torpaqlarının əmələ gəlməsi üçün ən əlverişli sahələr
okean adalarının düzənlik hissələri və hündür dəniz
terraslarıdır.
Mikrorelyef formaları üçün kobud daş qırıntıları ilə
haşiyələnmiş, narın torpaq materiallarından ibarət zəif
qabarıq sahələr xarakterikdir. Bu formalar daş həlqələr,
daş çoxbucaqlılar və s. adlarla məşhur olub kriogenez
2
hadisələrlə əlaqədardır. Görünür ki, donma-açılma
prosesində daha yüksək rütubət tutumlu narın torpaq
materialları iri süxur parçalarını kənarlara doğru sıxışdırır.
Eyni cinsli qumsal-gillicəli çöküntülər üzərində dörd, beş
ve altıbucaqlı birləşmələr əmələ gətirən poliqonlar əmələ
gətirir. Bu formalar torpaq-qrunt kütləsinin şaxtanın təsiri
nəticəsində çatlamasından yaranır.
Arktika torpaqlarının morfoloji və genetik
xüsusiyyətləri olduqca özünəməxsusdur (şəkil 11.2).
Torpaq profilinin qalınlığı torpaq-qrunt təbəqəsinin
mövsümi donuşluğunun açılma dərinliyi ilə müəyyən edilir
ki, bu da İ.S.Mixaylova görə orta hesabla 40 sm-ə
bərabərdir. Torpaq profilinin differensiasiyası (qatlara
ayrılma dərəcəsi) zəif ifadə edilmişdir. Genetik qatlar tam
şəkildə ancaq ayrı-ayrı sahələrdə, adətən mikro
çökəkliklərdə poliqonalların çatları yanında olur.
Arktika torpaqları profilinin üst hissəsində humusun
miqdarı 3-5%-dən artıq olmur və əsas etibarilə arktika
bitkilərinin yeraltı hissələri əmələ gəlir ki, bu da bütün
2
Kroys (yunan sözü) – soyuq deməkdir. Kriogenez – alçaq remperaturda
dağ süxurlarının kompleks proseslərlə dəyişməsi.
5
bioloji kütlənin 80-90%-ni təşkil edir. Humusun tərkibində
fulvo turşuların miqdarı huminlərə nisbətən çoxdur. Həm
də sərbəst aqressiv fulvo turşular demək olar ki, yoxdur.
Bu həm iqlim şəraitləri, həm də torpaq
mikroorqanizmlərinin tərkibində yosun və bakteriyaların
çoxluğu ilə izah edilir. Arktika torpaqlarında mikrobioloji
fəaliyyət xeyli intensiv gedir, bunu mikroorqanizmlərin
sayının çoxluğu təsdiq edir. E.N.Mişustin və
B.A.Mirzəyevanın (1964) məlumatlarına görə 1 qr arktika
torpağında yüz minlərlə bakteriyalar vardır.
Şəkil 11.2. Arktika torpaqları
6
Arktika torpaqlarının
su rejimi
bir sıra
xüsusiyyətlərə malikdir. Yayın əvvəlində buzlaqların və
qarların əriməsi nəticəsində torpaq örtüyü həddindən artıq
rütubətlidir. Lakin tezliklə sutka ərzində əmələ gələn
insolyasiya və güclü küləklər nəticəsində torpaq sürətlə
qurumağa başlayır, bu halda o çatlayaraq poliqonal
sistemli yarıqlar əmələ gətirir.
Biokimyəvi proseslər və su rejiminin xüsusiyyətləri
nəticəsində arktika torpaqları zəif turş və demək olar ki,
neytral reaksiyaya malikdir ki, bu da torpaq əmələ
gətirən süxurlarda neytral, hətta zəif qələvi reaksiya ilə
əvəz olunur. Uducu kompleks demək olar ki, əsaslarla
tam doymuşdur. Udulmuş ionlar arasında adətən kalsium
üstünlük təşkil edir, lakin dəniz sahili rayonlarda udulmuş
maqneziumun miqdarı kəskin surətdə artır. Torpağın
qısamüddətli quruması və kriogen yolla duzların səthə
qalxması ayrı-ayrı sahələrdə müxtəlif duz bozartılarının
əmələ gəlməsinə səbəb olur.
Arktika torpaqlarının üst qatları üçün biogen
mənşəli dəmir oksidinin toplanması səciyyəvidir, bu da
çox güman ki, az mütəhərrik dəmir-üzvi birləşmələrdən
ibarətdir.
Yüksək rütubətlənən sahələrdə, çökəkliklərdə və
subasarların terrasyanı sahələrində su yığılıb qalır və
qleyləşmə prosesi başlayır. Burada nəticədə qleyli
arktika torpaqları əmələ gəlir. Dəniz suları ilə vaxtaşırı
tutulan sahil düzənliklərində natrium və maqnezium
xloridləri ilə şorlaşmış şoran torpaqlar əmələ gəlir.
11.2. Tundra landşaftlarının torpaqları
7
Karel sözü olan "tundra" (fin dilində ″tunturi″)
meşəsiz yer deməkdir. Tundra landşaftları Kola və Kanin
yarımadalarında, Peçora və Vorkutanın cənub
hövzəsində, Yamal, Qıdan, Taymır yarımadalarında və
sonra Orta Sibir yaylasından şimala, Şimal Buzlu okean
dənizlərinin Şərqi Sibir sahələrində, Çukot
yarımadasında, Kamçatkada və Oxot dənizi şərq
sahillərinin şimali hissələrində geniş yayılmışdır. Bu
torpaqlara həmçinin Amerika materiki və Alyaska
yarımadasının şimal hissələrində Baforta dənizi, Viktoriya
adası, Baffin körfəzi sahillərində xeyli geniş ərazilərdə
rast gəlinir. Cənub yarımkürəsində tundra torpaqları
yoxur.
Tundranın iqlim şəraiti mənfi orta illik temperaturu
ilə səciyyələnir. Materikin Avropa hissəsində - 2
0
C-dən
Asiya və Amerika hissələrində - 12
0
C–dək dəyişir. İyulun
orta temperaturu bir qayda olaraq +10
0
C-dən yuxarı
qalxmır, yanvarın orta temperaturu isə çox aşağıdır.
İndiqirka-Kolım tundrasında hətta - 30-40
0
C-dək düşür.
Şaxtasız dövr çox çəkmir, adətən 3 aya yaxındır.
Yağıntıların miqdarı şərqdə il ərzində 150-250mm,
Rusiyanın Avropa hissəsində daha yüksəkdir. Kola
yarımadası tundrasında 450mm, Vorkuta rayonunda 360
mm-dir. Yay dövrü üçün havanın yüksək nisbi rütubəti
(80-90%) və fasiləsiz günəş işığı (ağ gecələr)
səciyyəvidir.
Tundra bitki örtüyünün tərkibində kollar, kolcuqlar,
ot bitkiləri, mamırlar, şibyələr üstünlük təşkil edir.
Tundrada ağac bitkiləri yoxdur. Bu, bir sıra səbəblərlə
8
Dostları ilə paylaş: |