ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə439/455
tarix15.06.2022
ölçüsü4,4 Mb.
#89568
1   ...   435   436   437   438   439   440   441   442   ...   455
AzBookResaleTozih

ġəriət risaləsi 
345 
30. Əgər qatqılı (müzaf) su o qədər çox olarsa ki, murdar onun bir tərəfinə 
düĢdükdə o biri tərəfinə sirayət etməsin, murdar sayılmır. (Məsələn, böyük bir 
hovuzun bir tərəfinə murdar düĢərsə, o biri tərəfi murdarlanmaz.) 
31. Qeyri-Ģər’i üsulla kəsilən heyvan pakdır. Amma onun ətindən yemək haram 
sayılır. Demək, qeyri-islami məmləkətlərdən gətirilmiĢ heyvan dəriləri həmin 
heyvanın zibh olunduğunu bildiyimiz vaxt pak sayılır. 
32. Bir yerdə uzun müddət qalmaq istəyənlər (məsələn, elmi hövzədə təhsil 
üçün bir neçə il orada qalanlar) həmin yerdə müsafir sayılmır. Onların qaldığı yer 
onlar üçün vətən hökmündədir və namazlarını tam qılırlar. Belələri 10 gün qalmaq 
niyyət etməsələr də, müsafir sayılmırlar. 
33. PeĢəsi səfərə çıxmaq olan (sürücü kimi) Ģəxslər və ya peĢəsi üçün səfər 
müqəddimə olanlar (tədris üçün bir Ģəhərdən o biri Ģəhərə gedənlər) gedib 
gəldikləri yol 8 fərsəx və ya artıq olarsa, namazlarını tam qılır, ramazan ayının 
orucunu tuturlar. 
34. Ġlin ehtiyaclarından sayılan ev, xalça kimi Ģeylər sonradan satıldıqda onların 
puluna xüms ödənmir. Xüsusi ilə, bu Ģeylər baĢqa biri ilə əvəz olunmaq üçün 
satılırsa. 
35. Əgər heyvan maĢın vasitəsi ilə Ģər’i qaydada kəsilərsə, bu iĢ düzgündür. 
Belə bir heyvan pak və halaldır. 
36. Halal faydaları olan radio, televizor və bu kimi Ģeylərin alıĢ-satıĢı caizdir. 
37. Əgər balıq tora düĢdükdən sonra suda ölərsə, halaldır. 
38. Ciddi məqsədi olmayan hiylə əsasında qurulmuĢ sələm batil və əsassızdır, 
əlavə məbləğ sələm sayılır. Bə’ziləri arasında adət Ģəklini alıb ki, birinə borc verir, 
üstəlik alarkən əvəzində noğul verirlər. Bu kimi iĢlər batildir. 
39. Bir çoxları ev icarəyə götürərkən rəhn adı altında pul verərək icarə haqqını 
əskildirlər. Bu iĢ bir halda düzgün, baĢqa bir halda batildir. Ev icarəyə götürüləndə 
icarə müqaviləsində Ģərt kəsilsə ki, ev sahibi müəyyən miqdar borc müqabilində 
evini girov qoyur, bu iĢ düzgündür. Amma öncədən borc və rəhn verilsə və icarə 
haqqı azaldılsa, bu iĢ haram və batildir.
40. Borcda bir baĢqasının zamin durması (baĢqasının borcunu öz öhdəsinə 
götürməsi) və ya borcunu ödəməyəcəyi təqdirdə bu borcu ödəyəcəyini bildirməsi 
düzgün və Ģər’idir. 
41. Ölü torpaq sənədləĢməklə kiminsə mülkü olmaz. Bu torpağı əkin üçün 
diriltmək lazımdır. 
42. Cəzalandırma təkcə Ģallaqdan ibarət deyil. Bu iĢdə maddi cərimələr, həbs, 
hətta informasiya vasitələrində tanıtdırma kimi tədbirlər də nəzərdə tutulur. Bu 
cəza növlərindən istənilən biri Ģər’i hakim tərəfindən seçilir. 
43. Ġslami hicabda libasın növü və rəngi mühüm deyil. Vacib olan budur ki, üz 
və əldən savayı bütün bədən örtülsün. Amma bədəni örtsə belə, zinətli libaslar 
geymək olmaz. 
44. Həm həqiqi, həm də hüquqi Ģəxslər mülk sahibi ola bilər. Onların 
müamilədə tərəf olması qanunidir. Demək, hüquqi Ģəxs sayılan müəssisələr 
bə’zilərdən, yə’ni həqiqi Ģəxslərdən fərqlənmir. 
45. Bütün müamilələrdə yazı və imza Ģifahi müqavilə siğəsini əvəz edə bilər. 
Amma vacib ehtiyata əsasən, izdivac və boĢanmada Ģifahi də söylənməlidir. 
46. Siqaret, tütün mə’mulatları, narkotik maddələrdən istifadə qəti haramdır. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   435   436   437   438   439   440   441   442   ...   455




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə