Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

 
 
117 
işləkliyə  malikdir.  Faktlar  sübut  edir  ki,  -gil  morfemi  və  onun  derivatı  olan  -gillər 
morfeminin  yaranma  tarixi  o  qədər  də  qədim  deyildir.  Azərbaycan  yazılı  abidələrinin 
materialları  aydın  şəkildə  göstərir  ki,  XIX  əsrə  qədər  Azərbaycan  dilində  belə  şəkilçi 
mövcud olmamışdır. 
 
Kəmiyyət  anlayışının  dildə  ifadəsini  araşdıran  M.Qıpçaq  Azərbaycan  dilindəki 
bu  şəkilçi  barəsində  yazır:  "-gil  şəkilçisi  artırılmış  sözlərin  mətndaxili  təhlili  müasir 
Azərbaycan 
dilində 
istifadə 
olunan  bu  morfem  haqqında  aşağıdakıları 
müəyyənləşdirməyə imkan verir:  
 
1.  -gil  şəkilçisi  Azərbaycan  dilində  vahid  fonetik  səs  tərkibinə  malikdir.  Bu 
baxımdan -gil morfemi digər şəkilçilərdən (iki və dörd cür yazılan şəkilçilərdən) formal 
cəhətcə fərqlənir. 
 
2. -gil şəkilçisinin fəaliyyət dairəsi dardır. 
 
3. -gil şəkilçisi topluluq mənası yaratmağa xidmət edir. Lakin topluluq mənasını 
morfoloji üsullarla yaratmaq təkcə türk dillərində deyil, ümumən bütün dünya dillərində 
geniş yayılmamışdır. İstər türk dilləri, istərsə də dünya dilləri topluluq mənasını leksik 
vasitə ilə ifadə etməyə çox meyillidir. 
 
4. -gil şəkilçisi Azərbaycan dilində həm xüsusi, həm də ümumi isimlərə artırıla 
bilir. 
 
5.  -gil  şəkilçisi  söz  kökündən  sonra  işlənə  bildiyi  kimi,  mənsubiyyət  şəkilçisi 
qəbul etmiş sözlərdən sonra da işlənə bilir. 
 
6.  -gil  şəkilçisi  yalnız  müəyyən  qrup  sözlərə  (qohumluq  terminləri,  ad  və 
familiyalar) artırıla bilir. 
 
7.  -gil  şəkilçisindən  sonra  cəmlik  şəkilçisi  olan  -lar,  -lər  şəkilçisi  də  işlənir  və 
bu, topluluq çalarını daha da qüvvətləndirməyə xidmət edir" (7, 230-231). 
 
Azərbaycan  dilinə  aid  yazılmış  tədqiqat  əsərlərində  -gil  şəkilçisindən  ya 
sözdüzəldici  şəkilçi  kimi  bəhs  olunur,  ya  da  bu  morfem  ümumiyyətlə  yada  salınmır. 
Məsələn,  İ.Məmmədov  yazır  ki,  stabil  formaya  malik  olan  az  məhsuldar  -gil  şəkilçisi 
məhdud  dairədə  işlənərək  bir  sıra  xüsusi  və  ümumi  isimlərdən  müəyyən  bir  ailənin 
(topluluq  halında),  qrupun  başçısını  ifadə  edən  isimlər  düzəldir.  Bu  şəkilçi  əsasən 
qohumluq  terminlərinə  qoşulur.  Məsələn,  atamgil,  anamgil,  bacımgil,  qardaşımgil, 
dayımgil, Əligil, Hüseyngil və s. Bu şəkilçinin qoşulduğu söz müəyyən qrup şəxsi ifadə 
etməklə yanaşı, həmin şəxslərin yerləşdiyi məkan anlayışını da ifadə edir. Məsələn, Mən 
dünən  anamgilə  getmişdim.  Əligildə  dünən  toy  idi  (6,  75-76).  B.Xəlilov  da  -gil 
şəkilçisini sözdüzəldici şəkilçi hesab edir (5, 33-34). F.Cəlilov isə bu morfemi kəmiyyət 
şəkilçisi kimi təqdim edir (1, 201).  
 
Amma  nəzərə  almaq  lazımdır  ki,  -gil  şəkilçisini  sözdüzəldici  şəkilçi  kimi 
xarakterizə  etmək  kifayət  qədər  çətindir.  Çünki  bu  morfem  mənşəyindən  asılı 
olmayaraq istənilən şəxs adına artırıla bilir. Müq. et: Həsəngil, İvangil, Klintongil, Əbu 
Fərəcgil  və  s.  Görkəmli  rus  türkoloqu  A.N.Kononov  -gil  şəkilçisini  topluluq-cəmlik 
şəkilçiləri sırasında nəzərdən keçirir və bu morfemin pratürk dövründən türk dillərində 
işlənməsi,  daha  sonralar  öz  fəaliyyət  dairəsini  daraltması  barədə  mülahizə  irəli  sürür 
(27, 25-26). 
 
  Qeyd  olunmalıdır  ki,  türk  dilində  də  -gil  morfemi  özünü  göstərir.  Məsələn, 
Aligil, Yaşargil, Oğuzgil, Orhangil, dayımgil, anangil, halasıgil və s. (17, 178). Lakin 
M.Ergin  qeyd  edir  ki,  -gil  şəkilçisi  müasir  dövrdə  şivələrdə  çox  işlək  vəziyyətdədir. 
Türk ədəbi dilində bir çox hallarda istifadə olunsa da, son dövrlərdə onun yerinə cəmlik 
şəkilçisi  istifadə  olunur  (17,  178).  Həqiqətən  də,  türk  dili  şivələrində  bu  şəkilçi  geniş 
dairədə  müşahidə  olunur  (20,  54;  15,  67;  22,  95).  Z.Korkmaz  da  bu  şəkilçinin        (-gil 
morfemi və onun derivatı olan -giller morfeminin) türk danışıq dilində və şivələrdə çox 
istifadə  olunduğunu,  türk  ədəbi  dilində  bir  qayda  olaraq  onun  yerinə  -lar
2
  şəkilçisinin 


 
 
118 
işlədildiyini  göstərir. Alimin fikrincə, bu şəkilçidən özləşmə hərakatı zamanı  botanika 
və  zoologiyaya  aid  termin  yaradıcılığında  istifadə  olunmuşdur:  ananasgiller, 
buğdaygiller,  cevizgiller,  atgiller,  ayıgiller,  köpekgiller  və  s.  (24,  47).  Buradan  aydın 
olur  ki,  Z.Korkmaz  -gil  və  -giller  şəkilçilərini  sözdüzəldici  şəkilçi  hesab  edir. 
T.Banquoğlu da bu morfemi "-ler adları" başlığı altında nəzərdən keçirir və sözdüzəldici 
şəkilçi hesab edir (12, 188-189). Qeyd etmək lazımdır ki, -gil şəkilçisinə başqa aspektdə 
yanaşan tədqiqatçılar da var. Məsələn, A.Demirtaş digər tədqiqatçılardan fərqli olaraq -
gil  şəkilçisini  mənsubiyyət  şəkilçisi  hesab  edir.  Alimin  fikrincə,  -gil  şəkilçisi  aidlik 
bildirən  -ki  şəkilçisi  ilə  adlardan  ad  düzəldən  -l  şəkilçisinin  birləşməsi  nəticəsində 
meydana çıxmışdır və buna görə də mənsubiyyət semantikası ifadə edə bilər (16, 74). 
Fikrimizcə,  hər  hansı  şəkilçinin  mənşəyindən  çıxış  edib  onun  dilin  qrammatik 
quruluşundakı  yerini  müəyyənləşdirmək  düzgün  sayıla  bilməz.  Şəkilçinin  dilin 
qrammatik sistemində yerini müəyyən etmək üçün onun istifadə olunma xüsusiyyətləri 
nəzərə alınmalıdır. 
 
İstər  -lar
2
,  istərsə  də  -gil  şəkilçisinin  xarakterini  müəyyənləşdirmək  üçün  bu 
morfemlərin  söz-formanın  tərkibində  işlənmə  xüsusiyyətlərinə  fikir  vermək  tələb 
olunur.  Məlum  olduğu  kimi,  türk  dillərində  şəkilçi  morfemlərin  sözlərə  qoşulmasında 
müəyyən bir qanunauyğunluq gözlənilir. Belə ki, şəkilçi morfemlər yalnız sözün sonuna 
artırılır. Bu dillərdə flektiv dillərdə olduğu kimi, sözün əvvəlinə, yaxud ortasına artırılan 
şəkilçilər  yoxdur.  Sözə  artırılan  hər  bir  şəkilçi  sözdə  yeni  məna  çaları  yaratmağa 
qabildir. İstər sözdüzəldici, istərsə də sözdəyişdirici şəkilçilərin söz formanın tərkibində 
yeri,  bir-birini  izləməsi,  başqa  sözlə,  hansının  əvvəl  və  ya  sonra  gəlməsi  qəti 
müəyyənləşmişdir. Şəkilçi morfemlərin sıralanması, demək olar ki, pozulmur. Məsələn, 
Azərbaycan  dilindəki  kitablarımızdan  söz-formasının  tərkibində  cəmlik  (-lar), 
mənsubiyyət  (-ımız)  və  hal  şəkilçisi  (-dan)  var.  Bu  sıralanma  türk  dillərində  şəkilçi 
morfemlərin istifadə qaydalarına uyğundur və bu sıranı dəyişmək mümkün deyil. Başqa 
sözlə  desək,  kitab  sözünü  *kitabımızlardan,  *kitabdanlarımız,  *kitabımızdanlar
*kitablardanımız  şəkillərində  işlətmək  olmaz.  Eyni  sözü  türk  dilində  şəkilçi 
morfemlərin istifadə  olunması  mexanizmi  haqqında da söyləmək olar. Yəni  bu dildəki 
evlerimizde  söz-formasını  *evlerdenimiz,  *evdenlerimiz,  *evimizdenler,  *evimizlerden 
şəkillərində  işlətmək  olmaz.  Düzdür,  bəzi  türk  dillərində  cəmlik  və  mənsubiyyət 
şəkilçilərinin sıralanmasında müəyyən fərqlər müşahidə olunur. Məsələn, çuvaş dilində 
Türk  və  Azərbaycan  dilindən  fərqli  olaraq  cəmlik  şəkilçisi  mənsubiyyət  şəkilçisindən 
sonra  işlənir:  azərbaycanca  qız-lar-ım  ~  çuvaşca  xĕr-ĕm-sem,  türkcə  göz-ler-im  ~ 
çuvaşca kuz-ăm-sem və s.  
 
Həm  Azərbaycan,  həm  də  türk  dilində  -lar  şəkilçisi  adların  digər  qrammatik 
kateqoriyalarının (hal və mənsubiyyət kateqoriyaları) şəkilçilərindən fərqlənir. Belə ki, 
hal və mənsubiyyət şəkilçiləri sözlər arasında qrammatik əlaqələrin yaranmasına xidmət 
edir.  Dilçilikdə  belə  bir  müddəa  var  ki,  hal  yalnız  sözlər  bir-biri  ilə  əlaqəyə  girdiyi 
zaman  meydana  çıxır.  Başqa  sözlə  desək,  söz  birləşməsi  və  cümlədən  kənarda  hal 
yoxdur. Mənsubiyyət şəkilçiləri də ikiüzvlü paradiqmanın (sahib şəxs və mənsub əşya) 
elementləri  kimi  özlərini  aparır.  Bunlardan  fərqli  olaraq  -lar  şəkilçisi  yalnız  artırıldığı 
sözlə əlaqədə olur və həmin sözün sərhədindən kənarda fəaliyyət göstərmir. 
türk  və  Azərbaycan  dillərində  -lar  cəmlik  şəkilçisi  söz  kökünə  digər  şəkilçilərlə 
müqayisədə  daha  çox  yaxın  işlənir.  Türk  dilini  tədqiq  edən  tədqiqatçılar  -lar  cəmlik 
şəkilçisinin  bu  cəhətinə  xüsusi  diqqət  yetirmişlər.  M.Ergin  bu  münasibətlə  yazır  ki, 
cəmlik şəkilçisinin ifadə etdiyi qrammatik nüans yalnız artırıldığı sözün tərkibində qalır. 
Cəmlik  şəkilçisi  artırıldığı  sözü  digər  sözlərlə  əlaqələndirməz.  Yəni  sözlər  arasında 
əlaqə  quran  münasibət  şəkilçisi  deyildir.  Bu  baxımdan  adların  digər  münasibət 
şəkilçiləri olan mənsubiyyət, hal və sual şəkilçiləri qarşısında tamamilə başqa bir mövqe 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə