 

Dodekafoniya metodu XX 

əsrin 20-ci illərində  Avstriya bəstəkarı 

A.Şönberq tərəfindən işlənmiş və tətbiq olunmuşdur. 

 

Dominant funksiyası 

– major-minor lad sistemind

ə dominant üçsəslisi-

nin v

ə  ya  dominant  septakkordunun  daşıdığı 



v

əzifə: qeyri-sabit xarakterli olub, tonika üşsəsli-

sin

ə həll olunur. D hərfi ilə işarə olunur. 



VII harmonik pill

ədə (harmonik minorda yarım-

ton  artırılmış  VII  pillə)  qurulmuş  akkordlar  – 

septakkord, kvintsekstakkord, sekstakkord v

ə III 

pill


ənin sekstakkordu dominanta funksiyasına aid 

edilir. Bax: Kadans. 



 

Dominanta 

(lat. dominans (dominatis) – hakim, üstün)  

–  1.  Major v

ə  minorun V-pilləsi,  bu  ladların  əsas pillələrindən biri olub 

tonikadan yuxarıda yerləşir; D (latın hərfi) və ya V (rum rəqəmi) ilə işarə 

olunur. 



Musiqi terminl

əri 


182 

2.  Harmoniyada majorun v

ə  harmonik minorun V pilləsində  qurulan 

üçs


əslik. 

 

Dominantseptakkord 

–  majorun v

ə  harmonik minorun V pilləsindən (dominantadan) qurulan 

septakkord; majorda V 7, minorda V h/7 kimi işarə olunur. Strukturuna görə 

kiçik major septakkordudur (bax: Kiçik septakkordlar). 

D. akustik c

əhətdən düzgün dissonans səslənməyə  malikdir, harmonik 

ah

əngdar səsbirləşməsindən əmələ gəlir. 



Akkordun  tonikaya  doğru  cazibəsi çox güclüdür və  D.-nın  tonikaya  həll 

edilm


əsi major – minor lad sisteminin əsasını təşkil edir. D.-nın başqa bir 

akkorda keçm

əsi harmonik hərəkətin pozulması kimi qəbul olunur. 

 

Domra 

–  q

ədim simli-dartımlı  musiqi  aləti; bir çox xalqlarda bu tipli alətlər 



mövcuddur: gürcül

ərdə - çonquri, türkmən və özbəklərdə - dutar, taciklərdə 

dutor, ba

şqırdlarda – dumbıra, qazaxlarda dombra. 

 

Dorida m

əqamı 

– dorik lad – 

natural ladlardan biri; dorik ladın səssırası VI pilləsi artırılmış 

natural minorun s

əssırası ilə üst-üstə düşür: məsələn, fortepianoda re¹ – re² 

s

əsləri arasındakı diatonik səsdüzümü dorik ladını – dorida məqamını əmələ 



g

ətirir. 


 

 

 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

183 


Dorida sekstası 

–  dorik seksta – 

natural  minorda  VI  artırılmış  pillə. Bu pillənin istifadə 

olunması ilə natural minor dorik lada – dorida məqamına çevrilir. 

Dorik ladın I və VI pillələri arasındakı məsafəni dorik seksta və ya dorida 

sekstası adlandırırlar. 

 

Dörds__əsli'>Dörds

əsli 

– 1. Bax: Dörds

əsli düzülüş 

2. Dörds


əsli fuqa. 

3. Dörds


əsli akkord. 

4. Dörds


əsli xor 

 

Dörds



əsli düzülüş 

– dörd s


əs təbəqəsindən əmələ gələn çoxsəsli quruluş. 

1. 


Qarışıq xor və ya kvartetlə bağlı yaranmış-

dır: soprano, alt, tenor, bas səslərdən ibarətdir. 

2. Harmoniyada t

ədris kursu dördsəsli düzülü-

şə  əsaslanır:  yuxarı  səs  –  soprano (1-ci səs), 

dig


ər səslər müvafiq olaraq, alt (2-ci səs), 

tenor (3-cü s

əs), bas (4-cü səs) adlanır. 

 

Dörds



əslilik 

– bax: Dörds

əsli düzülüş 

 

Dramatik musiqi 

–  1.  Musiqi 

əsərinin xarakterinə  görə  fərqləndirilməsi; gərgin, həyəcanlı 

musiqi m

əzmununa malik əsər. 

2. 

Dram tamaşasına yazılmış musiqi növü. 



 

Dubl-bekar 

–  ikiqat bekar; dubl-diyez v

ə ya dubl-bemolu ləğv edən işarə; bəzən dubl-

bekar 


əvəzinə adi bekar işarəsindən də istifadə olunur. 

 

 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə