Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

 
 
122 
fərqli cəhəti əşyanın hərəkət baxımından adlandırılması, əsl varlığı və ya xüsusiyyəti ilə 
deyil, hərəkətlə ifadə olunmasıdır. 
Razılaşmağım çətin olan digər fikir isə müəllifın feli sifəti “isim-feil” termini ilə 
ifadə  etməsidir  ki,  bu  də  məsdər  hesab  olunur.  Feli  sifətlər  “isim  fiil”  şəklində  deyil, 
“sıfat fiil’ şəklində adlandırılmalıdır. 
Zeynep Korkmazın qeyd etdiyi üzərə adından da başa düşüldüyü kimi sifət kimi 
işlənən  feil  şəkilləri  feli  sifətlərdir.  Məsələn:  umulmadık  taş,  ödenecek  borç.  Zeynep 
Korkmaz feli sifətləri sıfat-fiil olarak adlandırmış ve bunların həm feil, hem sifət olmaq 
xüsusiyyətini çox konkret və gözəl ifədə etmişdir: “Sıfat-fiiller bir yanları ile sıfat, bir 
yanları ile fiildirler. Fiil özellikleri dolayısiyle kendilerinde var olan hareket ve zaman 
kavramlarına ad oldukları sıfata aktararak varlık ve nesneleri hareket, zaman gösterme 
özellikleri ile geçici olarak vasıflandırırlar” [35, s.909]. 
Zeynep Korkmaz sifətləri  ad saylı sözlər hesab edir, ona  göre də  feli sifətləri də 
isimlərlə  ortaqlaşdırır.  O,  feli  sifətləri  də  isimlər  kimi  mənsubiyyət  və  hal  şəkilçiləri 
qəbul  etdiyini  qeyd  edir,  bağlayıcılarla  birləşdiyini  göstərir.  Türkoloq  göstərir  ki, 
isimlərdən  əvvəl  işlənən  feli  sifətlər  bir  növ  sifət  vəzifəsi  gördükləri  halda  bunların 
özündən sonraki isimlə bağlı olmadan adlıq halda olanları isim vəzifəsindədir. Xüsusən 
qeyd etmək lazımdır ki, bunlar qətiyyən qalıblaşmış,  yəni qalıcı sifət və adlar deyildir. 
Bu fıkirlərdən  aydın  olur ki,  Zeynep Korkmaz da Muharrem  Ergin  kimi  feli sifətlərin 
isim xüsusiyyətini qeyd edir. 
Feillərdəki  zaman  və  hərəkət  məfhumunu  hər  hansı  bir  obyektə  keçici  olaraq 
bağlayan  sifət  və  isimlərdir.  Məsələn:  yetenekli  çoçuk.  Buradaki  “yetenekli”  sifəti 
uşağın  qalıcı,  daimi  bir  xüsusiyyətini  bildirdiyi  halda,  okunacak  kitap  ifadəsindəki 
“okunacak”  feli  sifəti  keçici  bir  məna  daşımaqdadır.  Məsələn:  Onlar  okuyacaklarını 
biliyordu.  Bu  cümlədə  isə  okuma  feili  zaman,  hərəkətlə  bəğlı  keçici  bir  ismə 
dönüşmüşdür. Yəni biz burada isimləşmiş bir feli sifət görürük. 
Tahir  Nejat  Gencan  feli  sifətə  belə  tərif  vermişdir:  “Hem  sıfat,  hem  eylem  olan 
sözcüklere ortaç denir”. Müəllif "Dilbilgisi" kitabında felin təsriflənməyən formalarını 
eylemsiler  adlandırmışdır.  Felin  təsriflənməyən  formalarından  olan  feli  sifət  isə  bu 
kitabda  ortaç  və  ya  sıfateylem  kimi  qeyd  olunmuşdur.  Gördüyümüz  kimi  müəllif  feli 
sifətləri  ortaç  termini  ilə  adlandırmışdır.  O,  əsərində  -an,  -en,  -r,  -mış
4
,  -  dik
4
,  ecek
2
 
şəkilçilərini göstərmişdir [33, s.415]. 
Rus  dilçilərindən  A.  N.  Kononovun  feli  sifət  hərədəki  fıkirlərinə  diqqət  edək. 
Müəllif  əsərində  -n
2
,  -ır
2
,  -ar
2
,  -r,-mış
4
,  ecek
2
  şəkilçilərini  feli  sifət  şəkilçiləri  olaraq 
qeyd etmiş, öz təsnifətində digər müəlliflərin təsnifatına oxşar qeydlər aparmışdır.  
Diğer bir rus dilçisi B.A.Serebrennikov özünün “Türk dillərinin müqayisəli tarixi 
qrammatikası”  əsərində  qeyd  edir  ki,  əksər  türkoloqların  fıkrincə  feli  sifət  feildən 
yaranmış isimdən törəmişdir. Bu cür isimlər həmçinin feli sifət mənası verirlər. 
Bilirik  ki,  feli  sifət  iki  nitq  hissəsinin  xüsusiyyətini  daşıyır.  Həm  feilə,  həm  də 
sıfətə  məxsus  ələmətləri  daşıması  onun  tədqiqatını  bir  az  mürəkkəbləşdirmişdir,  bunə 
görə də bu mövzu haqqında dilçilikdə müəyyən qədər fikir ayrılıqları mövcuddur. Bəzi 
dilçilər feli sifət  bəhsinə aid  edir, bəziləri isə onun ayrıca nitq hissəsi  olduğunu qəbul 
edirlər.  Məsələn:  A.Vorovkov,  Z.Budaqov,  A.Troyanski  kimi  türkoloqlar  feli  sifəti 
ayrıca nitq hissəsi hesab etmişlər. Lakin indi onun ayrıca nitq hissəsinə aid edilməsinə 
çox da rast gəlinmir. Artıq bir çox dilçi onu feil bəhsinə aid edir. 
Azərbaycan  dilində  feli  sifət  haqqında  ilk  məlumat  verən  böyük  türkoloq, 
professor Mirzə Kazım bəy olmuşdur. O feli sifəti feil kateqoriyasına aid etmişdir. 
Feli  sifəti  “причастия”  adlandırmış,  onun  hal,  hərəkət  və  keyfiyyət  bildirdiyini 
göstərmişdir. 
Türkoloq  Makarov  “Татарская  Грамматика  Кавказского  Наречия”  adlı 


 
 
123 
əsərində  feli  sifət  feil  bəhsində  izah  edilir.  Müəllif  feli  sifətin  isim  kimi  də 
substantivləşərək hallana bilməsini qeyd edir. 
H.Mirzəyev  qeyd  edir  ki,  Makarovun  feli  sifətlər  haqqındakı  məlumatı  Kazım 
bəyə nisbətən daha səthi və müxtəsərdir [13, s.224]. 
S.M.Qəniyevin  “Полнейший  самоучитель  татарского  языка  кавказского 
азербайджанского наречия” adlı kitabında  -mış
4
  şəkilçisi  haqqında  məlumat  verir  və 
onun keçmiş zaman bildirdiyini qeyd edir. 
Eyni  zamanda  feli  sifət  məşhur  türkoloq,  professor  B.Çobanzadə  və 
F.Ağazadənin  «Türk  Grammeri»  adlı  kitabındə  müxtəsər  tədqiq  olunmuşdur.  Kitabda 
bu mövzu əvvəlkindən fərqli olaraq «feil söz dəyişdirici şəkilçiləri» başlığı altında izah 
olunur.  Müəlliflərin  feli  sifəti  hansı  bəhsdə  (feil  və  yə  sifət  bəhsində)  izah  etmək 
istəmələri aydın olmur. 
Bir  çox  dilçi  feli  sifətlə  feildən  diizələn  düzəltmə  sifəti  eyni  şey  hesab  etmiş, 
onların  özünəməxsus  fərqli  xüsusiyyətlərə  malik  olmasını  göstərməmiş  və  hamısını  
«feildən əmələ düzəltmə sifət» kimi qiymətləndirmişlər. 
M.Hüseynzadənin «Müasir Azərbaycan dili» kitabında feli sifətin tədqiqində feli 
sifətin  uzun  müddət  «ismi  fail»,  «ismi  məful»  termini  ilə  işlənməsi,  feil  kimi  zaman, 
növ, inkarlıq bildirməsi, onu əmələ gətirən şəkilçilərin bir-birindən fərqli xüsusiyyətlərə 
malik olması, hətta bunların bir qisminin başqa vəzifə daşıması da qeyd edilir. Müəllifin 
fıkrincə feil sifətlər bütün türk dillərinə, eləcə də Azərbaycan dilinə məxsus sifətlərdir. 
1954-cü ildə çapdan çıxan «Rus və Azərbaycan dilinin müqayisəli qrammatikası» 
adlı  kitabda  feli  sifət  haqqında  məlumat  verən  S.A.  İbrahimov  bir  il  sonra  yazdığı 
«Azərbaycan və rus dillərində feli sifət» adlı məqaləsində də mövzunu izah edir, onun 
feilə  və  sifətə  oxşar  cəhədlərini  qeyd  edir.  Müəllif  feli  sifətə  tərif  verərək  deyir:  «Feli 
sifət  həm  felin,  həm  də  sifətin  xüsusiyyətlərinə  malik  olan  sözlərə  deyilir».  Əsərdə 
müəllif  haqlı  olaraq  feil  xüsusiyyətlərini  əsasən  özündə  saxlayan  sözləri  feil  bəhsinə, 
feil  xüsusiyyətini  itirən  sözləri  (feildən  düzələn  düzəltmə  sifəti)  sifət  bəhsinə  daxil 
etməyin zəruriliyini qeyd edir. Bu təklif bu dövrdə və bundan sonra feli sifət haqqında 
yazan  müəlliflər  tərəfindən  də  irəli  sürülür.  Müəllif  göstərir  ki,  Azərbaycan  dilində 
feildən əmələ gələn düzəltmə sözlərin tamamilə sifətə keçməsi üçün dörd şərt olmalıdır: 
növ, zaman, inkarlıq bildirməməli və isimləri idarə etməməlidir. 
Feli sifətlər təyin olunan sözlə yanaşma əlaqəsi asasında birləşib zamana, şəxsə və 
kəmiyyətə  görə  təsriflənmir,  növ,  təsirlilik,  inkarlıq  şəkilçilərindən  sonra  gəlir.  Felin 
leksik mənasını tam dəyişmir, ona görə də formadüzəldici şəkilçilər qrupuna daxil olur: 
cümlənin isimlə və isimləşən sözlə ifadə olunan üzvünün təyini kimi çıxış edir: bütün 
bu sifətlər kimi çox asanlıqla isimləşir və cümlənin müxtəlif üzvü vəzifəsində işlənir. 
Müasir  qaqauz  dilində  feli  sifət  xəbərin  şəxssiz  formalarından  biri  kimi 
qiymətləndirilir.  Qaqauz  dilində  feli  sifət  felin  kökünə  müxtəlif  şəkilçilər  artırmaqla 
əmələ gəlir və digər türk dillərinə nisbətən işlənmə dairəsi məhduddur. 
Qaqauz  dilində  feli  sifət  çox  məhdud  dairədə  istifadə  olunan  feil  formasıdır. 
Onlara,  əsasən,  daha  çox  yüksək  zövqün  və  xüsusi  üslubun  göstəricisi  olan  bədii 
əsərlərdə rast gəlmək olur. 
Türkmən dilində feli sifətlər –an, -en,  -yan,  -yen,  -jak, -jek, -ar, -er, -madık,     -
medik, -mayan, -meyen, -majak, -mejek, -maz, -mez şəkilçiləri ilə düzəlir. Azərbaycan 
dili  üçün  spesifik  olan  –mış  feli  sifət  şəkilçisi  türkmən  dilində  arxaik  şəkilçi  hesab 
olunur. Qaqauz dilində bu şəkilçiyə nadir hallarda rast gəlinir. 
Qeyd  etdiyimiz  kimi  feli  sifətlər  həm  felin,  həm  də  sifətin  xüsusiyyətlərini 
daşıyır: 
-Feli  sifətlər  feillər  kimi  hərəkət  ifadə  edir,  zaman  anlayışına  sahibdir,  əlaqəli 
olduğu  feilə  uyğun  olaraq  təsirlilik  ve  təsirsizliyə  malik  olur,  özündən  əvvəl  gələn 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə