Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   45   46   47   48   49   50   51   52   ...   60

 
 
111 
baxımından bir bərabərlik  yox idi”. Tamam başqa-başqa  adamlar idilər.  Buna  görə də 
İrfan “belə bir məmləkətdə evlənməyin” mənasız olduğunu düşünürdü. 
Bir  qədər  qabağa  qaçıb  deyək  ki,  İrfan  öz  arzuladığı  qızla  –  oxumuş,  həyatdan 
yaxşı baş çıxaran Fərihə Davudla evlənərək öz dediyinə axıra qədər əməl edə bilmir. 
Bəs Fərihə Davud kimdir? Onun yaşadığı mühitə, içərisində boy atdığı cəmiyyətə, 
aralarında gəzib-dolaşdığı insanlara münasibəti necədir? Romanın ikinci əsas qəhrəmanı 
olan Fərihə Davud ata-anası tərəfindən yaxşıca təhsil verdirilmiş gənc, son dərəcə gözəl
qədd-qamətli  bir  türk  qızıdır.  Musiqi  alətlərində  əməlli-başlı  çalmaq  bilir.  lakin  o  da 
başqa  həmyaşıdları  kimi  dörd  divar  arasında  çürüməyə  məcburdur.  Evdən  başqa  yerə 
getməyə,  hətta  yaşadıqları  evin  damına  çıxmağa  icazəsi  yoxdur.  “İdman  dəlisidir”. 
Dünyanın  müxtəlif  görməli  yerlərində  gəzib-dolaşmağı  arzulayır.  Təyyarələrdə  uçmaq 
(hətta  bir  neçə  gün  əvvəl  şəhər  üzərində  qəzaya  uğrayan  təyyarədə  olmadığına  təəssüf 
edir),  qəzetlərə  məqalələr,  “faydalı  mövzularda”  kitablar  yazmaq  istəyir.  Bir  sözlə 
həyatda  arzuladığı  kimi  yaşamaq,  istəyincə  gün  keçirmək  niyyətində  olduğuna 
baxmayaraq,  hər  şeydən  məhrumdur.  Evdə  oturmaq,  musiqi  alətlərində  çalmaq,  kitab 
oxumaq,  böyük  qardaşının  velosipedində  həyətdə  gizlicə  hərlənmək,  ağaclara 
dırmaşmaq belə onu təngə gətirmişdir. Onun arzuladıqları isə hamısı ayıb sayılır. O, çox 
doğru olaraq “bu məmləkətdə qızlar üçün ayıb olmayan nə var, əcəba?” - deyir. Fərihə, 
hətta  qadın  olmağına,  qız  doğulmağına  belə  peşmandır.  Öz  halını  düşündükcə  məyus 
olur, qanadı qırılmış quşu xatırladır və bütün bu hala səbəb olanlara nifrətlər yağdırır. 
O,  İrfana  yazdığı  məktublarının  birində  bütün  kişiləri,  o  cümlədən  İrfanın  özünü  də 
qadınlara  münasibətdə  ittiham  edir.  Şəriət  qanunlarının,  feodal  həyat  tərzinin  əsiri 
olmaqdan başqa, qadınları əsarətdə saxlamaqdan yana özləri çoxlu vasitələr kəşf edirlər. 
Bu  da  nəinki  mənəviyyatca,  eyni  zamanda  fizioloji  cəhətdən  də  qadınların  inkişafına 
mənfi  təsir  göstərir.  Fərihənin  məktubunda  oxuyuruq:  “Adətən  bir  kişinin  dərəcəsində 
bilik və mərifət sahibi olmağa çalışıram. Evlərdə vaxt keçirmək üçün icad edilmiş qadın 
əyləncələri daxilimdəki sıxıntını tamamilə dəf etməyə artıq kifayət etmir. İdmançılığa, 
bizdə kişilərə məxsus bilinən əyləncələrə can atıram. Bir türk qadını üçün belə şeylərin 
icrası deyil, bəlkə hətta ağla gətirilməsi belə cürətdir. Fəqət nə edək, Bizi adət bir çox 
şeylərdən istisna və məhrum edir, amma təbiət etmir. Təbiət bizə də fəaliyyətə möhtac 
bir  beyin,  sinirlər,  əzələlər  vermişdir…  Bunlar  çalışdırılmalıdır…  Bir  vücudun  ətalətə 
məhkum edilməsindən doğacaq fənalıqları saymağa hacət yoxdur…”. [9, s. 99] 
Göründüyü kimi istər İrfan bəy, istərsə də Fərihə xanım köhnə qanun-qaydalarla 
barışmaq, vaxtını keçirmiş adətlərlə hesablaşmaq istəmirlər. Lakin onların “fəaliyyəti” 
elə bununla da bitir. Onlar paslaşmış beyinlərdə, korşalmış şüurlarda heç bir dəyişiklik 
elə  bilmirlər.  Həyat  yenə  də  öz  əvvəlki  axınını  davam  etdirir.  Köhnə  adətlərə  qarşı 
mübarizə aparmaq istəyən bu iki gəncin heç bir fədakarlığı nəzərə çarpmır. İstər-istəməz 
onlar da başqaları kimi amansız adətlərin icraçısına çevrilirlər. Düzdür, romanda onların 
evlənməsindən sonrakı həyatı göstərilmir. Amma hadisələrin gedişindən məlum olur ki, 
onlar da mühitin başqa gənc ailə quranlarından çox az fərqlənəcəklər. Bunda nə İrfanın,  
nə Fərihənin, nə də roman müəllifinin günahı vardır. O yerdəki mühit amansızdır, cahil 
və  nadanların  meydanıdır,  cəmiyyət  mübarizəyə  hazır  deyil,  müsbət  qüvvələr  qeyri-
mütəşəkkildir, mütərəqqi ideyalar ayaq alıb yeriyə bilmir, o yerdə inqilabi çıxış etmək, 
köhnəliklərə,  gerilik  təmayüllərinə,  mühafizəkar  ənənələrə  qarşı  təkbaşına  mübarizə 
aparmaq çox çətindir. 
Lakin  Hüseyn  Rəhminin  romanlarında  həyatın  komik  cəhətlərini  görmək  və 
göstərmək  istedadı  çox  güclüdür.  Həyatda  mövcud  olan  nöqsanları,  gülünc  hadisələri 
gülüşün  işığında  aydınlaşdırmaq,  subyektiv  komik  vasitələrlə  əks  etdirmək  onun 
romanlarının  məziyyətlərindəndir.  Həyatda  gülüş  doğuran  hadisələrin  bədii  idrak  və 
inikası prosesində yazıçı həmin komik hadisələrə oxucuda nifrət oyada bilir. 


 
 
112 
Hüseyn  Rəhmi  bu  romanda  vermək  istədiyi  fikirlərini,  satira  atəşinə  tutmaq 
istədiyi  mənfilikləri  bir  kometanın  yerə  doğru  uçması,  yerlə  kometanın  toqquşması 
nəticəsində  yer  kürəsinin  məhv  ola  biləcəyi  qorxusu  ilə  əlaqələndirmişdir.  Quyruqlu 
ulduzun  –  kometanın  yerlə  toqquşa  biləcəyi  ehtimalı  Hüseyn  Rəhminin  əlində  sadəcə 
olaraq  bir  vasitə  olmuşdur.  Həmin  vasitədən  istifadə  etmək  yolu  ilə  yazıçı  müxtəlif 
insanların  –  bir  tərəfdən  namazından,  dəstəmazından  qalmayan,  digər  tərəfdən  də  söz 
gəzdirən, ona-buna qara yaxan, hətta yengəsi olduğu Fərihə xanımın ünvanına olmayan 
sözlər deyən Əməti xanımın, qızı görməyə gedib onun çox açıq-saçıq olduğunu görən, 
utanmadan  bunlarla  söhbət  edən  və  onun  kimi  “çox  bilmiş  qızı”  oğluna  almaq 
istəməyən  İrfan  bəyin  anasının,  mühitin  onları  dörd  divar  arasında  oturub  çürüməyə 
məcbur  etdiyi,  söz-söhbətləri  ancaq  ərlərindən,  aşiqlərindən  olan  Məbrurə  kimi 
cəmiyyət  üçün faydalı bir iş  görmək haqqında heç düşünməyən qızların,  qoyun  əti adı 
ilə  keçi  ətini  camaata  sırıyan,  yağa  cürbəcür  şeylər  qatan  qəssabın,  südün  yarısına  su 
qatan  südsatanın,  aldıqları  əşyaların  haqqını  aylarla,  illərlə  gecikdirən  bəylərin, 
əfəndilərin, milli, irqi ədavəti quyruqlu ulduz qorxusu ilə bir tərəfə atıb bütün insanları 
qardaş hesab edən bəzi cılız şəxsiyyətlərin… daxili aləmini açıb ifşa edir. 
Deyilənlərdən  belə  qənaətə  gəlmək  olur  ki,  satirik  türk  romanı  və  hekayəsi 
zamanın tələbinə uyğun olaraq XIX əsrin ikinci yarısında tənzimat dövründə yaranıb və 
bugünkü  səviyyəsinə  gəlib  çatmışdır.  İlk  satirik  hekayə  və  romanlarda  avropasayağı 
həyatın, ailə-məişət məsələlərindəki qüsurların milli mədəniyyətinə xor baxan cılızların 
tənqidi, qadın hüquqsuzluğu əleyhinə etiraz motivləri, yeniliklə köhnəliyin mübarizəsi, 
nadanlığın, cəhalətin ifşası,  maarifin,  mədəniyyətin, elmi  biliklərin, humanist fikirlərin 
təbliği  və  s.  mövzular  əsas  yer  tutur.  XX  əsrin  əvvəllərində  yaranan  satirik  roman, 
povest, hekayə və novella janrları istər məzmunu, istərsə də, forması etibarı ilə özündən 
qabaq  yazılanlardan  xeyli  dərəcədə  artıq  fərqlənir.  Hüseyn  Rəhmi,  Ö.Seyfəddin  kimi 
tanınmış satirik yazıçılar bu janrların inkişafında xüsusilə böyük rol oynayırlar. 
 
ƏDƏBİYYAT: 
1.
 
Cevdet Kudret. Türk edebiyatında hikaye ve roman. Cilt I. İstanbul, 1965. 
2.
 
Радий Фиш. Писатели-книги и судьбы. Москва, 1963. 
3.
 
Hüseyn Rahmi Gürpınar. Şık. İstanbul, 1964. 
4.
 
Hüseyin Rahmi Gürpınar. Şıpsevdi, Önsöz: Hikayemin hikayesi. İstanbul, 1946.  
5.
 
Agah Sırrı Levend. Hüseyn Rahmi Gürpınar. Ankara, 1964.  
6.
 
Hilmi Yücebaş. Bütün Cepheleriyle Hüseyin Rahmi. İstanbul, 1964. 
7.
 
 Hüseyin Rahmi Gürpınar. Mürebbiye. İstanbul, 1960. 
8.
 
Hüseyin Rahmi Gürpınar. Bir müadele-i Sevda. İstanbul, 1946. 
9.
 
Hüseyn Rahmi Gürpınar. Kuyruklu yıldız altında bir izdivac, milli roman. 
İstanbul, 1958. 
 
Р Е З Ю М Е 
Гусейн  Рахми  Гюрпынар  великий  сатирический  прозаик  в  Турецкой 
литературе.  Его  сатирические  романы  очень  популярные.  В  статье  проведена 
научный анализ некоторых работ автора. 
 
S U M M A R Y 
H.R.Gurpinar is known as famous satiric – writer in Turkish literature. His satiric 
novels are famous. In the article is writing about some of these novels. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə