Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə73/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   106

rəngi     kəskin   qəhvəyidir,     az   miqdarda     qırmızı   rəngli

neogen  aşınma   qabığının   narındispersli    mineralları

qırmızımtıl rəngə çalır. Altda torpaqəmələgətirən və ya az

qalın     olan     ana   süxur qatına malik,   döşəmə süxuru

(əhəngdaşları, şistlər və s.) yerləşir.

Belə hallar, xüsusən Krımın cənub sahilləri     üçün

səciyyəvidir,   burada   torpaqlar   çox   zaman   20   –   30   sm

qalınlığa   malik   olub   və   döşəmə     süxuru   –   mezazoy

şistlərinin     –   kobud       qırıntılı       materialları   ilə

zənginləşmişdir.    İki   min     ildən   artıq   aparılan     plantaj

9

9

nəticəsində   Krımın   cənub   sahil   torpaqlarında   şist



qırıntılarının    miqdarı   xeyli çoxalmışdır. Buna  görə  də

Krımın       cənub   sahillərində   yayılmış       şist   təbəqəsi

qırıntıları ilə  zənginləşmiş  torpaqları əvvəllər şiferli (şistli)

torpaqlar adlandırmışlar.

Analitik       məlumatlar       göstərir       ki,     torpaqlar

aşağıdakı genetik  xüsusiyətləri ilə səciyyələnir:

1.   Torpaq   profili    boyu   dərinlik   üzrə  humusun

miqdarının     çox tədriclə azalması.

2.  Yaxşı    ifadə    edilmiş   karbonat   toplantı   qatı,

humus   qatının   alt hissəsindən    və    karbonat   qatının

yuxarı   hissəsindən   başlayaraq     geniş   intervalda

narındispers  hissəciklərin    toplanması.   Torpaq     profili

boyu narındispersli silikatlarin qeyri-bərabər   paylanması

genetik       qatların         kimyəvi     tərkiblərində   özünü   əks

etdirir.

3.  Profilin   yuxarı  hissəsində reaksiyanın neytrala

yaxın, aşağı hissəsində zəif qələvi olması.

Plantaj (plantage, frans) – üzüm və meyvə ağacları əkmək üçün 



torpağın dərin şumlanması

147



Qəhvəyi   torpaqların   əmələgəlmə     prosesini

aşağıdakı  kimi  təsvir etmək olar. İlin rütubətli   dövründə,

bitki  qalıqlarının  əsaslı  sürətdə  parçalanması və torpağı

karbonat   turşusu   ilə   zənginləşmiş   su   ilə   islanması   baş

verir.  Bu halda suda asan   həll    olan duzlar    profildən

kənar    edilir,   profilin   üst    hissəsindən    karbonatlar

yuyulur   və   narındispersli hissəciklər hərəkətə gəlir.  İlin

isti       quraqlıq     vaxtında   torpağın   kapilyarları   ilə   yuxarı

qalxan   suların   tərkibində       olan       karbonatlar     çökür.

Karbonat     qatının     yerləşdiyi   dərinlik və narındispersli

hissəciklərin   paylanma   intensivliyi         konkret   rayonun

şəraitindən asılıdır.

Quru    subtropiklərin    torpaqlarını  - kserosiallitli

Aralıq     dənizi     qonur  torpaqları         adlandırmışlar.

Dünyanın    Beynəlxalq    xəritəsinin  legendasında onlar



kambisol qrupuna aid edilir.

Quru       subtropik       meşə       və       kolluq     zonaları

torpaqlarının     orjinal növ müxtəlifliyindən biri də qırmızı

rəngli    torpaqlardır.   Onlar   ya   elüvial   palogen   -neogen

aşınma       qabığı     üzərində     və     ya     qədim       aşınma

məhsullarının çöküntüləri   üzərində   əmələ  gəlirlər.  Bu

torpaqlar  terra rossa  tipli çöküntülər üzərində xüsusi ilə

çox yayılmışdır.

Aralıq     dənizi     ölkələrində geniş ovalıqlarda və ya

dağlararası çokəklərdə gillə   zəngin torpaqlar yayılmışdır.

Onlar,   ətraf   sahələrdən   yuyulub   gətirilmiş     məhsulların

yumşaq törəmələri üzərində əmələ gəlmişdir. Bu torpaqlar

xüsusi ilə Yuqoslaviyada  geniş    yayılmışdır    ki,   orada

onlar  smonitsı,       Bolqarıstanda       isə    smolnitsı

adlandırırlar. Onlar, qalın humus qatına  neytral və ya zəif

148



qələvi   reaksiyaya   və   ağır   qranulometrik   tərkibə

malikdirlər. Yuqoslaviya smonitslərində      0,001mm-dən

kiçik     hissəciklərin   miqdarı  bəzən  50 %-dən yuxarıdır,

buna   görə   bu   torpaqların   kimyəvi   tərkibində       SiO

2

-nin


miqdarı 45 – 55% , Al

2

O



3

-in    miqdarı   isə 25 – 85%-dir.

Yuxarı     qatda       humusun       miqdarının   az olmasına

baxmayaraq    rəngi qaradır.  Aşağı doğru 1m və ya artıq

dərinliyə   qədər   profil   üzrə humusun   miqdarı 1 – 2%

olmaqla       sabit   qalır.   Sonrakı   proseslər     nəticəsində

smonitslər   qleyləşmə,   lessibaj və   başqa   proseslərə

uğraya   bilər.   Smonitslər   –   Cənub-Şərqi   Avropanın   ən

münbit torpaqlarından biridir.

Quru   subtropik meşələrin və kolluqların   torpaqları

yüksək   münbit   torpaqlardır   və   uzun     zamandır   ki,

əkinçilikdə  o cümlədən   üzümçülükdə, zeytun və  meyvə

ağaclarının yetişdirilməsində istifadə edilir. Dağlıq relyefi

ilə təmasda becərilən   torpaq sahələrini genişləndirmək

məqsədilə   təbii   bitki   örtüyünün   məhv   edilməsi

torpaqların     şiddətli     eroziyasına     səbəb     olmuşdur.

Nəticədə  Aralıq dənizinin  bir   çox   ölkələrində   torpaq

örtüyü     dağılmış və məhv     edilmişdir. Bir     vaxtlar Rim

imperiyasının       məskəni       olmuş       bir     çox    vilayətlər

(Suriya,   Əlcəzair   və   b.)   indi   səhra   bozqırları   ilə

örtülmüşdür.     

 

19.3. Quru subtropiklərin boz torpaqları

Arid     landşaftların     subtropik     qurşağında boz

torpaqlar əmələ  gəlir. Onlar,  Orta Asiyanın   dağ  sahilləri

ətəklərində   geniş   yayılmışdır. Bu torpaqların müəyyən

149



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə