Mərkəzi və Şərqi Sibirin tayqa landşaftında baş verən
proseslər xeyli fərqlənir.
12.2. Tayqa meşə torpaqlarının morfoloji
xüsusiyyətləri
Tayqa meşələri altında yaxşı su keçirən
torpaqəmələgətirən süxurlar üzərində illüvial – humus və
illüvial – dəmirli podzol torpaqlar əmələ gəlir. Bu torpaqlar
Baltik kristallik qalxanında xüsusilə geniş yayılmışdır.
Bu torpaqların profilinin qalınlığı şimaldan cənuba
doğru tədricən artır. Cənubu tayqa zonasında qumlu və
qumsal çöküntülər üzərindəki torpaqlar prinsip etibarilə
belə quruluşa malikdir, lakin qatların qalınlığı böyükdür.
Xüsusilə podzol qatının qalınlığı 10 – 15 sm-dək nəzərə
çarpacaq dərəcədə artır. İllüvial qat daha paslı rəng alır
və qalınlığı 40 sm-ə çatır. Profilin böyüməsi
torpaqəmələgətirən süxurların gillicəliyinə şərait yaradır.
Şərqi Avropa və Sibir tayqalarında hidromorf
torpaqların əmlə gəlməsi bataqlaşma prosesi ilə
əlaqədardır. Relyefin çökək elementlərində yerləşən
bataqlıqlarda bataqlı torflu – qleyli torpaqlar əmələ gəlir.
Bu torpaq üçün 30 sm və daha çox olan qalın torf qatının
olması və ondan altda da göyümtül qleyləşmə
təbəqəsinin yerləşməsi səciyyəvidir.
Gillicəli buzlaq – dəniz yaxud buzlaq – göl
çöküntülərindən təşkil olunmuş pis drenajlı alçaq tayqa
düzənliklərində torpağın üst qatında səth suları toplanır.
Torpağın su ilə doyması zamanı oksidləşmə şəraitinin
vaxtaşırı reduksiya ilə (torpaq quruduqda və atmosfer
havası ilə ona oksigen daxil olduqda) əvəz edilməsi çoxlu
21
miqdarda xırda konkresiyaların əmələ gəlməsinə səbəb
olur.
Səthi qleyli podzol torpaqlar Şərqi Avropa və Qərbi
Sibir düzənliyinin şimalında geniş yayılmışdır (şəkil 12.1).
Şəkil 12.1. Tayqa meşə landşaftı torpaqlarının coğrafi yayılma
arealları: 1 - podzol; 2 - çimli-podzol; 3 – podzollaşmış boz-
qonur; 4 – podzollaşmış qırmızı və sarı torpaqlar.
12.3. Podzol torpaqların genetik xüsusiyyətləri
Podzol torpaqlar qumlu və qumsal
torpaqəmələgətirən süxurlar üzərində əmələ gəlirlər.
Torpaq profilinin əmələ gəlməsi prosesində mineral
hissələrin lazımınca paylanması baş vermir. Belə ki,
burada narın dispers hissəciklər ya heç yoxdur və ya az
miqdardadır, daha iri hissəciklər isə aqreqatlararası
məsamələrdə hərəkət edə bilmir. Bunun nəticəsində əsas
22
kimyəvi elementlərin miqdarı podzol torpaqların genetik
qatları boyu zəif dəyişir. Kimyəvi analiz
rəqəmlərinə çox diqqətlə baxdıqda
aydın olur ki, A
2
podzol qatında dəmir
oksidinin miqdarı azalır, illüvial B
qatında isə artır. Mütləq halda bu
miqdar çox deyil, lakin A
2
qatına görə
dəmir oksidinin miqdarı iki dəfə çoxalır.
Görünür, podzol torpaqların profilinin
kəskin differensiasiyası mineral
komponentlərlə deyil, torpağın üzvi
maddələrinin
paylanması
ilə
əlaqədardır (şəkil 12.2).
Podzol torpaqlarda humusun
tərkib və miqdarının öyrənilməsi ilə
müəyyən edilmişdir ki, onun xeyli
hissəsi mütəhərrik formalardan, humin
və fulvoturşularından ibarətdir.
Aparılan tədqiqatlar göstərir ki, çox mütəhərrik və
aqressiv humus birləşmələri, xüsusilə - fulvoturşular
meşə döşənəcəyində daha çoxdur. Doğrudur, iynəyarpaq
bitki qalıqlarının mikrobioloji proseslər nəticəsində
dəyişməsindən humin turşuları da əmələ gəlir, lakin onlar
fulvoturşularla müqayisədə meşə döşənəcəyindən zəif
yuyulur və torpağın profili boyu alt hissələrinə çətinliklə
aparılır.
Meşə döşənəcəyində fulvoturşunun miqdarı çox
olduğundan A
0
qatının reaksiyası çox turşdur, pH – 3,5-
4,0.
Şəkil 12.2
23
Fulvoturşuların torpaq profilinin alt qatlarına
yuyulması prosesində onların neytrallaşması və
fulvoturşuların çökməsi baş verir. Eyni zamanda bununla
əlaqədar pH – 5,5-6,0-ya kimi artır.
Mikroskop altında baxılan şəffaf şlifdə, tərkibində
dəmir olan qonur üzvi maddə, podzolların mineral
dənələrinin səthində nazik pərdə əmələ gətirdiyi yaxşı
görünür. Beləliklə, podzol torpaqların illüvial qatındakı
qonur rəng üzvi birləşmələrin və dəmir oksidinin
yuyulması ilə əlaqədardır. Darçını – qəhvəyi rəng B
qatında xeyli miqdarda üzvi maddələrin, paslı- qonur rəng
isə dəmir oksidinin toplandığını göstərir.
Podzoləmələgəlmə prosesinin uzun müddət
öyrənilməsinə baxmayaraq çox şey hələ
aydınlaşdırılmamış qalmışdır. Alimlərin əksər hissəsi
podzoləmələgəlməyə A
2
qatında olan mineralların
fulvoturşularla parçalanmasının nəticəsi kimi baxır. Bu
fikrə görə süzülən torpaq məhlulu A
2
qatından
parçalanma məhsullarını aparır, B qatında çökdürür,
nəticədə A
2
qatı rəngsizləşir, yəni açıq (kül) rəng alır.
Deməli, illüvial qatda bütün hər nə toplanmışdırsa, podzol
qatından yuyulub gətirilmişdir. Qeyd etmək lazımdır ki,
podzol torpaqların mikroskopik tədqiqatı zamanı
mineralların aydın aşınma əlamətləri müəyyən edilmişdir.
A
2
qatında həm də ondan altda yerləşən qatlarda təzə
kiçik mineral qırıntıları, o cümlədən aşınmaya davamsız
olan piroksenlər, amfibollar iştirak edir. Bu onu göstərir ki,
ümumiyyətlə podzol torpaqlarda, o cümlədən A
2
qatında
mineralların sürətlə yenidən törəməsi baş vermir.
24
Dostları ilə paylaş: |