Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

 
 
105 
ilə  geyinən,  özü  demişkən  əlağacı  götürən,  eynək  taxan…  gənclərin  hamısını 
“modabazdır” deyə istehzaya çevirmək deyil. Ədib. həmçinin  modabazlıqdan başqa bir 
çox  qüsurları  özündə  toplayan  gənclərin  paxırını  açır.  Romanın  satirik  baş  qəhrəmanı 
Şöhrət bəy də çoxqüsurlu türk gənclərindəndir. 
Modabaz Şöhrət bəy Şatırzadə təkcə mirasyedi, lovğa, avara, pozğun bir tip kimi 
də  təsvir  olunmur,  onu  roman  müəllifi  oxucusuna  eyni  zamanda  şöhrət  düşkünü, 
kələkbaz,  oğru  kimi  təqdim  edir.  Yazıçı  onun  daxili  puçluğunu  təsvir  etmək  üçün 
müxtəlif  komik  priyomlardan  istifadə  edir.  Onun  yaramaz  əməllərini  bir  qədər  də 
şişirdilmiş şəkildə, bəzən hətta bayağılaşdıraraq oxucuya təqdim edir. 
Yazıçı gicbəsər Şöhrət bəyə qarşı öz ağlı, hərəkət və davranışları, həyata baxışı, 
milli  adət-ənənələrə  münasibəti  etibarilə  ondan  xeyli  dərəcədə  fərqlənən  və  çox-çox 
yüksəkdə  duran  Məşuq  bəy  və  yoldaşlarını  qoymuşdur.  Belə  qarşılaşdırma  zamanı 
Hüseyn  Rəhmi  təkcə  təsvir  etməklə  kifayətlənmir,  həm  də  təsvir  obyektini 
qiymətləndirir,  mənfi  tiplərin  əsil  simalarını  üzə  çıxarır,  ictimaiyyətin  mühakiməsinə 
verir.  Məsələn,  onun  qəhrəmanlarından  biri  –  Məşuq  bəyin  dostlarından  Səlami  bəyin 
Şatırzadə  ilə söhbətində ona verdiyi aşağıdakı cavablar bilavasitə yazıçının həqiqi ürək 
sözləri  kimi  səslənir:  “ifadənizə  o  əcnəbi  sözlərini  şarlatanlıq  etmək  məqsədilə 
qatırsınız. Yaxşı bilin ki, bu cür  əllaməliyin vaxtı çoxdan keçmişdir. Mən elə adamlar 
tanıyıram ki, türkcə danışarkən yarı ifadələri fransızca olduğu halda iki sətir fransızcanı 
Türkcəyə  tərcümə  etməkdən  acizdir.  Mən  Avropa  dillərinə  qarşı  türk  dilinin 
mükəmməlliyini  iddia  etmirəm.  Fəqət  siz  hansı  şeyi  qələmə  almaq  istədiniz  ki, 
türkcənin yararsızlığı üzündən sərfnəzər etməyə məcbur oldunuz?”. 
Avropalı görünməyə çalışmaq yalnız elə dırnaq uzatmaq, türkcəni bəyənməməklə 
olmaz…  “Alafranqadır”  deyə  Avropada  nə  qədər  çirkin  şeylər  varsa  onları  təqlid 
edəcəyinizə  bir  az  da  yaxşı  tərəflərini  almağa  qeyrət  etsəniz  nə  olar,  hə!...  Çirkin 
şeylərin təqlidi də, icrası da asandır. Əsil hünər yaxşı və gözəli təqlid edə bilməkdir.  [3, 
s. 61-62]           
Əhməd  Midhətin  və  Rəcaizadə  Mahmud  Əkrəmin  romanlarında  olduğu  kimi 
“Şıq”da  da  baş  qəhrəman  –  daha  doğrusu  komik  tip  avropalı  avara,  pozğun,  kələkbaz 
adamların  əlində  oyuncağa  çevrilir,  var-yoxunu  belələrinin  yolunda  xərcləyib 
müflisləşir.  Hüseyn  Rəhminin  modabaz  qəhrəmanı  Şatırzadə  Şöhrət  bəyi  kələyə  salan 
“mədəni  dünyanın  ən  səfil  düşkün  qadınlarından”  olan,  “sima  və  əndamca  gözəl 
olmaqdan uzaq dadsız-duzsuz” 35 yaşını keçmiş madam Potiş də avropalıdır, bir fransız 
qadınıdır.  Madam  Potiş  Şöhrət  bəy  təbiət  və  xasiyyətində  olan  müştərilərini  istədiyi 
kimi  idarə  edəcək  dərəcədə  sənətinin  ustasıdır.  Tanış  olduqları  ilk  vaxtlardan  madam 
Potiş  “şıqın”  hər  halını  tədqiq  edib  öyrənir.  O  zavallının  dünyada  ən  çox  can  atdığı 
şeyin alafranqalıq olduğunu, var gücü ilə fransızsayağı hərəkət etməyə çalışdığını, lakin 
bu  düşkünlüyü  müqabilində  avropalılar  kimi  davranmağın  büsbütün  cahilindən  başqa 
bir qeyd olmadığını anladığından Potiş bütün istəklərinə nail olur. 
Hüseyn Rəhmi ilk əsərində qoyduğu məsələni bitmiş hesab etməyərək “Şıpsevdi” 
(Şıpsevdi  –  dönük,  vəfasız,  etibarsız,  dəyişkən,  səbatsız)  romanında  oxumağa 
göndərildiyi Avropadan vətəninə çox qəribə bir moda düşkünü, əcayib meşşan təbiətli 
mirasyedi  tipi  kimi  qayıdan,  Türkiyə  şəraiti  üçün  qeyri-təbii  görünən  həyat  tərzi, 
anlayışı ilə  yaşamaq istəyən, modabazlıqda və təqlidçilikdə də Şöhrət Şatırzadədən də 
çox-çox  yuxarı  pillələrdə  dayanan  Pəhləvizadə  Məftun  bəy  surəti  ilə  yenə  davam  
etdirmiş, həmin məsələni xeyli dərəcədə genişləndirmiş və dərinləşdirmişdir. 
Oxumasına  saysız-hesabsız  miqdarda  pul  xərclənmiş  Məftun  bəy  Avropadan 
ləyaqətli  ideyalar,  düşüncələrlə  qayıtmaq,  oradakı  qabaqcıl  fikir  sahiblərindən 
öyrənmək,  Qərbin  mədəniyyətilə  tanış  olmaq  əvəzində  roman  müəllifinin  sözləri  ilə 
desək  “firənglərin  özlərinin  də  çox  təqdir  etmədikləri  bir  sıra  qeyri-təbiiliklərlə  və 


 
 
106 
qəribəliklərlə” geri dönür. 
Modabazlıq, Avropa həyatını kor-koranə təqlid etmək məsələsi ilə əlaqədar olaraq 
biz  Əhməd  Midhətin,  Rəcaizadə  Mahmud  Əkrəmin  və  Hüseyn  Rəhminin  romanlarını  
nəzərdən  keçirib  gördük  ki,  bu  üç  ədib  vətəndaşlarını  qərbçilik  adət-ənənəsindən,  onu 
bayağı  şəkildə  təqlid  etməkdən  çəkindirmək,  başqa  xalqlardan  əhəmiyyətli  dərəcədə, 
layiqli surətdə öyrənməyə, şit, zərərli yamsılamalardan əl çəkməyə çağırırlar. Bu çağırış 
mənfinin  inkarı  şəklində  “Fəlatun  bəy  ilə  Raqim  əfəndi”,  “Araba  sevdası”,  “Şıq”    və 
“Şıpsevdi” romanlarının  əsas leytmotivi kimi səslənir. Qərbçilik məsələsi  bu əsərlərdə 
baş qəhrəmanların tənqidi yolu ilə qələmə alınmışdır. 
Yuxarıda  da  söylədiyimiz  kimi  Avropa  həyat  və  mədəniyyətinin  mənfi 
cəhətlərinin  Türkiyə  şəraiti  üçün  yararsızlığının  ifşası  problemi  Hüseyn  Rəhminin 
yaradıcılığında ətraflı və geniş inikasını tapmışdır. Modabazlıq və təqlidçilik təkcə onun 
“Şıq”  və  “Şıpsevdi”  əsərlərində  olduğu  kimi  baş  qəhrəmanın  həyat  tərzi,  hərəkət  və 
davranışları  ilə  bağlı  olaraq  deyil,  habelə  “Mürəbbiyə”,  “Məşuqə”,  “Təsadüf”, 
“Təbəssümi-ələm”  “Tutuşmuş  könüllər”  və  s.  romanlarında  bu  və  ya  başqa  şəkildə 
tənqid  hədəfinə    çevrilərək  davam  etdirilmişdir.  Bu  məsələnin  Hüseyn  Rəhmi 
yaradıcılığında  çox  kəskin  və  davamlı  surətdə  qoyulması  ilə  əlaqədar  olaraq  yazıçıya 
hücumlar  edilmiş,  mütərəqqi  fikirlər,  müasir  həyatın  tələbləri  əleyhinə  çıxmaqda 
günahlandırılmışdır.  [4,  s.  3-5;  5;  6,  s.  13]  Biz  bu  əsərlərin  hamısından  bəhs  etmək 
fikrində deyilik. Təkcə “Mürəbbiyə” haqqında bəzi qeydlər etməyi lazım bilirik. 
“Mürəbbiyə”  romanında  müəllif  bizi  gənc  nəslin  tərbiyəsində  ciddi    nöqsanlara 
yol  verən,  müəllim  və  mürəbbiyələrin  seçilməsində  lazımi  əhəmiyyət  verməyən  və 
bunun nəticəsində də acınacaqlı hala düşən aristokrat ailə başçılarının gülünc vəziyyəti 
ilə  tanış  edir.  Çox  varlı  bir  İstanbul  əsilzadələrindən  olan  Dəhri  əfəndi  dövrünün 
savadlı,  inkişaf  etmiş  şəxsiyyətlərindəndir.  65-70  yaşlarında  olan  bu  adam  bir  çox 
vəzifələrdə  çalışmış,  fransız  dilini  və  ədəbiyyatını  yaxşı  öyrənmiş,  zəmanəsinin  bəzi 
elmlərinə dərindən yiyələnmişdi. Dəhri əfəndi uşaqlarına da avropasayağı təhsil vermək 
istəyir,  dünyəvi  elmləri  öyrənmələrinə  çalışırdı.  O  zamanın  modasına  uyğun  olaraq 
uşaqlarının tərbiyəsi ilə məşğul olmaq üçün bir fransız mürəbbiyəsini evinə gətirmişdir. 
Əxlaqca  o  qədər  də  möhkəm  olmayan  fransız  qadını  Luis  Anjel  Düpre  dəvət  edildiyi 
Dəhri əfəndinin malikanəsində onun uşaqlarına tərbiyə vermək, dərs öyrətmək əvəzində 
əxlaqsızlıq  edir,  malikanədəki  kişiləri  –  Dehri  əfəndinin  qardaşı  Amca  bəyi,  oğlu 
Şəmini,  kürəkəni  Sədrini  yoldan  çıxarır.  Lap  axırda  isə  oğlu  atasını  mürəbbiyənin 
otağında paltar şkafında gizlənmiş görür. 
İstər  “Şıq”,  “Məşuqə”,  “Təsadüf”,  “Şıpsevdi”  əsərlərində,  istərsə  də  “Mürəbbiyə” 
romanında  qoyub  həll  etmək  istədiyi  məsələlərdən    göründüyü  kimi  müasirlik,  həyatla 
ayaqlaşmaq,  həm  ictimai,  həm  də  əxlaqi-tərbiyəvi  vəzifəni  ön  plana  çəkmək  Hüseyn 
Rəhmi yaradıcılığına xas keyfiyyətdir. “Roman əxlaqın aynasıdır” - deyən yazıçı ictimai 
hadisələr  burulğanından  o  zamankı  Türkiyə  həyatı  üçün  ən  vacib  olan  məsələləri  seçib 
diqqəti  onlara  cəlb  etmişdir.  Modabazlıq,  Avropa  həyatına,  adət-ənənəsinə  kor-koranə 
pərəstiş  milli  ənənələrə  biganə  münasibət,  əxlaqsızlıq,  təlim-tərbiyə  işlərindəki  ciddi 
nöqsanlar  və  s.  məhz  o  dövrdə  Türkiyənin  Qərbi  Avropa  ölkələri  ilə  münasibətlərinin 
genişləndiyi bir zamanda həyatla çox möhkəm bağlı olaraq meydana gələn problemlər idi. 
Hüseyn  Rəhmini  isə  bir  qayda  olaraq  içərisində  yaşadığı  cəmiyyətin,  ətrafındakı  canlı 
adamların ideya-mənəvi aləmi, hərəkət və davranışları maraqlandırırdı. Şöhrət Şatırzadə 
(“Şıq”),  Məftun  Pəhləvizadə  (“Şıpsevdi”),  “Mail”  (“Təsadüf”),  Hami  və  Reyhan, 
(“Məşuqə”),  Dəhri  əfəndi,  Amca,  Sədri  və  Şəmi  bəylər  (“Mürəbbiyə”)  məhz 
mənəviyyatca pozğun, şöhrətpərəst, Moda düşkünüdürlər, namusla yaşamaq onları heç də 
maraqlandırmır.  Bu  tiplərin  təfəkkür  tərzi,  danışığı,  zövqü,  rəftarı,  zahiri  hərəkətləri, 
psixoloji aləmi son dərəcə həyati, inandırıcı və təbiidir. Dövrün ictimai-əxlaqi keyfiyyəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə