regionunda və Naxçıvan MR – də xəritələşdirlimişdir
(Şəkil 23.3.).
Dağ çəmən torpaqları dəniz səviyyəsindən
1600-dən 3000m–dək yüksəklikdə olan sahələri tutur.
Lakin yuxarıda göstərilən regionlarda dağ-çəmən
torpaqları heç də eyni yüksəkliyə malik sahələri tutmur.
Şəkil 23.3. Dağ-çəmən torpaqlarının analiz göstəriciləri.
Geniş sahəvi örtük təşkil etməyən bu torpaqlar
qədim buzlaq çöküntüləri rayonunda yüksək dağlıq
zonada yayılmışdır. Ala-tala sahəvi örtük təşkil edən
massivlər, bəzən üzə çıxmış dağ süxurları və sərt
qayalıqlarla əvəz olunur. Məhz buna görə də bu
zonada aşınmaya məruz qalmış çılpaq qayalıqlar, süxur
217
çöküntüləri, müxtəlif relyef formaları üstünlük təşkil
edir. Bunula bərabər dairəvi, yəhər formalı, hamarlanmış
yüksəkliklər, morenlər və bunların aralarında təknəvari
çökəkliklər nəzərə çarpır. Bu zonada denudasiya prosesi
yalnız dağ çəmənliklərindən ibarət olan ot örtüyü ilə
qorunub saxlanılır. Adətən belə alp çəmənliyi altında
torflu dağ – çəmən torpaqlar əmələ gəlir. Relyefin
nisbətən alçaq, az meyilli və yaylavari elementlərində ot
örtüyü nisbətən hündürləşməklə torflu dağ – çəmən
torpaqları öz yerini torflu dağ – çəmən torpaqlarına verir.
Torpaqəmələgətirən süxurları bərk püskürmə
süxurları (qranitlər, qranodioritlər, bazaltlar, andezitlər
və s) əhəngdaşı, mergel kimi çökmə süxurlar və
onların aşınma materiallarından ibarətdir.
Torpaqəmələgəlmə prosesi bu zonada yuyulma rejimi
şəraitində və qısa vegatasiya dövründə gedir.
Dağ–çəmən torpaqlarının morfoloji xüsusiyyətləri
onların torpaqəmələgəlmə şəraitinə uyğun olaraq ifadə
edilmişdir. Bu torpaqların morfoloji quruluşu üçün xas olan
əlamət onların ibtidai quruluşlu yuxa profilə malik
olması, səthi yuyulmaya məruz qalması və skeletliyidir.
Əksər halda narın torpaq qatının ümumi qalınlığı
15sm–dən 85sm-ə kimi dəyişir. Bu torpaqlarda genetik
qatlar normal ifadə edilməmişdir. Bəzi hallarda “A” qatı
birdən-birə “C” qatına keçmiş olur.
Ümumi halda çürüntülü – akkumulyativ A qatı
torflaşmış və çimlənmiş halda olur. Temperaturun yüksək
olması üzündən burada bitki qalıqları çox vaxt
yarımçürümüş şəkildə toplanır və torflu qatı əmələ gətirir.
Torflu qatın qalınlığı bəzən 3-6sm-ə çatır. Vaxtı ilə
S.A.Zaxarov həmin torpaqları “incə” torflu torpaqlar
adlandırmışdı. Yamacların baxarlılığı və meyillik
dərəcəsindən asılı olaraq istər torflu qat, istərsə də
narın torpaq qatının qalınlığı ya artır, ya da azalır. Bu
218
qatın rəngi qaramtıl və qəhvəyi qonuru rəngdə olmaqla,
qalınlığı 6 – 8 və bəzən 12 sm-ə çatır. “B” qatı ifadə
edilmiş torpaq profilləri qonura çalan qara və qəhvəyi
rəngi, dənəvari strukturaya, aşınmış süxur qatlarına malik
skeletə malik olur. “C” qatı elüvi aşınma materiallarından
ibarət olan skeletli süxurlardan ibarətdir.
Yeri gəlmişkən qeyd edək ki, çimli dağ – çəmən və
həm də qaramtul dağ – çəmən torpaqları torflu dağ –
çəmən torpaqlara nisbətən xeyli yetkin profilə malikdir.
Burada genetik qatların differensiallığı və narın torpaq
qatının qalınlığı xeyli artır. Normal halda A+B qatının
qalınlığı 60-90 sm - ə çata bilir. Torpağın üst qatı sıx çim
örtüyü ilə örtülmüşdür. Torflu dağ – çəmən torpaqlarında
olduğu kimi bu torpaqların profili də xeyli skeletlidir.
Torpaqda skeletliliyin yaranmasını burada fiziki
aşınmanın aktivliyi və denudasiya prosesinin qüvvətli
getməsilə əlaqələndirmək olar.
Dağ - çəmən torpaqları üzvi maddələrdən çox
zəngin olur. Xüsusilə bu cəhətdən torflu dağ – çəmən
torpaqları daha xarakterikdir. Analizlər göstərir ki, üst
qatda humusun miqdarı 10%-dən 25%-ə kimi dəyişir.
Həm də humusun profil boyu düşməsi çox kəskin
xarakter daşıyır. Ümumi azotun miqdarı 0,50-0,85%, hətta
torflu qatda bir qədər də artıq (1,20%) olur. P
2
O
5
-in
miqdarı üst qatda hər kiloqram torpaq üçün 60-80mq
arasında dəyişir. Bu torpaqlar əsaslardan doymamış
torpaqlarıdır. Belə ki, udulumuş əsasların cəmindən
udulmuş hidrogen 13-15% təşkil edir. pH – ın böyüklüyü
bu torpaqlarda 5,2 – 5,6 arasında dəyişib həmin torpaq
məhlulunun turş, yaxud zəif turş mühitə malik olduğunu
göstərir.
Ümumiyyətlə, Azərbaycanın dağ-çəmən torpaqları
zonasında tədqiqat aparan bir sıra mütəxəssislər
(C.A.Zaxarov, V.V.Akimtsev, H.Ə.Əliyev, M.E.Salayev,
219
Ə.Q.Zeynalov və başqaları) həmin zonanın spesifik
xüsusiyyətlərini, xüsusilə torpaqəmələgətirən amillərin
təsirini, onların morfoloji və genetik əlamətlərini əsas
tutaraq torflu dağ -çəmən və qaramtul dağ-çəmən
torpaqları fərqləndirmişlər.
Torflu dağ – çəmən. Torflu dağ – çəmən
torpaqları alp çəmənliklərinin tipik torpaqlarından olsa
da respublikamızın yüksək dağlıq zonasında nisbətən
kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının
bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən
çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin
dibində rast gəlinir.
Analiz göstərir ki, bu torpaqların udma tutumu 100
q torpaqda 55,7 mq.ekv – dən 91,0 mq.ekv - ə kimi
dəyişir. Udulmuş kalsium 36-77 mq.ekv təşkil edərək
dərinlik üzrə azalır. Udulmuş Mg–un 7,8 – 9,1 mq.ekv –
dən artmır.
Torflu dağ-çəmən torpaqları coğrafi cəhətdən
bütöv zona əmələ gətirmir, çox vaxt adacıqlar şəklində
yayılmışdır. Bu torpaqlar Baş silsilədə, Bazardüzü,
Tufandağ və Babadağın şimal yamaclarında, Şahnabad
düzündə, Baş silsilənin şimal – şərq tərəfə ayrılan
qollarının suayrıcı düzənliklərində və Şahdağın maili
yamaclarında, Kiçik Qafqazda Murovdağın şimal-qərb
yamaclarında, dəniz səviyyəsindən 2500 - 3000m
yüksəklikdə yayılmışdır. Bəzən torpaqların alt sərhəddi
1900-2000m yüksəkliyə qədər enir.
Torflu dağ – çəmən torpaqlarının udma tutumu da
yüksəkdir. Mexaniki tərkibinə görə torflu dağ – çəmən
torpaqlarını yüksək skeletliyə malik orta və yüngül gillicəli
torpaqlara aid etmək olar.
Çimli dağ – çəmən torpaqların mexaniki tərkibi
yüngül və orta gillicəlidir. Burada lil hissəciklərinin cəmi
üst qatlarda 10-25%, fiziki gilin miqdarı orta hesabla 40-
220
Dostları ilə paylaş: |