Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə82/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   106

torpaqlar   əsasən   su   altında   qalan   subasarlarda

yayılmışdır. Sahil bəndləri üzərində qalareya tipli meşələr

altında yuyulmuş turş torpaqlar əmələ gəlir. Torflu tropik

torpaqlar   Cənubi   Amerikada   geniş   inkişaf   etmişdir

(Venesuelada,   Qayanada   və   b),   humid   vilayətlərin

bataqlıq   və   xırda   göllər   şəraitində   dəmir   oksidin

toplanması baş verir. Pis öyrənilmiş qleyli tropik torpaqlar,

əvvəlki   fəsildə   nəzərdən   keçirilmiş,   qleyləşmiş   qara

torpaqlarla keçid vasitəsilə əlaqələnir.

Arid   şəraitdə   iri   çayların   subasar   torpaqlarında

güclü   buxarlanma   sayəsində   kalsium   karbonatın

çöküntüləri  əmələ gəlir.  Müxtəlif şoranların  – xloridlərin,

sulfatların, sodanın törəmələri çox yayılmışdır. Axırıncılar

Tropik Afrikanın kaynozoy dövrünün vulkanizm prosesləri

gedən (Qreqori rifti zonası) arid rayonları üçün xüsusilə

səciyyəvidir.   Ekstra   arid   şəraitləri   üçün   səciyyəvi   olan

nitrat və borlu şoranlara az rast gəlinir.

20.9. Okean adaları və sahillərin torpaqları

Belə   torpaqlar   çayların   deltasında   və   okean

sahillərində qabarma və çəkilmə zolaqlarında əmələ gəlir.

Bəzi yerlərdə, dəmir birləşmələri ilə zəngin lilli çöküntülər

qatında   sulfidlər   (hidrotroilit)   əmələ   gəlir.   Sonrakı

oksidləşmə   sulfat   turşusunun,   daha   sonra   isə   kvarsın

əmələ gəlməsinə səbəb olur. Nəticədə pH-ın miqdarı 2-3-

ə qədər olan ultraturş torpaqlar meydana çıxır.

Dünya   okeanının   tropik   qurşağındakı   okean

adalarında   xüsusi   torpaq   qrupları   əmələ   gəlir.  Bunların

182



arasında   xeyli   özünəməxsus   olan   koral   adalarının   –

atolların torpaqları yayılmışdır.

Torpaqəmələgətirən   süxurları   qar   kimi   ağ   rəngdə

koral   qumları   və   rif   əhəngdaşlarından   ibarətdir.   Bitki

örtüyü kolluqların cəngəllikləri, ara sıra alçaq taxıl örtüklü

təkrar   kokos   palması   meşəliyindən   ibarətdir.   Bitkilərin

qidasını   təşkil   edən   mineral   qida   elementləri   torpağa

atmosfer   yağıntıları   ilə   daxil   olur.   Ən   geniş   yayılan

humuslu-karbonatlı qumsal atollu torpaqlardır ki, yuxa (5-

10sm)   humus   qatı   (A

1

)   ilə   fərqlənir.   Burada   humusun



miqdarı 1-2% və pH isə 7,5-ə yaxındır.

Adalarda   ən   mühüm   torpaqəmələgətirən   amil

ornitofaunadır.   Quş   koloniyaları   burada   külli   miqdarda

peyin   buraxırlar.   Torpaq   üzvi   maddələrlə   zənginləşir,

xüsusi ağac bitkiləri, yüksək ot cəngəllikləri və ayıdöşəyi

meydana   gəlir.   Torpağın   profilində   turş   reaksiyalı   qalın

torflu-humus qatı əmələ gəlir. Belə torpaqlar  karbonatlı-

melano-humuslu atollu torpaqlar adlanır.

Yağıntıların   nisbətən  az  miqdarda  olması   və   fəal

karstlaşma   atollarda   arid   şərait   yaradır,  bu   da   quşların

peyininin   yumşaq   tozvari   atol   fosfatına   çevrilməsinə

gətirib   çıxarır.   Onun   üzərində   olan   kserofit   kolluqlar

altında karbonatlı-fosfatlı qonur torpaqlar əmələ gəlir. 

Karbonatlı   –   humus   torpaqları   Sakit   və   Hind

okeanlarının ada dövlətləri üçün mühüm təbii sərvət, həm

də   kokos   palma   plantasiyaları   üçün   əsas   baza   hesab

olunur.


Sahil   zolaqlarında   qabarmaların   təsiri   olan

sahələrdə   manqr   bitkiləri   altında   daha   orijinal   torpaqlar

əmələ   gəlir.   Kiçik   laqunlarda   əmələ   gələn   manqr

183



torpaqlarının profilində ancaq pis ifadə olunan humus qatı

ayrılır.   Qabarmalar   zamanı   su   altında   qalan   basdırılan

torpaqlarda   çox   vaxt   torflu   qat   əmələ   gəlir.   Manqr

torpaqlar təkcə adalar üçün deyil, həm də tropik qurşağın

materik   sahilləri   üçün   xarakterikdir.   Manqr   bitkiləri   çox

zaman   yaxşı   yuyulan   sədlərdə   və   riflərin   haşiyələrində

məskən   salır.   Belə   halda   bitkilər   qida   elementlərini

bilavasitə dəniz sularından alırlar. Belə təbii hidroponika

şəraiti Afrika, Mərkəzi Amerika, Karib dənizi adaları sahil

riflərinin manqrları üçün səciyyəvidir.

184



XXI FƏSİL 

DAĞLIQ  VİLAYƏTLƏRİ  TORPAQLARININ

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Yer   kürəsində   dağ   torpaqları   xeyli   geniş

yayılmışdır. Bütün   quru   sahəsinin   1/5-i, yəni 20%-dən

çoxu,   keçmiş   SSRİ     ərazisinin     1/3–i   (29,3%-i)     dağlıq

vilayət  torpaqlarının  payına  düşür  (Şəkil 21.1.).

Ayrı-ayrı   kontinentlərdə   dağlıq   ərazinin     tutduğu

sahə   eyni deyildir. Dağlıq landşaft   ən geniş miqyasda

Asiya   materikində   yayılmaqla   onun   ərazisinin   47%

təşkil    edir.    Şimali Amerika     materikində     dağlıq  ərazi

45%, Afrika materikində  24%,  Cənubi  Amerikada 23%,

Avropada isə 20%   təşkil edir. Dağlıq   landşaft   ən az

sahədə  Avstraliya  və Okeaniya  adalarındadır ki,  onların

sahəsi     Yer   kürəsi     qurusunun   9%-ni     təşkil   edir.

Düzənliklərdə     olduğu   kimi   Dağlıq   ölkələrdə   də

torpaqəmələgəlmə     amillərin     eyni     kombinasiyaları

xüsusi   şəkildə   təkrar olunur. Ona görə dağlarda düzən

ərazilərin avtomorf torpaq tipləri ; podzol, qara, şabalıdı

və b. torpaqlar yayılmışdır. Bununla belə  dağlıq və düzən

şəraitlərində   əmələ   gələn   torpaqlar   müəyyən   fərqə

malikdirlər.   Nəticədə     düzən     və   dağ     vilayətləri

şəraitlərində     əmələ     gələn     birtipli     torpaqlar,   aydın

şəraitdə   fərqlənirlər. Buna görə də   onlara “dağ  “  sözü

əlavə   edilərək   dağ     podzol,   dağ   boz-meşə     dağ   qara

torpaqları  və s. deyə ayırırlar.

Bundan   əlavə,   dağlıq     vilayətlərdə     elə   şərait

yaranır   ki,     orada   düzənliklərdə     rast   gəlmədiyimiz

185



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə