İstər Böyük Qafqaz, istərsə də Kiçik Qafqaz və
Lənkəran vilayətlərinin meşə torpaqları zonasında qonur
dağ – meşə və sarı torpaqların aşağıdakı yarım tipləri
müəyyən edilmişdir: tipik qonur dağ-meşə torpaqlar,
podzollu qonur dağ-meşə torpaqlar, qalıq karbonatlı dağ
– meşə torpaqlar. Bütün bunlardan başqa, bu torpaqların
tünd qonur və açıq qonur növləri də fərqləndirilir.
4. Qonur dağ-meşə torpaqları
Bu topaqların yayılması bioiqlim və
torpaqəmələgətirən amillərin təsiri ilə sıx əlaqədardır.
Qafqazda, o cümlədən Azərbaycanda yayılmış qonur dağ
- meşə torpaqları bir sıra tədqiqatçılar – S.A.Zaxarov,
O.N.Mixailovskaya,
H.Ə.Əliyev,
M.E.Salayev,
P.V.Kovalyev, M.N.Sabaşvili, S.V.Zonn, V.M.Fridland,
B.İ.Həsənov, X.N.Həsənov və başqaları tərəfindən
öyrənilmişdir.
M.E.Salayev Kiçik Qafqazda yayılmış qonur
dağ - meşə torpaqlarını xarakterizə edərkən onların
aşağıdakı xüsusiyyətlərini müəyyən etmişdir: a)ilkin
alümosilikatların qüvvətli aşınması nəticəsində profilin
gilləşməsi; b)nisbətən böyük udma tutumuna malik
olması; q)üzvi qalıqların çürüməsi nəticəsində kobud
humus maddələrinin toplanması, udulmuş alüminium
olması və s. (Şəkil 23.4.).
Morfoloji nişanələrinə görə qonur dağ-meşə
torpaqları qəhvəyi dağ-meşə torpaqlarından xeyli
fərqlənir. Bu torpaqların üst qatını (A
0
) 2-3 sm qalınlıqda
xəzəl təbəqəsi örtür. “A
1
” qatı qonur, qaramtul-qonur
rəngi, topavari-qozvari strukturası və köklərin rizləri ilə
hopan humus axınlarına təsadüf edilir.
“B” qatı yüksək dərəcədə gilləşməsi ilə nəzəri cəlb
edir. Adi bir hal olaraq karbonatlar torpaq profilindən
224
yuyulmuşdur. Lakin bəzən ana süxurun (“C” yaxud “D”
qatının) karbonatlı olması üzündən bu torpaqlar HCl
təsirindən qaynayırlar.
Qonur dağ-meşə torpaqlarının bozqırlaşmış
yarım tipləri qırılmış meşələrin yerində, yaxşı
rütubətlənmə şəraiti olmayan sahələrdə rast gəlir. Bu
torpaqlarda bitki örtüyünün və bununla əlaqədar olaraq
hidrometrik rejimin dəyişməsi nəticəsində torpağın
səthində çim qatı yaranır, yaxşı dənəvari struktura əmələ
gəlir, hətta humus qatının qalınlığı artmaqla, bəzən
karbonat yenitörəmələri nəzərə çarpır.
Çürüntülü-karbonatlı dağ - meşə torpaqları
karbonatlı süxurlar üzərində əmələ gəlir. Burada profil
boyu karbonatlar nöqtə və damarlar şəklində 30-40 sm
dərinlikdən və bəzən daha dayazdan görünməyə başlayır.
Tam inkişaf etməmiş qonur dağ-meşə torpaqları
sıldırım yamaclarda inkişaf etdiyindən onlar morfoloji
cəhətdən çox gödək profilə malikdirlər. Bu torpaqlarda
narın torpaq qatının qalınlığı 40-60 sm–dən artıq deyildir.
Bəzən karbonatlı olmaqla eroziya prosesinə məruz
qalmışıdır. Bu torpaqlar üçün yüksək skeletlik xarakter
əlamətdir.
Qonur dağ-meşə torpaqları mexaniki tərkiblərinə
görə gilli, ağır və orta gillicəlidir. Bəzi hallarda 0,05mm-
dən böyük olan hissəciklər üstünlük təşkil edir və lil
hissəciklərin aşağı qatlara yuyulması zəif olur.
Qonur dağ-meşə torpaqlarında humusun miqdarı
xeyli yüksək olub, üst qatlarda 5,0–10,0%, hətta 13%-ə
belə çatır. Çürüntülü–karbonatlı yarım tiplərində humus
16-17%-ə kimi qalxır. Ümumi azot da humusla yaxşı
korelyasiya olunaraq üst qatda 0,36 – 0,63% arasında
dəyişir. Bu torpaqların yarım tiplərindən asılı olaraq
humusun profil boyu paylanma vəziyyəti dəyişir.
225
Karbonun azota nisbəti xeyli genişdir (8,1– 12,7) və bu
nisbət aşağı qatlara getdikcə daralır.
Şəkil 23.4. Qonur dağ-meşə torpaqlarının analiz göstəriciləri
226
Qonur dağ - meşə torpaqları əsaslarla doymuşdur.
Udulmuş kalsiumun miqdarı xeyli yüksək olub, udulmuş
əsasların cəmindən 75,0-90%-ə çatır. Udulmuş hidrogen
bəzən olmayır, ya da əhəmiyyətsiz dərəcədə olur. Lakin
bu torpaqların podzollaşmış yarımtipində udulmuş
hidrogen 3,6 – 6,0% müəyyən edilmişdir. Qonur dağ -
meşə torpaqlarının reaksiyası turş (4,8 - 5,4), zəif turş
(6,5) mühitə malikdir. Təkcə onun bozqırlaşmış və
çürüntülü - karbonatlı yarım tipi neytral (7,1) və qələvi
(8,2) (alt qatda) reaksiyalıdır.
Qonur dağ-meşə torpaqlar orta dağlıq zonada
yayılmaqla mürəkkəb relyef formasına malikdir . Həmin
torpaqların meşə örtüyü altında olması və bu
mürəkkəb relyef şəraiti onların kənd təsərrüfatı bitkiləri
üçün istifadəsinə imkan vermir. Lakin bozqırlaşma
prosesinə məruz qalan adda-budda sahələr kartof və
dənli bitkilər əkini üçün mənimsənilmişdir.
Unutmaq lazım deyil ki, qonur meşə torpaqları sıx
meşə örtüyü altında yayılmışdır. Meşə örtüyü bu
zonada iqlim yaratmaq, su saxlamq və torpağı
eroziyadan qorumaq kimi rol oynayan mühüm amildir.
Məhz buna görə də burada əsas meşə meliorasiya
tədbirləri, meşə ağaclarının qorunub saxlanmasına,
onların yeni sahədə salınmasına və bərpasına doğru
yönəldilməlidir.
5. Qəhvəyi dağ - meşə torpaqları
Qəhvəyi dağ meşə torpaqları ilk dəfə 1904–cü
ildə S.A.Zaxarov tərəfindən Şərqi Gürcüstanda
müəyyən edilmişdir. S.A.Zaxarovun göstərdiyi kimi,
qəhvəyi dağ - torpaqları zonası Aralıq dənizi iqlim tipinə
keçid təşkil edən isti yayı, uzun müddət davam edən
227
Dostları ilə paylaş: |