Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə84/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   106

7)

2800m–dən   yüksəklikdə   daimi   qar   və

buzlaqlar yerləşir.

21.2. Dağlıq ərazi torpaqlarının morfoloji

xüsusiyyətləri 

Dağ   torpaqları   üçün   skeletlilik   –   kobud       qırıntılı

materiallarla zənginlik səciyyəvidir. Əgər  torpağın genetik

qatında   1mm–dən   iri   qırıntılar   40%-dən   çoxdursa,   bu

halda belə qatların adına “fraqmentar”  təyini əlavə edilir.

Kobud qırıntılı     kütlə     üzərində   genetik qatların

əmələ   gəlməsi   (torflu   və   qisməndə   çimli     qatlaradan

başqa)   çətinləşir.   Buna görə kobud qırıntılar üzərində

torpaq   profili   pis     inkişaf     etmişdir.     Belə   torpaqları

fraqmentar  (kobud skeletli) adlandırırlar.



Fraqmentar       torpaqlar        profilinin       genetik

qatlarının     əmələ     gəlməsi yüksək     enerji     ilə     əks

isitqamətlərdə cərəyan edən narın torpaq materiallarının

yuyulma     və     toplanma     prosesləri     şəraitində   gedir.

Buna görə     torpaqların fraqmentarlıq    dərəcəsi   xeyli

dərəcədə       yamacın       mailiyindən   asılıdır.   Xırda

hissəciklərin paylanmasında,     yayla şəkilli səthlər üçün

xüsusilə   səciyyəvi   olan,   külək   sovrulması   müəyyən

əhəmiyyətə malikdir.

Fraqmentar     dağ       torpaqlarının       profili   adətən

xırda torpaq hissəciklərinin toplanması ilə eyni zamanda

əmələ  gəlir. Narın  torpaqlar əsasən  delüvial  –  prolüvial

materialların   və       atmosferdən   düşən   hissəciklərin

hesabına əmələ gəlir. Axırıncı   mənbənin   əhəmiyyətini

190



qiymətləndirməmək   olmaz.   Məsələn,   məlumdur     ki,

Tyan–Şanın     nival     zonasında   atmosferdən bir hektar

sahəyə onlarla sentner     toz     daxil olur (P.N. Stepanov,

1960).   Yerində   gedən   aşınma   prosesləri   də   müəyyən

əhəmiyyətə malikdir.

K.P.Boqatırevin     (1959)     məlumatlarına əsasən,

inkişaf   dərəcəsinə   görə   tam   inkişaf     etməmiş

formalaşmamış    fraqmentar   torpaqlar ayrılır.   İnkişaf

etməmiş   torpaqlar   sıx     dezintiqrasiya   olunmuş   dağ   –

süxurları   üzərində   narın   torpaq   hissəciklərinin   dağınıq

yuvaları şəklində   səciyyələnirlər.  Əlverişli şərait olduqda

narın   torpaq   hissəciklərinin   birləşməsi   və   fraqmentar

genetik   qatların   ayrılması   baş   verir.   Narın   torpaq

hissəciklərinin toplanması onların yuyulmasına görə     bir

qədər     üstünlük   təşkil etdiyi   şəraitdə   profilin   yuxarı

hissəsi   kobud   qırıntılardan   məhrum   ola   bilər,   yalnız

profilin aşağı hissəsi   fraqmentar olacaqdır (Şəkil 21.2.). 

Narın     torpaq     materiallarının     akkumulyasiyası

və       yuyulma proseslərinin nisbəti,   dağ     torpaqlarının

ikinci  morfoloji xüsusiyyətinə - genetik qatların və torpaq

profilinin   yuxalaşmasına   (profilin   yastılaşmasına)   səbəb

olur.


Misal   olaraq,   Uralın   fraqmentar   dağ   –   podzol

torpağını   (500m-ə   yaxın   hündürlükdə   küknar   meşəsi

altında) göstərmək olar.

191



Şəkil 21.2. Fraqmentar torpaqların quruluşu.

I-   inkişaf   etməmiş   fraqmentar   torpaq;   II-   profili   zəif

differensasiya   olunan   fraqmentar   torpaq;   III-   tam   formalaşmış

fraqmentar torpaq

21.3. Dağlıq   ölkələrin  spesifik torpaqları

Spesifik dağ    torpaqları  arasında  birinci növbədə

dağ – çəmən   torpaqlarını qeyd     etmək vacibdir. Onlar,

yüksək dağların soyuq iqlimi  və güclü günəş   radiasiyası

şəraitlərində   əmələ   gəlir.   Alp   və   subalpların   sıx   bitki

örtüyü   xeyli   miqdarda,  həm   yerüstü,  həm   də  köklərdən

ibarət   bitki   qalıqlarının   əmələ   gəlməsinə     səbəb   olur.

Vegetasiya   dövrü   qısadır   (2   –   3   ay),       yağıntıların

miqdarı çoxdur (800–dən 1200–1500mm-ə qədər). Qısa

mövsüm   torpaqda   rütubət   nəticəsində   mikrobiolji

prosesləri   zəiflədir,   üzvi   qalıqlar   tam   parçalanmır.

Nəticədə,   dağ-çəmən   torpaqları   profilinin   yuxarı

hissəsində    kobud    humusla    zəngin,    çimli    humus

qatı   əmələ gəlir. Alp çəmənliklərinin torpaqları çox   vaxt

nazik  torflu  qata malikdirlər. Buna misal olaraq, Elbrusda

olan dağ – çəmən torpaqlarını göstərmək olar . 

192



Dağ–çəmən   torpaqları   humusunun   fraksion

tərkibində,   çox   vaxt   humin   turşuları   miqdarından   üstün

olan,   çoxlu   fulvoturşular   vardır.   Sulu   çəkintilərinin

reaksiyası turşdur, profilin aşağı hissəsində turşuluq daha

da artır. 

Yüksək     dərəcədə     quru   iqlim   şəraitində   dağ   –

çəmən   torpaqları   əvəzində

 dağ–çəmən   bozqır



torpaqları    əmələ       gəlir.   Bu     torpaqlar,   dağ–çəmən

torpaqlarından fərqli olaraq, yaxşı ifadə edilmiş   qonur –

qəhvəyi  humus qatına malik olmaqla  zəif   yuyulmuşlar,

neytral və ya zəif qələvi reaksiyaya malikdirlər və aşağı

hissədə adətən karbonatlı qat vardır.

Pamirin   şərq   yarısında   və Tyan - Şanın daxili

hissələrində   arid   iqlimdə   özünəməxsus  yüksək   dağ

səhra   torpaqları  inkişaf   etmişdir.   Onlar   az   humuslu,

karbonatlıdır və çox halda şorlaşmışlar.

Dağ   torpaqlarının   xarakterinə  dağ   süxurlarının

kimyəvi   tərkibi   böyük   təsir   göstərir.   Mərkəzi   və   Şərqi

Sibirin     dağ tayqa torpaqlarında dağ süxurlarının təsiri

altında kalsiumla zəngin   olan   karbonatlı   dağ   tayqa



torpaqları,   əsasən   kvarsdan   və   çöl   şpatlarından   təşkil

olunmuş         süxurlar   üzərində   isə  donuşlu   dağ  tayqa



torpaqları inkişaf tapmışdır.

Şaquli  zonallığın müxtəlif strukturalarında, relyefin

və   geoloji   quruluşun   güclü   təsiri,   torpağın     spesifik

xüsusiyyətləri   –   bütün   bunlar   torpaq   örtüyünün

quruluşunda böyük mürəkkəbliyə səbəb olmuşdur.

21.4.   Dağlıq ərazi torpaqlarının kənd təsərrüfatında

istifadəsi

193



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə