Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

 
 
119 
tutur (17, 221). Z.Korkmaz da uyğun fikri söyləyir: "-lar
2
  şəkilçisi  adların  təsriflənmə 
şəkilçisidir.  Lakin  bu  şəkilçinin  təsiri  yalnız  artırıldığı  ismin  sərhədləri  içində  qalır, 
adların yalnız tək formalarını ehtiva edir. Adların digər təsriflənmə şəkilçiləri adlar ilə 
cümlənin  digər  üzvləri  arasında  əlaqə  qurduqları  üçün  bunların  istifadə  sərhədi  digər 
sözlərin  sərhədinə  qədər  də  uzanmışdır.  -lar
2
  cəm  şəkilçisində  isə  belə  xüsusiyyət 
yoxdur. Bu baxımdan cəm şəkilçisi təsriflənmə şəkilçiləri içərisində əhatəsi ən dar olan 
şəkilçidir.  Bu  xüsusiyyətinə  görə  cəmlik  şəkilçiləri  mənsubiyyət,  sual  və  hal 
şəkilçilərindən əvvəl gəlir: ev-ler-i-n-den, sokak-lar-da" (24, 257).  
 
Bizim  fikrimizcə,  türk  və  Azərbaycan  dillərində  cəmlik  semantikasının 
yaranmasına xidmət edən -lar
2
 və gil (-gillər / -giller) şəkilçilərini funksional şəkilçilər 
kimi  dəyərləndirmək  olar.  Bu  şəkilçilər  yeni  sözlər  yaratmadığı  kimi,  sözlər  arasında 
qrammatik  əlaqələrin  əmələ  gəlməsinə  də  xidmət  edə  bilmirlər.  Göstərilən  şəkilçilərin 
bu  xüsusiyyətlərini  nəzərə  alaraq  deyə  bilərik  ki,  türk  və  Azərbaycan  dillərinin 
morfoloji  quruluşunun  uzun  sürən  tarixi  inkişafı  nəticəsində  bu  dillər  cəmlik 
semantikasını  ifadə  etmək  üçün  xüsusi  forma  yaratmışlar.  Nəzərə  almaq  lazımdır  ki, 
leksik  və  sintaktik  vasitələrlə  deyil,  morfoloji  üsulla  cəmlik  semantikasının  ifadə 
olunması  dilin  ümumiləşdirmə  və  mücərrədləşdirmə  gücünü  göstərir,  bu  vasitələrin 
mövcud  olduğu  dilin  qrammatik  quruluşunun  kifayət  qədər  yüksək  inkişaf  etdiyini 
ortaya çıxarır. türk və Azərbaycan dillərində istər adi cəmliyin, istərsə də reprezentativ 
cəmliyin ifadə olunması üçün xüsusi formaların olması bunu aydın şəkildə göstərir. 
 
Ədəbiyyat: 
  
1. Cəlilov F. Azərbaycan dilinin morfonologiyası, Bakı: "Maarif" nəşriyyatı, 1988. 
287 səh. 
2.  Əl-Əndəlusi  Əsirəddin  Əbu  Həyyan.  Kitab  əl-idrak  li-lisan  əl-ətrak,  Bakı: 
Azərnəşr, 1992. 115 səh. 
3. M.Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. III hissə, Bakı: "Maarif", 
1983. 320 səh. 
4.  Xəlilov  B.  Müasir  Azərbaycan  dilinin  morfologiyası,  I  hissə,  Bakı:  Elm,  2000. 
280 səh. 
5.  Xəlilov  B.  Müasir  Azərbaycan  dilinin  morfologiyası,  II  hissə,  Bakı:  "Adiloğlu" 
nəşriyyatı, 2003. 354 səh. 
6.  Məmmədov  İ.T.  İsimlərin  quruluşca  növləri  //  Müasir  Azərbaycan  dili. 
Morfologiya, Bakı: Elm, 1980. səh. 69-94. 
7.  Qıpçaq  M.  Kəmiyyət  anlayışının  dildə  ifadəsi  (tarixi-tipoloji  tədqiqat),  Bakı: 
Elm, 2000. 453 səh.  
8.  Rüstəmov  R.  Türk  dilinin  morfologiyası,  Bakı:  "Nurlan"  nəşriyyatı,  2007.  208 
səh. 
9.  Seyidov  Y.  Azərbaycan  dilinin  qrammatikası.  Morfologiya  (nəzəri  kurs),  Bakı: 
Bakı Universiteti nəşriyyatı, 2000. 403 səh. 
10. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası, I hissə (Fonetika, leksika, 
morfologiya), Bakı: "MBM" nəşriyyatı, 2008. 354 səh. 
11.  Aksan  D.  Her  Yönüyle  Dil.  Ana  Çizgileriyle  Dilbilim,  Ankara:  Türk  Dil 
Kurumu Yayınları, 1995. 568 s.  
12. Banguoğlu T. Türkçenin Grameri, Ankara: Türk Dil Kurumu Yayınları, 2007. 
628 s. 
13. Başdaş C. Türkçe Organ Adlarında Kelime Sonu -k Ünsüzü ve Çokluk // İlmi 
Araştırmalar, S.21, İstanbul: 2006. s. 45-57. 


 
 
120 
14.  Boran  B.  Orta  Türkçede  İsim  Çekim  Eklerinin  Kullanış  Şekilleri  ve 
Fonksiyonları, Basılmamış Yüksek Lisans Tezi, Diyarbakır: 2006. 260 s. 
15.  Demir  N.  Ordu  İli  ve  Yöresi  Ağızları,  1.Baskı,  Ankara:  Türk  Dil  Kurumu 
Yayınları, 2001. 359 s. 
16.  Demirtaş  A.  Türkiye  Türkçesinde  Mensubiyyet  Bildiren  "-gil"  Eki  Üzerine  // 
Karadeniz Araştırmaları, S. 9, (Bahar 2006). s. 70-77. 
17. Ergin M. Türk Dil Bilgisi, 15. Baskı, İstanbul: Boğaziçi Yayınları, 1985. 407 s. 
18.  Gabain  A.von.  Eski  Türkçenin  Grameri,  2.  Baskı,  Ankara:  Türk  Dil  Kurumu 
Yayınları, 1995. 331 s. 
19. Grönbeck K. Türkçenin yapısı, 2. Baskı, Ankara: Türk Dil Kurumu Yayınları, 
2000. 148 s. 
20. Gülseren C. Malatya İli Ağızları, 1.Baskı, Ankara: Türk Dil Kurumu Yayınları, 
2000.  447 s. 
21.  Gülsevin  G.  Eski  Anadolu  Türkçesinde  Ekler,  1.  Baskı,  Ankara:  Türk  Dil 
Kurumu Yayınları, 1997. 156 s. 
22.  Günşen  A.  Kırşehir  ve  Yöresi  Ağızları,  1.Baskı,  Ankara:  Türk  Dil  Kurumu 
Yayınları, 2000. 505 s. 
23.  Hüseynzade Ç. Azerbaycan Türkçesinde Teklik-Çokluk Kategorisi Üzerine // 
Bilig, Yaz / 2006. S. 38. 93-102 s.  
24.  Korkmaz  Z.  Türkiye  Türkçesi  Grameri.  Şekil  Bilgisi,  3.  Baskı,  Ankara:  Türk 
Dil Kurumu Yayınları, 2009. 1224 s. 
25.  Yılmaz  S.  İsim  Çoğul  Ulamının  Morfolojik  ve  Semantik  Açıdan 
Değerlendirilmesi // İnternational Journal of Languages′ and Teaching, Volume 3, 2014. 
214-221 s. 
26.  Есперсен О. Философия грамматики, Москва: КомКнига, 2006. 408 стр.  
27.  Кононов  А.Н.  Показатели  собирательности-множественности  в  тюркских 
языках, Ленинград: Наука, 1969. 30 стр. 
 
 
 


 
 
121 
Aysel Vəliyeva Etibar qızı 
AMEA 
 
OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ FELİ SİFƏTLƏR 
 
Felin  üç  əsas  təsriflənməyən  növlərindən  biri  olan  feli  sifət  feil  kök  və 
əsaslarının  üzərinə  müəyyən  şəkilçilərin  artırılması  ilə  düzəlir.  Türk  dillərinin 
qrammatik  quruluşunda  feli  sifətlər  mühüm  yer  tutur.  Xüsusən  Azərbaycan,  türk  və 
türkmən dillərində işlənən feli sifətlər qaqauz dilində nisbətən məhduddur. 
 
Feli sifət felin üç təsriflənməyən forması kimi ikili xüsusiyyət daşıyır. 
Yəni həm felin, həm də sifətin xüsusiyyətlərini ifadə edərək hərəkət və əlamət bildirir. 
Feli  sifətin  iki  nitq  hissəsinə  aid  əlamətlərə  sahib  olması  onun  adının  da  fərqli 
terminlərlə  ifadə  olunmasına  səbəb  olmuşdur.  Azərbaycan  dilində  “feli  sifət”,  Türk 
dilində “sıfateylem”, “sıfatfiil”, “ortaç”, Özbək dilində “sıfatdaş” və s. 
 
Türk  dilini  araşdıran  bir  çox  türkoloqlardan  Muharrem  Ergin,  Tahir  Nejat 
Gencan, Zeynep Korkmaz, Tahsin Banguoğlu öz tədqiqat işlərində feli sifətlər haqqında 
geniş məlumat vermişlər. İstərdim, bu dilçilərin kitablarında rast gəldiyim feli sifət fərq 
və  oxşarlıqları,  bu  türkoloqlar  arasındakı  fikir  oxşarlıqlarını  və  ya  fərqləri  haqqında 
ətraflı danışaq. 
 
Muharrem Ergin feli sifətləri partisipler adlandırmışdır. O, feli sifətə bu cür tərif 
vermişdir:  “Partisip,  zaman  ve  hareket  mefhumunu  muhafaza  eden,  fakat  isim  gibi 
kullanılan, isim gibi çekilen fiil şeklidir”. Bildiyimiz kimi felin təsriflənməyən formaları 
şəxsə,  zamana  və  kəmiyyətə  görə  dəyişmir.  Buna  türk  dilində  “zaman  bakımından 
çekimlenememe”  deyilir.  Lakin  feli  sifət  istər  leksik-semantik  mənasına,  istərsə  də 
morfoloji  əlamətinə  görə  və  sintaktik  vəzifəsinə  görə  felin  digər  təsriflənməyən 
formalarından seçilir. Zamana görə dəyişmək ifadəsi ilə zaman mənası ifadə etmək eyni 
şey deyildir. Məsələn, “kitap okunacak” və “okunacak kitap” ifadələrinin eyni olmadığı 
kimi.  “Okunmuş  kitap”  ifadəsinə  “hangi  kitap?”  şəklində  sual  verə  bilərkən,  “kitap 
okunmuşdur” cümləsində sifətlə əlaqəli heç bir şey yoxdur. 
Muharrem Erginə görə feli sifət əşyaların hərəkət və xüsusiyyətlərini bildirən feil 
şəkilləridir.  Hərəkət  xüsusiyyətlərinə  malik  əşyaları  ifadə  etdiyinə  görə  əşya  bildirən 
sözlər kimi feli sifətlər məna baxımından isim mənşəli sözlər arasında işlənir. Əşyanın 
hərəkətini ifadə edən feli sifətlərdə hərəkət anlayışından başqa zaman anlayışı da vardır. 
Yəni hərəkətin hansı zamana aid olduğunu bildirir. Müəllif feli sifətin bir tərəfini isim, 
digər  tərəfíni  isə  feil  kimi  qimətləndirmişdir.  Əslində  müəllifin  bu  fikri  tam  doğru 
deyildir.  Çünki  feli  sifətin  bir  tərəfi  sifət  olmalıdır.  Müəllif  yanlış  aspektdən  çıxış 
edərək onları isim-fiil adlandırmışdır ki, bu də məsdərdir. Türk dilində  feli sifətlər feil 
kökünə feli sifət şəkilçiləri artırmaq yolu ilə əmələ gəlir. Bəzən eyni bir şəkilçi həm feli 
sifət  əmələ  gətirir, həm  də  felin zaman və  şəkil  funksiyasında çıxış  edir. M.Ergin  bəzi 
feli sifətlərdə keyfiyyət isim ifadəsindən başqa hərəkət ifadəsi də olduğunu qeyd edir ki, 
bu xüsusiyyətinə görə onlar feili bağlamaya bənzəyirlər. Bu əsasən -dik
4
 və -əcək
2
 feli 
sifətinə  aid  edilir.  Muharrem  Ergindən  götürdüğümüz  sifəti  olduğu  kimi  qeyd  etsək, 
“Partisiplər fiil kök ve gövdələrinə partisip ekleri getirmek suretiyle yapılırlar. Partisip 
ekleri bir yandan zaman ve hareket, öte yandan isim yapma fonksiyonları ile çekim ve 
yapım  eki  arasında  yerleşen,  fíilden  isim  yapma  eklerine  çox  yaklaşan  fiil  işletme 
ekleridir.  Asıl  fonksiyonları  geçici  hareket  isimleri  yapmaktır.  Fakat  gerekince  bir 
yandan  yapım  eki  gibi  kalıcı  isimler  yapabilmekte,  öte  yandan  arkasına  şahıs  ekleri 
olarak fiil çekimini kuran şekil ve zaman eki durumuna gelebilmektedirler” [28, s.333]. 
Lakin  müəllifin  düzgün  hesab  etmədiyim  fikri  budur  ki,  o,  feli  sifətləri  isim 
cinsindən  olan  sözlər  kimi  qiymətləndirir.  Türkoloqun  fıkrincə,  feli  sifətin  isimdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə