Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   52   53   54   55   56   57   58   59   60

 
 
129 
seçildiyindən və təsnifat çox zaman tədqiqatçının subyektiv mülahizələrinə və intuisiya-
sına görə aparıldığından fərqli sayda leksik-semantik qruplar müəyyənləşdirilir.   
Bu  nəşrdə  “Feillərin  lüğəvi  məna  qrupları”  adlanan  yarımbaşlıqda  kitabın  ilk 
nəşrindən sonra bu sahə ilə bağlı aparlan tədqiqatlar haqqında da qısa məlumat verilmiş, 
onların  bəzilərində  bu  bölgüyə  əlavələrin  edildiyi  bildirilməklə,  feillərin  lüğəvi  məna 
qruplarının əksər əsərlərdəki bölgüsünün daha çox şərti səciyyə daşıdığı göstərilmişdir: 
feillərin  lüğəvi  məna  qruplarına  verilən  bölgülərin  müxtəlifliyi  feillərin  zəngin  məna 
xüsusiyyətlərinə  malik  olması  ilə  əlaqədardır.  Odur  ki,  istər  yuxarıda  adları  çəkilən 
əsərlərdəki, istərdə də bir qədər aşağıda verəcəyimiz bölgü şərti səciyyə daşıyır.      
Azərbaycan  dili  feillərinin  semantikasının  tədqiqinə  xüsusi  araşdırma  həsr  etmiş 
S.Ə.Rzayev  də  yuxarıdakı  təsnifata  əlavə  bir  fikir  söyləyə  bilməmiş,  özündən  əvvəlki 
fikirləri təkrarlamaqla kifayətlənmişdir.  
S.Ə.Rzayev  Azərbaycan  dilindəki  feilləri  aşağıdakı  qruplara  bölmüşdür:  nitq 
feilləri, təfəkkür feilləri, görmə feilləri, eşitmə feilləri, vəziyyət bildirən feillər, fəaliyyət 
feilləri, hərəkət feilləri, yerdəyişmə feilləri.  
Bu  bölgü  feillərin  leksik-semantik  məna  qruplarını  nisbətən  əhatəli  şəkildə  əks 
etdirsə də, yerdəyişmə feillərinin ayrıca bir qrup kimi verilməsinə və ona aid misal kimi 
verilən  feilləri  bir  qrupda  birləşdirməyə  o  qədər  də  ehtiyac  duyulmurdu.  Çünki  bu 
feillərin “bir qismi hərəkət, bir qismi isə iş feillərindən başqa bir şey deyildir”. 
H.Quliyev  S.A.Rzayevanın  feillərə  verdiyi  bu  semantik  bölgünü  yarımçıq  hesab 
edir.  İlk  növbədə  ona  görə  ki,    bu  bölgü  heç  də  feillərin  hamısını  əhatə  etmir.  Digər 
tərəfdən, həmin bölgüdə bir sıra dolaşıqlıqlar da vardır. Belə ki, görmə feilləri və eşitmə 
feilləri  hissiyat  üzvlərinin  fəaliyyəti  ilə  əlaqədardır.  Hissiyyat  üzvləri  göz  və  qulağın 
fəaliyyətini bildirir. Bu hissiyyat orqanları vasitəsilə əşya və hadisələr qavranılır, insan 
onlar haqqında müəyyən təsəvvürlərə malik olur. Belə olduqda, görmə və eşitmə feilləri 
hissi qavrama feilləri qrupunun yarımqruplarını təşkil edir.   
Feillərin  leksik-semantik  qrupları  haqqında  təsnifatlara  başqa  meyarla  yanaşan 
Q.Cəfərov  isə  Azərbaycan  dilində  feillərin  on  qrupunu  müəyyənləşdirmişdir.  Bu 
qrupların həm adları, həm də onların semantikası əksər bölgülərdən xeyli fərqlənir. Belə 
ki,  müəllif  Azərbaycan  dili  feillərini  semantik  baxımdan  aşağıdakı  kimi  qrup-
laşdırmışdır: 1) bioloji  və sosioloji hərəkət bildirən feillər; 2) təbii ehtiyac bildirən feil-
lər;  3)  yaş  və  boy  dəyişikliyi  ilə  bağlı  olan  feillər;  4)  ağlamaq  və  gülməklə  bağlı  olan 
feillər; 5) görmə, eşitmə və nitq feilləri; 6) psixi fəaliyyətlə bağlı olan feillər; 7) hərəkət 
feilləri;  8)  mübadilə  və  oyun  bildirən  feillər;  9)  temperatur  dəyişikliyi  bildirən  feillər; 
10) yanma ilə bağlı olan feillər.     
Bu  əsərdə  feillərin  leksik-semantik  mənasının  müəyyənləşdirilməsi  xeyli  fərqli 
meyarlarla aparılır və verilən dil nümunələrinin daha çox hissəsini mürəkkəb quruluşlu, 
söz birləşməsi şəklində olan feillər təşkil edir. Q.Cəfərovun bölgüsündə bəzən düzəltmə 
və mürəkkəb quruluşlu feillər də nümunə kimi verilir.   
Bütün qeyd edilənlərlə yanaşı, bir çox digər tədqiqat əsərlərində də bu və ya digər 
məqsədlərlə  feillərin  leksik-semantik  qrupları  haqqında  məlumat  verilmiş,  müxtəlif 
sayda  qruplar  və  yarımqruplar  müəyyənləşdirilmişdir.  Bu  bölgülər  və  təsnifatlar 
haqqında və onların araşdırılması zamanı hansı meyarlardan çıxış edilməsi, qaneedici və 
çatışmayan cəhətləri haqqında yeri gəldikcə öz fikrimizi bildirəcəyik.   
Azərbayсan dilçiliyində N.Məmmədov feillərin leksik sinonimliyindən bəhs edən 
əsərində  feilin  leksik-semantik  qrupları  əsasında  yaranan  sinonimlər  sırasında  hərəkət 
feillərinin  də  sinonimliyini  tədqiq  etmişdir.  Müəllif  hərəkət  feillərinin  semasioloji 
tərəfinə də toxunaraq, göstərmişdir ki,  hərəkət  feillərinin sinonimliyi  ümumi  və xüsusi 
mənalı  feillərin  semantik  münasibətlərində  daha  qabarıq  şəkildə  əks  olunur.  Bu 
сəhətdən  getmək,  çıxmaq,  çatmaq,  axmaq  kimi  feillərin  semantik  xüsusiyyətləri 


 
 
130 
səсiyyəvidir.  
Azərbayсan  dilçisi  H.Quliyev  «Türk  dillərində  feilin  semantikası»  adlı 
dissertasiyasında  hərəkət  feillərini  oğuz  qrupu  türk  dillərinin  materialları  əsasında 
müqayisəyə  сəlb  etmiş,  təsnifatı,  əsasən,  hərəkət  vasitələrinə  (ayaqla,  maşınla  və  s.) 
görə aparmışdır.  
Ümumiyyətlə,  aparılan  müqayisələr  hərəkət  feillərinin  leksik-semantik  mənaları 
nəzərə  alınaraq  onların  yarımqruplarının  müəyyənləşdirilməsi  məsələsinin  daha  dəqiq 
və  elmi  şəkildə  H.K.Quliyevin  tədqiqatlarında  öz  əksini  tapdığını  göstərir.  Müəllifin 
1998-ci  ildə  nəşr  edilmiş  “Türk  dillərində  feilin  semantikası”  adlı  əsərində  hərəkət 
feillərinin  altı  qrupu,  Azərbaycan,  rus,  ingilis  və  alman  dillərinin  materialları  əsasında 
hazırladığı  “Müxtəlifsistemli  dillərdə feilin  semantik təsnifatı” adlı  əsərində isə on bir 
qrupu  qeyd  edilmişdir.  Eyni  kitabında  H.Quliyev  Oğuz  qrupu  türk  dillərində  hərəkət 
feillərinin  də  semantik  təsnifini  vermiş,  onları  semantik-sintaktik  aspektdə  təhlil 
etmişdir.  
Müəllif  oğuz  qrupu  türk  dillərinin  təhlili  əsasında  özündən  əvvəlki  bir  çox 
araşdırmalara da müraciət  etmiş,  hərəkət  feillərinin icra istiqamətlərini nəzərə almaqla 
bölünən üfüqi və şaquli hərəkət feilləri qrupunu deyil, V.F.Veşilovanın  yuxarıda qeyd 
edilmiş  bölgüsünə  əsaslanmaqla  həmin  feillərin  yarımqruplarını  da  müəyyən-
ləşdirmişdir.  
H.Quliyev V.F.Veşilova tərəfindən verilmiş semantik bölgünü düzgün və əhatəli 
bölgü hesab edərək, təsnifatın aşağıdakı yarımqruplar üzrə aparılmasını məqsədəuyğun 
sayır:  
1)  Hərəkətin  üsulunu  (vasitəsini)  bildirən  hərəkət  feilləri.  Tədqiqatçı  bu  yarım-
qrupa yüyürmək, üzmək, sıçramaq, sürüşmək, iməkləmək feillərini daxil edir.  
2) Hərəkətin istiqamətini bildirən hərəkət feilləri. Bu yarımqrupa gəlmək, getmək, 
qayıtmaq,  keçmək,  qonmaq,  irəliləmək,  enmək,  yetmək,  köçmək,  yönəlmək, 
yaxınlaşmaq, uzaqlaşmaq, girmək, çıxmaq, düşmək feilləri aid edilir. 
3)  Hərəkətin  üsulunu  (vasitəsini)  və  istiqamətini  bildirən  hərəkət  feilləri.  Bu 
yarımqrupa  düşmək  (hərəkət  vasitəsi  ayaq,  hərəkətin  istiqaməti  aşağı)  dırmaşmaq 
(hərəkətin vasitəsi ayaq, istiqaməti yuxarı) feilləri aiddir. 
 4) Müсərrəd mənalı hərəkət feilləri. Bu yarımqrupa isə qımıldanmaq, tərpənmək, 
gəzmək feilləri aid edilir.  
Misallardan da göründüyü kimi, burada da aparıcı semantika hərəkətin istiqaməti 
və  vasitəsi  olduğundan  digər  növ  hərəkət  feillərinin  mənasını  da  özündə  birləşdirir  və 
istiqamət  məzmunu  əsas  rol  oynayır.  Digər  növ  hərəkət  feillərini  də  istiqamət 
semantikalı  feillər  bu  və  ya  digər  dərəcədə  özündə  ehtiva  etmiş  olur.  Lakin  müəllifin 
qeyd etdiyi sonuncu yarımqrupun nə üçün mücərrəd mənalı hərəkət feilləri adlandırması 
məlum  olmur.  Mücərrəd  anlayışı  altında  bu  qrupda  hansı  hərəkət  feillərinin  nəzərdə 
tutulduğu dəqiq bilinmir.    
Hərəkət  feillərinin  bir  sıra  xüsusiyyətləri  gənc  Azərbaycan  tədqiqatçılarından 
Aytən  Allahverdiyevanın  filologiya  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün 
təqdim  etdiyi  “Üfüqi  hərəkət  bildirən  feillərin  semantik  və  qrammatik  xüsusiyyətləri 
(ingilis  və  Azərbaycan  dillərinin  materialları  əsasında)”  adlı  dissertasiyasında  da  öz 
əksini  tapmışdır  (1).  Tədqiqatçı  qeyd  edir  ki,  Azərbaycan  dilindəki  hərəkət  feillərinin 
semantikası  ilə  bağlı  aparılmış  araşdırmaları  və  irəli  sürülən  mülahizələri  nəzərə 
almaqla, eyni zamanda dil faktlarının təhlil edilməsi nəticəsində bu qənaətə gəlmək olar 
ki,  hərəkət  feillərinin  leksik-semantik  məzmun  baxımından  qruplaşdırılması  zamanı 
onların  icra  istiqaməti  daha  çox  nəzərə  alınmalı,  hərəkət  feillər  üfüqi  və  şaquli 
istiqamətdə  icra  edilən  hərəkətlər  kimi  qruplaşdırılmışdır.  Digər  bütün  hərəkət 
məzmunlu feilləri məhz iki qrupda birləşdirmək və onların ifadə imkanlarını daha aydın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə