Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə78/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   106

Cənub-Şərqi Asiya, İndoneziya, Filippin, Yeni Qvineya və

Avstraliya qitəsində geniş ərazilərdə yayılmışdır.

Onların   əmələ   gəldiyi   iqlim   şəraitləri   bütün   il

müddətində   yüksək   atmosfer   yağıntıları   ilə   səciyyələnir.

Quru   mövsüm   adətən   1-2   aydan   çox   olmur.   İllik

yağıntıların miqdarı 1800-2000mm-dir, lakin bəzi yerlərdə

5000-8000mm-ə qədər yüksəlir, başqa yerlərdə isə 1600-

1700mm-ə   qədər   aşağı   enir.   Düşən   rütubətin   xeyli

miqdarı bu landşaftların həddindən artıq rütubətlənməsinə

səbəb   olmur.   Ən   yüksək   dərəcədə   rütubətlənən   tropik

meşələrində belə, bataqlıqlaşma hadisələri yoxdur. 

P.U.Riçardsın   (1961)   məlumatlarına   görə

Braziliyanın   həmişəyaşıl   meşələrində   su   balansı

aşağıdakı sxemə malikdir (atmosfer yağıntılarının cəminə

görə, %-lə):

Ağacların çətirləri tərəfindən tutulan və buxarlanan..................20%

Ağacların qabığı tərəfindən udulan...........................................10%

Torpaq səthindən buxarlanan...................................................10%

Desuksiya..................................................................................20%

Səthi axım.................................................................................30%

Qrunt sularına süzülən..............................................................10%

Cəmi:   100%

Tropik landşaftları çox istilik qəbul edir. Orta aylıq

tempuraturu 20°C-dən yüksəkdir, bu miqdar il ərzində 3-

5°C dəyişilir.

Bol   istilik   və   rütubət   dünya   biosenozlarının

sırasında ən böyük biokütlənin – orta hesabla 5000 c/h,

bəzən   isə   17000   c/h-dan   yüksək   quru   üzvi   maddələrin

əmələ gəlməsinə səbəb olur. İşıq enerjisindən maksimum

dərəcədə istifadə etmək üçün 30-40m hündürlükdə olan

166



ağaclar örtüyü altında, seyrək işığa uyğunlaşmış, bir neçə

yarusdan ibarət ağaclar da mövcuddur. Bu meşələr üçün,

epifit   bitkilərin   yüksək   miqdarı   səciyyəvidir.   Epifitlər

kimyəvi   elementləri   torpaqdan   yox,   başqa   bitkilərin,

heyvanların   və   atmosfer   suyunun   hesabına   toplayırlar,

məhv   olduqdan   sonra   torpağı   bu   elementlərlə

zənginləşdirirlər.

Afrikanın   rütubətli   meşələrində   il   müddətində

torpaq səthində 120-150 s/h-a qədər bitki qalıqları daxil

olur. Töküntülərin ümumi miqdarı 250 s/h-dır. Töküntülərin

bu   qədər   xeyli   yüksək   olmasına   baxmayaraq   torpaq

heyvanlarının və mikroorqanizmlərinin intensiv fəalliyyəti

nəticəsində, onun böyük hissəsi il müddətində parçalanır.

Bütöv döşənəcək yoxdur, cansız nazik yarpaqlar təbəqəsi

çılpaqlaşmış  torpaq sahələri ilə növbələşir. Töküntülərlə

birlikdə hər il 1h torpağa 100kq-a yaxın kalsium, 40-50kq

maqnezium,   50-dən   100kq-a   qədər   kalium   və   başqa

elementlər   daxil   olur.   Lakin   onların   böyük   hissəsi

çoxyaruslu   rütubətli   meşənin   mürəkkəb   kök   sistemi

tərəfindən  mənimsənilir  və  yenidən bioloji  dövrana  cəlb

edilir.     Qida   elementlərini   töküntülərin   məhsulundan

mənimsənilməsinin vacibliyi ilə əlaqədar olaraq   rütubətli

tropik meşə ağaclarının kök kütləsi torpağın səthinə yaxın

hissədə   yerləşmişdir.   Amazon   meşələrində   ağacların

kökləri 10-20sm dərinlikdə yerləşirlər (Q.Valter, 1968).

Bu biosenozların geokimyəvi xüsusiyyətləri ondan

ibarətdir ki, bitkilərin qidalanması üçün lazım olan kimyəvi

elementlərin   demək   olar   ki,   bütün   kütləsi   bitkilərin

özündədir   və   yalnız   bu   səbəbdən   zəngin   atmosfer

yağıntıları   tərəfindən   yuyulmurlar.   Əgər   rütubətli   tropik

167



meşəsini qırsaq, onda ağacların məhv olması ilə bərabər

min illər müddətində yaradılmış təbii sistem pozulacaq və

məhv   olmuş   meşə   altında   münbit   olmayan   torpaq

qalacaqdır.



Yağışlı  meşənin   torpaq  profilinin  yuxa   (5-7sm)

humuslu   A  qatı   -   boz   rəngə   malikdir   ki,   bu   qat   bütün

dərinliyi boyu humusdan məhrum olan A/B  keçid qatı (10-

20sm) ilə əvəz olunur. Üst hissənin strukturu çox zəifdir.

Lessivaj   prosesləri   inkişaf   etmiş,   bu   qrupun   bəzi

torpaqlarında,   torpaqəmələgətirən   süxurlardan   zəif

bərkiməsi ilə fərqlənən illüvial B qatı seçilir.

Bu   torpaqların   ən   üst   qatında,   humusun   ümumi

miqdarı   bir   neçə   faizdir.   Humusun   tərkibində   nisbətən

mütəhərrik   qonur   humin   və   fulvoturşular   üstünlük   təşkil

edir. Bu birləşmələr (xüsusilə fulvoturşular) profilin bütün

dərinliyi   boyu   yuyulurlar.   Torpağın   bütün   profili   boyu

reaksiya   turşdur,   pH   5-5,5-dir.   Bu   torpaqların   udma

tutumu çox azdır, udulmuş kationların cəmi adətən 100qr

torpağa görə 2-3mq.ekv-dir.

Daim   rütubətli   tropik   meşələrin   torpaqları   üçün

müxtəlif   dövrlərdə   müxtəlif   adlar   nəzərdə   tutulmuşdur:

lateritlər,  qırmızı   torpaqlar,  qırmızı-lateritli,   podzollaşmış

lateritli, qırmızı-sarı lateritli, allitli, latosoli

11

, xromsoli



12

  və


s.   Hazırda,   fransız   torpaqşünasları   tərəfindən   təklif

edilmiş   “ferralitli   torpaqlar”   termini   xüsusilə   geniş

11 

Sol (frans.) - torpaqlar

12 


Chrota (yun.) – rəng

168



yayılmışdır. Adlar, bu torpaqlardan olan sərbəst dəmir üç

oksidlərinin   və   alüminiumun   olması   ilə   əlaqədardır.   Bir

çox   tədqiqatçılar   güman   edirlər   ki,   bu,   müasir

torpaqəmələgəlmə prosesinin nəticəsidir. Həqiqətdə isə,

sərbəst dəmir və alüminium oksidlərinin olması, həm də

müəyyən gilli mineralların iştirakı, müasir torpaqların, bu

oksidlərlə   zənginləşmiş   qədim   aşınma   məhsulları

üzərində inkişaf etməsindən irəli gəlir. Buna görə ferralitli

torpaq müəyyən yerlərdə, daim rütubətli tropik meşələrin

sərhəddindən   daha   uzaqlarda   yayılmışdır   və   nəinki

musson və seyrək meşə landşaftlarında, hətta nisbətən

quru   savannalar   şəraitində   də   rast   gəlir.   Rütubətli

meşələrin   torpaqları   qədim   aşınma   məhsulları   üzərində

deyil,   cavan   çöküntülər   üzərində   (məsələn,   Afrika

Ruvenzorlarının qumsal-gillicə buzlaq yığıntıları üzərində)

inkişaf   etdikdə   onların   tərkibində   sərbəst   dəmir   və

alüminium oksidləri çox az olur.

20.4. Atmosferdən  mövsümi  rütubətlənən  tropik 

landşaftların torpaqları

Tropik qurusu daxilində daha böyük ərazini daim

rütubətli meşələr deyil, müxtəlif landşaftlar tutur ki, onlar

atmosfer   tərəfindən   il   müddətində   qeyri-bərabər

rütubətlənir.   Yağışlı   və   quraqlıq   mövsümlər   ekvator

mussonlarının təsiri altında növbələşirlər. Bu landşaftların

temperatur şəraitləri tropik zonaya uyğun gəlir, orta aylıq

temperatur   20°C-yə   yaxındır   və   il   müddətində   çox   az

dəyişilir.

169



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə