Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə83/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   106

(məsələn,   dağ-çəmən)   xüsusi   spesifik   dağ   torpaqları

əmələ gəlir.



Şəkil 21.1. Dağ torpaqlarının keçmiş SSRİ ərazisində yayılması

21.1. Dağlıq ölkələrin torpaq örtüyünün şaquli

zonallıq (qurşaqlıq)   strukturu haqqında anlayış

Dağlıq   ölkələrin   torpaq   örtüyü    üçün    şaquli

zonallıq (qurşaqlıq), yüksəkliyin dəyişməsi ilə torpaqların

qanunauyğun  dəyişməsi  –  səciyyəvidir. Şaquli  zonallıq

dedikdə       uca       dağların       ətəyindən     zirvəsinə, yəni

təpəsinə qalxdıqca bir  torpağın   başqası ilə az və ya çox

qanunauyğun   dəyişməsi   anlaşılır.   Şaquli       torpaq

zonallığı   qanunu   ilk   dəfə   V.V.Dokuçayev,   Qafaqazın

torpaq örtüyünü öyrənən zaman kəşf etmişdir. Bu hadisə

hidrometrik   şəraitlərin   və   bitki   örtüyü   tərkibinin

dəyişməsindən irəli gəlir. 

186



Bu     torpaqların   aşağı   qurşağı,   dağların   olduğu

zona sahəsinin təbii şəraiti ilə   müəyyən   edilir. Məsələn,

əgər buzlaq  örtüyü   olan   dağ   sistemi səhra zonasında

yerləşmişsə,   bu   halda   onun   yamaclarında   ətəkdən

başlayaraq   zirvəsinə   doğru   dağ-şabalıdı,   dağ-

qaratorpaqları,  dağ - meşə  və  dağ  –  çəmən torpaqları

əmələ  gələ  bilir.

Çox  haqlı   olaraq V. M. Fridland  göstərmişdir ki,

şaquli qurşaqlığın xarakteri   dağlıq   ölkənin     yerləşmə

vəziyyəti ilə təyin edilir, yəni onun hansı bioiqlim qurşaqda

yerləşməsi   ilə   müəyyən   olunur.   V.M.Fridland     zonallıq

qurşağını   aşağıdakı  siniflərə  bölmüşdür  :     qütb    sinifi,

boreal    sinifi, subboreal sinifi və subtropik sinif.

Dağlıq      ölkənin      torpaq      örtüyünün      struktur

xüsusiyyətləri   nəinki   yalnız   dağlıq     ölkənin     yerləşdiyi

sahələrin   düzən   torpaqlarının   tipindən   həm də yerli

əyalət,   bioiqlim     xüsusiyyətlərindən   asılıdır.   Məsələn,

Mərkəzi və qismən Orta  Asiyada, dağ - çəmən zonasına

keçən, dağ – bozqır zonası inkişaf etmişdir, dağ - meşə

zonası torpaqları isə zonaların   düşmə   hadisəsinə görə

yoxdur.  Bu Asiya  iqliminin  kəskin  quraqlılığından   irəli

gəlir.   Yerli   şəraitdən   asılı   olaraq   dağ     –     torpaq

zonalarının sərhəddi dəniz səviyyəsinə görə yüksələ və

alçala bilər.

Bəzi     hallarda       zonaların     dəyişmə     qaydası

pozulur,  torpaq zonalarının inversiyası  baş verir, yəni  bir

zona üfüqi   zonallıqdakı anologiyadan çıxaraq yüksəkdə

olur.   Məsələn,     Zaqafqaziyada       Lori   bozqırında   qara

torpaqlar   meşə   zonasından   üstdə   yerləşməsi,   yaxud

Lənkəran   torpaq   vilayətində   şabalıdı   torpaq   zonasının

187



qonur və qəhvəyi dağ  –  meşə torpaqlarından  yuxarıda

(yüksəkdə)   yayılması   və       bir     zonanın   başqa   zonaya

keçməsi   dağ   dərələri   və   təngilərdə   daha   geniş   nəzərə

çarpır.   Dünyanın   dağ   sistemlərində   şaquli   zonallıq

strukturu     xeyli   müxtəlifdir.   M.A.Qlazovskaya     bunları

nəzərə alaraq həmin torpaqları 14 tipdə birləşdirmişdir. 

Böyük Qafqaz  sıra   dağları   regionu torpaqlarının

şaquli zonallığı daha yaxşı     öyrənilmişdir. Bu     barədə

Qafqaz torpaqlarının məşhur  tədqiqatçısı S.A.Zaxarovun

işlərini daha yüksək   qiymətləndirmək  olar. O,  1934 – cü

ildə Qafqazda torpaqların   şaquli     zonallığı     haqqında

əsər     çap   etdirərək,   burada   torpaqların   “   ideal”     şaquli

zonallıq   sxemindən   tərəddüd   edən   “Torpaq   zonalarının

inversiyası”,   “zonaların  

  interferensiyası   yaxud

dəyişməsi”   və   “torpaq zonalarının     miqrasiyası”     kimi

hadisələrin     geniş anlayışlarını vermişdir. Sıra dağların

şərq   yamaclarının əsası (ətəyi) Kür  -  Araz   ovalığının

quru     iqlim   şəraitində   yerləşir.   Buna   görə   də   burada

torpaq   zonalarının   dəyişilməsi   aşağıdakı   kimi   nəzərdən

keçirilir:

1)   400m   yüksəkliyə   qədər     qonur   və   şabalıdı

torpaqlı quru bozqırlar  zonası (qurşağı) yerləşir.

2) 400m–dən 900m-ə qədər yüksəklikdə       dağ–

qara   torpaqlar   zonası   yerləşir:     təxminən   mütləq

yüksəkliyin     bu     qədər   məsafəsində   qonur   meşə

torpaqları   üzərində qarışıq meşələrin (aşağıda     palıd,

yuxarıda   fıstıq   üstünlük təşkil edir) sahələri yerləşir.

3) 900–2700m–də subalp və  alp çəmənləri altında

dağ–çəmən torpaqları yerləşir.

188



4)   Yuxarıda,   seyrək     mamır–kol   bitkiləri   altında

(3200 m-ə qədər) ibtidai torpaqlar zonası ayrılır. 

5) Daha yuxarıda – daimi  qarlar   və   buzalaqlarla

örtülü sahələr yerləşir.

Dənizdən   Qafqaza   daxil   olan   rütubətli   hava

kütləsinin xeyli hissəsi Qafqaz dağlarının qərb yamacları

tərəfindən   tutulub   saxlanılır.   Buna   görə   də   qərb

yamacların        torpaqları   şərq  yamaclarına  görə  yüksək

rütubət və bitki örtüyünün başqa xarakteri   ilə   fərqlənilir.

Cənub   yamac   üçün   torpaq   zonalarının   dəyişilməsində

aşağıdakı ardıcıllıq səciyyəvidir: 

1)   500m-ə   qədər   dağətəyi–subtropik   qırmızı

torpaqların üzərini palıd və şabalıd meşələri örtmüşdür;

2) 1200m yüksəkliyə     qədər   dağ – meşə qonur

torpaqları üzərində fıstıq meşələr qurşağı yerləşmişdir ; 

3) 1600m yüksəkliyə qədər dağ – podzol torpaqlar

üzərində ağ şam meşələri qurşağı yerləşmişdir ; 

4)   1700m   yüksəkliyə   qədər       dağ     –   çəmən

torpaqları   üzərində   park   şəkilli     meşələr   qurşağı

yerləşmişdir ;

5)   2000m-ə   qədər   dağ   –   çəmən     torpaqları

üzərində  alp və subalp çəmənləri yerləşir ; 

6) 2800m-ə qədər   çılpaq   qayalar,   ayrı   –   ayrı

adacıqlar şəklində fraqmentar torpaqlarla örtülü sahələrdir

189



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə