Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   44   45   46   47   48   49   50   51   ...   60

 
 
109 
istəyinə əsasən evlənməlidir. Onlar Bədiəni kimə vermək istəsələr o da müti qul kimi səsini 
çıxarmadan razı olmalıdır. Başqa cür ola bilməz. İctimai mühitin qanunlarına zidd getməyə 
Bədiənin haqqı yoxdur. Məsələni Bədiənin valideynləri belə qoyurlar. 
Lakin  Bədiə  heç  də  əsrlərcə  davam  edib  gələn  bu  yaramaz  ənənəvi  qanuna  müti 
kimi  boyun  əyən  qızlardan  deyil.  İstəyinin  əksinə  olaraq  ata-anası  onu  məcburən  varlı 
bir  ailənin  naz-qəmzə  ilə  böyütdüyü,  həddindən  artıq  əsəbi,  xudpəsənd,  lovğa  və 
romantik bir şəxs olan şair Nağı bəyə verirsə də o, taleyin qəzavü-qədərinə tabe olmur. 
Ərə  verildiyi  günün  axşamı  ona  qədər  iki  qızla  evlənib,  sonra  da  boşayan  Nağı  bəyi 
məcbur  edir  ki,  onu  evindən  çıxartsın.  Çünki  Bədiə  onu  yox,  başqasını  sevir. 
Valideynlərinin  təkidi  ilə  Nağı  bəyin  evinə  gətirilmişdir.  Özünün  dediyi  kimi 
valideynlərinə və Nağı bəyin ailəsinə dərs olsun deyə Bədiə nəyin bahasına olursa-olsun 
bu  yaramaz,  çürük,  köhnə  evlənmə  qayda-qanunlarına  zərbə  endirmək  üçün  var 
qüvvəsini  sərf  edir  və  nəhayət,  arzusuna  çətinliklə  olsa  da  nail  olur.  Onun  insani 
hüquqları,  arzu  və  istəkləri  ilə  hesablaşmaq  istəməyənlərə,  köhnəpərəstlərə,  çürük, 
zorakı  adətlərin  əsiri  olanlara  qarşı  Nağı  bəyin  atasına  və  anasına  söylədiyi  aşağıdakı 
ifadələr  nə  qədər  də  məğrur  səslənir:  “Mən  bu  nikaha  razı  deyildim.  Onlar    (yəni 
Bədiənin valideynləri – A.A.) mənim razı olub-olmamağımı nəzərə almadan məni zorla 
buraya gətirməkdən ötrü təkid etdilər. Mən də öz məqsədimə nail olacağıma and içdim. 
Dedim gərək elə eləyəm ki, birinci axşam məni buradan qovsunlar. Bunda namusa ləkə 
gətirəcək bir şey yoxdur… təkcə ataların istəyincə olan toylar məhz belə olmalıdır. Qoy 
bu əhvalat atama və sizə bir dərs olsun…”. [8, s. 39] 
Hüseyn Rəhmi Bədiə surəti ilə dövrünün hüquqsuz  qadın və qızlarına öz arzu və 
əməlləri  uğrunda  mübarizə  etməyin  yollarını  öyrədir,  onları  da  Bədiə  kimi  cəsarətli, 
qorxmaz  olmağa  çağırır.  Burada  Hüseyn  Rəhmi  təkcə  Bədiənin  mübarizəsini  qələmə 
almır,  o,  bununla  şəxsiyyət  azadlığı  məsələsini  qoymuş  olur.  Artıq  qadının  bir  insan 
kimi  cəmiyyətdə,  ailədə  yeri  olmalı,  ona  da  hörmət  və  ehtiram  göstərilməli,  bir 
şəxsiyyət  olaraq  arzularına  əməl  edilməli,  onun  sağlam  fikri,  ideyaları  ilə  də 
razılaşılmalıdır.  Ailədəki  despotizmə,  kişilərin  hökmranlığına  son  qoymaq,  zorakı 
qaydaların, puç və çürük adətlərin əsiri olmaqdan əl çəkmək, cinsindən asılı olmayaraq 
hər  kəsin  şəxsiyyətinə  hörmət  etmək  lazımdır.  Bax  romanın  əsas  ideyası  bizcə 
bunlardan ibarətdir. 
Soruşula  bilər,  nə  üçün  Hüseyn  Rəhmi  əvvəlki  romanında  belə  bir  məsələyə 
toxunduğu  halda  10-12  il  sonra  yazdığı  əsərdə  isə  əksinə,  yenə  də  qadınların 
mütiliyindən  danışmışdır.  Daha  doğrusu  istər  Aynınur  (“Sevda  ardınca”),  istərsə  də 
Nuriyəzdan  (“Son  arzu”)  axıradək  mübarizə  apara  bilmirlər,  arzularına  çatmadan 
məğlub  olurlar.  Məgər  öz  hüquqları  uğrunda  axıradək  mübarizə  aparan  qadınların  – 
Bədiə  kimilərinin  sayını  artırmaq  olmazdımı?  Olardı!  Biz  “Quyruqlu  ulduz  altında  bir 
izdivac”  əsərində  köhnə  adət-ənənələrlə  barışmaq  istəməyən  yeni  fikirli,  savadlı, 
bacarıqlı  türk  qızı  Fərihə  Davudla  rastlaşırıq.  İkinci  tərəfdən  də  Hüseyn  Rəhmi  “Bir 
müadələyi  –  sevda”  romanını  Sultan  II  Əbdülhəmidin  dövründə  yazmışdır.  Onun 
şəxsiyyət  azadlığı  məsələsinə  toxunması  təkcə  qadınlara  aid  deyildi,  yazıçı  eyni 
zamanda istibdad zamanı bütün insanların dili bağlı, ağzı qapalı olmasına eyhamla işarə 
edirdi. Dolayısı ilə ədib, həm də Əbdülhəmid despotizminə atəş açır, onun zorakı idarə 
üsuluna nifrət oyadırdı. 
Əgər  Ömər  Seyfəddin  “Bahar  və  kəpənəklər”,  “Eşq  dalğası”,  “Bir  təmiz 
dəsmaldan  ötrü”  hekayələrində  “müstəbid  mühitin”,  “batil  etiqadların”  Şərq  qadın  və 
qızlarını canlı ölüyə çevirdiyindən, “şifahi evlənmə” qaydalarından, zülmət pərdəsi qara 
çadradan  söhbət  açırsa,  “Dünyanın  nizamı”,  “Xoruz”,  “Göy  qurşağı”,  “Antiseptik” 
hekayələrində  isə  köhnəliklə  barışmaq  istəməyən,  arzusuna  çatmağa  can  atan,  hətta 
istəyinə nail olan qadınların canlı surətini yaradır. 


 
 
110 
Ömər Seyfəddinin “Antiseptik” hekayəsinin qəhrəmanı Bədiə, Hüseyn Rəhminin 
“Bir  müadələyi-sevda”  romanının  qəhrəmanı  Bədiənin  demək  olar  ki,  eynidir.  Ömər 
Seyfəddinin hekayəsində də Bədiə zorla istəmədiyi adama – illərlə “Avropa ballarında, 
kef məclislərində əylənmiş” 38 yaşlı bir diplomata nişanlanırsa da axırda qalib gəlir, öz 
ağıllı, düşünülmüş planları ilə onu gülünc vəziyyətdə qoyur. 
Hər  iki  yazıçı  tamam  orijinal  yolla  gedərək  cavan  qızların  mollalara,  dərvişlərə 
verilməsi  kimi  çeynənmiş  mövzuları  təkrar  etməmiş,  həmin  məsələni  bir  qədər  başqa 
şəkildə  canlandırmışlar.  “Bir  müadeleyi-sevda”  romanında  Bədiənin  ərə  verildiyi  şəxs 
şairdir,  iki  dəfə  evlənib,  sonra  da  boşamışdır.  “Antiseptik”də  isə  illərlə  Avropada 
əyyaşlıq edib, kef, əyləncə məclislərində vaxtını keçirən, qocaldıqda isə az yaşlı bir qız 
alıb  yeni  həyata  qədəm  qoymaq  istəyən  diplomatın  çirkin  əməlləri  istehzaya  qoyulur. 
Satirik  yazıçıların  bu  tipli  əsərlərində  konflikt  başlıca  olaraq  qızlarla  valideynləri 
arasında davam edir. 
Həm  Hüseyn  Rəhminin,  həm  də  Ömər  Seyfəddinin  əsərlərində  o  yerdəki  söhbət 
qadınların mütiliyindən, çıxılmaz vəziyyətindən gedir, orada həm də həzin lirika hökm 
sürür.  Təəssüf  hissləri,  həyəcan  adamı  çulğayır.  Köhnə  ənənələrə  qarşı  etiraz  səsini 
ucaldan,  öz  hüququnu  müdafiə  edən  qadınlardan  bəhs  edən  əsərlərdə  isə  bunun 
əksinədir,  güclü  gülüş,  həm  də  qəhqəhələrlə  gülüş  vardır.  Belə  qadınların 
qorxmazlığına, hazırcavablığına, dəyanətinə ürəkdən “əhsən” deyirik, sevinirik. 
Hüseyn  Rəhminin  “Quyruqlu  ulduz  altında  bir  izdivac”  romanında  yeniliklə 
köhnəliyin  mübarizəsi  verilmişdir.  Əsərin  baş  qəhrəmanı  İrfan  Qalib  bəy  zəmanəsinin 
açıq  fikirli,  təhsilli,  bir  qədər  də  əsəbi  olan  yeni  gənclərindəndir.  Xalqının 
nümayəndələrini  inkişaf  etmiş  görmək  istəyir.    Qadınların  köhnə  adətlər,  ənənələr 
cəngindən  qurtarmasını,  savadlı,  tərəqqi  etmiş,  müasirləşmiş  vəziyyətə  gəlmələrini 
arzulayır.  Vətən,  məmləkət  dərdi  onu  yandırıb-yaxır.  Siyasətə,  fəlsəfəyə,  həyatın 
müxtəlif sahələrinə aid yazıb çap etdirmiş məqalələrinin (həm də bunların çoxunu ucuz 
həftəlik jurnallarda pulsuz nəşr etdirirdi) oxunmadığını gördükdə məhzunlaşır, mühitinə 
qarşı  dərin  nifrət  bəsləyir.  Bəzən  onun  qəzəb  və  nifrəti  o  qədər  artır  ki,  hər  şeyi 
mərhəmətsizcə  tənqid  edir,  milli  adət-ənənələrdən  heç  birini  bəyənmir,  hamısını 
dəyişdirməyin lazımlığı qənaətinə gəlir. 
İrfana  həddindən  artıq  təsir  edən  bir  də  o  idi  ki,  “xalq  məzhəkələrə,  iyrənc 
qəribəliklərə,  bir sıra kobud təqlidlə başlayan  əsərlərə  heyran olduğu” halda ciddi  əsərləri 
oxumurdu.  “Təkamül  qanunu”  adlı  məqalələr  seriyasının  çıxdığı  qəzetləri  satılmayan, 
yaxud yerə atılmış gördükdə az qala dəli olmaq dərəcəsinə gəlirdi. Buna görə də vətənindən 
və  vətəndaşlarından,  hətta  ailəsindən  belə  şikayətçi  idi.  İstanbul  camaatının  cəhalətinə 
dözmək istəmirdi. Üstünü qatı yosun basmış daşları, divarlarda, kirəmitlərin arasında bitən 
müxtəlif  bitkiləri,  göbələkləri,  evin  dəlik-deşiklərində,  uçuq-sökük  yerlərində  qurd-quşun 
yuva  tikməsini  gördükdə,  hisli-paslı  həyət-bacanı  seyr  etdikdə  qəzəblənir,  “adətən  bir 
türbəni” xatırladan bu damların altında keçirilən o səfil, o üzüntülü həyatı düşünür, gözləri 
sulanırdı…”.  İrfan  gerilik  və  cəhalətpərəstliyin  müqəssiri  həmşəhərlilərinin  özünü  hesab 
edir və haqlı olaraq bu işdə onları qəzəblə damğalayırdı. 
“Nə  üçün  oyanıb  üstünüzdəki  səfalət  tozundan  silkinməyə  çalışmırsınız?  Günah 
hər  kəsdən  artıq  sizin  özünüzdədir…  Siz,  sizi  bu  cəhalət  və  geriliyə  bağlayan  fikirlərə 
söykənmiş  və  onlara  yapışmışsınız…  Sizi  ziyalandırmağa  çalışanların  təzə,  yeni  və 
bəsləyici  əlamətlərini  cinayət  hesab  edirsiniz…”.  [9,  s.  27]  –  deyə  həmşəhərlilərini  – 
İstanbul  camaatını  köhnəpərəstlikdən  qurtara  bilməməkdə,  tərəqqidən  geri  qalmaqda 
taqsırlandıran  İrfan  Qalib  bəy  xüsusilə  izdivac,  kişilərlə  qadınların  bərabərsizliyi 
məsələsinə  heç  dözə  bilmirdi:  Bunun  timsalını  böyük  qardaşı  Raqibin  həyat  yolundan 
açıqca görmüşdü. Raqib köhnə adətə zidd getməmək üçün qızı görmədən, onunla söhbət 
etmədən  evlənməyə  məcbur  olmuşdu.  Halbuki  “ər-arvad  arasında  hiss,  zövq,  tərbiyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə