yayda torpağın həddən artıq rütubətlənməsi və anaerob
mikrobioloji proseslərin inkşafı ilə, soyuq dövr müddətində
cavan pöhrələri qurudan güclü küləklər, alçaq tempeatur
və s. ilə əlaqədardır. Torpaq florası (bakteriyalar,
göbələklər, aktinomitsetlər) çox müxtəlifdir. Tundra
torpaqlarında bakteriyalar aktinomitsetlərə görə xeyli
çoxdur. Mərkəzi tundra yarımzonasının 1q torpağında
400-dən 3500 minə, cənub tundra torpaqlarında 300-dən
3800 minə qədər bakteriya müəyyən edilmişdir (E. N.
Mişustin və V. A. Mirzəyeva, 1964).
Şaxtasız dövrdə tundra torpaqlarının həddən artıq
rütubətlənməsi və bununla əlaqədar olaraq oksigenin
çatışmaması xeyli miqdarda anaerob bakteriyaların
inkşafına səbəb olur.
Bitki örtüyünün xarakterinə görə tundra zonasını
yarımzonalara bölürlər: arktika tundrası, şibyəli–mamırlı,
tundra kolcuqlu və meşə tundra. Arktika tundrasında
şibyələr geniş yayılmışdır. Tundra üçün şibyəli–mamırlı
bitki örtüyü daha səciyyəvidir, burada gilli sahələr, əsasən
mamırlar və otlarla, daşlı sahələr isə şibyələrlə
örtülmüşdür. Cənubda mamır və şibyələrlə yanaşı kollar
(əsas etibarilə empetrum) peyda olur, daha cənubda isə
meşə tundra daxilində ayrı-ayrı meşə massivlərinə rast
gəlirik. Meşə bitkisi tundra zonasının dərinliklərinə ancaq
çay dərələri boyu daxil olur.
Torpağın yüksək rütubətlənməsinə baxmayaraq
tundrada iri torpaq yığını əmələ gəlmir. Torflu bataqlıqların
iri massivləri ancaq meşə tundrada nəzərə çarpır.
Tundrada torpaqəmələgətirən süxurlar arasında
müxtəlif tip buzlaq çöküntüləri üstünlük təşkil edir. Uraldan
9
qərbə buzlaq çöküntülərinin içərisində çoxlu miqdarda
kobud qırıntılı dağ süxuru materialları vardır ki, bunlar bir
tərəfdən Baltik qalxanı, o biri tərəfdən Yeni Torpaq, Qütb
Uralı sahələrindən gətirilmişdir. Uraldan şərqə Qərbi Sibir
ovalığının şimal hissəsində torpaqəmələgətirən süxurlar
kompleks buzlaq, dəniz və kol çöküntülərindən ibarətdir
ki, bunlar Avropa morenlərinə görə xeyli az buzlaq daşı
materiallarına malikdir. Şərqi Uralın buzlaq çöküntülərinin
mineraloji tərkibinin formalaşması üçün mənbə Şimali
Ural və Taymır-Noril rayonlarıdır.
Şimali Sibirin şərq hissəsində və Yan-İndigir-Kolım
ovalığında dördüncü dövr çöküntüləri arasında göl-allüvial
çöküntüləri üstünlük təkil edir. Ayrı-ayrı rayonların tektonik
çökməsi ilə əlaqədar olaraq bu çöküntülər bir neçə yüz
metr qalınlığa malikdir.
Bərk metamorfik və püskürmə süxurlara yaxın
yerləşən yerlərdə daşlı və qırıntılı səpintilər yayılmışdır.
Tundra
landşaftlarının
bitki
örtüyünə
torpaqəmələgəlmə və müxtəlif və geoloji proseslərinə
çoxillik donuşluq təsir göstərir. Uzun müddət ərzində
mənfi temperatura malik olan litosfera qatına çoxillik
donuşluq deyilir.
Çoxillik donuşluq bəzi sahələrdə tundra
zonasından kənara çıxaraq geniş ərazidə yayılır. Misal
üçün, Şərqi-Sibirdə çoxillik donuşluq ayrı-ayrı adalar
şəklində Rusiyanın dövlət sərhəddindən cənuba doğru
yayılır. Donmuş qruntun qalınlığı çox vaxt bir neçə yüz
metr qalınlığa çatır. "Daimi" donuşluğun mənşəyi
haqqında bir sıra fərziyyələr söylənmişdir, ancaq qəbul
edilmiş ümumi fikir yoxdur və tədqiqatçıların əksəriyyəti
10
bir fikrə şərikdirlər ki, bu donuşluq müasir deyil, buzlaq
dövründən qalmış qədim hadisədir.
Tundra zonasının qərb rayonlarında çoxillik
donuşluğa ayrı-ayrı adalar şəklində rast gəlirik. Onun
bütöv sahə şəklində yayılmasına Mezen çayından şərqə
doğru təsadüf edilir.
Çoxillik donuşluğun illik açılma dərinliyi əsas
etibarilə süxur və torpaqların tərkibi ilə müəyyən edilir.
M.İ.Sumginin məlumatlarına görə qumlu torpaq və
qruntlar 1,2-1,6m, gilli torpaqlar 0,7-1,2m, torflu-bataqlı
torpaqlar 0,2-0,4m dərinlikdə donuşluqdan açılırlar.
Möhkəm donmuş qruntun səthdən bu qədər yaxında
yerləşməsi, yağıntının az düşməsinə baxmayaraq torpaq-
qrunt kütləsinin həddindən artıq rütubətlənməsinə və
nəticədə ərazinin məhəlli bataqlaşmasına şərait yaradır.
Donmuş qruntun yaxında yerləşməsi bütün torpaq qatını
çox soyudur. Bu da torpaqəmələgəlmə prosesinin
inkişafını ləngidir. Tundra torpaqlarının alçaq temperaturu
və su ilə həddindən artıq doyması biokimyəvi proseslərə
mənfi təsir göstərir.
Çoxillik donuşluqla şiddətlənən özünəməxsus iqlim
şəraiti mikrorelyef formalarının meydana gəlməsinə şərait
yaradır. Bunların arasında birinci növbədə poliqonal
formaları və təpəcikləri xatırlatmaq lazımdır. Tundra
zonasında poliqonlar arktikada olan xarakterə malikdirlər,
lakin bir qədər zəif ifadə edilmişdir. Tundranın ləkəli və
medalyonlu struktura malik olması təpəciklərlə əlaqədar
olub, bu, çökəkliklərdən məhrum olan qabarıq qrunt
sahələrindən ibarətdir. Çökəkliklərdə bitki örtüyü vardır.
11
Təpəciklərin əmələ gəlməsi, suyun daha çox donmuş
sahələrə doğru axması ilə izah edilir.
Ayrı-ayrı hallarda buzlu nüvəsi olan iri təpələr
(hidrolakkolitlər) əmələ gəlir. Tundrada ölkənin şimal-
şərqində termokarst hadisəsi yayılmışdır.Dördüncü dövr
çöküntüləri təbəqəsində buz layları və damarlarının
əriməsi müxtəlif ölçüdə depressiyaların (çökəkliklərin)
kiçik və böyük çalaların, bəzən də göllərin əmələ
gəlməsinə səbəb olur.
11.3. Torpaqların xarakteristikası
Turş qonur tundra torpaqları profili yaxşı yuyulmuş
və kifayət qədər oksigenli şəraitdə əmələ gəlir. Buna görə
də bu torpaqlarda anaerob və torpaq sularının
durğunluğu yoxdur (şəkil 11.3).
Turş qonur tundra torpaqlarının yayılması xeyli
dərəcədə, torpaq qatının yaxşı drenaj olunmasını təmin
edən torpaqəmələgətirən süxurların və relyefin
xüsusiyyətləri ilə müəyyən edilir. Buna görə də tundra
zonasında turş qonur torpaqlar, yaxşı sukeçirmə
qabiliyyəti olan, yumşaq çöküntülü örtüklərə malik, yüksək
denudasiyalı düzənliklərə parçalanmış dağlıq rayonlarda
yayılmışdır.
Bu torpaqlar üçün, zəif parçalanmış bitki
qalıqlarının toplanması səciyyəvidir, bununla əlaqədar
olaraq profilin üst hissəsində yaxşı ifadə edilən torflu qat
A
T
yerləşir. Profilin aşağı hissəsi genetik qatlara zəif
differensasiya olunmuşdur və adətən 40-50 sm-dən artıq
12
Dostları ilə paylaş: |