ətraflarında tərəvəz bitkiləri əkilir. Tundranın əsas kənd
təsərrüfatı bitkiləri-kartof, kələm, soğandır; istixanalarda
bir çox başqa bitkilər də becərilir. Arpanın yetişdirilməsi
barədə elmi iş aparılır.
Tundra torpaqlarının mədəniləşdirilməsi üçün əsas
məsələ istilik rejimi və aerasiyanı yaxşılaşdırmaqdır, hər
şeydən əvvəl bu məqsədlə təbii drenajı olan və daha çox
isinən sahələr seçilməlidir. Bunun üçün orta və yüngül
gillicəli, çınqıllı yüksəkliklər, cənub, yaxud cənub qərb
ekspozisiyalı və şimal küləklərindən yaxşı qorunan
sahələr daha uyğundur. Tundra torpaqlarının həm üzvi,
həm də mineral gübrələrə böyük ehtiyacı vardır. Bakterial
gübrələr də mühüm əhəmiyyət kəsb edir.
17
XII FƏSİL
TAYQA-MEŞƏ LANDŞAFTLARININ TORPAQLARI
Meşə landşaftlarının (dağ rayonları hesaba
alınmadan) torpaqları bütün keçmiş Sovet İttifaqı
ərazisinin 1/3-dən çoxunu tutur. Qərbi Avropada və Şimali
Amerikada olduğu kimi bu landşaftlar şimal
yarımkürəsinin boreal və subboreal iqlim şəraitində də
geniş meşə qurşağı əmələ gətirirlər. Bu nəhəng ərazi
yekcins deyil: müxtəlif rayonların meşə landşaftları öz
torpaqəmələgəlmə şəraitlərinə görə xeyli fərqlənirlər. İlk
növbədə meşə qurşağının daxilində iynəyarpaqlı tayqa
meşələrinin boreal zonası və tayqa yaxınlığında
enliyarpaqlı – iynəyarpaqlı qarışıq meşələrin subboreal
zonası ayrılır. Bu zonadan cənuba ara-sıra yarpaqlı
meşələr yayılmışdır. Avropa və Şimali Amerikanın
subboreal meşələrinin xeyli hissəsi məhv edilmişdir. Buna
görə də vaxtilə meşə bitkilərinin təsiri altında əmələ
gəlmiş torpaqlar uzun müddətdir ki, meşəsiz landşaftlar
şəraitində inkişaf edir.
12.1. Torpaqəmələgəlmə şəraiti.
Tayqa zonasının iqlim şəraiti radiasiya balansının
artması ilə əlaqədar olaraq nəinki şimaldan cənuba, həm
də qərbdən şərqə doğru qanunauyğun dəyişir. Bu
istiqamətdə iqlimin kontinentallıq dərəcəsi də artır.
Karelya tayqasında yanvarın orta temperaturu –10
0
C,
iyulda isə +15
0
C olur: Atmosfer çöküntülərinin miqdarı
18
500 mm-yə yaxındır. Həmin en dairəsində Yeniseydən
şərqə tərəf iqlim kəskin kontinentaldır: yanvarın orta aylıq
temperaturu - 30
0
C və daha aşağıdır, orta aylıq
temperatur amplitudu 50–60
0
C təşkil edir, illik atmosfer
çöküntülərinin miqdarı 150 – 200 mm-yə qədər azalır.
Sibirin tayqa rayonlarında çoxillik donuşluq inkişaf
etmişdir, lakin torpaq – qrunt kütləsi yayda 50 – 100 sm,
qumlu sahələrdə isə 250 sm-yə qədər donuşluqdan açılır.
Buna görə də donuşluq ağacların çox da dərinə
getməyən kök sistemlərinin inkişafına maneəçilik törətmir.
Tayqa zonasının bütün ərazisi üçün ümumi iqlim
xüsusiyyətləri nisbətən sərin yayı (orta aylıq temperatur
14 – 16
0
C-ə yaxın) və müsbət rütubət balansı (atmosfer
çöküntülərinin buxarlanmanın miqdarından üstünlüyü)
olmasıdır.
Torpaqəmələgətirən süxurlar Avropa hissəsində
əsas etibarilə buzlaq çöküntülərindən ibarətdir. Baltik
kristallik qalxanı sahəsində bu, kobud buzlaq daşlı
qumlardan və qumsallardan ibarət olur, bunların fonunda
bəzən daha ağır göl – buzlaq çöküntülərinə, məsələn,
lentşəkilli gillərə rast gəlirik. Ural istiqamətində,
torpaqəmələgətirən süxurlar zəif daşlı və çox gillicəli
xarakterə malik olur. Uraldan şərqə, Qərbi Sibir
düzənliyinin şimal yarısında torpaqlar buzlaq – dəniz və
göl – buzlaqlarının qumlu – qumsal çöküntüləri üzərində
inkişaf edir. Yeniseydən şərqə tərəf torpaqəmələgətirən
süxurlar yuxa çınqıllı çöküntülərdən, ovalıqların qumsal –
gillicəli allüvial – göl çöküntülərindən təşkil olunmuşdur.
Zonanın üstünlük təşkil edən bitki örtüyü
iynəyarpaqlı meşələrdir. Baltik qalxanı ərazisində seyrək
19
şam, şərqə tərəf küknar, ağ şam ağacları üstünlük təşkil
edir. Uraldan şərqə ağ şamın miqdarı artır, qara şam və
sidr ağacları meydana gəlir.
Mərkəzi və Şərqi Sibirdə seyrək qara şam meşələri
üstünlük təşkil edir. İynəyarpaqlı meşələr zonası iki
yarımzonaya bölünür. Şimal yarımzonasını mamırlı
bataqlıqlarla növbələşən, bataqlaşmış iynəyarpaqlı
meşələr əmələ gətirir. Burada mamırlarla yanaşı otlar da
bitir. Tayqa zonasının bütün ərazisinin 20%-ə yaxınını
bataqlıq bitkiləri tutur. Çəmənliklər altında sahə böyük
deyil.
Bitki örtüyünün mühüm xüsusiyyətlərinə görə
Yakutsk – Vilyuy ovalığı xeyli fərqlənir. Sibir tayqasının
mərkəzində yerləşən bu böyük vilayətdə tozağacı
meşələri və otlu – mamırlı bataqlıqlarla növbələşən
bozqırlaşmış çəmən və çəmən – çöl bitkiləri geniş
yayılmışdır.
İynəyarpaq meşə bitkilərinin biokütləsi xeyli yüksəkdir
(1000 – 3000 sen/h), lakin töküntülərin miqdarı
biokütlənin yalnız bir neçə faizini təşkil edir: Şimal
yarımzonasında 3 – 40 sen/h-dan, cənub yarımzonasında
0 – 70 sen/h-a qədərdir. Ümumi töküntüdə kül
elementlərinin miqdarı böyük deyil, 50 – 80 kq/h təşkil
edir. İynəyarpaqlı meşələrın biokütləsinin mühüm tərkib
hissəsi – torpağın üst qatında çürüməmiş töküntü
məhsullarından ibarətdir.
Rusiyanın Avropa hissəsi, Amerika materiki və
Qərbi Sibirin tayqa meşələrində torpaqəmələgəlmə
prosesində nisbətən ümumi cəhətlər çoxdur, lakin
20
Dostları ilə paylaş: |