Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə81/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   106

Humusun   tərkibində   həll   olmayan   humin   birləşmələri

olduqca   üstündür,   müxtəlif   rayonlarda   humin   və

fulvoturşuların nisbəti dəyişilir.

Tərkibində çoxlu miqdarda gilli hissəciklərin olması

üzündən qara torpaqlar, onları başqa tropik torpaqlardan

fərqləndirən yüksək udma qabiliyyətinə malikdirlər (100q

torpaqda   40-70mq.ekv).   Bu   torpaqların   müəyyən

mineroloji tərkibləri də yüksək udma qabiliyyətinə səbəb

olur.   Bəzi   tədqiqatçılar   güman   edirlər   ki,   qara   tropik

torpaqlarının   gilli   mineralları   mütləq   montmorillonitdən

ibarətdir,   çünki,   bəzi   hallarda   bu   torpaqlarda   həmin

mineralların üstün olduğu müəyyən edilmişdir. Lakin Şərqi

Afrika qara torpaqlarında montmorillonitlə yanaşı, həmin

miqdarda və ya daha çox qarışıq minerallar, hidroslyudlar,

kaolinit   aşkar   edilmişdir.  Udulmuş   kationların   tərkibində

kalsium və maqnezium üstünlük təşkil edir.

Subarid rayonların qara tropik torpaqları zəif qələvi

reaksiyaya   malikdirlər     (4-cü   cədvəl).   Subhumid   tropik

şəraitində, yağışlar mövsümü zamanı və münasib olaraq

qruntun  uzun  zaman rütubətlənməsi  mövsümündə  qara

torpaqların profilinin aşağı hissəsində qley prosesi inkişaf

edir, yuxarı hissədə isə bitki qalıqlarının minerallaşması

yubanır.   Buna   görə   belə   torpaqların   profilinin   aşağı

hissəsi   göyümtül-boz   rəngə   çalır,   dəmir   üç   oksidin

çəkintiləri  meydana çıxır.

Cədvəl 20.1.Qara tropik torpaqlarda narındispersli hissəciklərin,

humusun,  pH-ın və udma tutumunun paylanması

Ölkə və


nümunələrin

dərinliyi (sm-lə)

Miqdarı

Sulu


çəkintinin

pH-ı


Udma

tutumu


(mq.ekv

) 100q


0,001mm-

dən kiçik

hissəciklər

humusun


178


1

2

3



4

5

Avstraliya



(M.A.Qlazovskay

a, 1952)


0-22

62,4


1,22

8,5


Təyin

olunmay


ıb

22-45


62,6

1,24


7,8

“---”


45-67

39,6


-

8,8


“---”

Hindistan

(S.V.Zonn, 1967)

3-16


50,6

1,68


9,4

52,11


30-40

49,6


1,12

9,7


54,67

65-75


Təyin

olunmayıb

1,08

9,4


57,98

100-110


51,1

1,07


9,1

58,31


160-170

55,6


1,33

8,3


62,49

Afrika, Keniya

(V.V.Dobrovolski,

1972)


0-16

18,2


4,64

6,8


41,70

16-60


56,2

3,56


7,1

40,00


60-95

56,4


2,13

7,9


37,00

Bütün   tropik   zonasında   qara   torpaqların   tutduğu

sahə 235 mln.h-a yaxındır (Dyudal, 1964), yəni keçmiş

SSRİ-dəki bozqır zonasının əsl qara torpaqların tutduğu

sahədən   böyükdür.    Sxematik      xəritədən    göründüyü

kimi  (Şəkil  20.3.),  bu torpaqların  xüsusilə  xeyli  sahəsi 

179



Şəkil 20.3. Tropik və subtropiklərdə qara torpaqların yayılması

(FAO-nun məlumatına görə)

Avstraliyada, Hindistanda və Afrikadadır. Dünyada onların

40-dan   çox   adı   məlumdur.  Qara   torpaqlara   çox  zaman

qara   gillər,   marqalit   torpaqlar,   vertisollar   deyilir.

Hindistanda onları qara pambıq torpaqları, Avstraliyada

–  qara   yerlər  (torpaqlar),   Cənubi  Afrikada  –  blek  turf,

Sudanda –  badob, Şimali Afrikada –  tirs  yaxud  tuares,

Cənubi Amerikada – terra neqra və i.a. adlandırırlar.  

Qara torpaqların geniş yayılması, nisbətən yüksək

münbitliyi,   özünəməxsus   görünüşü   çoxdan   bəri   diqqəti

cəlb   etmişdir.   Bəzi   tədqiqatçılar   güman   edir   ki,   bu

torpaqların   xarakter   xüsusiyyəti   (yüksək   dərəcədə   gilli

olması, su ilə doyduqda şişməsi, yüksək udma tutumu)

onların mineral hissəsinin intensiv dəyişməsi ilə müəyyən

edilir ki, bunun nəticəsində çoxlu miqdarda montmorillonit

əmələ   gəlir.   Montmorillonitin   sintezində   maqnezium

ionlarının   mühüm   rolu   güman   edilir,   belə   ki,   bu

180



torpaqlarda udulmuş  kationlar sırasında  onların  miqdarı

çoxdur.   Bu   fərziyyə   qara   tropik   torpaqlarda   tamamilə

aşınmamış, çoxlu miqdarda təzə mineralların olması ilə,

eləcə   də   gilli   mineralların   müxtəlif   (mütləq   deyildir   ki,

montmorillonit   olsun)   tərkibi   ilə   pis   uzlaşdırılır.   Bu

torpaqların öyrənilməsi davam edir.

Qara   tropik   torpaqlar   əkinçilikdə   istifadə   edilir.

Onlarda   müxtəlif   kənd   təsərrüfat   bitkiləri   becərirlər

(məsələn, pambıq, buğda), lakin bu torpaqlarda çəltik və

şəkər   qamışı   istehsalı   daha   səmərəlidir.   İstifadəyə

verilməmiş   qara   torpaq   massivləri   tropiklərin   birinci

növbəli   torpaq   ehtiyatı   kimi   nəzərdə   tutulur.   Onların

mənimsənilməsi   üçün   gübrələrin   (azotlu   və   fosforlu)

verilməsi,   mükəmməl   mexaniki   becərmə,   suvarma

vacibdir. 

20.8. Hidromorf  tropik  torpaqlar

Daima   qruntdan   rütubətlənən   torpaqlar,   əsasən

çay   subasarlarında,   alçaq   göl   sahillərində,   pis   drenaj

olunan   çaylararası   daimi   bataqlıqlarda   yayılmışdır.

Afrikanın   humid   rayonlarında   qamış   və   papirus

cəngəllikləri   altında   əmələ   gələn,   qalın   torflu   torpaqlar

buna   səciyyəvi   misaldır.   Bu   torpaqların   üst   qatları,

köklərin   sıx   şəbəkəsi   ilə   hörülmüş,   zəif   dəyişilmiş   bitki

qalıqlarından   ibarətdir.   Altda   müxtəlif   çürümə

mərhələsində olan torflu qat yerləşir. Bu qatın qalınlığı bir

neçə   metrə   çatır.   İri   çayların   (məsələn,   Nil)

subasarlarında   əmələ   gələn   torpaqlarda,   müxtəlif

miqdarda   gilli   mineralların   hissəcikləri   vardır.   Torflu

181



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə