Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə77/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   106

Səhra   və   Mərkəzi   Avstraliya   səhralarında   müşahidə

etmək olar (Şəkil 20.1.).

 

Şəkil   20.1.   Lateritlərin   yayılması   (C.Preskotta   və   P.Pendltona

görə, 1952)

  

Ola   bilsin   ki,   bəzi   subtropik   torpaqların   profilində

mövcud olan çoxlu miqdarda dəmir-üç oksid toplantıları

mənşə   etibarilə   yaxındırlar.   Müasir   və   neogen   bioiqlim

şəraitlərinin uyğunsuzluğu onunla əlaqədardır ki, neogen

dövrünün   axırından   başlamış   eroziya   prosesi   tropik

qurunun   çox   rayonlarını   əhatə   etmişdir.   Avstraliya,

Hindistan və Afrikanın səhra və quraq rayonları ərazisində

olan, yumşaq qırmızı çöküntülər və laterit zirehlər keçmiş,

xeyli yüksək rütubətli landşaftların şahididir.

Arid   tropik   vilayətlərdə,   mövsumi   qrunt   sularının

səviyyəsi   yaxın   olan   sahələrdə   dəmir   toplantılarının

əvəzində   kalsium   karbonat   qatları   əmələ   gəlməyə

başlamışdır.   Yuxarıda   yerləşən   yumşaq   torpaq   kütləsi

162



yuyulduqdan   sonra   bu   qatlar   kip   karbonatlı   qabıqlar

şəklində   relyefin   nisbətən   cavan   səviyyələrini   əmələ

gətirirlər.   Beləliklə,   əgər   laterit   qabıqlar   humid

landşaftların   hidromorf   törəmələrindən   ibarətdirsə,

karbonatlı   qabıqlar   bu   törəmələrin   arid   variantlarıdır.

Görünür, Afrikanın   Kalaxari   səhrasında   və  Avstraliyanın

quraq   rayonlarında   rast   olan   silisumlu   (opallı)   qabıqlar

buna oxşar mənşəyə malikdirlər. 



20.2. Tropik torpaqəmələgəlmənin ümumi

xüsusiyyətləri

 

Tropik   torpaqəmələgəlmə   şəraitləri   bütünlükdə

olduqca   özünəməxsusdur.   Onlar,   birincisi,   tropik

qurusunun   çox   hissəsində   aşınma   proseslərinin   ümumi

inkişaf   xüsusiyyətlərinə   və   bundan   asılı   olaraq,   eyni

torpaqəmələgətirən süxurlara görə; ikincisi, müasir tropik

qurşağının   iqlim   və   bitki   örtüyünün   xarakter

xüsusiyyətlərinə görə müəyyən edilir.

Qədim qurunun ərazisində qırmızı çöküntülər geniş

yayıldığı üçün onlar tropiklərin ən tipik torpaqəmələgətirən

süxurlarıdır.   Laterit   və   karbonatlı   aşınma   qabıqları

torpaqəmələgəlmə və bitki həyatı üçün az əlverişlidir, ona

görə də onların çıxıntıları üzərində adətən torpaq örtüyü

yoxdur   və   məhsuldar   deyildir.   Qədim   aşınma   qabıqları

daha   cavan   törəmələr   altında   basdırılmışdır.

Torpaqəmələgətirən   süxurlar   arasında   qırmızı   rəngli

süxurlar üstün olduğu üçün tropik torpaqların çoxu qırmızı

və ya buna yaxın rəngə malikdirlər. Bu, onların adlarında

öz əksini tapmışdır, onlar qırmızı, narıncı, sarı torpaqlar

163



adlanır.   Qeyd   etmək   lazımdır   ki,   bu   rəngləri,   müxtəlif

müasir bioiqlim şəraitlərində əmələ gələn torpaqlar irsən

qəbul   edirlər.   Qırmızı   rəngli   çöküntülərlə   yanaşı,   boz

rəngə malik göl gillicələri, açıq sarı rəngli qumsal allüvial

çöküntülər,  qonur   vulkanik   aqlomeratlar   və   küllər   və   b.

torpaqəmələgətirən   süxur   kimi   qeyd   edilə   bilər.  Qırmızı

rəngli törəmələr gilli tərkibdə ola bilmələrinə baxmayaraq,

bu çöküntülərin onların üzərində inkişaf edən torpaqların

udma   qabilliyyətləri   çox   aşağıdır.   Qırmızı   rəngli

törəmələrin  əmələgəlmələri  prosesində,  gilli  mineralların

səthində   üçvalentli   dəmirin   ionları   möhkəmlənir.   Bu,

nəinki gilli hissəciklərin qırmızı rənginə səbəb olur, həm

də onların udma qabiliyyətini xeyli aşağı salır.

Havanın yüksək sabit tempuraturu-tropik qurşağın

mühüm   xüsusiyyətidir,   buna   görə   atmosferin

rütubətlənmə   xarakteri   xüsusi   əhəmiyyət   kəsb   edir.

Tropiklərdə buxarlanmanın miqdarı yüksək olduğu üçün,

yağıntıların   illik   miqdarı   atmosferin   rütubətlənməsi

haqqında   təsəvvür   yaratmır.   İl   müddətində   tropik

torpaqlarında atmosfer çöküntülərinin hətta xeyli yüksək

miqdarı şəraitində yuyan su rejimi yumayan su rejimi ilə

əvəz   edilə   bilər.   60mm-dən   aşağa   atmosfer   yağıntıları

olan ayları - quru, 100mm-dən çox olduqda isə rütubəli

hesab etmək qəbul olunmuşdur. 60mm-dən aşağı aylıq

atmosfer   yağıntıları   buxarlanmış   səviyyəsinə   çatmır,

bütün su evatranspirasiyaya sərf edilir və bu ayda torpaq

nəinki yuyulmur, həm də, bitkilər tərəfindən mənimsənilə

bilən su ehtiyatlarını itirir və quruyur. Güclü səthi axın və

qrunt sularının səviyyəsinin yüksəlməsi nəticəsində relyef

depressiyaları və alçaq ovalıqları müəyyən vaxt ərzində

164



bataqlıqlaşmışlar.  Buna   görə   tropiklərdə,   sabit   atmosfer

rütubətinə   (avtomorf)   və   daimi   qrunt   rütubətinə

(hidromorf)   malik   torpaqlardan   başqa,   mövsümi

hidromorfizm   şəraitində   inkişaf   edən   geniş   torpaqlar

qrupu mövcuddur.

Tropiklərin   tempuratur   şəraitləri   il   müddətində

bitkilərin   vegetasiyasına   imkan   yaradır.   Optimal

rütubətlənmə   şəraitində   torpaq-bitki   sistemində   kimyəvi

elementlərin   miqrasiyası,   yüksək   quraq   landşaftlarına

nisətən,   tropik   landşaftlarında   daha   intensiv   gedir.   Bu

halda, kimyəvi elementlərin illik bioloji dövriyyə tutumu və

bitkilərin biokütləsinin miqdarı başqa şəraitlərə nisbətən,

tropiklərdə xeyli böyükdür. Lakin, tropik qurusu daxilində -

atmosfer   yağıntılarının   miqdarı   evatranspirasiyanın

ölçüsündən   yuxarı   olan,   yüksək   rütubətli   vilayətlərdən,

yarımsəhra   və   səhralara   qədər,   müxtəlif   dərəcədə

atmosfer   rütubəti   olan   ərazilər   mövcuddur.   Müxtəlif

rütubətlənmə şəraitlərinə münasib olaraq tropik ölkələrinin

bitki tipləri də olduqca müxtəlifdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tropik

torpaqlarının   öyrənilməsi   olduqca   mürəkkəb   problemdir.

Bu   torpaqların   genezisi,   nomenklaturası   və   təsnifat

məsələləri işlənib hazırlanma mərhələsindədir.

20.3. Yağışlı (daimi rütubətli) tropik meşə

landşaftlarının torpaqları

Bu torpaqlar, quru sahələrin daha məhsuldar bitki

qruplarının - daimi rütubətli tropik meşələrin örtüyü altında

əmələ gəlirlər. Onlar Cənubi Amerika, Afrika, Madaqaskar,

165



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə