payızı və mülayim qışı ilə fərqlənir. Belə sahələrdə
yağıntıların orta illik miqdarı 600-800mm, yay aylarının
orta temperaturası 20-21
0
C, qış aylarında -4
0
C yaxın
olur. Həmin torpaqlar yüksək kiplik və gilləşmə nişanələri,
dənəvari – torpaqvari və torpaqvari – qozvari strukturası
və ağır mexaniki tərkibi ilə fərqlənir.
Sonralar həmin torpaqlar genetik tip kimi bir sıra
torpaqşünaslar (V.V.Akimtsev, İ.P.Gerasimov, S.V.Zonn,
İ.N.Antipov–Karataev, M.N.Sabaşvili, H.Ə.Əliyev,
M.E.Salayev, A.N.İzyumov, Ş.G.Həsənov, H.K.Babayev
və başqaları) tərəfindən təsvir edilmişdir.
Qəhvəyi dağ - meşə torpaqları təkcə
Azərbaycanda deyil, eyni zamanda Qafqazda, Çində,
Bolqarıstanda və b. dağlıq ərazilərdə müəyyən edilmiş,
onun morfogenetik xüsusiyyətləri haqqında qiymətli
tədqiqat işləri yazılmışdır.
Qəhvəyi dağ-meşə torpaqları Azərbaycanda orta
və alçaq dağlıq zonada 600-1400m yüksəkliyi olan
sahələrdə yayılmışdır.
Qəhvəyi dağ-meşə torpaqlarının yayıldığı relyef
şəraiti kəskin parçalanmış xarakterdədir. Bunun nəticəsi
olaraq meşədən azad olmuş, yaxud çox seyrək örtük
təşkil edən sahələrdə eroziya və denudasiya prosesləri
geniş tərzdə inkişaf etmişdir.
Torpaqəmələgətirən süxurları
karbonatlı
gillicələr, əhəngdaşı süxurları, onların aşınma materialları,
həmçinin intruziv süxurlardan ibarətdir.
Bitki örtüyü arid iqlim şəraitində yetişən meşə
bitkilərindən ibarətdir. Xüsusilə bu bitkilər arasında əsas
yeri şərq palıdı, vələs ağacları və bunlarla qarışıq olan
yemişan, qarağac, ardıc , itburnu və s. bu kimi alçaq
boylu seyrək kol bitkiləri tutur. Bu meşələrdə ağaclar
xeyli seyrək olduğundan onların örtükləri altında sıx ot
bitkiləri də inkişaf etmiş olur. Burada arid iqlim şəraitinin
228
olması və yağıntıların nisbətən azlığı üzündən
torpağın səthinə tökülən xəzəl qalıqları mezofil
meşələrdəki kimi örtük təşkil etməyib nisbətən tez
minerallaşmaya məruz qalır.
Bəzən insanların təsərrüfat fəaliyyətinin və
hidrotermik rejiminin quraqlaşma istiqamətində
dəyişməsi ilə əlaqədar olaraq meşə örtüyü çəkilir,
meşələr arasında ala-tala bozqırlaşmış sahələr meydana
çıxır. Belə sahələrdə bitki örtüyü tək-tək meşə ağacları və
kolluqlardan ibarətdirsə, sonrakı dövrlərdə burada sıx ot
örtüyü inkişaf etməyə başlayır.
Qəhvəyi dağ - meşə torpaqlarının yayılma şəraiti
və torpaqəmələgəlmə prosesinin xarakterindən asılı
olaraq onların aşağıdakı yarımtiplərini fərqləndirmək olar:
a) yuyulmuş qəhvəyi dağ - meşə torpaqları, b)
tipik qəhvəyi dağ - meşə torpaqları, c) karbonatlı
qəhvəyi dağ - meşə torpaqları, d) bozqırlaşmış dağ-
qəhvəyi torpaqları, e) dağ boz–qəhvəyi torpaqlar.
Bütün bunlarla yanaşı, həmin torpaqları, mexaniki
tərkibi, narın torpaq qatının qalınlığı, yuyulma dərəcəsi
və becərilməsindən asılı olaraq bir neçə növ
müxtəlifliklərinə də ayırmaq olar.
Qəhvəyi dağ - meşə torpaqları üçün morfoloji
cəhətdən xarakter əlamət onların üst qatlarının qəhvəyi,
bəzən tünd qəhvəyi rəngi, yaxşı ifadə olunmuş
dənəvari – qozvari və qozvari strukturası, torpaq
profilinin orta hissəsinin yüksək gilliləşməsi, karbonatlı
yarımtiplərinin səthdən qaynamasıdır. Genetik qatların
yaxşı differensiasiyası nəticəsində qatlar arasındakı
keçid aydın xarakter daşıyır. Bəzən bərk süxurların
aşınması nəticəsində torpaq profilində süxur qırıqlarına
(skeletliyə) da rast gəlmək olur.
Qəhvəyi dağ - meşə torpaqlarının mexniki analiz
nəticələri göstərir ki, bu torpaqlar gilli və ağır gillicəli
229
tərkibə malikdir. Bu torpaqlarda fiziki gilin miqdarı 48,8-
84,4% arasında dəyişir. Həm də bu miqdarın 20-30%,
bəzən 45%-i lil fraksiyasının hesabına düşür. Fiziki gildə
olduğu kimi lil fraksiyasının da maksimum miqdarı profilin
orta hissəsində (“B” qatında) toplanmış və gilliləşmiş
illiviual qat əmələ gətirmişdir. Əsas tərkib hissələri analizi
içərisində mühüm göstəricisi olan humus qəhvəyi dağ-
meşə torpaqlarında xeyli yüksəkdir. Bu torpaqların üst
qatında humus 6,06%-dən 8,12% - dək, bəzən hətta
15,24%-ə kimi dəyişir. Lakin humusun belə yüksək
olması burada çürüntü maddəsinin deyil, yarım çürümüş
bitki qalıqlarının hesabınadır. Qəhvəyi dağ-meşə
torpaqlarında humusun profil boyu yayılması qonur
dağ - meşə torpaqlarına nisbətən tədricidir. Ümumi
azotun miqdarı bu torpaqların üst qatında orta hesabla
0,22 – 0,45% təşkil edir. Eroziya prosesinə məruz qalmış
yuxa növ müxtəlifliklərində hətta onun miqdarı 0,07-
0,18%-ə düşür. S:N – in nisbəti bu torpaqların üst
qatında xeyli geniş olub, 8,48-12,32 arasında dəyişir. Bu
topraqların karbonatlı yarımtipi müstəsna deyilsə, tipik
yarım tipləri ana süxurla əlaqədar olduğundan aşağı
qatlarda karbonatlar xeyli yüksələrək, bəzən hətta 8,00-
40,0% -ə çatır.
Udulmuş əsaslar analizi göstərir ki, qəhvəyi dağ-
meşə torpaqları əsaslarla doymuş torpaqlardır. Əksər
hallarda udulmuş əsasların cəmi üst qatlarda aşağı
qatlara nisbətən yüksəkdir ki, (30,69 mq - ekv. kimi) bunu
üzvi kolloidlərin üst qatlarda bioloji akumlyasiyası ilə
əlaqələndirmək olar. Qəhvəyi dağ-meşə torpaqlarının
mühiti neytral reaksiyadan (tipik yarım tipdə) qələvi
reaksiyaya (karbonatlı yarım tipdə) kimi dəyişir.
Bozqırlaşmış meşə sahələri müstəsna deyilsə,
qəhvəyi dağ-meşə torpaqları respublikamızın əkinçilik
təsərrüfatında bilavasitə istifadə edilmir. Lakin burada
230
Dostları ilə paylaş: |