Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə72/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   106

gübrələrin, birinci   növbədə  fosforun  verilməsi vacibdir.

Rütubətli         subtropik   torpaqların   mənimsənilməsi,

meşələrin   ləğv   edilməsindən   sonra   yüksək   enerji   ilə

inkişaf   edən,   güclü   eroziya   nəticəsində   çətinləşir.  Buna

görə   bu   torpaqların   kənd       təsərrüfatında   istifadəsi

eroziyaya qarşı mübarizə tədbirləri tələb edir.

 

19.2. Quru subtropik   meşələrin   və   kolluqların

qəhvəyi torpaqları

Quru   meşələr   ve   kolluqlar   altında   əmələ   gələn

torpaqlar,   Cənubi   Avropada,     Şimali     Afrikada,   Yaxın

Şərqdə,     Mərkəzi   Asiyanın   bir   sıra   rayonlarında   geniş

yayılmışdır.   Şimali   Amerikada         bu         torpaqlar

Meksikada   və       ABŞ-ın   cənub   -     şərqində     və

Avstraliyanın  evkalipt    meşələri   və    kolluqları  altında

məlumdur.

Keçmiş   SSRİ - də  belə torpaqlara    Qafqazın  isti

və   quru   rayonlarında,   Krımın   cənub   sahillərində,   Tyan-

Şan dağlarında rast gəlinir. Bu torpaqlar Aralıq     dənizi

landşaftları üçün xüsusi ilə səciyyəvidir  (şəkil 19.4).

Bu   landşaftların     iqlimi     müsbət     orta       illik

temperatur   ilə     səciyyələnir.   İllik   yağıntıların   miqdarı

kifayət qədər çoxdur, 600 – 700 mm-ə   yaxın,   lakin il

ərzində onların         paylanması olduqca qeyri-bərabərdir.

Yağıntıların     çox hissəsi noyabrdan marta qədər əmələ

gəlir,   yayın   isti   aylarında   yağışlar   azdır.   Nəticədə

torpaqəmələgəlmə   prosesi   bir-birini   əvəz   edən   iki   dövr

şəraitində gedir: rütubətli və mülayim-quru və isti. 

143



Aralıq  dənizi  torpaqları,  həmişəyaşıl palıd, dəfnə,

dənizkənarı   şam,   ağacşəkilli   ardıcdan   ibarət     quru

meşələr   altında,   eləcədə     yemişandan,   qaratikandan,

tüklü palıddan və b.  ibarətdir. Bu torpaqlar həm də şiblək

və     makvis tipli   kserometrik kollar altında əmələ gəlir.

Quru meşələrin bitkilərində gül     elementlerinin miqdarı

yüksəkdir   ki,       gül       elementləri     sırasında   kalsium

üstündür.

    

Aralıq   dənizi     ərazisi     torpaqəmələgətirən



süxurların     xüsusi   xarakteri   ilə   fərqlənir.       Burada   nə

boreal qurşaq üçün xas olan qalın buzlaq çöküntüləri və

nə də   subboreal   qurşaq   üçün   səciyyəvi   olan   löslər

və   lösşəkilli   çöküntülər   yoxdur.     Torpaqəmələgətirən

süxurlar   əsasən   nazik   qatlı   pleystosen   çöküntülərindən

Şəkil 19.4. Subtropik vilayətlərin qəhvəyi, qırmızı – qəhvəyi torpaqlarının 

coğrafi yayılma arealları

144



ibarətdir. Birincisi burada     geniş     yayılmış   əhəngdaşı,

ikincisi püskürmə   və       metamorfik     süxurları   qırmızı

rəngli     aşınma     qabığının         su       ilə   yuyulması   və

çökdürülməsi,   üçüncüsü   atmosferdən   çökən         tozlu

materialların   daxil   olması   bu   çöküntülərin   əmələ

gəlməsinə mühüm təsir göstərmişdir.



Şəkil 19.5.

Əmələgəlmə     prosesində  pleystosen  çöküntüləri

əhəngdaşlarında parçalanması   hesabına   kobud qırıntılı

karbonat   materialları   zənginləşmişlər.     Buna   əsasən,

eləcə   də   karbonatlı   suların   təsiri   nəticəsində   bu

çöküntülər  kalsiumla zənginləşmişdir. Əhəngdaşları    bir

qayda       olaraq     yüksək       dərəcədə   çatlı         və

145



karstlaşmışdır. Bu da torpaqəmələgətirən süxurların   və

torpağın     yaxşı     dərinləşməsinə səbəb olur və onların

qurumasını gücləndirir.

Neogenin       axırında   -   pleystosenin     əvvəlində

coğrafi         şəraitlərin   dəyişilməsi   ilə   əlaqədar   olaraq,

qırmızı   rəngli   aşınma   məhsulları   yüksək   enerji   ilə

aşınmaya       uğramışlar.  Bu   halda     əhəngdaşları       gilli

hissəciklərin, narın süzüntülərini çökdürən özünəməxsus

geokimyəvi ekran rolunu oynamışdır. Nəticədə karslaşmış

əhəngdaşları   üzərində çox vaxt əhəngdaşlarının kobud

qırıntıları     ilə       zənginləşmiş         qırmızı   rəngli   gilli

hissəciklərin narın süzülmüş yağıntıları əmələ gəlmişdir.

Bu     çöküntülər     “terra rossa”   (qırmızı torpaq) adını

almışdır. Buna     oxşar şəkildə       əhəngdaşları üzərində



“terra     fusca”     adlanan   qonur gillərin daha sonrakı

toplantıları əmələ gəlmişdir.  Aralıq   dənizi   vilayətlərində



“terra   rossa”  geniş   yayılmışdır   və   bəzi       rayonlarda

əsas    torpaqəmələgətirən    süxurlardır.  Qırmızı rəngli

gillərin   dəfələrlə       yenidən     çökmələri       və     onların

neogendən   sonra   hipergenezin       qonur       rəngli

narındispersli       məhsulları ilə qarışması Aralıq dənizinin

bir  çox rayonlarında torpaqəmələgətirən   süxurların  və

torpaqların qırmızımtıl rənginə səbəb olmuşlar.

Torpaqların  morfologiyası aşağıdakı kimidir:  humus

qatı qəhvəyi     və   ya     tünd     qəhvəyi     rəngə, topavari

struktura və 20 – 30  sm qalınlığa malikdir. Dərində   çox

vaxt,   karbonat   yenitörəmələrinə       malik       bərkimiş   qat

yerləşir.   Nisbətən   rütubətli   rayonlarda   onlar   1–1,5m

dərinlikdə   yerləşirlər,   arid   rayonlarda   karbonatlı

psevdomitsellər     humus     qatındadır.   Bərkimiş       qatın

146



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə