Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   46   47   48   49   50   51   52   53   ...   60

 
 
113 
 
 
Qəribova Pərvin Yaşar qızı 
Bakı Dövlət Universitetinin Şərqşünaslıq 
fakültəsinin «Türk filologiyası» 
kafedrasının dissertantı 
 
Türk və Azərbaycan dillərində cəmlik şəkilçiləri funksional şəkilçilər kimi 
 
 
Xülasə: Türk və Azərbaycan dillərində cəmlik şəkilçiləri adlarda özünü göstərən 
mənsubiyyət  və  hal  şəkilçilərindən  fərqlənir.  Cəmlik  şəkilçilərinin  digər  şəkilçilərlə 
müqayisədə  kökə  daha  yaxın  işlənməsi,  eləcə  də  bu  şəkilçilərin  sözlər  arasında 
qrammatik  əlaqə  yarada  bilməməsi  həmin  şəkilçiləri  funksional  şəkilçilər  kimi 
qiymətləndirməyə  imkan  verir.  Məqalədə  türk  və  Azərbaycan  dillərinin  materialları 
əsasında bu dillərdə cəmlik semantikasının ifadəsinə xidmət edən -lar
2
 və -gil şəkilçiləri 
araşdırılır. 
Açar  sözlər:  funksional  şəkilçilər,  cəmlik  şəkilçiləri,  reprezentativ  cəmlik 
şəkilçisi, türk dili, azərbaycan dili. 
 
Аффиксы множественного числа в турецком и азербайджанском  
языках как функциональные аффиксы 
 
Резюме: В турецком и азербайджанском языках аффиксы множественного 
числа  отличаются  от    аффиксов  принадлежности  и  падежей,  характерных  для 
имен.    В  отличие  от  иных  аффиксов,  рассматриваемые  аффиксы  используются 
более близко к корню слова, также эти аффиксы создают грамматическую  связь 
между  словами,  что    позволяет  характеризовать  их  в  качестве  функциональных 
аффиксов. В статье исследуются аффиксы «-lar
2
» и «-gil», служащие выражению 
множественной семантики в турецком и азербайджанском языках. 
Ключевые  слова:  функциональные  аффиксы,  аффиксы  множественного 
числа,  репрезентативный  аффикс  множественного  числа,  турецкий  язык, 
азербайджанский язык. 
 
Plural affixes in the Turkish and Azerbaijani languages as functional affixes 
 
Summary:  In  Turkish  and  Azerbaijani  languages  affixes  of  plural  differ  from 
the  affixes  of  accessory  and  cases  characteristic  of  names.  Unlike  other  affixes,  the 
considered  affixes  are  used  more  close  to  a  word  root,  also  these  affixes  create  a 
grammatical link between words that allows to characterize them as functional affixes. 
In  article  affixes  "-lar
2
"  and  "-gil",  employees  to  expression  of  multiple  semantics  in 
Turkish and Azerbaijani languages are investigated. 
Keywords:  functional  affixes,  plural  affixes,  representative  affix  of  plural, 
Turkish, Azerbaijani. 
 
 
Azərbaycan  dilində  cəmlik  şəkilçisi  vəzifəsində  -lar,  -lər  şəkilçisi  çıxış  edir. 
M.Hüseynzadə  bu  şəkilçinin  qeyri-müəyyən  çoxluq  məzmunu  yaratdığını  göstərir  (3, 
43). B.Xəlilov isə bu şəkilçi vasitəsilə cəm isimləri tək isimlərdən fərqləndirməyin daha 
asan  olması  fikrindədir  (4,  240).  Y.M.Seyidov  da  -lar,  -lər  şəkilçisinin  cəmlik 
semantikası yaratdığını qeyd edir (9, 159). Qeyd edək ki, -lar, -lər morfemi çuvaş dili 
istisna olunmaqla bütün türk dillərində işləkdir. Təkcə çuvaş dilində bu şəkilçinin yerinə 
-sem  şəkilçisi  özünü  göstərir.  F.Zeynalov  bu  münasibətlə  yazır  ki,  -lar,  -lər  şəkilçiləri 
türk dillərinin  əksəriyyətində uyğun  gəlir. Əsas  fərq l samitinin  assimilyasiyaya və  ya 


 
 
114 
dissimilyasiyaya uğraması ilə əlaqədar meydana çıxır. Bundan əlavə, canlı danışıq dili 
ilə əlaqədar olaraq, bu şəkilçinin onlarca variantı müşahidə edilir  (10, 115). M.Qıpçaq 
müasir türk dilləri və şivələrində -lar, -lər morfeminin bir-birindən fərqlənən 32 fonetik 
variantını qeyd edir (7, 166-169). 
 
Son  dövrlərdə  Azərbaycan  dilçiliyində  cəmliyin  iki  növü  fərqləndirilir. 
Bunlardan biri "adi cəmlik növü", digəri isə "təxmini cəmlik növü" başlıqları adı altında 
nəzərdən keçirilir. Cəmliyin bu növlərini fərqləndirən B.Xəlilov yazır ki, təkdə olan hər 
hansı  söz  (isim)  cəm  şəkilçisini  qəbul  etdikdə  adi  cəmlik  yaradır.  Məsələn,  uşaqlar, 
dostlar,  böyüklər  və  s.  Cəm  şəkilçisi  qəbul  etmiş  sözlərin  (isimlərin)  məzmununda 
konkret kəmiyyət deyil, qeyri-müəyyən kəmiyyət məzmunu vardır. Adi cəmlik, əsasən, 
isimlərlə  bağlıdır.  Təxmini  cəmlikdə  ifadə  olunan  kəmiyyət  təxmini  olur.  Burada 
konkret  kəmiyyət  nəzərdə  tutulmur.  Təxmini  cəmlikdə  nəzərdə  tutulan  kəmiyyət 
konkret  deyil,  müəyyən  ölçü,  məsafə,  çəki,  həcm  arasında  olur.  Məsələn,  səksəninci 
illər, doxsanıncı illər və s. Bundan başqa, təxmini cəmlik biz və siz əvəzliyi, xeyli, çox, 
bir qism, bir neçə, müəyyən qədər, əlliyə qədər, yüzə qədər, təxminən, bəzi və s. sözlərlə 
də  ifadə  olunur.  Məsələn,  bir  neçə  kitab,  xeyli  adam,  çox  məsələ,  əlliyə  qədər  adam, 
təxminən əlli nəfər adam və s. (5, 23-24).  
 
Qeyd  eləmək  lazımdır  ki,  cəmliyin  adi  və  təxmini  növlərinin  ayrılması  özünü 
doğrultmur  və  bu  mülahizə  ilə  razılaşmaq  olmaz.  Dildə  kəmiyyət  anlayışı  müxtəlif 
üsullarla  ifadə  oluna  bilər.  Lakin  həmin  üsulların  hamısı  morfologiya  bəhsində 
öyrənilməli deyil.  
 
Müasir  türk  dilində  cəmlik  anlayışı  -lar,  -ler  şəkilçisi  ilə  ifadə  olunur. 
R.Rüstəmov yazır ki, kəmiyyət kateqoriyası əşyalar arasında kəmiyyət fərqini göstərir. 
İsimlər cəmdə olarkən ahəngə görə -lar, -ler kəmiyyət şəkilçisini qəbul edir. Məsələn, 
kapı-lar, pencere-ler, tavşanlar, kuzular, yataklar və s. (8, 29-30). T.Banquoğluna görə, 
eyni cinsdən birdən çox varlıqları ifadə etmək üçün isimlərin sonuna -lar, -ler şəkilçisi 
gətirilir. Məsələn, ağaclar, kumlar, kazlar, kadınlar, duyğular, görüşler (12, 322).  
 
Türk və Azərbaycan dillərində əşyaların tək olmaını göstərmək üçün xüsusi bir 
forma yoxdur. Bundan çıxış edərək deyə bilərik ki, bu dillərdəki kəmiyyət kateqoriyası 
təküzvlü paradiqmaya malikdir. -lar
2
 şəkilçisini qəbul etmiş isimlər əksər halda cəmlik 
semantikasının yaranmasına xidmət etsələr də, onların şəkilçisiz qarşılıqları təkliyi ifadə 
edə bilmir. S.Yılmaz doğru olaraq qeyd edir ki, Türkiyə türkcəsində cəm şəkilçisi qəbul 
etməmiş  isim,  hər  isim  əsası  isimlə  ifadə  olunan  varlığın  birini  deyil,  eyni  növdən 
varlıqların  hamısını  təmsil  etdiyindən  və  şəkilçi  qəbul  etməmiş  isim  əsasında  "sıfır 
morfem"  olmadığından  ismin  tək  forması  kimi  dəyərləndirilə  bilmir.  Həmin  təklik 
semantikası ismin müstəqim mənasının bir parçası kimi başa düşüldüyündən semantik 
araşdırma  sahəsi  daxilində  qiymətləndirilməlidir  (25,  218).  Uyğun  fikrə    digər 
tədqiqatçılarda  rast  gəlirik.  D.Aksana  görə,  türk  dilində  təklik  və  cəmliyi  bildirmək 
üçün xüsusi əlamətlər yoxdur və təklik-çoxluq yalnız -lar / -ler şəkilçisi ilə bildirilir. O, 
Cənubi Afrikadakı bantu dillərindən biri olan suaxili dilini nümunə göstərərək deyir ki, 
bu dildə isimlər altı əşya sinifinə ayrılır. Bunlardan birincisi insan sinifidir ki, bu sinifə 
aid  isimlər  təkdə  və  cəmdə  fərqli  şəkilçilər  qəbul  edirlər:  mtu  "insan",  watu  "insanlar, 
əhali" (11, 256-257).  
 
Qeyd  eləmək  lazımdır  ki,  cəm  şəkilçisi  qəbul  etməmiş  isimlər  təkliyi  ifadə 
etmədiyi kimi, həmin şəkilçini qəbul etmiş isimlər də həmişə cəmlik semantikasını ifadə 
edə  bilmirlər.  Bu  cəhəti  qədim  türk  dilinin  türk  və  Azərbaycan  dillərindəki  izi  hesab 
etmək olar. Məlum olduğu kimi, qədim türk dilində cəmlik şəkilçiləri, o cümlədən də -
lar
2
 şəkilçisi çox az işlənir (21, 8). K.Qrönbek qədim türk dilində cəmlik şəkilçilərinin 
yalnız bir neçə titul və qohumluq bildirən sözə artırıldığını göstərərək bu dildə çoxluğun 
bərabərlik  bildirdiyini  söyləyir  (19,  50).  O,  buna  nümunə  kimi  abidələrin  dilində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə